Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-795/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi N.R.Əliyevin, vəkili B.D.İmanverdiyenin, 3-cü şəxs Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1, 3-cü şəxs H.C.Sultanlının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh "xxxx" MMC-yə qarşı protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdeh "xxxx" MMC-yə qarşı protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh5 və Cavabdeh4 qarşı iddiası qismən təmin edilərək, Cavabdeh5 173.200,0 manat məbləğində əsas kredit borcu, 115.005,0 manat məbləğində faiz borcu, 3.000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 291.205,0 manat məbləğində pulun, habelə 120.500,0 ABŞ dolları məbləğində əsas kredit borcu, 78.937,0 ABŞ dolları məbləğində faiz borcu, 2.000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 201.467,0 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh4 tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin Cavabdeh4 sahibliyindən alınaraq açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 250.000,0 manat müəyyən edilməsi, evin satışından əldə olunmuş vəsaitdən cəmi 291.205,0 manat və 201.467,0 ABŞ dolları məbləğində borcun "xxxx" ASC-yə ödənilməsi, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda cavabdehlərin ən geci bir ay ərzində həmin evdən çıxarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5716/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş və Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5716/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1423/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Bundan sonra, Xəzər Rayon Məhkəməsinin 2(003)- 1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Xəzər rayon İcra şöbəsinə göndərilmiş, İcra şöbəsinin xx.xx.2014-cü il tarixli qərarı ilə iş üzrə icraata başlanılmış və borclular Cavabdeh5 və Cavabdeh4 tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra şöbəsinin xx.xx.2016-cı il tarixli, 20/5İH nömrəli məktubuna əsasən Xəzər rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı "xxxx" MMC-yə hərracın keçirilməsi ilə bağlı sifariş verilmiş, hərrac təşkilatı tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi ilkin satış qiyməti 250.000 manat olmaqla xx.xx.2016-cı il tarixdə hərraca çıxarılmış və bu barədə hərrac təşkilatı tərəfindən sifarişçiyə, tələbkara və borclulara xx.xx.2016-cı il tarixli 1316 nömrəli və xx.xx.2016-cı il tarixli 1456 nömrəli bildirişlər göndərilmişdir. Həmin hərrac baş tutmadığından əmlak satış qiyməti 212.500,0 manat olmaqla xx.xx.2016-cı il tarixdə təkrar hərraca çıxarılmış və bu barədə hərrac təşkilatı tərəfindən sifarişçiyə, tələbkara və borclulara xx.xx.2016-cı il tarixli 1745 nömrəli və xx.xx.2016-cı il tarixli 2063 nömrəli bildirişlər göndərilmişdir. Lakin həmin hərrac da alıcı olmadığından baş tutmamışdır. Bu səbəbdən, hərrac təşkilatı xx.xx.2016-cı il tarixli 2427 nömrəli bildirişlə tələbkar "xxxx" ASC-yə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi hərraclarda satılmadığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7 və 4.8-ci maddələrinə uyğun olaraq həmin evin 159.375,0 manat satış qiyməti ilə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlə alınması üçün müqavilə bağlanılması "xxxx" ASC-yə təklif edilmişdir. Hərrac təşkilatının yuxarıda qeyd olunan xx.xx.2016-cı il tarixli bildirişinə (təklifinə) tələbkar "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixli, 2073 nömrəli məktubla cavab verilərək, sözügedən əmlakın qeyd olunmuş qiymətlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlə "xxxx" ASC tərəfindən alınmasına heç bir etirazın olmadığı bildirilmiş və Bank tərəfindən ipoteka predmetini əldə edilməsi üçün alqı-satqı müqaviləsinin imzalanması tarixinin müəyyənləşdirilib Banka rəsmi məlumat verilməsi hərrac təşkilatından xahiş edilmişdir. Qeyd olunan məktuba hərrac təşkilatı cavab verməmiş və hərrac təşkilatı tərəfindən tələbkar "xxxx" ASC-yə hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə hər hansı bir protokol və ya müqavilə təqdim edilməmişdir. Göründüyü kimi hərrac protokolunun qanunla müəyyən edilmiş müddətdə imzalanmaması tələbkarın iradəsindən asılı olmayan səbəblərdən baş vermişdir. Belə olduğu təqdirdə də Xəzər Rayon Məhkəməsinin qətnaməsi üzrə verilmiş icra sənədinin icrası başa çatdırılmamışdır. Eyni zamanda, qeyd edilməlidir ki, həmin dövrdə "xxxx" ASC-yə məxsus bir sıra problemli borclar (aktivlər) üzrə tələb hüquqlarının İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ötürülməsi işləri həyata keçirilirdi. Belə ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, digər problemli aktivlərlə yanaşı Cavabdeh5 da "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ xx.xx.2018-ci il tarixli, S-FK-1179 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC-yə keçmişdir. Akta əsasən Cavabdeh5 təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 291.205,0 manat (əsas borc 173.200,0 manat, faiz borcu 118.005,0 manat) və 201.437,0 ABŞ dolları (əsas borc 120.500,0 ABŞ dolları; faiz borcu 80.937,0 ABŞ dolları) məbləğində borcu olmuşdur. Sözügedən Fərmanın 2.3.1, 2.3.2 və 2.3.3-cü yarımbəndlərinə əsasən İddiaçı QSC "xxxx" ASCdən alınmış aktivləri idarə edərkən həmin aktivlər üzrə əsas borclar (kreditlər) və faizlər, borcun təminatı olan girov (ipoteka), zaminlik üzrə tələb hüquqlarını qanunvericiliyə əsasən əldə etmək və həyata keçirmək, ödəmə vaxtı keçmiş kredit borclarının (faizlərin) qaytarılması və borcalanlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər (məhkəmədə iddia qaldırmaq, tələbi girova yönəltmək və s.) görmək, tələb girova (ipotekaya) yönəldildiyi halda, girov (ipoteka) qoyulmuş əmlakın idarə edilməsini həyata keçirmək, həmin əmlakın dövlət əmlakına aid edilməsi barədə təkliflər vermək və ya ixtisaslaşmış təşkilatlar tərəfindən açıq hərraclarda satışını təşkil etmək, əldə olunan vəsaitin borc öhdəliklərindən irəli gələn tələblərin ödənilməsinə yönəldilməsini təmin etmək vəzifələrini yerinə yetirir. Göründüyü kimi Cavabdeh5 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ "xxxx" ASC-dən İddiaçı QSC-yə ötürüldüyü andan həmin borcun təminatı olan ipoteka üzrə tələb hüququ da "xxxx" ASC-dən İddiaçı QSC-yə ötürülmüş hesab olunur. Yəni Cavabdeh5 borcunun təminatı olaraq ipotekaya qoyulmuş və məhkəmə qərarı ilə tutmanın yönəldiyi Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi ilə bağlı tələb hüququ artıq İddiaçı QSC-yə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanı ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində iştirak etmək məqsədilə İddiaçı QSC-nin tabeliyində “X10 Edilməsi Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmış və həmin Cəmiyyət öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və öz Nizamnaməsi əsasında həyata keçirməkdədir.Yuxarıda qeyd olunanlars nəzərə alınaraq, İddiaçı QSC-nin adından çıxış edən “X10 Edilməsi Agentliyi” MMC tərəfindən Xəzər rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(003)- 1052/2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, qeyd olunan qətnamə icra olunmamışdır. Bununla bağlı “X10 Edilməsi Agentliyi” MMC tərəfindən sözügedən məhkəməyə xx.xx.2018-ci il tarixli, 1472 nömrəli məktub ünvanlanmış və məlum olmuşdur ki, icra sənədi İcra şöbəsi tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 53.3-cü maddəsinə əsasən Xəzər Rayon Məhkəməsinə geri qaytarılmışdır. Bu səbəbdən, Xəzər Rayon Məhkəməsinə müraciət olunaraq, Xəzər rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsi əsasında yenidən icra vərəqəsinin icra edilməsi üçün İcra şöbəsinə göndərilməsi xahiş olunmuş, qətnamə əsasında yenidən icra vərəqəsi verilərək icra edilməsi üçün İcra şöbəsinə göndərilmişdir. Bundan sonra, İcra şöbəsnin xx.xx.2019-ci il tarixli sifariş məktubuna əsasən icra sənədi hərracın keçirilməsi üçün hərrac təşkilatına göndərilmiş və hərrac təşkilatı tərəfindən ipoteka predmeti ilkin satış qiyməti 250.000,0 manat olmaqla xx.xx.2019cu il tarixdə hərraca çıxarılmışdır. Həmin hərrac baş tutmadığından əmlak satış qiyməti 212.500,0 manat olmaqla xx.xx.2019-cu il tarixdə təkrar hərraca çıxarılmış və təkrar hərracda əmlak X7 tərəfindən əldə olunmuşdur. Bununla bağlı hərrac təşkilatı ilə alıcı X7 arasında xx.xx.2019-cu il tarixli Y-187 nömrəli hərracın nəticələri haqqında protokol və həmin tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə bağlanılmış, əmlak 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində alıcının adına qeydiyyata alınmışdır. Bundan sonra ipoteka qoyan Cavabdeh4 cavabdehlər "xxxx" ASC-yə, “X10 Edilməsi Agentliyi” MMC-yə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ona qaytarılması, eyni zamanda hərrac təşkilatı ilə X7 arasında tərtib olunmuş Y187 saylı Protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X5 verilmiş mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin e-2(009)-2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, Hərrac təşkilatı ilə X12 oglu arasında tərtib olunmuş Y187 saylı Protokolun və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməklə ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər “X10 Edilməsi Agentliyi” MMC, "xxxx" ASC və maraqlarına toxunan şəxslər İddiaçı QSC və X7 tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3288/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Səbail rayon Məhkəməsinin e-2(009)-2300/2021 nömrəli, xx.xx.2021 -ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh4 iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı Cavabdeh4 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4553/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin olunaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3288/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İş hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatındadır (hakim İkram Şirinov). Qeyd edilməlidir ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı 2016-cı ildə keçirilmiş hərracda ipoteka predmetinin ipoteka saxlayan "xxxx" ASC tərəfindən əldə edilməsi ilə bağlı hərrac protokolunun imzalanmaması məhz hərrac təşkilatının məsuliyyətsizliyi və səhlənkarlığı nəticəsində baş vermişdir ki, bu da son nəticədə ipoteka əmlakının tələbkar tərəfindən vaxtında əldə edilməsini əngəlləmişdir.Belə ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı 2016-cı ildə keçirilmiş hərracda hərrac təşkilatının "xxxx" ASC-yə ünvanladığı ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə xx.xx.2016-cı il tarixli, 2427 nömrəli bildiriş məktubu "xxxx" ASC tərəfindən xx.xx.2016-cı il tarixli, 13/2573 nömrəli məktubla cavablandırılaraq, sözügedən əmlakın qeyd olunmuş qiymətlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlə "xxxx" ASC tərəfindən alınmasına heç bir etirazın olmadığı hərrac təşkilatına bildirilmiş və Bank tərəfindən ipoteka predmetini əldə edilməsi üçün alqı-satqı müqaviləsinin imzalanması tarixinin müəyyənləşdirilib Banka rəsmi məlumat verilməsi hərrac təşkilatından xahiş edilmişdir. Lakin qeyd olunan məktuba hərrac təşkilatı cavab verməmiş və hərrac təşkilatı tərəfindən tələbkar "xxxx" ASC-yə Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə hər hansı bir protokol və ya müqavilə təqdim edilməmişdir. Bütün qeyd olunanlar bir daha onu göstərir ki, Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı hərrac təşkilatı tərəfindən 2016-cı ildə hərrac keçirilərkən “İpoteka haqqında” Qanunun 43.7-1-ci maddəsinin tələblərinə düzgün riayət edilməmiş, "xxxx" ASC-nin təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka əmlakını əldə etmək və bununla bağlı protokol imzalamaq barədə razılığı olmasına və bu barədə Hərrac təşkilatına yazılı şəkildə məktub göndərilməsinə baxmayaraq, həmin razılıq məktubuna Hərrac təşkilatı tərəfindən heç bir münasibət bildirilməmiş, "xxxx" ASC ilə protokol imzalanmamış, son nəticədə Hərrac təşkilatı həmin protokolu imzalamaqdan yayınmışdır. Bunun nəticəsində ipoteka saxlayan (tələbkar) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməmişdir. Yəni, "xxxx" ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka premetinin əldə olunması ilə əlaqədar öz iradə ifadəsini aydın şəkildə ifadə etdiyi halda, hərrac təşkilatı və icra məmurunun hərəkətsizliyi nəticəsində bunun baş verməməsi ipotekasaxlayanın ziyanına təfsir edilərək ipotekaya xitam verilə bilməz. Göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanına əsasən Cavabdeh5 "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ "xxxx" ASC-dən İddiaçı QSC-yə ötürüldüyü andan həmin borcun təminatı olan ipoteka üzrə tələb hüququ da "xxxx" ASC-dən İddiaçı QSC-yə ötürülmüşdür. Yəni, Cavabdeh5 borcunun təminatı olaraq ipotekaya qoyulmuş və Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutmanın yönəldiyi Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi ilə bağlı tələb hüququ artıq İddiaçı QSC-yə məxsusdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi Cavabdeh4 tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evininin hazırki ipoteka saxlayan İddiaçı QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X9 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, 2016-cı ildə hərracın keçirilməsindən onların məlumatı olmamışdır, onların müraciəti əsasında icra qurumu məlumat vermişdir ki, icra sənədi icra olunmamışdır. Ona görə də 2019-cu ildə onların müraciəti əsasında öhdəliyi olan kredit kimi icra vərəqəsinin təkrar icraya yönəldilməsi xahiş olunmuş və hərrac keçirilmişdir. Sonradan müraciətləri əsasında məlumat əldə etmişlər ki, 2016-cı ildə Beynəlxalq Bank təkrar hərracın baş tutmamasından sonra ipoteka predmeti olan əmlakın əldə edilməsinə etiraz etmədiyini, həmin əmlakın alqı-satqı müqaviləsinin imzalanma tarixi barədə onlara məlumat verilməsi barədə məktub "xxxx" MMC-yə ünvanlanmış, lakin hərrac təşkilatı həmin müqavilənin bağlanılmasından yayınmışdır. Nümayəndə eyni zamanda göstərmişdir ki, hazırki tələblə məhkəməyə müraciət etmək üçün müddət ötürülməmişdir, bu münasibətə nə müqavilə, nə də daşınmaz əmlaka dair müəyyən edilən iddia müddəti tətbiq edilməməlidir, ümumi iddia müddəti tətbiq edilməlidir, digər tərəfdən iddiaçı olaraq onlar 2016-cı ildəki hərracdan məlumatsız olmuşlar. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil1 iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək izahatında göstərmişdir ki, mübahisələndirilən hərrac 2016-cı il tarixdə keçirilmişdir. Həmin hərracda satışı təşkil edilmiş əmlak daşınmaz əmlakdır. Həmin hərrac ipoteka müqaviləsinin mübahisələndirilməsi ilə bağlı keçirilmişdir və bu da mübahisə olunan öhdəliyin müqavilədən irəli gələn öhdəlik olduğunu göstərir. Onların halda bu daşınmaz əşya ilə bağlı müqavilədən irəli gələn öhdəlikdir. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 3-cü şəxsin nümayəndəsi keçirilmiş hərracdan artıq 7 il keçdiyini nəzərə alaraq və iddia müddətini tətbiq edərək iddianın rədd edilməsini xahiş etmişdir. Nümayəndə həmçinin göstərmişdir ki, iddiaçının nə nümayəndəsi, nə də vəkili 2016-cı ildə yekun protokolun imzalanmamasının hərrac təşkilatının səhlənkarlığı nəticəsində olmasını sübut edən halları məhkəməyə təqdim edə bilməmişlər. Hesab edir ki, yekun protokol məhz Beynəlxalq Bankın əmlakı əldə etmək niyyətində olmaması səbəbindən imzalanmamışdır. Əmlak əldə ediləcəyi təqdirdə əlavə xərclər çəkilməli idi. İddiaçı hazırki tələblə ona görə müraciət etmişdir ki, ipoteka predmeti olan əmlakı real bazar qiymətindən kifayət qədər aşağı qiymətə satmışlar. Ona görə qaldırılan iddianı əsassız hesab edir və hesab edir ki, həmin iddia təmin edilməməlidir. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərmişdir ki, əmlak nümayəndəsi olduğu şəxs tərəfindən dəyəri ödənilməklə əldə edilmişdir, aldıqdan sonra kifayət qədər vəsait qoyulub təmir işləri həyata keçirilmişdir, onların iddiaçı ilə heç bir problemi yoxdur, münasibətləri normaldır. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, Cavabdeh5, "xxxx" ASC-nin və Xəzər rayon İcra Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş üzrə Xəzər rayon Məhkəməsinin 2(003)-1052/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh5 173.200 manat məbləğində əsas kredit borcu, 115.005 manat məbləğində faiz borcu, 3000 manat məbləğində dəbbə pulu, cəmi 291.205 manat məbləğində pul, 120.500 ABŞ dolları məbləğində əsas kredit borcu, 78937 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 201.467 ABŞ dolları məbləğində borcun, həmçinin işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Rəhimov Bəydulİa Arif oğlu tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin Cavabdeh4 sahibliyindən alınaraq açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin ilkin satış qiymətinin ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 250.000 manatın müəyyən edilməsi, evin satışından əldə olunmuş vəsaitdən 173.200 manat məbləğində əsas kredit borcu, 115.005 manat məbləğində faiz borcu, 3.000 manat məbləğində dəbbə pulu, cəmi 291.205 manat məbləğində borcun, bundan başqa 120.500 ABŞ dolları məbləğində əsas kredit borcu, 78.937 ABŞ dolları məbləğində faiz borcu, 2.000 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 201.467 ABŞ dolları məbləğində borcun, həmçinin işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh5 və Cavabdeh4 ən geci bir ay ərzində həmin evdən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə Xəzər rayon İcra Şöbəsinin xx.xx.2014-cü il tarixli qərarın surətindən görünür ki, Xəzər rayon Məhkəməsinin 2(003)-1052/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılması qərara alınmışdır. İş üzrə Xəzər rayon İcra Şöbəsi tərəfindən borclu Cavabdeh5, surəti borclu Cavabdeh4, tələbkar "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2014-cü il tarixli tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)-1052/2013 saylı. xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən Cavabdeh5 173200 manat məbləğində əsas kredit borcu, 115005 manat məbləğində faiz borcu, 3000 manat məbləğində dəbbə pulu, cəmi 291205 manat məbləğində pul, 120500 ABŞ dolları məbləğində əsas kredit borcu 78937 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə pulu cəmi 201467 ABŞ dolları məbləğində borc həmçinin işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Tutma Cavabdeh4 tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməlidir. Həmin ev Cavabdeh4 sahibliyindən alınaraq açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, evin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 250000 manat müəyyən edilməli, evin satışından əldə olunmuş vəsaitdən 173200 manat məbləğində əsas kredit borcu 115005 manat məbləğində faiz borcu 3000 manat məbləğində dəbbə pulu cəmi 291205 manat məbləğində borc, bundan başqa 120500 ABŞ dolları məbləğində əsas kredit borcu 78937 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə pulu,cəmi 201467 ABŞ dolları məbləğində borc həmçinin işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nə ödənilməlidir.İpoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh5 və Cavabdeh4 ən geci bir ay ərzində həmin evdən çıxarılmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, göstərilən tələbin könüllü surətdə icra olunması üçün 10 gün müddət təyin olunur. Əks halda icra sənədi məcburi qaydada icra ediləcək və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı məcburi icra ödənişinin alınması barədə müvafiq qərar qəbul ediləcək. İş üzrə Xəzər rayon İcra Şöbəsi tərəfindən "xxxx" MMC-yə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə, borclu Cavabdeh5, borclu Cavabdeh4, tələbkar "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, Xəzər rayon məhkəməsinin 2(003)-1052/2013 saylı. xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən Cavabdeh5 173200 manat məbləğində əsas kredit borcu, 115005 manat məbləğində faiz borcu, 3000 manat məbləğində dəbbə pulu, cəmi 291205 manat məbləğində pul, 120500 ABŞ dolları məbləğində əsas kredit borcu 78937 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə pulu cəmi 201467 ABŞ dolları məbləğində borc həmçinin işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Tutma Cavabdeh4 tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməlidir. Həmin ev Cavabdeh4 sahibliyindən alınaraq açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, evin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən tərəflər arasında razılaşdırılmış 250000 manat müəyyən edilməli, evin satışından əldə olunmuş vəsaitdən 173200 manat məbləğində əsas kredit borcu 115005 manat məbləğində faiz borcu 3000 manat məbləğində dəbbə pulu cəmi 291205 manat məbləğində borc, bundan başqa 120500 ABŞ dolları məbləğində əsas kredit borcu 78937 ABŞ dolları məbləğində faiz borcu, 2000 ABŞ dolları məbləğində dəbbə pulu,cəmi 201467 ABŞ dolları məbləğində borc həmçinin işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu "xxxx" ASC-nə ödənilməlidir.İpoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldildikdə və o satıldıqda cavabdehlər Cavabdeh5 və Cavabdeh4 ən geci bir ay ərzində həmin evdən çıxarılmalıdır. Nəticə barədə onlara və tərəflərə məlumat verilməsi xahiş olunmuşdur. İş üzrə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanılması barədə bildirişin surətindən görünür ki, Banka kredit borcu olan Cavabdeh5, Cavabdeh4 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli evi keçirilən hərraclar zamanı satılmamışdır (evin ilkin satış qiyməti - 250.000 manat, satış qiyməti – 159.375 manat). AR Mülki Məcəlləsinin 405.2-ci maddəsinə və “İpoteka haqqında” AR Qanununun 43.7,43.8-ci maddələrinə uyğun olaraq həmin əmlakı almaq üçün müqavilə bağlanılması banka təklif olunur. “İpoteka haqqında” AR Qanununun 43.8-ci maddəsinə əsasən “ipotekasaxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə ipotekaya xitam verilir”. Bildirirlər ki, xx.xx.2016-cı il tarixədək əmlakı almadığı halda iş sifarişçi icra şöbəsinə qaytarılacaqdır. AR Mülki Məcəlləsinin 319.3-cü və 398-ci maddələrinə uyğun olaraq ipoteka saxlayan alıcı qismində çıxış etdiyi üçün icra işini icra şöbəsinə qaytarma tarixinə qədər hərrac təşkilata xidmət haqqı ödəməlidir. İş üzrə "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanlandığı xx.xx.2016-cı il tarixli 2427 saylı bildirişdə “X15” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 saylı evin, Şəmkar şəhəri, C.Cabbarlı küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinin və Quba rayonu, 2 Nüqədi kəndində yerləşən 1,36 ha torpaq sahəsinin alınması üçün müqavilələrinin bağlanması Banka təklif olunmuşdur. Nəzərinə çatdırırlar ki, sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazları yoxdur. Bunu nəzərə alaraq Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alqı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verməsi xahiş edilmişdir. İş üzrə "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən İddiaçı QSC Bank Olmayan Kredit X4 sədrinə ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə aşağıdakı məzmunda xx.xx.2016-cı il tarixli 13/2573 nömrəli məktub göndərilmişdir: "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanlandığı xx.xx.2016-cı il tarixli 2427 saylı bildirişdə “X15” markalı, ** RC *** dövlət qeydiyyat nişanlı avtomobilin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 saylı evin, Şəmkar şəhəri, C.Cabbarlı küçəsində yerləşən 19 saylı fərdi yaşayış evinin və Quba rayonu, 2 Nüqədi kəndində yerləşən 1,36 ha torpaq sahəsinin alınması üçün müqavilələrinin bağlanması Banka təklif olunmuşdur. Nəzərinizə çatdırırıq ki, sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etirazımız yoxdur. Bunu nəzərə alaraq Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alqı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verməyinizi xahiş edirik.” "xxxx" MMC tərəfindən verilən məlumata əsasən xx.xx.2016-cı il tarixli 13/2573 nömrəli məktub "xxxx" ASC-dən xx.xx.2016-cı il tarixində 14 nömrəli kuryer tərəfindən götürülmüş, xx.xx.2016-cı il saat 15.00-da "xxxx" MMC-də “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-2300/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 cavabdehlər "xxxx" ASC-yə, “X10 Edilməsi Agentliyi” MMC-yə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "xxxx" MMC-yə qarşı “ipotekaya xitam verilməsi, protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi üzrə "xxxx" ASC ilə X8 arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə X7 arasında tərtib olunmuş Y-187 saylı Protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilməklə ləğv edilməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4553/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, iddiaçı Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3288/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Həmin qərar ilə müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 2300/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia qismən təmin edilərək, ipotekaya xitam verilməsi, Hərrac Mərkəzi ilə X7 arasında tərtib olunmuş Y-187 saylı protokolun və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməklə ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3288/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X10 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh5 dair sənədlər S-FK-1179 saylı xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Akta əsasən Cavabdeh5 təhvil-təslim olunan tarixə "xxxx" ASC-yə cəmi 291.205 manat (əsas borc 173.200 manat, faiz borcu 118.005 manat) və 201.437 ABŞ dolları (əsas borc 120.500 ABŞ dolları, faiz borcu 80.937 ABŞ dolları) məbləğində borcu olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı hazırki tələblə çıxış etməyə tam səlahiyyətli olmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 1052/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən X1 173.200 manat əsas, 115.005 manat faiz, 3000 manat dəbbə pulu olmaqla, cəmi 291.205 manat; 120.500 ABŞ dolları əsas, 78.937 ABŞ dolları faiz, 2000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 201.467 ABŞ dolları borc və 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutmanın Cavabdeh4 tərəfindən ipotekaya qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin ev ipoteka qoyandan alınaraq açıq hərracda satılmalı, evin ilkin satış qiyməti 250.000 manat müəyyən edilməli, satışdan əldə olunmuş vəsait hesabına borc ödənilməli, evə tutma yönəldildikdə və o, satıldıqda Cavabdeh5 və Cavabdeh4 ən geci bir ay müddətində həmin evdən çıxarılmalıdır. Həmin icra vərəqəsi əsasında Xəzər rayon icra şöbəsi tərəfindən icraata başlanılmış və ipoteka predmeti olan əmlakın hərracdan satılması "xxxx" MMC-yə sifariş olunmuşdur. Hərrac Mərkəzi tərəfindən 2016-cı ildə keçirilmiş ilk və təkrar hərrac baş tutmamış, ipoteka predmeti xx.xx.2016-cı il tarixli məktubla “İpoteka haqqında” Qanunun 43.7ci maddəsinə əsasən təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ipoteka saxlayan "xxxx" ASC-yə təklif olunmuşdur. "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubuna əsasən bank tərəfindən ipoteka predmetin təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlərlə alınmasına etiraz etmədiyini və ipoteka predmetini əldə edilməsi üçün alqı-satqı müqaviləsinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Bankın problemli aktivlərinin tələb hüququ sonuncuya ötürülmüş və xx.xx.2018-ci il tarixli S-FK- 1179 saylı təhvil-təslim aktına əsasən Cavabdeh5 tərəfindən götürülmüş kredit borcuna dair sənədlər İddiaçı QSC-yə təhvil verilmişdir. İddiaçı QSC-nin adından çıxış edən “X10 Edilməsi Agentliyi” MMC tərəfindən Xəzər rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, həmin qətnamə icra olunmamış və icra şöbəsi tərəfindən icra vərəqəsi məhkəməyə geri qaytarılmışdır. İcra sənədinin yenidən icraya yönəldilməsindən sonra icra şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli məktubla icra sənədi təkrar hərrac keçirilməsi üçün hərrac təşkilatına göndərilmişdir. Hərrac təşkilatı tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti 250.000 manat olmaqla xx.xx.2019-cu il tarixə təyin edilmiş ilk hərrac baş tutmamış hesab edilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 15% aşağı salaraq 212.500 manat müəyyən olunmaqla xx.xx.2019-cu il tarixə təyin edilmiş təkrar hərracda əmlak X7 tərəfindən əldə olunmuş, həmin tarixdə bu barədə Y-187 saylı hərracın yekunları barədə protokol tərtib edilməklə alqı-satqı müqaviləsi bağlanmış və əmlak xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ipoteka qoyan Cavabdeh4 iddiası qismən təmin edilərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, hərrac təşkilatı ilə X7 arasında tərtib olunmuş Y-187 saylı protokolun və hərracın hüquqi nəticələrinin etibarsız hesab edilməklə ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh4 iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2048/2023 saylı qərardadı ilə həmin mülki işin icraatı hazırkı mülki iş üzrə (2(009)- 795/2023 saylı) yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2013cü il tarixli qətnaməsinin icrası ilə bağlı hərrac təşkilatı tərəfindən 2016-cı ildə hərrac keçirilərkən “İpoteka haqqında” Qanununun 43.7-1-ci maddəsinin tələblərinə düzgün riayət edilməmiş, "xxxx" ASC-nin təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka əmlakını əldə etmək və bununla bağlı protokol imzalamaq barədə razılığı olmasına və bu barədə hərrac təşkilatına yazılı şəkildə məktub göndərilməsinə baxmayaraq həmin razılıq məktubuna hərrac təşkilatı tərəfindən heç bir münasibət bildirilməmiş, "xxxx" ASC ilə protokol imzalanmamış, son nəticədə hərrac təşkilatı həmin protokolu imzalamaqdan yayınmışdır. Bunun nəticəsində ipoteka saxlayan (tələbkar) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməmişdir. Yəni "xxxx" ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka predmetinin əldə olunması ilə əlaqədar öz iradə ifadəsini aydın şəkildə ifadə etdiyi halda, hərrac təşkilatı və icra məmurunun hərəkətsizliyi nəticəsində bunun baş verməməsi ipoteka saxlayanın ziyanına təfsir edilərək ipotekaya xitam verilə bilməz. Bu səbəbdən iddiaçı Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi Cavabdeh4 tərəfindən ipoteka qoyulmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evininin hazırki ipoteka saxlayan İddiaçı QSC tərəfindən əldə olunması barədə protokolun cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsini xahiş etmişdir. Məhkəmə ilk növdəbə 3-cü şəxsin nümayəndəsinin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Pozulmuş hüquq və azadlıqların məhkəmə müdafiəsi onların konstitusiya təminatının reallaşdırılmasına xidmət edən hüquqi tədbirlərdən biri kimi çıxış edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Konstitusiya Məhkəməsi Plenumunun “X6 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında və başqa qərarlarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bundan başqa, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında qeyd olunmuşdur ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid digər hallar da nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. İddia müddətinin tətbiqi barədə ərizədə 3-cü şəxs hazırkı tələblə məhkəməyə 7 ildən sonra müraciət olunmasını, bununla da müqavilə tələbləri üzrə iddia müddəti üçün nəzərdə tutulmuş 3 illik, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə nəzərdə tutulmuş 6 illik iddia müddətinin ötürülməsini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki qanunvericiliyə müvafiq olaraq ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir (Mülki Məcəllənin 373.1- 373.3-cü maddələri). Eyni zamanda, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətlərinin təyin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 373.4-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı tələb hərracın nəticələrinə dair yekun protokolun imzalanmış hesab edilməsi ilə bağlı olduğundan, bu münasibətə ümumi iddia müddətinin (10 il) tətbiq edilməli olması nəzərə alınmaqla qiymət verilməlidir. Yəni iddiaçı hazırki tələblə mübahisələndirilən hərracın keçirilməsindən 7 ildən sonra məhkəməyə müraciət etdiyindən, o, məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 10 illik müddəti ötürməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddətinin tətbiq edərək onun ötürülməsi əsası ilə rədd edilməsi barədə 3-cü şəxsin dəlilləri əsassızdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həyata keçirilir (maddə 317.2). Həmin Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Qeyd edilən Məcəllənin 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Göstərilən Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar, bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Plenumun Qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Qərardadında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, müqavilənin hərracda bağlanması mülki qanunvericiliyin müqavilənin bağlanmasına dair ümumi qaydalarından fərqlənən xüsusi bir prosedurdur (Mülki Məcəllə, maddə 414). Digər tərəfdən, ipoteka predmetinə tutmanın yönəldilməsi əmlakın hərracdan könüllü deyil, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi satışını ehtiva edir. Könüllü keçirilən hərraclardan fərqli olaraq, belə hərraclar zamanı hərrac təşkilatçısı əmlakın mülkiyyətçisi, və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında deyil, məcburi icra tədbirləri çərçivəsində icra məmurunun sifarişi əsasında hərəkət edir. Hərrac təşkilatçısı hərracın qanunla müəyyən edilmiş qaydalara uyğun keçirilməsini təmin etməklə, qaydalara uyğun keçirilmiş hərracın nəticələrinə dair protokolu imzalamaq vəzifəsini daşıyır. Bu baxımdan, qanunla müəyyən edilmiş qaydada protokolu imzalamaq vəzifəsinin hərrac təşkilatının üzərinə qoyulması müqavilə bağlamağa məcburetmə deyil, qanunla hərrac təşkilatının üzərinə qoyulmuş vəzifənin icra etməyə məcburetmə kimi qiymətləndirilməlidir. Bu isə, Mülki Məcəllənin müqavilə bağlamağa məcburetməni qadağan edən 390.3-cü maddəsi ilə hər hansı ziddiyyət təşkil etmir (bənd 58). Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi tələbinə dair iddialara baxılarkən məhkəmələr ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi üçün qanunla nəzərdə tutulmuş müddət ərzində bütün zəruri tədbirləri gördüyünü və protokolu qanunla müəyyən edilmiş şərtlərlə imzalamağa razılığını ifadə etdiyini, lakin yekun protokolun ondan asılı olmayan səbəblərdən imzalanmadığını müəyyən edərlərsə hərrac təşkilatçısının hərəkətini (hərəkətsizliyini) qanunsuz hesab etməklə, iddianı təmin edə bilərlər (bənd 59). Bu zaman qəbul edilmiş məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra hərracın yekunlarına dair protokolu əvəz etməklə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması əsasını təşkil etdiyi üçün məhkəmə qətnaməsində əmlakın ipoteka saxlayan tərəfindən hansı şərtlərlə əldə edildiyi dəqiq göstərilməlidir. Həmçinin qeyd olunmalıdır ki, bu cür məhkəmə qətnamələri ilə ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində əldə etməsi müəyyən olunduğundan, bu hal həmin müddətin kəsici müddət olması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ilə hər hansı ziddiyyət təşkil etmir (bənd 60). Bununla yanaşı, hüquqi müəyyənliklə bağlı yuxarıda nümayiş etdirilmiş hüquqi mövqelərdən çıxış edilərək vurğulanmalıdır ki, ipoteka predmetini əldə etmək istəyən ipoteka saxlayan hərrac təşkilatçısı onunla protokolun imzalanmasından imtina etdiyi və ya yayındığı halda hərrac təşkilatına qarşı müstəqil iddia ilə məhkəməyə Mülki Prosessual Məcəllədə müəyyən edilmiş qaydada və vicdanlılığın tələb etdiyi tərzdə müraciət etməlidir (bənd 61). Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, hazırkı işdə 2016-cı ildə keçirilən təkrar hərrac baş tutmadıqdan sonra ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsinə iradə ifadəsinin mövcud olması və yekun protokolun imzalanmamasının onun iradə ifadəsinə zidd hərrac təşkilatçısının səhlənkarlığı, imtinası və ya yayınması nəticəsində baş verməsi araşdırılmalıdır. Məhkəmə ilk növbədə iradə ifadəsi ilə bağlı aşağıdakıları qeyd edir. İradə - insanın öz qarşısına qoyduğu məqsədə nail olmaq qabiliyyətində özünü göstərən insan psixikasının xüsusiyyətidir. İnsanın daxili aləmində əmələ gəlmiş istəyə əsaslanan iradə həmin istəyin gerçəkləşdirilməsi üçün ifadə edilməlidir. İradə əqdin subyektiv elementidir. Yəni əqd iradəvi aktdır, o, psixoloji amilə, yəni əqd bağlayan şəxsin arzusu, istəyi və niyyəti ilə bağlıdır. Əqd o niyyət və məqsədlə bağlanır ki, onu bağlayan şəxs üçün mülki hüquq və vəzifələr əmələ gəlsin. Bu məqsədə çatmaq üçün həmin şəxsin əqd bağlamaq barədə arzu və istəyinin olması gərəkdir. İradə dedikdə qarşıya qoyulan məqsədə çatmaq üçün əqd bağlayan şəxsin daxilən dərk edilmiş arzu və istəyi başa düşülür. Əgər iradə yoxdursa, əqdin özünün mövcudluğundan söhbət gedə bilməz. Lakin təkcə iradənin mövcudluğu, yəni əqd bağlamaq barədə istək və arzunun olması özlüyündə əqdin bağlanması üçün kifayət etmir və yetərli deyil. Əqdin bağlanması üçün həm də vacibdir ki, şəxsin iradəsi – onun əqd bağlamaq arzusu və istəyi digər şəxslərinə nəzərinə çatdırılsın, onlara məlum olsun, yəni xaricən ifadə edilsin. Bu iradəni ifadə etmə adlanır. Yuxarıda qeyd edildiyi kimi, təkrar hərrac baş tutmadıqdan sonra ipoteka saxlayan (”Azərbaycan Beynəlxalq Bankı” ASC) ipoteka predmetinin əldə edilməsinə iradə ifadəsinin olmasını hərrac təşkilatına bildirmiş, bu arzunu ifadə etmiş, yekun protokolun bağlanacağı tarix barədə ona rəsmi məlumat verilməsi xahiş olunmuşdur. Lakin hərrac təşkilatı tərəfindən ipoteka saxlayanın bu müraciətinə cavab verilməmiş, nəticədə icra sənədi icra olunmadan geri qaytarılmışdır. Beynəlxalq Bankın tələb hüquqları İddiaçı QSC-yə güzəşt edildikdən sonra (müvafiq müqavilə əsasında) sonuncu kredit müqaviləsi üzrə öhdəliyin mövcud olması əsası ilə tələbin ipoteka predmetinə yönəldilmə proseduruna başlanılması üçün icra vərəqəsinin təkrar icraya yönəldilməsini xahiş etmişdir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Mülki Məcəllənin vicdanlılıq prinsipinin özündə ehtiva edən 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəlik şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə digər tərəfdən qeyd edir ki, bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir. Banklar fəaliyyət göstərdiyi müddətdə şəxslərə (hüquqi və fiziki) kredit verir və bunun müqabilində müvafiq qazanc əldə edir. Kreditin verilməsi müqavilələr ilə rəsmiləşdirilir və bank müxtəlif təminat üsulları ilə riski qarşılayır. Kredit müqaviləsinin təminat üsullarından biri əmlakın ipoteka ilə yüklü edilməsi ilə bağlıdır. Kredit götürən şəxsin bank qarşısında öhdəliklərini qarşılamaq məqsədi ilə ipotekaya qoyduğu əmlakın hərracdan satışının təşkil edilməsi və müvafiq prosedurun aparılmasına diqqət etmək bank təşkilatlarının nəzarətində olur. Bankın hərracdan satışı baş tutmayan ipoteka predmetinin əldə etmək niyyətinin olmaması məntiqli və ağlabatan hesab edilə bilməz. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, 2016-cı ildə keçirilmiş 2 hərracın baş tutmamış hesab edilməsindən sonra 30 gün müddətində ipoteka saxlayanla hərrac təşkilatı arasında protokolun imzalanmaması məhz hərrac təşkilatının ondan yayınması halı ilə əlaqədar olmuş və bu ipoteka saxlayanın iradə ifadəsinin zədələnməsi ilə nəticələnmişdir. Bu halı təkzib edən sübutlar məhkəməyə təqdim edilə bilməmiş və məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsiən əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə məhkəmə sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, cavabdehdən 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə pul tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1052/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən tutmanın yönəldiyi Cavabdeh4 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin hazırki ipoteka saxlayan İddiaçı QSC tərəfindən əldə olunması barədə protokol cavabdeh "xxxx" MMC tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilsin. "xxxx" MMC-dən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-795/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-795/2023
16.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver