Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-774/2021 18.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı “xxxx” ASC-nin – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Chrysler Town” markalı, **-SA-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 5000 (beş min) manat sığorta ödənişini və məhkəmənin hesabına köçürülmüş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq “xxxx” ASC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Renault Dokker” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən AD 408929 nömrəli şəhadətnamə ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-ci il tarixədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh3 etibarnamə və avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edərək xx xxxxxx 2016-cı il tarixdə saat 13:15-də Cavabdeh1 mülkliyyətində və Cavabdeh2 sahibliyində olan “Renault Dokker” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili Bayıl qəsəbəsi ilə idarə edərkən yolnəqliyyat hadisəsi törədib “Chrysler Town” markalı, **-SA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, həmin maşına maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Səbail RPİ tərəfindən araşdırma aparılmışdır. Araşdıırma nəticəsində cavabdehin avtomobili etibarnamə olmadan KYP 180022 nömrəli, xx.xx.2016-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və nəticə olaraq cinayət işinin başlamasının rədd edilməsi haqqında xx.xx.2016-cı il tarixli Qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunur ki, Avtomobili Cavabdeh3 Cavabdeh2 özü ona vermişdir. Onun avtomobil idarə etmə hüququ və sürücülük vəsiqəsi olmamışdır. “xxxx” MMC tərəfindən təqdim olunmuş hesabata görə “Chrysler Town” markalı, 90-SA- 006 dövlət qeydiyyat nömrə nişanlı avtomobilə 5112 manat məbləğində maddi ziyan vurulmuşdur. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında AD 408929 nömrəli şəhadətnaməyə əsasən “xxxx” ASC tərəfindən vurulmuş ziyana görə avtomobilin sahibinə 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına, avtomobilə vurulmuş zərərə görə sığorta həcmində, 4540 manat məbləğində ödəniş edildiyinə görə “xxxx” ASC-nin cavabdehdən həmin məbləği subqroqasiya qaydasında tələb etmək hüququ yaranır. Cavabdeh3 etibarnamə və avtonəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ‘‘Renault Dokker” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi üçün həmin avtomobilin mülkiyyətçisi Cavabdeh1 və sahibi Cavabdeh2 da mülki məsuliyyət daşıyır və “xxxx” ASC-nin həmin şəxslərə qarşı üçüncü şəxsə vurulmuş ziyana görə ödənilmiş məbləği subqroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. İddiaçı “xxxx” ASC ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, “Renault Dokker” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomaşın qardaşına məxsusdur, avtomobili etibarnamə əsasında o, idarə edir. Belə ki, xx xxxxxx 2016-cı il tarixdə yükü mağazaya boşaltmaq üçün maşının açarını Cavabdeh3 vermiş, o isə yükü boşaltdıqdan sonra öz təşəbbüsü ilə maşın çirkli olduğundan maşını yumaq üçün maşın yuma məntəqəsinə aparmaq istədikdə yol buzlu olduğundan yol nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində onun təqsiri olmadığından iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, xx xxxxxx 2016-cı il tarixdə yükü mağazaya boşaltdıqdan sonra maşını yumaq üçün maşın yuma məntəqəsinə aparmaq istədikdə yol buzlu olduğundan maşın sürüşmüş və yol nəqliyyat hadisəsi baş vermişdir. Sığorta şirkəti onu ofisə dəvət etmiş və sığorta ödənişinin 3000 manat hissəsinin birdəfəlik, 2000 manat hissəsinin isə hissə-hissə ödəməli olduqlarını bildirmişlər. O, qeyd edilən məbləği birdəfəlik ödəyə bilməyəcəyini bildirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş ziyanın hissə-hissə onun tərəfindən ödənilməsinə razıdır. Məhkəmə cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsinin surətindən görünür ki, “Renault Dokker” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən AD 408929 nömrəli şəhadətnamə ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-ci il tarixədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. İş materiallarında olan BDYPİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan “Renault Dokker” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmək üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh2 vermişdir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2016-cı il tarixli, KYP 180022 saylı Protokolun surətindən görünür ki, Cavabdeh3 xx.xx.2016-cı il tarixdə saat 09:10 radələrində idarə etdiyi “Renault Dokker” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin İ bəndinin tələblərini pozaraq Xanlar küçəsində meteroloji şəraiti nəzərə almayaraq düzgün hərəkət sürəti seçməmiş, nəticədə idarə etməni itirərək yolun solunda dayanmış “Chrysler Town” markalı, **-SA-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə dəymiş, zərbədən həmin avtomaşın dayanmış vəziyyətdə olan “Vaz-2104” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymişdir. Yoxlama zamanı sürücünün sürücülük vəsiqəsinin olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Səbail RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru Cavid Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərardan görünür ki, xx.xx.2016-cı il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşə əlavə edilmiş “xxxx” MMC tərəfindən zərər dəymiş nəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2016-cı il tarixli hesabatdan görünür ki, “Chrysler Town” markalı, **-SA-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərlə bağlı görülməli olan təmir işlərinin və ehtiyyat hissələrinin ümumilikdə qiyməti 6534 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan “xxxx” ASC tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş sığorta aktının müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 məxsus “Chrysler Town” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərə görə 5000 (beş min) manat məbləğində pul “xxxx” ASC tərəfindən fiziki şəxs X1 hesabına köçürülmüşdür. İş materiallarında olan “xxxx” ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2019cu il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehlər 5000 (beş min) manat məbləğində pulu ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşlar. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddianın verilməsi ilə bağlı iddiaçı tərəfindən 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, “Renault Dokker” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən AD 408929 nömrəli şəhadətnamə ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2016-ci il tarixədək “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır. Cavabdeh1 mülkiyyətində olan “Renault Dokker” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmək üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh2 vermişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh3 xx xxxxxx 2016-cı il tarixdə saat 09:10radələrində etibarnamə və avtonəqliyyat vasitələrini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmadan Cavabdeh1 mülkliyyətində və Cavabdeh2 sahibliyində olan “Renault Dokker” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobili “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin İ bəndinin tələblərini pozaraq Xanlar küçəsində meteroloji şəraiti nəzərə almayaraq düzgün hərəkət sürəti seçməmiş, nəticədə idarə etməni itirərək yolun solunda dayanmış “Chrysler Town” markalı, **-SA-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə dəymiş, zərbədən həmin avtomaşın dayanmış vəziyyətdə olan “Vaz-2104” markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomaşına dəyərək maddi ziyan vurulmuşdur. Hadisə ilə bağlı Səbail RPİ tərəfindən araşdırma aparılmış və araşdırma nəticəsində Cavabdeh3 barəsində avtomobili etibarnamə və sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün KYP 180022 nömrəli, xx.xx.2016-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmçinin cinayət işinin başlamasının rədd edilməsi haqqında xx.xx.2016-cı il tarixli qərar qəbul edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, “Chrysler Town” markalı, **-SA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş maddi ziyana görə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” haqqında AD 408929 nömrəli şəhadətnaməyə əsasən “xxxx” ASC tərəfindən “Chrysler Town” markalı, **-SA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibinə 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM- 936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM-1114.1) Həmin Məcəllənin 923.1-ci maddəsinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. (MM-923.2.) Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı iş materialları, tədqiq edilmiş sübutlar və cavabdehlərin özlərinin verdiyi izahatlarla təsdiq edilmişdir ki, xx.xx.2016-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Renault Dokker” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi etibarnamə əsasında Cavabdeh2 olmuş, Cavabdeh3 isə həmin avtomobili sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə edərək yol-nəqliyyat hadisəsi törətmişdir. Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişi məbləğini cavabdehlər Cavabdeh2 və Cavabdeh3 geri tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, yuxarıda da göstərildiyi kimi Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd olunan maddənin məzmunundan da görünür ki, qanunverici zərərin əvəzini ödəmək vəzifəsini yalnız bir şəxsin, yəni mülki hüquq pozuntusu (hazırki halda yolnəqliyyat hadisəsi) törədilən zaman nəqliyyat vasitəsinə qanuni sahiblik edən şəxsin (bu mülkiyyətçi yaxud nəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən digər şəxs ola bilər) üzərinə qoymuşdur. Hazırkı halda isə yol-nəqliyyat hadisəsi baş verərkən “Renault Dokker” markalı, **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobil o vaxt avtomobilin mülkiyyətçisi olmuş Cavabdeh1 deyil, avtomobili müvafiq etibarnamə əsasında idarə edən Cavabdeh2 qanuni sahibliyində olmuşdur. Ona görə də, məhz Cavabdeh2 Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə görə yüksək təhlükə mənbəyinin sahibi hesab olunur. Həmin norma zərərçəkənə, yəni hazırki halda iddiaçıya zərərin əvəzinin mülkiyyətçi və ya digər qanuni sahibdən tutulmasını tələb etmək baxımından seçim hüququ vermir. Həmin maddənin son cümləsində işlədilən “və ya” bölüşdürmə bağlayıcısı isə qanuni sahibliyin formasını, yəni delikt törədən şəxsin mülkiyyətçi, yoxsa nəqliyyat vasitəsini etibarnamə üzrə idarə edən şəxs ola bilməsini müəyyən etmişdir. Bundan başqa, Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 1108.2-ci maddəsindən də müəyyən olunur ki, məsuliyyət həm mənbə sahibinin, həm də mənbədən istifadə edənin (hazırkı halda avtomobilin sürücüsü) üzərinə o halda qoyula bilər ki, yüksək təhlükə mənbəyi hüquqa zidd hərəkətlər nəticəsində sahiblikdən çıxmış olsun və qanuni sahib mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olsun. Hazırki işdə belə bir hal da mövcud deyildir. Belə ki, avtomobil Cavabdeh2 qanuni əsaslarla, yəni müvafiq etibarnamə əsasında verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zərərin əvəzinin nəqliyyat vasitəsinin mülkiyyətçisindən tutulması üçün əsaslar mövcud deyildir. Odur ki, iddia Cavabdeh1 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada subroqasiya qaydasında iddiaçı “xxxx” ASC-nin xeyrinə 5000 (beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi tutulmalı, 10 (on) manat hissəsi iddiaçıya aid edilməlidir. İddia Cavabdeh1 aid hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada subroqasiya qaydasında 5000 (beş min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia Cavabdeh1 aid hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-774/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-774/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver