Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-782/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 161 saylı, xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsinə məcbur edilməsi barədə qərar qəbul edilməsinə dair tələbi üzrə iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 161 saylı, xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsinə məcbur edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin iddianın yolverilməzliyinə görə icraata götürülməsindən imtina olunmalıdır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbə məhkəmə qaydasında baxılması yolverilməzdir və həmin tələb məhkəmə baxışının predmeti ola bilməz. Belə ki, mülki-prosessual qanunvericilikdə «cavabdeh» ifadəsi cavab verən mənasında işlədilir, yəni cavabdeh ona qarşı yönələn tələbə cavab verən şəxsdir. Lakin iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi şəxsin iddia ərizəsində qeyd edilən tələbə məhkəmədə cavab verməli olması qanunla nəzərdə tutulmayıb. Hakim qeyd edir ki, iddiaçı məhkəmə qaydasında baxılması yolverilməz hesab edilən tələb irəli sürmüş, bu səbəbdən iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd edilən Məcəllənin 153.3-cü maddəsinə əsasən işə məhkəmə qaydasında baxılmalı deyilsə, hakim iddiaçının hansı orqana müraciət etməli olmasını qərardadda göstərir. Hakim izah edir ki, iddiaçı inzibati orqanı olan İcra hakimiyyətinin mübahisələndirdiyi sərəncamının ləğvi ilə əlaqədar müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Göstərilən Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə görə tələblərinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. AR MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Şərh olunanlara əsasən və AR MPM-nin 153-cü madədsini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin 161 saylı, xx.xx.2019-cu il tarixli sərəncamının ləğv edilməsinə məcbur edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya qeyd edilən sərəncamın ləğvi ilə əlaqədar onun qəbul etmiş inzibati orqana qarşı tələb irəli sürməklə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim:Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-782/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-782/2024
04.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver