Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-788/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Uğur Fatimə Mehmet qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödəmə gününə Azərbaycan manatının ABŞ dollarına rəsmi məzənnəsi nəzərə alınmaqla 5.300 ABŞ dollarınun və 110 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ötən ilin iyul ayında Xətai rayonunda yerləşən Dentas diş klinikasinda həkim olaraq tanımışdır, 2 ay müddətində dişlərini müalicə edib və söhbət əsnasında onun mühasib kimi çalışdığını bildiyi üçün Cavabdeh həkim vəzifəsində çalışsa da, əlavə biznes qurmaq istəyi ilə bağlı ona müraciət etmiş və o, mühasib olaraq yeni şirkətin açılması üçün ona lazımi köməkliyi göstərmişdir. Davamlı olaraq ona telefon vasitəsi ilə iş göndərirdi, o da onu icra edib özünə təhvil verirdi: aylıq gəlirini göstərirdi. Bir gün ondan banka təqdim etmək üçün sənədlər istədi, o da hazırlayıb verdi. Sonra bankdan pul götürəcəyini və ona zamin lazım olduğunu bildirdi. Razılıq verərək 12.000 manata zamin durdu və cavabdeh 2 həftə ərzində pulu bağladı. 1 ay ötdü, yenidən banka 15.000 manata zamin durmağı təklif etdi və yenə 2 həftə ərzində bağlayacağını bildirdi. O da razılaşdı və dediyi kimi də oldu. 2022-ci ilin dekabr ayında yenidən 25.000 min manata zamin durmağı təklif etdi və yenidən razılaşdı. Amma bu dəfə gözləntilər özünü doğrultmadı. 2023-cü ilin fevral ayında ondan 9.000 min manat borc istədi və maxsimum 3 ay ərzində hissə-hissə ona 10.000 min qaytaracağını vəd verdi. O həmin pulu ona təqdim edərkən hec bir sənəd, notarius təsdiqi baş tutmadı. Əlbəəl 5300 ABŞ dolları pul verdi. Telefonda səs yazısını qeyd etdi və sms olaraq tarixi və məbləği yazdı (onda olan telefonda səs yazılarında cavabdeh deyir ki, onun borcunu 2-3 aya qaytaracağ). Və beləcə aylar ötdü, amma o dediyi vaxt ərzində ona hec bir ödəniş etmədi, artıq o, gedişatdan onun işlərinin yaxşı getmədiyini gördü, hər dəfə ona müxtəlif bəhanə və yalanlar gətirərək, vaxt qazandı. Beləcə 1 ildir ki, borcunu qaytarmir. Cavabdeh banka olan borcunu da 7 aydır ödəmir və "Unibank" işi artıq məhkəməyə verib. Bu məsələ ilə bağlı aylardır ki, mütəmadi olaraq evlərinə gedir, valideyinləri məsələdən məlumatlıdırlar. Cavabdehin anası İsmayılova Leyla "evimi satıb zaminliyi və sənə olan borcunu bağlayacam" deyirdi, lakin indi dediyini danır. Mübahisənin tərəflər arasında danışıqlar vasitəsilə həlli məqsədilə Cavabdeh xx.xx.2024-cü il tarixli № 2302 saylı pretenziya göndərilmişdir. Pretenziyada qarşı tərəfdən 5 (beş) gün ərzində borcun 5300 ABŞ dolları (beş min üç yüz dolların) ödənilməsi tələb etmişdir, əks-təqdirdə borcun məcburi tutulması üçün müvafiq iddia ilə aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirmişdir. Lakin pretenziyada qeyd olunan vaxtın keçməsinə baxmayaraq Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmənin hazırlıq və məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nın 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıdakı əsaslara görə iddia əsaslıdır və iddia təmin edilməlidir. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AA******* 67QHVV1S nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1996-cı ildə anadan olmuşdur. İş materiallarından görünür ki, cavabdehə borcunun ödənilməsi, əks halda həmin borcun məcburi qaydada ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə, hazırkı iddiaya da sübutetmə aspektindən yanaşaraq bildirir ki, iddiaçı tələbinin faktiki əsası kimi mesajlara və yazılmış diskə istinad etmişdir. Mesaj və disklə bir daha təsdiq olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, mesajda olan və diskə yazılmış mətndə nəzərdə tutulmuş halların həqiqi olduğu qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməii, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər sübut olundu ki, iddiaçı cavabdehə 5300 ABŞ dolları məbləğində borc pul vermiş və cavabdeh həmin borcu iddiaçıya qaytaracağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib borcunu qaytarmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5300 ABŞ dolları məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün 110 (yüz on) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia haqlı sayıldığından həmin məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 5300 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 110 (bir yüz on) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-788/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-788/2024
17.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver