Məhkəmə qərarları › İş №2(009)-80/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-80/2023

05.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-80/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, tərcüməçi X2, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi X1, İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə İddiaçı (üçüncü şəxslər Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi göstərilməklə) ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması, pozulmuş istifadə hüquqlarının bərpa edilməsi” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 (5 saylı MKİS və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maneənin aradan qaldırılması, pozulmuş istifadə hüquqlarının bərpa edilməsi və payların naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə İddiaçı (üçüncü şəxslər Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi göstərilməklə) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması, pozulmuş istifadə hüquqlarının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi 68 saylı evin, 23/21 nömrəli mənzilinin dəhlizində maneənin aradan qaldırılması, pozulmuş istifadə hüquqlarının bərpa edilməsi, qanunsuz özbaşına tikilmiş qapının, dolabların cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması və həmin dəhlizdə qanunsuz yerləşdirilmiş qaz sobasının, soyuducunun, paltaryuyan və qabyuyan maşınlarının çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, uzun illərdir ki, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 68 saylı evin, 23/21 nömrəli 4 otaqdan ibarət mənzilində ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehlər ilə onun mənzilinin girişi ümumidir. Dəhliz, mətbəx, hamam və s. ümumi istifadələrindədir. Uzun illərdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birgə yaşayırlar. Cavabdeh2 mütəmadi olaraq onunla və qızları ilə mübahisələr edir, onları nalayiq söyüşlərlə təhqir edir. Cavabdeh2 söyüş və təhqirlərindən qızı Mariya psixoloji sarsıntı keçirmişdir.( ambulator kitabçadan çıxarış bunu sübut edir). Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi istifadədə olan dəhlizi uzun illərdir ki, pərdə ilə örtülü saxlayaraq pəncərədən dəhlizə gələn gün işığının qarşısını tamamilə almışdır. Bu səbəbdən dəhliz daim qaranlıq olduğundan ümumi istifadədə olan mətbəx, hamam və s. istifadə etmək üçün həmin qaranlıq dəhlizdən keçmək məcburiyyətindədirlər. Bundan əlavə cavabdehlər bu yaxınlarda qanunsuz olaraq həmin dəhlizdə qaz sobası, soyuducu, paltaryuyan, qabyuyan və müxtəlif şkaflar quraşdırmışlar. Cavabdehlər orada yemək bişirəndə qoxu hər yerə yayılır. Halbuki, sözügedən dəhliz ümumi istifadədədir. Cavabdeh2 həmin dəhlizin ona aid olduğunu və həmin əşyaları çıxarmayacağını bildirmişdir. Qeyd edilənlərdən əlavə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz olaraq dəhlizin həmin hissəsinə qapı qoyaraq orada tikinti işləri aparmışlar. Ümumi istifadədə olan dəhlizdən tam istifadə edə bilmədiyi üçün bir mülkiyyətçi kimi onun konstitusion hüquqları pozulur. Cavabdehlərin qanunsuz hərəkətlərindən sahə müvəkkilinə müraciət etmiş, lakin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. xx.xx.2022-ci il tarixdə ilkin iddia üzrə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən etiraz daxil olmuş və etiraz onunla əsaslandırmışdır ki, mübahisəli mənzil ümumi 2 girişi və 2 çıxışı olan paylı mülkiyyətdir. Dəhliz dedikləri həmin sahə Cavabdeh1 mülkiyyətindədir (çıxarış və texniki pasport). İddiaçının subyektiv hüququnun olubolmaması, təqdim etdiyi çıxarışın hüquqi statusu müəyyən edilməli və ümumiyyətlə 6 otaqdan ibarət Nizami küçəsi 68 saylı binadakı 18,19, 20, 21,22, 23 saylı mənzillərin hazırki tarixə mülkiyyətçilərinin kim olması məhkəmə tərəfindən aydınlaşdırılmalıdır. Belə ki, cavabdeh olaraq paylı mülkiyyətlərində olan 19 saylı mənzil 20 saylı mənzillə birləşdirilərək mübahisə predmeti olan dəhliz daxil olmaqla 66 kv.metrdən ibarətdir. (5 saylı MİS- nin xx.xx.2018-ci il tarixli 186 saylı arayış sxemi və köhnə texpasport). İddiaçı dəhlizin ümumi istifadə olmasını iddia etsə də sübutedici sənədləri məhkəməyə təqdim etməmişdir. 18 və 22 saylı mənzillərin iddiaçıya aid olmasına dair sübut işdə yoxdur. Odur ki, məhkəməyə zəruri sübutları çıxarış, yeni və köhnə texniki pasportları və MİS-nin sxemini təqdim edərək iddianın əsassız olmasını, iddianın subyektiv hüququnun olubolmaması, digər paylı mülkiyyətçilərin olub-olmaması, ümumiyyətlə mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsi üçün məhkəmədən mənzilə yerində baxış keçirilməli, 5 saylı MİS prosesə müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb edilməli, mübahisəli ünvan 5 saylı binanın ümumi girişi və çıxışı olan 18, 19, 20, 21, 22, 23 saylı mənzillərinin mülkiyyət, istifadə və ya sərəncam hüququ ilə kimə məxsus olması, o cümlədən iddiaçı və cavabdehlərə aidiyyətinin müəyyən edilməsi üçün DƏDRX Bakı şəhər İdarəsinə sorğu verilməli və həmin mənzillərə çıxarışların verilməsi üçün əsas olan sənədlər və mənzilləri hazırki hüquqi statusu barədə yazılı məlumat alınması üçün sorğu göndərilməlidir. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə dəqiqləşmə ərizəsi verərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsindəki 68 saylı evin, 23/21 nömrəli mənzilə dair dəhlizdə maneənin aradan qaldırılması, pozulmuş istifadə hüquqlarının bərpa edilməsi, qanunsuz tikilmiş qapının, dolabların cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması və həmin dəhlizdə qanunsuz yerləşdirilmiş qaz sobasının, soyuducunun, paltaryuyan, qabyuyan maşınlarının və səsli kameranın çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət etdikdən sonra, cavabdehlər ümumi istifadədə olan dəhlizə səsli kamera quraşdırmışlar. Cavabdehlər dəhlizə səsli kamera yerləşdirdiyindən onun və ailə üzvlərinin konstitusion hüquqları kobudcasına pozulmuşdur. Bina tarixi bina olduğundan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi 3-cü şəxs kimi işə cəlb edilməlidir. xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia üzrə iddiaçılar X9 və Cavabdeh2 Əsgər qızı cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi verərək ünvan 1 ünvanda cavabdehlə birgə istifadədə olan 6 mənzildən ibarət yaşayış və qeyri-yaşayış olan sahələrinin naturada bölünməsi, istifadə qaydalarının və mənzillərə ayrıca giriş-çıxışın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda birgə istifadədə olan 18, 19, 20, 21, 22, 23 saylı mənzillər mövcuddur. 19 və 20 saylı mənzillər onların, 19, 21, 22, 23 saylı mənzillər isə cavabdehin istifadəsindədir. Cavabdehin adına 21/23 sayla, onların adına isə 19 saylı mənzillər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İstifadə olunan sahənin 2 ayrıca giriş və çıxışı vardır və ümumi istifadədə dəhliz, hamam, mətbəx və s sahələr vardır. İllərdir ki, cavabdehlə aralarında mübahisə vardır və hazırda cavabdeh onlara qarşı ümumi istifadədə hesab etdiyi sahə üzrə iddia qaldırıb, halbuki dəhliz onların mülkiyyətindədir. Hazırda paylı mülkiyyətdə və ümumi istifadədə olan yaşayış və qeyri-yaşayış sahələrinin naturada bölgüsü tələbi ortaya çıxmışdır. ünvan 2 ünvanı xx.xx.2001-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır. 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 2V-212 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 3 ünvanı Səbail Rayon İcra Hakimiyyətinin 137 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına, keçmiş 26 Bakı Komissarı Rayonu İcra Hakimiyyətinin 1072 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına, Forma 2 arayışına və razılıq ərizələrinə əsasən xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh2 adına əmlak aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdə qarşılıqlı iddia üzrə dəqiqləşdirmə ərizəsi verərək ünvan 5 ünvanda yerləşən ümumi birgə istifadədə olan dəhlizdə ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən yerləşdirilmiş bütün əşyaların dəhlizdən götürülməsi, ikin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onunla birgə, mülkiyyətində olan 4 otaqdan V 23/21 saylı mənzillərdə yaşayan üçüncü şəxslərə ümumi istifadədə olan dəhlizə hər hansı bir əşya yerləşdirilərək gediş-gəlişə və ümumi istifadəyə mane olmanın qadağan edilməsi, ünvan 5 ünvanda yerləşən birgə istifadədə olan dəhlizdə quraşdırılmış, evlərinə giriş-çıxışı bilavasitə qeydə alan sərbəst yaşamaq kimi konstitusion hüquqlarını pozan kameranın ilkin iddia üzrə İddiaçı tərəfindən sökülməsi vəzifəsinin onun üzərinə qoyulması, ünvan 1 ünvanda birgə istifadədə olan 6 mənzildən ibarət yaşayış sahəsinin, eləcə də ümumi birgə istifadədə olan qeyri-yaşayış olan sahələrin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı dəqiqləşmə ərizəsini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə iddiaçı məhkəmə prosesi gedişində öz mənzilində olan əşyaları birgə istifadədə olan dəhlizə çıxarmaqla istifadəni məhdudlaşdırıb, mənzillərinə yaxın olan dəhlizin giriş yolunda paltaryuyan, şkaf, soyuducu, qapılarının ağzında böyük taxta dolab, digər giriş-çıxışa gedən yolda dolab, məişət avadanlıqları, eləcə də dəhlizdə onların evinin girişinə keçid hissədə səsli kamera quraşdırmışdır. Odur ki, ilkin iddia üzrə iddiaçıya məxsus ümumi birgə istifadədə olan dəhlizdə onun tərəfindən yerləşdirilmiş bütün əşyaların dəhlizdən götürülməsi vəzifəsinin ilkin İddiaçı üzərinə qoyulması, ona və onunla birgə mülkiyyətində olan 4 otaqdan ibarət 23/21-ci saylı mənzillərdə yaşayan üçüncü şəxslərə ümumi istifadədə olan dəhlizə hər hansı bir əşya yerləşdirilərək gediş-gəlişə və ümumi istifadəyə maneələr qadağan edilməlidir. İlkin iddia üzrə cavabdehlərin nümayəndəsi xx.xx.2023-cü il tarixdə dəqiqləşmə ərizəsi etiraz təqdim etmişdir. Etirazını onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi qaz sobası, soyuducu, paltaryuyan, qabyuyan maşın çıxarışla və texniki pasportla məxsus olan mülkiyyətinə aid olan sahədə yerləşdirilmişdir. Yerli baxış keçirilən zaman və 11 avqust 2023-cü il tarixli 10/3658 saylı məhkəmə ekspertiza rəyi ilə də müəyyən edilmişdir. Ümumi istifadədə olan dəhlizdə ilkin iddia üzrə iddiaçının əşyaları qoyulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan hissədə divarda quraşdırılmış divar dolabı hələ 100 il öncədən mövcud olan dolabdır və hər bir mərtəbədə eyni dolabları müşahidə etmək olar. Həmçinin quraşdırılmış yarımçıq qapı mülkiyyətlərində olan ərazini ümumi istifadədə olan dəhlizdən ayırır və bu qapı sökülə bilməz. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Kamera səsli kamera deyildir və ümumiyyətlə iddiaçının girişçıxış hissəsinə deyil, özlərinin giriş qapısının üzərində təhlükəsizliyi təmin etmək üçün quraşdırılmişdır. Həmin kameranın müşahidə sahəsi məhz qapılarının giriş-çıxış hissəsidir və iddiaçıya aid hər hansı mənzilə baxmır. İlkin iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsinin dəqiqləşmə ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Yurevna və Cavabdeh2 evinə şəxsiyyətləri ona məlum olmayan müxtəlif kişilər gətirir. Hamı işə gedir, evdə azyaşlı uşaqlar tək qalır, onların təhlükəsizliyini qorumaq üçün kamera qoymuşdur. Kamera olandan cavabdehlərin evinə gəliş-gediş kəsilmişdir. İlk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Yurevna və Cavabdeh2 iddia tələbləri təmin edilə bilməz, çünki əgər iddia tələbi təmin edilərsə, onda onun xüsusi mülkiyyətdə olan ümumi sahədən istifadə hüquqları pozulacaqdır Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı nümayəndəsi X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, 1960-cı illərdə olan ilkin iddia üzrə Cavabdeh1 atası X8 adına olan xüsusi mülkiyyətdən 1/1 pay onun vərəsəsi Cavabdeh1 xüsusi yaşayış sahəsindən istifadə kimi çatmışdır. Bu səbəbdən həmin yer qanuni mülkiyyətçinin mülkiyyətindədir və qarşı tərəfin buna iddiası tamamilə əsassızdır. Kameraya gəldikdə isə Cavabdeh1 aid olan kamera hərəkətsizdir və qarşı tərəfin qapısına baxmır. Lakin qarşı tərəfin kamerası bilavasitə ilkin iddia üzrə cavabdehlərin qapısını müşahidə edir. Onlar tərəfindən quraşdırılmış kamera sökülməlidir. Qarşılıqılı iddia tam olaraq əsaslıdır, təmin olunmalıdır, ilkin iddia isə işdə olan sənədlərə əsasən qəbul edilə bilməz. Naturada bölgü isə ekspertin rəyində də qeyd olunduğu kimi bölünə bilər. Dəhlizdə olan bütün əşyaların ilkin iddia üzrə iddiaçılar tərəfindən götürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 68, mənzil 19 Yeni qaydalarla: AZ 1000, ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 65.8 kv.m olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusu əsasında cavab məktubundan görünür ki, ünvan 2 ünvanı xx.xx.2001-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır, lakin 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 2V-212 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 3 ünvanı Səbail Rayon İcra Hakimiyyətinin 137 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına, keçmiş 26 Bakı Komissarı Rayonu İcra Hakimiyyətinin 1072 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına, Forma 2 arayışına və razılıq ərizələrinə əsasən xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh2 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 10/3658 №-li ekspert rəyindən görünür ki, Azərbaycan Republikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri **********48-05101-093056 nömrəli Cavabdeh1 adına verilmiş texniki pasportda mənzil nömrəsi 19 olan ümumi sahəsi 65.8 kv.m olmaqla sahələri 21.4 və 32.4 kv.metr olan 2 yaşayış otağı və sahəsi 2.0 kv.metr olan dəhliz-mətbəx qeyd edilmiş, İddiaçı adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində isə mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 kv.metr, 27.7 kv.metr, 12.7 kv.metr, 9.3 kv.metr olmaqla yaşayış sahəsi 85.7 kv.metr, köməkçi sahələr isə ümumi olmaqla qeyd edilmişdir. Mənzillərin texniki pasporta uyğun bölünmüş vəziyyətdə olduğunu nəzərə alaraq, İddiaçı adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində 4 mənzil birləşdirilərək mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 kv.metr, 27.7 kv.metr, 12.7 kv.metr, 9.3 kv.metr olmaqla cəmi yaşayış sahəsi 85.7 kv.metr sahə, ön və arxa tərəfə açılan girişçıxış qapıları, hamam, ayaqyolu, dəhliz ümumi istifadə də olmaqla iddiaçının istifadəsində qalmaqla; Cavabdeh1 Yurevnanın adına verilmiş 2 mənzil birləşdirilərək texniki passportda mənzil nömrəsi 19 olan ümumi sahəsi 65.8 kv.m olmaqla sahələri 21.4 və 32.4 kv.metr olan 2 yaşayış otağı və sahəsi 12.0 kv.metr olan dəhliz-mətbəx, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu və dəhliz ümumi istifadədə olmaqla cavabdehlərin istifadəsində qalmaqla bölgünün İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə uyğun qaydada təcrid şəkildə naturada bölünməsi texniki cəhətdən mümkündür. xx.xx.2022-ci il tarixli yerli baxışda Səbail rayonu, ünvan 7 ünvanda olan zaman ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə iddiaçılara məxsus olan mənzillərin ardıcıl deyil, qarışıq şəkildə olduğu müəyyən olundu. Qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən quraşdırılan kameranın əhatə dairəsinə ilkin iddia üzrə iddiaçıya məxsus mənzilin giriş qapısı düşür, lakin mənzilin içi görünmür. Cavabdeh1 tərəfindən əşyalar mülkiyyətinə daxil olan sahəyə yerləşdirilmişdir. Cavabdeh1 tərəfindən dəhlizin həmin sahəsinə yarımçıq plastik qapı qoyulmuşdur. İş materiallarında olan Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 5 saylı MKİS-in arayışında da qeyd olunur ki, Cavabdeh2 (xx.xx.1940-cı il təvəllüdlü) həqiqətən 1967-ci il tarixdən bu günədək Nizami küçəsi 68 saylı evin 19 saylı mənzilində qeydiyyatdadır və Nizami küçəsi 68 saylı evin 19 saylı mənzili Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışı əsasında qızı Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan 22 avqust 2001-ci il tarixli fərdi yaşayış fonduna daxil olan Özəlləşdirilmiş mənzilin texniki pasportundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi ev 68 mənzil 19-un sahibi X3. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanı xx.xx.2001-ci il tarixdə X7 adına qeydiyyata alınmışdır, lakin 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 2V-212 reyestr nömrəli xx.xx.2018-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. ünvan 3 ünvanı Səbail Rayon İcra Hakimiyyətinin 137 nömrəli xx.xx.2000-ci il tarixli sərəncamına, keçmiş 26 Bakı Komissarı Rayonu İcra Hakimiyyətinin 1072 nömrəli xx.xx.1992-ci il tarixli sərəncamına, Forma 2 arayışına və razılıq ərizələrinə əsasən xx.xx.2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh2 adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli ünvan 1 ünvanda birgə istifadədə olan 18, 19, 20, 21, 22, 23 saylı mənzillər mövcuddur. 19 və 20 saylı mənzillər onların, 19, 21, 22, 23 saylı mənzilər isə cavabdehin istifadəsindədir. Cavabdehin adına 21/23 sayla, onların adına isə 19 saylı mənzillər xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İlkin iddia üzrə iddia tələbindən görünür ki, iddiaçı cavabdehlərdən ümumi istifadədə olan dəhlizdən əşyaların çıxarılmasını, quraşdırılmış kameranın və qapının sökülməsini tələb edir. Qarşılıqlı iddia üzrə iddia tələbindən görünür ki, iddiaçı cavabdehlərdən və 3-cü şəxslərdən ümumi istifadədə olan dəhlizdən əşyaların çıxarılmasını, quraşdırılmış səsli kameranın sökülməsi və mənzilin naturada bölünməsini tələb edir. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının mübahisələndirdiyi dəhliz qarşılıqlı iddia üzrə iddiaçının çıxarış və texniki pasportla mülkiyyətində olduğundan özünə məxsus sahədə yerləşdirilmiş qaz sobası, soyuducu, paltaryuyan, qabyuyan maşın çıxarıla bilməz. Quraşdırılmış tavana qədər üstü açıq olan yarımçıq plastik qapı Cavabdeh1 mülkiyyətlərində olan ərazini ümumi istifadədə olan dəhlizdən ayırdığından sökülə bilməz. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən ümumi istifadədə olan dəhlizdə yerləşdirilmiş bütün əşyalar götürülməli və bir daha onun tərəfindən əşyaların ümumi istifadədə olan sahəyə yerləşdirilməsi qadağan edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi hər kəsin şəxsi toxunulmazlıq hüququnun olduğunu bəyan edir. Qeyd olunan maddədə göstərilmişdir ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, videi və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Belə olan halda məhkəmə hesab edir ki, hər iki tərəfin quraşdırdığı kamera sökülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə tərəfindən mübahisəli əmlakların naturada ayrılmasının mümkünlüyü ilə bağlı ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli evin İddiaçı adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində 4 mənzil birləşdirilərək mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 kv.metr, 27.7 kv.metr, 12.7 kv.metr, 9.3 kv.metr olmaqla cəmi yaşayış sahəsi 85.7 kv.metr sahə, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu, dəhliz ümumi istifadədə olmaqla iddiaçının istifadəsində qalmaqla; Cavabdeh1 Yurevnanın adına verilmiş 2 mənzil birləşdirilərək texniki pasportda mənzil nömrəsi 19 olan ümumi sahəsi 65.8 kv.m olmaqla sahələri 21.4 və 32.4 kv.metr olan 2 yaşayış otağı və sahəsi 12.0 kv.metr olan dəhliz-mətbəx, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu və dəhliz ümumi istifadədə olmaqla cavabdehlərin istifadəsində qalmaqla naturada ayrılması texniki cəhətdən mümkündür. Beləliklə, məhkəmə ekspert rəyinə əsasən texniki cəhətdən mümkünlüyünü nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia tələbi bu hissədə təmin edilməli və İddiaçı adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində 4 mənzil birləşdirilərək mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 kv.metr, 27.7 kv.metr, 12.7 kv.metr, 9.3 kv.metr olmaqla cəmi yaşayış sahəsi 85.7 kv.metr sahə, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu, dəhliz ümumi istifadə də olmaqla iddiaçının istifadəsində qalmaqla; Cavabdeh1 Yurevnanın adına verilmiş 2 mənzil birləşdirilərək texniki pasportda mənzil nömrəsi 19 olan, ümumi sahəsi 65.8 kv.m olmaqla sahələri 21.4 və 32.4 kv.metr olan 2 yaşayış otağı və sahəsi 12.0 kv.metr olan dəhliz-mətbəx, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu və dəhliz ümumi istifadədə olmaqla cavabdehlərin istifadəsində qalmaqla mülkiyyətinə verilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddialar üzrə 100 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia qismən təmin edildiyindən ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 30 (otuz) manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 80 (səksən) manatı İddiaçı tutularaq Cavabdeh1 ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci, 50 (əlli) manatın 40 (qırx) manatı İddiaçı, 10 (on) manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. ünvan 2 ünvanında quraşdırılmış kamera Cavabdeh1 tərəfindən sökülsün. İlkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 30 (otuz) manatı Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 68 ünvanında ümumi istifadədə olan dəhlizdən əşyalar İddiaçı tərəfindən götürülsün və bir daha onun tərəfindən əşyaların ümumi istifadədə olan sahəyə yerləşdirilməsi qadağan edilsin. ünvan 3 ünvanında quraşdırılmış kamera İddiaçı tərəfindən sökülsün. İddiaçı adına verilmiş texniki pasport və qeydiyyat vəsiqəsində 4 mənzil birləşdirilərək mənzil nömrəsi 23/21 olan, sahələri 36.0 kv.metr, 27.7 kv.metr, 12.7 kv.metr, 9.3 kv.metr olmaqla, cəmi yaşayış sahəsi 85.7 kv.metr sahə, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu, dəhliz ümumi istifadə də olmaqla iddiaçının istifadəsində qalmaqla; Cavabdeh1 Yurevnanın adına verilmiş 2 mənzil birləşdirilərək texniki pasportda mənzil nömrəsi 19 olan ümumi sahəsi 65.8 kv.m olmaqla sahələri 21.4 və 32.4 kv.metr olan 2 yaşayış otağı və sahəsi 12.0 kv.metr olan dəhliz-mətbəx, ön və arxa tərəfə açılan giriş-çıxış qapıları, hamam, ayaqyolu və dəhliz ümumi istifadədə olmaqla cavabdehlərin istifadəsində qalmaqla naturada bölünsün. Qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 80 (səksən) manatı İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci, 50 (əlli) manatın 40 (qırx) manatı İddiaçı, 10 (on) manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar