Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-816/2021 19.04.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2300 manat məbləğində pulun ziyanın və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 2330 manat məbləğində pul vəsaiti tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvanda təmir işləri apardığı zaman onun Süleyman adlı tanışı ona kömək məqsədi ilə xx.xx.2019-cu ildə Cavabdeh bir boyaçı kimi onun yanına iş görməyə gətirdi. Elə gələn gün Y.Fəqan göstərilən işləri görməyə boyun oldu və həmin gündə də ondan 300 manat işin hesabına pul istədi ki, oğlu əməliyyat keçirəcək. Bu səbəbdən uşağın əməliyyatını nəzərə alıb, Y.Fəqana 300 manat verdi. Səhəri gün Y.Fəqan işə gəldi və təmir işlərinə başladı. O, xəstəliklə əlaqədar olaraq (2-ci qrup əlil) bağda qalırdı və 4-5 gün arası gəlib təmirin gedişatına baxırdı. Hər gələndə Y.Fəqan ondan yalvar-yaxar ilə 100, 150, 200, 300 manat məbləğində pul alırdı. Tam şəkildə 2800 manat pul almışdır. O vaxt ki, danışdıqları işlərin qiyməti 1500 manat təşkil edirdi. Bu işlər ibarət idi: 2 otağın tavanını boyamaq, oboy yapışdırmaq və boyanmağa hazır vəziyyətdə olan, qasılmış və şkurkalanmış qapı pəncərəni boyamaq. Hər dəfə gələndə o, Y.Fəqana işin keyfiyyətsiz olduğunu göstərirdi və xahiş edirdi ki, düzəltsin. Nəhayət xx.xx.2019-cu ildə ona qonşular zəng etdilər və Y.Fəqanın evdən təmir materiallarını taksi maşınına yükləyib apardığını xəbər verdilər. Y.Fəqanın oğurladığı materialın qiyməti 130 manat təşkil edirdi. O, Y.Fəqanı yuxarıda qeyd etdiyi tanışı Süleymanın köməkliyi ilə yaşadığı evdən tapdı və onunla görüşdü. Görüş zamanı Y.Fəqan atası ilə gəlmişdi və diz üstündə yalvar yaxar ilə ondan üzr istədi. Oğurluq zamanında Y.Fəqan ondan 1300 manat almışdır və heç bir iş görməmişdir və axıra çatdırmamışdır. Y.Fəqanın atasının xahişini nəzərə alaraq və özünə yazığı gəldiyinə görə o, polisə müraciət etmədi və icazə verdi ki, işləri davam etdirsin. Y.Fəqan yenə işləməyə başladı və iş zamanı fırıldaq yollarla onun işini dayandırıb, orda-burda qonşularda xır-xırda təmir işləri ilə məşğul olurdu. Amma ondan, yenə ağlaya-ağlaya (atam xəstədir, uşaqların müəllimlərinə pul verməlidir, uşaqların məktəbə getməyə paltarları yoxdur, əlavə dərslərlə məşğul olmaq üçün müəllimlərə pul verməlidir və bəzi xilasə səbəblərlə əlaqədar olaraq) onu aldadıb ondan pul alırdı. Pulu ondan alanda deyirdi ki, ya onun işlərinin hesabına, ya da başqa yerdə işləyib borcunu ödəyəcək. Nəhayət o gördü ki, Fəqan iş görmür və onu ələ salır. Bununla əlaqədar o məcbur oldu Fəqanı qovmağa və verdiyi artıq pulları tələb etdi. Y.Fəqan gedən vaxtı, onun borcu 2800-1500=1300 manat təşkil edirdi. Y.Fəqan gedəndən sonra tavana vurduğu boyalar başladı köpməyə və tökülməyə. O biri işlər isə hamısı yararsız vəziyyətdə idi. Bununla əlaqədar o, məcbur oldu ayrı boyaçı tapıb, nöqsanları düzəltməyə. İkinci gələn boyaçı ondan 1000 manat pul istədi və işləri axıra çatdırdı. Beləliklə ona vurulan maddi ziyan 2800-1500+1000=2300 manat təşkil edirdi. O məcbur oldu, Yasamal rayon polis idarəsinin 26-cı bölməsinə müraciət etməyə və burada göstərdiyi faktları ərizəsində izah etdi. Polis bölməsinin işçiləri oğurlanan malların qiyməti 500 manatdan aşağı olduğuna görə cinayət işini açmadılar. O ki, qaldı dələduzluq faktlarını heç nəzərə almadılar və ona mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlara uyğun izahat verdi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi və eləcə də bildirdi ki, o, 2800 manatı hissə-hissə cavabdehə vermişdir. O, cavabdehlə qapı, pəncərənin boyamasını, tavanın boyanmasını və aboy üçün 1500 manat ona ödəməyə razılaşmışdı. Bu puldan 500 manatını aboy üçün verməli idim. 2800 manat verməkdə məqsədi cavabdehin ehtiyacının olduğunu və fikirləşdim ki, başqa işlər də görəcək ona görə ona borc kimi həmin pulu verdi. Cavabdehlə aboyun 500 manat məbləğində vurulmasına razılaşmışdı, lakin cavabdeh oboyu vurmamış çıxıb getmişdir. Cavabdeh onun evində xırda işlər gördüyü üçün həmin 500 manatı ona keçir və ondan tələb etmir. 28xx xxxxxxxx 1500 manatı cavabdehə işlədiyi işlər müqabilində vermişdir, qalan 1300 manat cavabdehə borc qismində verdiyi puldur ki, həmin pulu cavabdehdən tələb edir. O, natamam işləri tamamlamaq üçün başqa usta gətirmişdir, belə ki, cavabdeh tərəfindən təmir olunmuş tavanda şişginlik əmələ gəlmişdi. Həmin işlərə görə ustaya 1000 manat vermişdir və həmin 1000 manatı da cavabdehdən tələb edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izah etd ki, iddiaçı iddia ərizəsində xx.xx.2019-cu il tarixində ona məxsus ünvanda təmir işlərinin aparılmasına boyun olduğunu, həmin gün ondan 300 manat aldığını, səhərisi gün də təmir işlərinə başladığını qeyd edir. Daha sonra ondan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul aldığını, onun işi görmədiyini, onu ələ saldığını, riyazi bir hesabla 2800-1500+1000=2300 manat ona borcunun olduğunu qeyd edir. Yəni iddia ərizəsinə görə iddiaçı ona təmir işləri görmək üçün 2800 manat verib, o, 1500 manatlıq işi görmüş, 1300 manatlıq işi görməmişdir, ikinci gələn boyaçı 1000 manata işi tamamlayıb. Bu minvalla o, guya iddiaçıya 1300 manat yarım qalan işlər və 1000 manat ikinci ustaya verilən pul olmaqla cəmi 2300 manat pul verməlidir. İddia ərizəsində də bu tələbini Mülki Məcəllənin 739-cu maddəsi ilə əsaslandırmağa çalışmışdır. Sanki o, iddiaçıdan borc almış və həmin borcunu qaytarmır. Cinayət işinin rədd olunmasına dair xx xxxxxx 2020-ci il tarixli Yasamal RPİ-nin 26-cı PB-nin qərarında göstərilir ki, İddiaçı bildirmişdir ki, 2019-cu ilin avqust ayından bu günə kim Fəqan bütün gördüyü işləri keyfiyyətsiz görmüş və dəfələrlə həmin işləri təkrar görmüşdür. Gördüyü işlər qapı pəncərə və tavanı boyamaq olmuşdur. Başlamamışdan əvvəl danışdıqları qiymət qapı-pəncərə və tavan boyamaq 1000 manat təşkil etmişdir. Buna baxmayaraq gələn gündən bu günədək ondan 2900 manat pul almış və işləri axıra çatdırmamışdır. Görülən işlərin dəyəri 1600 manat təşkil edir. Ondan başqa verilən pulları doğrultmaq üçün əlavə xırda para işləri görmüş və əlavə gördüyü işlərin qiyməti 600 manat təşkil etmişdir. Bunu nəzərə alaraq Fəqan tərəfindən gördüyü işlərin qiyməti 1600 manat təşkil etmişdir. O, Fəqana təklif etmişdir ki, 1300 manatı geri qaytarsın. Hətta onu 130 manat dəyəri olan tikinti materiallarının oğurlanmasında ittiham etməkdən belə geri qalmamışdır. İddiaçının polis bölməsində dedikləri ilə iddia ərizəsində göstərdikləri ziddiyyət təşkil edir. İddia ərizəsində qeyd edilənlərə görə iddiaçı tərəfindən ona 2800 manat verilib, bölmədə 2900 manat verildiyi bildirilir. İddia ərizəsində 1500 manatlıq işi icra etdiyi, bölmədə 1600 manatlıq işi icra etdiyi qeyd edilir. Qərarda şikayətçinin bildirməsinə görə 1600 manatlıq iş gördüyü, ondan başqa özünü doğrultmaq üçün əlavə xırda para işlər gördüyü və bunun da dəyərinin 600 manat təşkil etdiyi qeyd edilib. İddia ərizəsində bu qeyd edilmir. Həmçinin iddiaçı şikaytində işə başlamamışdan əvvəl qapı-pəncərə və tavanı boyamaq üşün 1000 manata danışdıqlarını, buna baxmayaraq bu günədək ondan 2900 manat aldığını qeyd edir. Təhqiqatçı da bir soruşmayıb ki, bu necə ola bilər ki, 1000 manata anlaşdığınız işə niyə 2900 manat pul vermisən? Qiyməti 1000 manat olan işdə 1600+600 manatlıq iş necə icra oluna bilər? Polis bölməsində onun izahatı alınmadığı üçün həqiqəti demək imkanı olmayıb. O, İddiaçı məxsus həmin ərazidə yerləşən 3 mənzilində işləmişdir. 1-ci mənzilində qapılar, pəncərələr, tavan, lepkalar və dəhlizi işləmişdir. Özü də, iddiaçının dediyi kimi, tavanı boyamaq deyil, demək olar ki, rəsim işləmişdir. 2-ci evdə dəmir qapı, aboy, patalok işləmiş, pəncərələri təmizləmiş, ev əşyalarını daşımışdır. 3-cü evdə divan qaldırmaq, yığmaq, mətbəx mebeli yığmaq işlərini işləmişdir. Bu işlərə görə ona 2900 manat deyil, 2800 manat pul verilib. Bu işləri də görmüşdür. İddiaçı onu heç bir əsas olmadan işin sonunda işdən uzaqlaşdırıb və indi də deyir ki, ikinci ustaya 1000 manat da vermişdir, onu da qaytar. Bu məntiqlə iddiaçının evini ona havayı, pulsuz təmir elətdirmək istədiyi ortaya çıxır. Onun xahişi ilə iddiaçı tərəfindən ona ayrı-ayrı vaxtlarda bir dəfə 300 manat, digər vaxtlarda isə 20-30 manat olmaqla, ümumilikdə ona 2800 manat pul verilmişdir. Həmin pulun müqabilində o, işlər görmüşdür. O, iddiaçı ilə qapı-pəncərə və tavanın boyanması üçün 1000 manat, aboyun vurulması üçün isə 500 manata danışmışdır. Lakin iddiaçı ilə sözləri düz gəlmədiyindən o, aboyu vurmamış getmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə baxb, iddiaçı və cavabdehin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal RPİ-nin təhqiqatçı polis mayoru X1 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, vət. İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, aralarında yaranmış mübahisənin mülki xarakterli olması izah olunmuşdur. Yuxarıda qeyd edilən xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vət. İddiaçı məxsus mənzildən Cavabdeh tərəfindən təmir işləri aparılan zaman təmir olunan evdən tikinti materiallarının (4 qutu 10 kvadrat metr laminat, 2 ədəd parlaq boya, 2 ədəd taxta şpalyovkası) oğurlanması nəticəsində dəymiş ziyanın ümumi dəyəri 130 manat olduğundan Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkibi yaranmır. Bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin toplanmış materialda Azərbaycan Respublikası İXMnin 227-ci maddəsinin tərkibi yarandığından inzibati icraat açılması üçün qərarın surəti Yasamal RPİ-nin 26-cı PB-nin aidiyyati əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh iddiaçının evində usta kimi müəyyən təmir işləri görməyi öz öhdəsinə götürmüş, həmin işləri öz aralarında 1500 manata qiymətləndirmişlər. Bundan başqa, cavabdeh iddiaçıdan 1300 manat hissə-hissə müxtəlif ehtiyacları üçün pul almış və həmin əvəzində iddiaçıyas əlavə işlər görməyi öhdəsinə götürmüşdür. Beləliklə, iddiaçı tərəfindən cavabdehə 2800 manat pul verilmiş, həmin puldan iddiaçı üçün 1500 manatlıq iş görülmüş, 1300 manat borcun əvəzində hər hansı iş görülməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçı tərəfindən ona ümumilikdə ona 2800 manat pul verildiyini etiraf etdi, lakin həmin pulun müqabilində müəyyən işlər gördüyünü və iddiaçıya heç bir borcunun olmadığını bildirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1, 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən borc öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçının ona qarşı 1300 manat borc tələbi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, dəymiş maddi ziyan kimi 1000 manat pul tələbi hissəsində iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında tələbin həmin hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1300 (min üç yüz) manat tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №2(009)-816/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-816/2021
19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver