Məhkəmə qərarları › İş №2(009)-799/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-799/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-799/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, İddiaçı Cavabdeh Müseyib oğluna qarşı Səbail RPİ TŞ-nin baş təhqiqatçısı E.Həsənovun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması, dəymiş masddi-mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Müseyib oğluna qarşı Səbail RPİ TŞ-nin baş təhqiqatçısı E.Həsənovun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması, dəymiş masddi-mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səbail RPİ TŞ-nin baş təhqiqatçısı E.Həsənovun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması, dəymiş masddi-mənəvi zərərin ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddia tələbindən görünür ki, iddiaçı mülki mühakimə icraatı qaydasında baxılması mümkün olmayan tələb irəli sürmüşdür. Belə ki, iddia tələbində Səbail RPİ TŞ-nin baş təhqiqatçısı E.Həsənovun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina olunmalı və iddiaçıya Səbail RPİ TŞ-nin baş təhqiqatçısı E.Həsənovun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından məhkəmə nəzarəti qaydasında şikayət vermək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki mühakimə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, milki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh Müseyib oğluna qarşı Səbail RPİ TŞ-nin baş təhqiqatçısı E.Həsənovun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması, dəymiş masddi-mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, o, Səbail RPİ TŞ-nin baş təhqiqatçısı E.Həsənovun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından məhkəmə nəzarəti qaydasında şikayət verə bilər. Qərardaddan 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar