Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-8/2022 08.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə İddiaçı Həsən oğlunun cavabdehlər Cavabdeh1, X3, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı sərəncamın və cizginin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və həmin qeydiyyat əsasında çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında aparılmış qeydin və verilən çıxarışın ləğv edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Həsən oğlu cavabdehlər Cavabdeh1 və Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, torpaq sahəsindən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 nömrəli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan sossesi, 32 ünvanda 600 kv.metr torpaq sahəsi alqı-satqı qaydasında iddiaçı X5 verilmişdir. İddiaçı mülkiyyətinə verilmiş həmin torpaq sahəsindən istifadə etmək istəyərkən məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilmiş və orada hasar çəkilmiş, torpaq sahəsində tikinti işləri aparılmasına hazırlıq işləri görülür. Cavabdeh torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldığını və torpaq sahəsinin onun mülkiyyətində olduğunu bildirmişdir. Halbuki, həmin torpaq sahəsi qanunla müəyyən olunmuş qaydada onun mülkiyyətinə verilmiş və bələdiyyənin qərarı, alqı-satqı aktı, ödəmə sənədi və cizgi planı ilə rəsmiləşdirilmişdir. Cavabdehin isə hansı qaydada həmin torpaq sahəsinə dair sənəd aldığı ona məlum deyildir. Cavabdehin bu hərəkəti qanunsuzdur və onun mülkiyyət hüquqularını pozmuşdur. Odur ki, cavabdehə verilmiş çıxarış ləğv edilməli və cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxarılmalıdır. Cavabdeh könüllü ona ayrılmış torpaq sahəsindən çıxmadığı üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi ücün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatı ilə əlaqədar əldə etdikləri hüquqları saxlanlır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh1 verilmiş 04 avqust 2017-ci il tarixliRX seriyalı, ******* saylı (qeydiyyat № **********) çıxarışın ləğv edilməsi, Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005ci il tarixli 142 nömrəli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan sossesi, 32 ünvanda İddiaçı ayrılmış 600 kv.metr torpaq sahəsindən Cavabdeh1 çıxarılması, sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Həsən oğlu AR MPM-nin 53-cü maddəsinə uyğun olaraq cavabdehlər Cavabdeh1, X3, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək Səbail Rayon İcra Hakimiyyətinin 1971 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə X3 ayrılmış, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600kv.m torpaq sahəsinin yerləşmə cizgisinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası DƏDRX-nin X4 adına xx.xx.2017-ci il tarixdə **********82 nömrəli reyestrdə apardığı ********** nömrəli qeydiyyatın ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, X6 ilə Cavabdeh1 arasında bağlanılmış AN-İ №0579909 nömrəli 28 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası DƏDRXnin Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə **********82 nömrəli reyestrdə apardığı ********** nömrəli qeydiyyatın ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 nömrəli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu ,Salyan şosesi, 32 ünvanda İddiaçı ayrılmış 600kv.m torpaq sahəsindən Cavabdeh1 çıxarılması, sahənin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-8/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Həsən oğlu cavabdehlər Cavabdeh1, X3, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı ərazi İdarəsinə qarşı qaldırdığı iddia tələbinin Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı ərazi İdarəsinə qarşı Səbail Rayon İcra Hakimiyyətinin 1971 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə X3 ayrılmış, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600kv.m torpaq sahəsinin yerləşmə cizgisinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası DƏDRX-nin X2 adına xx.xx.2017-ci il tarixdə **********82 nömrəli reyestrdə apardığı ********** nömrəli qeydiyyatın ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı Həsən oğlu məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanlandığı teleqramda məhkəmə iclasının 15 sentyabr 2022-ci il tarixdən sonrakı vaxtda təyin edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh1 işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılması barədə tələbini, mülki işin uzun müddət məhkəmə icraatında olmasını, məhkəmə iclasının uzun müddətə təxirə salınması barədə iddiaçının xahişini təsdiq edən dəlillərin və sübutların məhkəməyə təqdim edilməməsini nəzərə alaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh1 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, uzun müddətdir ki, mübahisəli torpaq sahəsi ilə əlaqədar məhkəmə araşdırması gedir. Ali Məhkəmənin son qərarı ilə müəyyən edilmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsi ilə iddiaçıya ayrılmış torpaq sahəsi fərqli yerlərdədir, iddiaçının torpaq sahəsi onun torpaq sahəsindən 60 m. aralı məsafədə yerləşir. Ona görə də hesab edir ki, o, torpaq sahəsini qanuni əsaslarla əldə etmişdir və məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər X6, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinin və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi X6 ilə Cavabdeh1 arasında bağlanılmış AN-İ №0579909 nömrəli 28 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası DƏDRX-nin Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə **********82 nömrəli reyestrdə apardığı ********** nömrəli qeydiyyatın ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 nömrəli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, 32 ünvanda İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsindən Cavabdeh1 çıxarılması, sahənin boşaldılaraq İddiaçı təhvil verilməsi hissəsində təmin olunmamalıdır. İş üzrə Bakı şəhəri Səbail rayon Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarına əsasən Səbail rayonu, Səlyan şosessi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İş üzrə Torpaqların alqı-satqısına dair aktına əsasən İddiaçı Bakı şəhəri Səbail rayon Bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsini satın almışdır. İş üzrə DƏDRX tərəfindən verilmiş ******* nömrəli çıxarışın kserosurətinə əsasən Cavabdeh1 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivində yerləşən 2018 saylı sahədə yerləşən 0.06 ha. tortpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış və bu barədə xx.xx.2017-ci il də daşınmaz əmlakın dövlət reyestrində 742 nömərli reyestr kitabında 70281 nömrəli akt qeyd icra edilmişdir. İş üzrə Səbail Rayon İcra Hakimiyyətinin 1971 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600kv.m torpaq sahəsinin X3 ayrılmışdır. İş üzrə Bakı şəhəri 5 saylı kontorunda rəsmiləşdirilərək təsdiq edilmiş daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X1 qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600kv.m torpaq sahəsini Cavabdeh1 satmışdır. İş üzrə Səbail rayon Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2019-cu il tarixli 2441 saylı rəyinə əsasən məhkəmə tərəfindən cavablandırılması üçün ekspert qarşısına qoyulan birinci sualı üzrə: "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005ci il tarixli 142 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsinin sərhədləri yerində dəqiqləşdirilərkən məlum oldu ki, həmin torpaq sahəsi mübahisələndirilən ərazi ilə üst-üstə düşür. Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə X3 (hazırda xx.xx.2017-ci il tarixli RX-10938968 saylı çıxarışa əsasən Cavabdeh1 mülkiyyətinə verilmiş) ayrılmış torpaq sahəsinin ünvanı Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi göstərilməsinə baxmayaraq, mübahisələndirilən torpaq sahəsi ilə həmin Massiv arasında məsafə hava xətti ilə məsafə bir neçə kilometrdir. Qərardadın ikinci sualı üzrə: Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ərazilərinin sərhədləri yerində müəyyən edilərkən məlum oldu ki, 3cü yaşayış massivi mübahisələndirilən əraizdən bir neçə kilometr kənarda yerləşir. Qərardadın üçüncü sualı üzrə: Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 nömrəli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 32 ünvanında İddiaçı ayrılmış torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə X3 (hazırda Cavabdeh1) ayrılmış Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivi 2018 nömrəli 600 kv.m torpaq sahəsinin plan-ölçü sənədində qeyd edilmiş torpaq sahələri üst-üstə düşdüyü müəyyən olunur. Qərardadın dörüncü sualı üzrə: Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında İddiaçı ayrılmış torpaq sahəsi ilə Səbail rayon İcra Hakimiyyətinin 1971 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamı ilə X3 (hazırda Cavabdeh1) ayrılmış və cavabdeh tərəfindən hasara alınmış 600 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi Səbail rayon Badamdar qəsəbəsi, 3-cü Yaşayış Massivinin ərazisi deyil. İş üzrə Bakı İnzibat Məhkəməsinin 2-1(112)-147/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçı Cavabdeh1 Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı iddiası təmin edilmiş, cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinin üçüncü şəxs İddiaçı 600kv.m torpaq sahəsinin ayrılmasına dair xx.xx.2005-ci il tarixli 142 saylı qərarı ləğv edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsnin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 38/2022 saylı qərarına əsasən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş Bakı İnzibat Məhkəməsinin 2-1(112)-147/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsnin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-827/2022 saylı qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsnin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)-38/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005ci il tarixli 142 saylı qərarına əsasən Səbail rayonu, Səlyan şosessi 32 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi qərara alınmış və torpaqların alqı-satqısına dair aktına əsasən İddiaçı Bakı şəhəri Səbail rayon Bələdiyyə ərazisində 600 kv.m torpaq sahəsini satın almışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail Rayon İcra Hakimiyyətinin 1971 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına əsasən Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 2018 nömrəli 600kv.m torpaq sahəsi X3 ayrılmış, həmin torpaq sahəsi üzərində X6 mülkiyyət hüququnu rəsmiləşdirdikdən sonra həmin torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satmış və Cavabdeh1 həmin torpaq sahəsi üzərində mülkiyyət hüququları DƏDƏRX tərəfindən qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh Eİşan Ağayev Səbail rayon Bələdiyyəsinə qarşı Bakı İnzibat Məhkəməsində Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarının ləğv edilməsinə dair iddia qaldırmış, qanuni qüvvəyə minmiş Məhkəmə qərarına əsasən onun iddiası təmin edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsnin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)- 38/2022 saylı qərarı ilə Cavabdeh1 Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarının ləğv edilməsinə dair iddiasının təmin edilməsi barədə Bakı İnzibat Məhkəməsinin 2- 1(112)-147/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, Cavabdeh1 iddiası təmin edilməmişdir.Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsnin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-827/2022 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən yuxarıda qeyd edilən məhkəmə aktını qəbul edilərkən iddianın təmin edilməməsinin əsası kimi təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tərəfindən müəyyən edilən hallara istinad edilmişdir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 məxsus Bakı şəhəri ,Səbail rayonu, Badamdar qəsbəsi, üçüncü yaşayış massivi, 2018 sahə ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi Bakı şəhər Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 saylı qərarı ilə İddiaçı verilmiş Bakı şəhəri Səbail rayonu Salyan şosesi, 32 ünvanında yerləşən 600kv.m torpaq sahəsi üst-üstə düşmür. Həmin hal iş materialları və ekspert rəyi ilə təsdiqini tapdığından qaldırılan iddia təmin edilməmişdir. Məhkəmə qaldırılan tələbə hüquqi qiymət verməmişdən əvvəl məhkəmə aktlarının preyudisiallığı ilə bağlı Konstiutsiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqeyə nəzər salmasını vacib hesab edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Həmçinin qeyd edilməlidir ki, hüquq nəzəriyyəsində məhkəmə aktlarının preyudisial əhəmiyyəti ilə bağlı iki yanaşma – forma və məzmun yanaşması mövcuddur. “Forma”, yəni qəbul edilmiş məhkəmə aktının prosessual forması yanaşması baxımından yalnız işi mahiyyəti üzrə həll edən qətnamələrin preyudisial əhəmiyyəti tanınır. “Məzmun” yanaşması baxımından isə prosessual formasından asılı olmayaraq məhkəmə aktı ilə maddi-hüquqi faktlar müəyyən edildikdə, həmin məhkəmə aktı preyudisial əhəmiyyət kəsb edir. Mülki Prosessual Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82.3cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və MPM-nin 82.3cü maddəsinin məzmununa əsasən, yalnız aşağıdakı şərtlər daxilində mövcud olur: - konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Yəni qətnamə ilə müəyyən edilən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. Konstitusiya Məhkəməsinin formalaşan hüquqi mövqeyindən göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi eyni tərəflər arasında eyni predmet barəsində olan mübahisəyə dair çıxarılmış qərarın preyudisial əhəmiyyətə malik olduğu müəyyən edir. Eyni tərəflər arasında baxılan işdə müəyyən edilmiş faktlar isə başqa işdə baxılarkən yenidən sübut olunmur və həmin faktlar sübut edilmiş hesab edilir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsnin İnzibati Kollegiyasının 2-1(103)-38/2022 saylı qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş faktın yenidən sübut edilməsi yolverilməzdir. Qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə iddiaçıya ayrılmış və cavabdehin mülkiyyətinə olan torpaq sahələrinin üst-üstə düşməsi müəyyən edilmədiyindən və bu hal hazırki işə baxılarkən preydisual əhəmiyyət daşıdığından məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən tələblə məhkəmədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Beləliklə iddiaçının cavabdehin mülkiyyətində olan torpaq sahəsi üzərində hüquq sahibi olmadığı təsdiq olunduğundan, bununla da onun hazırki tələblə çıxış etməyə subyektiv hüququ olmadığından, irəli sürülmüş iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığından, irəli sürülmüş tələb rədd edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia rədd olunduğundan, məhkəmə xərcləri iddiaçıya aid edilməli və iddiaçıdan keçirilmiş ekspertiza xərcinin əvəzi kimi 100 manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı Həsən oğlunun cavabdehlər Cavabdeh1, X3, Bakı şəhər Səbail rayon İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə qarşı X6 ilə Cavabdeh1 arasında bağlanılmış AN-İ №0579909 nömrəli 28 iyul 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası DƏDRX-nin Cavabdeh1 adına xx.xx.2017-ci il tarixdə **********82 nömrəli reyestrdə apardığı ********** nömrəli qeydiyyatın ləğv edilməsi və həmin qeydiyyat əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri Səbail Bələdiyyəsinin 16 dekabr 2005-ci il tarixli 142 nömrəli Qərarı ilə Bakı şəhəri, Səbail rayonu ,Salyan şosesi, 32 ünvanda İddiaçı ayrılmış 600 kv.m torpaq sahəsindən Cavabdeh1 çıxarılması, sahənin boşaldılaraq İddiaçı təhvil verilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. İddiaçı keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza xərci – 100 (yüz) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-8/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-8/2022
08.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver