Məhkəmə qərarları › İş №2(009)-812/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-812/2024

09.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-812/2024 09.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehin nümayəndəsi F.F.Mirzəzadənin iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh QSC-yə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və dayandırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, müəssisəsi ilə bolqar şirkəti olan “Contseas LTD” arasında müqavilə imzalanaraq tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Lakin Cavabdeh QSC (bundan sonra ASCO) bolqar şirkəti olan “Contseas LTD” ilə müəssisəsi arasında olan müqavilə öhdəliyinin icrasına maneçilik törədərək aralarında heç bir müqavilə və digər hüquqi əsas olmadan “Contseas LTD”-yə müqavilə şərtlərinə uyğun olaraq ödənilməli olan vəsaiti onlara ödəməsini tələb edirlər. Bununla da müəssisəsinin sahibkarlıq fəaliyyətinin inkişafında süni şəkildə maneçilik törədilir. X2 and Constructıon LLC-nin (bundan sonra AMEC) bolqar şirkəti "xxxx" arasında olan müqaviləyə əsasən həmin şirkətə ödəniş öhdəliyi mövcuddur. Həmin ödənişinin təxirə salınması barədə "xxxx" şirkəti ilə razılaşmamış olmuşdur. "xxxx" şirkətinin isə Rusiya şirkəti olan "xxxx" ilə patnyorluq razılaşması mövcuddur. "xxxx" şirkətinin isə ASCO şirkətinə müəyyən məbləğdə borcu vardır. Hazırkı müraciətinin məqsədi isə ASCO tərəfindən müəssisəsinin fəaliyyətinə edilən qanunsuz hərəkətlərin dayandırılması ilə bağlıdır. Belə ki, "xxxx" şirkətinin ASCO-ya ödəməli olduğu məbləğ hazırda ASCO şirkəti tərəfindən heç bir hüquqi əsas olmadan müəssisədən (AMEC) tələb edilir. Bununla bağlı olaraq ASCO tərəfindən dəfələrlə güc strukturları və şirkətin nümayəndələri müəssisəsinin yerləşdiyi inzibati binaya göndərilmiş, onların etdikləri təkliflə razılaşmayacaqları durumunda onları həbslə qorxutmuşlar. ASCO tərəfindən edilmiş qanunsuz hərəkətlər, heç bir hüquqi əsas olmadan başqa şirkətə ödəməli olduqları vəsaiti onlardan tələb etmələri barədə tərəfindən Azərbaycan Respublikasının Prezidentinə iki dəfə müraciət olunmuşdur. Həmçinin ASCO tərəfindən edilmiş müraciətlərlə əlaqədar İddiaçı MMC tərəfindən "xxxx" şirkətinə ödənilməsi tələb olunan ödənişin hüquqi əsası barədə təsdiqedici sənədlərin əslinin və ya təsdiq olunmuş surətinin onlara təqdim edilməsi barədə sorğu ilə ASCO-ya müraciət olunmuşdur. Lakin həmin sorğu ilə bağlı ASCO tərəfindən onlara heç bir cavab verilməmişdir. Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.3-cü maddəsinə əsasən cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, dəniz nəqliyyatı sahəsində mərkəzi icra hakimiyyəti orqanının normativ hüquqi aktlarını və bu Nizamnaməni rəhbər tutur. Nizamnamənin 1.4-cü maddəsinə əsasən Cəmiyyətin aparatı, törəmə müəssisələri, habelə idarə, filial və nümayəndəlikləri Cəmiyyətin strukturunu təşkil edir. Göründüyü kimi AMEC ASCO-nun struktur aparatına daxil deyildir. Yəni, müəssisənin ASCO qarşısında müqavilə bağlanmadığı təqdirdə hansısa öhdəliyi də mövcud deyildir. Belə olan halda ASCO-nun müəssisəsinə güc strukturlarının nümayəndələrini göndərərək ASCO-ya heç bir aidiyyatı olmadığı təqdirdə ASCO-ya ödənilməli olmayan ödənişi onlardan tələb etmələri qanunsuz olmaqla yanaşı Mülki Məcəllənin vəzifə və prinsiplərini də kobud şəkildə pozmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vəzifə, prinsip və digər müddəalardan görünür ki, ASCO tərəfindən müəssisəsindən hansısa pul vəsaitinin tələb edilməsi tamamilə qanunsuz və əsassızdır. Buna görə də hesab edir ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə qarşı edilmiş qanunsuz hərəkətlərin qarşısı alınmalı, ASCO-nun müəssisəsinə göndərdiyi nümayəndələrin müəssisəsini giriş-çıxışı da qadağan olunmalıdır. Göstərilənləri nəzərə alaraq iddiaçı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İddiaçı MMC-nin fəaliyyətində yaratmış olduğu maneələr qanunsuz hesab edilməsi, "xxxx" bolqar şirkəti ilə müəssisəsi arasında olan müqavilə öhdəliyi üzrə hansısa tələbin irəli sürülməsinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin məhkəmə iclasının səhhətində yaranmış problemlə əlaqədar təxirə salınması barədə ərizəsinə sübutların əlavə edilməməsini, cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılması barədə tələbini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iddia ərizəsində tərəflər arasında münasibətlərin müqavilə və sahibkarlıq fəaliyyətlərindən kənarda yaranması fikri ilə qətiyyən razı deyillər və buna etiraz edirlər. Belə ki, iddia ərizəsində qeyd olunan guya ASCO-nun AMEC-i Bolqarıstanın "xxxx" şirkəti ilə müəyyən əqdlər bağlamasına vadar etməsi fikri də əsassızdır. Belə ki, AMEC ilə Contseas şirkəti arasında müqavilə münasibətləri mövcud olmuş, daha sonra isə ASCO, Contseas, AMEC və digər bir şirkətin çoxtərəfli müqavilə bağlanması üzrə uzun müddət danışıqlar aparılmış və həmin danışıqlarda AMEC və onun rəhbəri könüllü könüllü şəkildə və yaxından iştirak etmişdir. Bu səbəbdən də ASCO tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi əsassızdır. Bundan əlavə, sözügedən müqavilə danışıqlarının aparılmasında AMEC-in iştirakı isbat edir ki, əgər ASCO tərəfindən hər hansı bir qanunesuz hərəkət edilmiş olsa idi, həmin hərəkət də müqavilənin bağlanması və sahibkarlıq fəaliyyətindən irəli gələn hərəkət və ya fəaliyyətlə bağlı mübahisə kimi hesab edilməli olardı. xx.xx.2024-cü il tarixdə Bolqarıstanın "xxxx" şirkəti Cavabdeh QSC ilə X1 and Constraction LLC arasında razılaşma imzalanmış və ilkin olaraq qeyd olunan razılaşmanı X1 and Constraction LLC imzalamışdır. İddia ərizəsində Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən "xxxx" şirkətinin borcunun olması və bu borcun X1 and Constraction LLC-dən tələb edilməsi əsassız və qanunsuzdur. Belə ki, iddia ərizəsinə Cavabdeh QSC tərəfindən hər hansı bir qanunsuz pozuntusu edilməsi barədə sübut əlavə olunmamış, formal mülahizələrə əsaslanan iddia tələbləri irəli sürülmüşdür. İddiaçı ASCO tərəfindən onlara hansı şəkildə müdaxilələrin edilməsi ilə bağlı da sübutlar iddia ərizəsinə edilməmişdir ki, qeyd olunan xüsusatlar iddia tələblərinin bir daha qanunsuz olmasında dəlalət edir. İddia ərizəsində ASCO-nun nümayəndələrinin iddiaçı müəssisəyə giriş-çıxışının qadağan edilməsi tələbi ilə bağlı bildirmək istəyirlər ki, qeyd olunan tələb absurddur və heç bir sübuta əsaslanmır. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı xx.xx.2024-cü il tarixli şikayəti baxılması üçün Cavabdeh QSC-yə (bundan sonra ASCO) göndərilmişdir (daxilolma tarixi xx.xx.2024-cü il). Şikayətdə göstərilən məsələlərlə əlaqədar bildirirlər ki, AMEC ilə ASCO, Vimar Offshore LLC ("xxxx") və ContSeas Ltd ("xxxx") arasında borc öhdəliklərinin ötürülməsi və müvafiq olaraq AMEC-in "xxxx"ə və "xxxx"ın ASCO-ya yaranmış borclarının ödənilməsi üçün danışıqlar elektron vasitəsilə bir neçə ay ərzində həyata keçirilməkdədir ki, bu da "xxxx"ın Rusiyada, "xxxx"ın isə Bolqarıstanda fəaliyyət göstərməsini nəzərə alaraq tərəflər arasında işgüzar danışıqların aparılmasının mümkün formasıdır. Sözügedən yazışmalarda iştirak etmiş AMEC-in direktoru sonuncu dəfə xx.xx.2023-cü ildə “mailto:r.shakarov@amec.azElektron ünvan ” ünvanından ASCO-ya elektron məktub göndərmişdir. Bu da, AMEC-i danışıqlarda iştirakını və istənilən məsələ, problem və ya şübhə ilə bağlı maraqlı tərəflərə müraciət etmək imkanının mövcudluğunu sübut edir və bu günədək AMEC tərəfindən müvafiq sənədlərin hər hansı səbəbdən imzalanmasından imtina edilməsi barədə rəsmi məlumat ASCO-ya daxil olmamışdır. Eyni zamanda danışıqlar nəticəsində razılaşdırılmış və imzalanmalı olan sənəd AMEC-ə təqdim edildikdən sonra, müəyyən müddət ərzində AMEC-in rəhbəri maraqlı tərəflərlə bütün əlaqələri kəsərək, o cümlədən telefon zənglərini cavabsız qoyaraq, heç bir izah vermədən onun imzalamasından yayınmışdır və bu hal dələduzluq cinayətinin törədilməsi şübhəsini yaratmışdır. "xxxx" xx.xx.2023-cü il tarixli 1162 nömrəli və "xxxx" xx.xx.2023-cü il tarixli 23-004 nömrəli məktublarla ASCO-ya müraciət edərək AMEC-in bundan öncə də oxşar hərəkətlər etdiyini bildirmiş və buna görə də borclarını ödəməyən həmin şirkətlə yaranan problemlərin həllində qanunvericiliyə uyğun köməklik göstərməyi xahiş etmişlər. Sadalanan faktlara əsaslanaraq ASCO AMEC-in davranışını ölkəmizin biznes icmasının nüfuzuna, hətta ölkələrarası mehriban qonşuluq və strateji əməkdaşlıq münasibətlərinə xələl gətirən əməl kimi qiymətləndirərək, habelə dələduzluq cinayətinin baş verməsi ehtimalı yarandığı üçün aidiyyəti dövlət orqanına müraciət etmək hüququndan istifadə etmişdir. Belə ki, sənədlərin imzalanmaması "xxxx"ə və "xxxx"a aid olan imza və möhürün həqiqiliyi şübhəsi ilə bağlıdırsa, bu barədə birbaşa onlardan məlumat almaq məntiqli olardı. Lakin həmin şirkətlərin verdiyi məlumata görə AMEC bu məsələni aydınlaşdırmaq üçün müraciət etməmişdir. Eyni zamanda, müraciət etdiyi halda ASCO adıçəkilən şirkətlərdən imza və möhürün həqiqiliyinin təsdiqini əldə edib AMEC-ə təqdim edə bilərdi. Yuxarıda göstərilənlər nəzərə alınmaqla qeyd edirlər ki, AMEC-ə qarşı hər hansı bir qeyri-qanuni hərəkətlərin, sahibkarlıq fəaliyyətinə maneçiliklərin törədilməsinə dair hər hansı bir fakt yoxdur və belə ittihamları ASCO-nu təəcübləndirir. Hesab edirlər ki, yaranmış problemin qısa müddət ərzində aradan qaldırılması üçün dördtərəfli danışıqları davam etdirmək və borc məbləğini razılaşdırılmış qaydada və müddətdə ödəmək zəruridir. Bildirirlər ki, bu istiqamətində ASCO birgə səy göstərməyə hazırdır və digər tərəflərin razılığı, niyyətləri, göstərdikləri təşəbbüs nəzərə alınmaqla, məsələnin həlli üçün yalnız AMEC-in əməli tədbir görməsi lazımdır. İş üzrə İddiaçı MMC-nin direktor müvafini Sitarə Səfərova tərəfindən Cavabdeh QSC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, AMEC MMC tərəfindən Cənab Prezidentə xx.xx.2024-cü il tarixli, AMEC-02/2024 nömrəli şikayət müraciətindən sonra, xx.xx.2024-cü il tarixində müraciətə aidiyyəti üzrə XDG QSC tərəfindən, QSC-nin fəaliyyət istiqamətinə və əsasnaməsinə zidd olaraq, digər hüquqi şəxs barəsində təhdidedici və işgüzar nüfuzunu aşağıladan, məhkəmə və hüquq-mühafizə orqanlarının səlahiyyətlərini özünə aid edərək qanunvericiliyinin tələbini pozmaqla onlara cavab məktubu göndərilmişdir. Qeyd edir ki, hər iki hüquqi şəxsin müstəqil fəaliyyət istiqaməti olmaqla şirkətinin ASCO qarşısında heç bir öhdəliyi, o cümlədən inzibati maliyyə asılılığı yoxdur. Təəssüfedici hallardan biri də odur ki, ASCO-nun özünə aid olmayan və 3-cü şəxslə şirkəti arasında işgüzar münasibətə qanunsuz müdaxilə etməklə kifayətlənməyərək, şirkətə qarşı hüquqi düşüncəsi də kifayət qədər qüsurlu olduğundan, bu hərəkət onun gələcəkdə məsuliyyət daşıyıcı statusuna daxil edir. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci, CPM-nin 21.2-ci maddəsinə əsasən Təqsirsizlik Prezumpsiyasına əsasən qüvvəyə minmiş məhkəmə aktı mövcudluğu imperativdir. ASCO-nun fəaliyyət istiqamətindən kənar və digər hüquqi şəxslər arasında mübahisənin arbitr olmaması nəzərə alınaraq hesab edir ki, şirkət öz fəaliyyət istiqamətində məşğul olmaqla üzərinə düşən daha strateji siyasətini yerinə yetirməlidir. Deyilənləri nəzərə alaraq ASCO tərəfindən qanunsuz müdaxilə dərhal dayandırılmasa və eyni zamanda şirkətinin nüfuzuna xələl gətirən, yuxarıda qeyd etdiyi məktuba təkzib verilməsə, bununla bağlı yenidən Cənab Prezidentə müraciət etməklə yanaşı, qanunsuz müdaxilə və Təqsirsiz Prezumpsiya ilə bağlı hüquqi əsasla tezliklə məhkəməyə müraciət ediləcək. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, “X2 and Constructıon” MMC ilə bolqar şirkəti olan “Contseas LTD” arasında müqavilə imzalanaraq tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Lakin Cavabdeh QSC (ASCO) bolqar şirkəti olan “Contseas LTD” ilə “X2 and Constructıon” MMC arasında olan müqavilə öhdəliyinin icrasına maneçilik törədərək aralarında heç bir müqavilə və digər hüquqi əsas olmadan “Contseas LTD”-yə müqavilə şərtlərinə uyğun olaraq ödənilməli olan vəsaiti onlara ödəməsini tələb edirlər. Bununla da müəssisəsinin sahibkarlıq fəaliyyətinin inkişafında süni şəkildə maneçilik törədilir. “X2 and Constructıon LLC”-nin (AMEC) bolqar şirkəti "xxxx" arasında olan müqaviləyə əsasən həmin şirkətə ödəniş öhdəliyi mövcuddur. Həmin ödənişinin təxirə salınması barədə "xxxx" şirkəti ilə razılaşmamış olmuşdur. "xxxx" şirkətinin isə Rusiya şirkəti olan "xxxx" ilə patnyorluq razılaşması mövcuddur. "xxxx" şirkətinin isə ASCO şirkətinə müəyyən məbləğdə borcu vardır. Hazırkı müraciətinin məqsədi isə ASCO tərəfindən müəssisəsinin fəaliyyətinə edilən qanunsuz hərəkətlərin dayandırılması ilə bağlıdır. Belə ki, "xxxx" şirkətinin ASCO-ya ödəməli olduğu məbləğ hazırda ASCO şirkəti tərəfindən heç bir hüquqi əsas olmadan müəssisədən (AMEC) tələb edilir. Bununla bağlı olaraq ASCO tərəfindən dəfələrlə güc strukturları və şirkətin nümayəndələri müəssisəsinin yerləşdiyi inzibati binaya göndərilmiş, onların etdikləri təkliflə razılaşmayacaqları durumunda onları həbslə qorxutmuşlar. ASCO tərəfindən edilmiş qanunsuz hərəkətlər, heç bir hüquqi əsas olmadan başqa şirkətə ödəməli olduqları vəsaiti onlardan tələb etmələri barədə tərəfindən Azərbaycan Respublikasının Prezidentinə iki dəfə müraciət olunmuşdur. AMEC ASCO-nun struktur aparatına daxil deyildir. Yəni, müəssisənin ASCO qarşısında müqavilə bağlanmadığı təqdirdə hansısa öhdəliyi də mövcud deyildir. Belə olan halda ASCO-nun müəssisəsinə güc strukturlarının nümayəndələrini göndərərək ASCO-ya heç bir aidiyyatı olmadığı təqdirdə ASCO-ya ödənilməli olmayan ödənişi onlardan tələb etmələri qanunsuz olmaqla yanaşı Mülki Məcəllənin vəzifə və prinsiplərini də kobud şəkildə pozmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vəzifə, prinsip və digər müddəalardan görünür ki, ASCO tərəfindən müəssisəsindən hansısa pul vəsaitinin tələb edilməsi tamamilə qanunsuz və əsassızdır. Bu səbəbdən iddiaçı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İddiaçı MMC-nin fəaliyyətində yaratmış olduğu maneələr qanunsuz hesab edilməsi, "xxxx" bolqar şirkəti ilə müəssisəsi arasında olan müqavilə öhdəliyi üzrə hansısa tələbin irəli sürülməsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyətinə müdaxilə edilməsini göstərsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə iclasında bu hallar öz təsdiqini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin İddiaçı MMC-nin fəaliyyətində yaratmış olduğu maneələr qanunsuz hesab edilməsi, "xxxx" bolqar şirkəti ilə İddiaçı MMC arasında olan müqavilə öhdəliyi üzrə hansısa tələbin irəli sürülməsinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə qadağan edilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar