Məhkəmə qərarları › İş №2(009)-818/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-818/2023

17.03.2023 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-818/2023 17.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin “internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması” barədə ərizəsi üzrə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, “www.regabet.com”, Maraqlı şəxs9, “www.icebet.casino-vulcan-royal.net”, Maraqlı şəxs11 internet informasiya ehtiyatlarının sahibi göstərilən mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: Ərizəçi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti “internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması” barədə ərizə ilə (Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, “www.regabet.com”, Maraqlı şəxs9, “www.icebet.casino-vulcan-royal.net”, Maraqlı şəxs11 internet informasiya ehtiyatının sahibi göstərilən) məhkəməyə müraciət edərək Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, “www.regabet.com”, Maraqlı şəxs9, “www.icebet.casino-vulcan-royal.net”, Maraqlı şəxs11 internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatların yerləşdiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə 28 fevral 2023-cü il tarixli Aİ-05/09- 6/406 nömrəli və 03 mart 2023-cü il tarixli Aİ-05/09-6/411 nömrəli məktublarla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müraciət ünvanlanmışdır. Bildirir ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-3.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə, bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”yə uyğun olaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında müəyyən etmək, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb etmək, eləcə də yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasını həyata keçirmək, həmçinin Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunlarının operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkilinin və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsini təmin etmək Xidmətin vəzifələrindəndir. Tərəfimizdən aparılan araşdırma nəticəsində Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, “www.regabet.com”, Maraqlı şəxs9, “www.icebet.casino-vulcan-royal.net”, Maraqlı şəxs11 internet informasiya ehtiyatlarında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.7-ci (qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar) və 13-2.3.11 -ci (Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya) maddələrində nəzərdə tutulan yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi aşkar edilmişdir. Bu səbəbdən yuxarıda domen adları qeyd olunan internet informasiya ehtiyatlarının və (və ya) onların host provayderlərinin elektron poçt ünvanlarına yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələbin göstərildiyi xəbərdarlıq edilmişdir. Maraqlı şəxslərə Elektron Təhlükəsizlik Xidməti tərəfindən müvafiq xəbərdarlıqlar edilməsinə baxmayaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak etmiş ərizəçi Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin nümayəndəsi X3 ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun məzmunda izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Azərlotoreya ASCnin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanladığı 28 fevral 2023-cü il tarixli məktubundan görünür ki, məlum olduğu kimi 2021-ci ilin sonunda lotereya və idman mərc oyunlarının təşkili və keçirilməsi ilə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər edilmiş, xüsusilə də qeyri-qanuni lotereya və mərc oyunları (qumar oyunları) ilə mübarizə gücləndirilmişdir. Həmin dəyişikliklərdən sonra "Lotereyalar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasında lotereyalar yalnız "xxxx" ASC tərəfindən, "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən isə idman mərc oyunları "xxxx" ASC və 2021-ci ilin dekabrın 1 qədər müvafiq qaydada akkreditasiya olunmuş hüquqi şəxs - "xxxx" QSC ("Topaz") tərəfindən təşkil edilir və keçirilir. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, qanuni lotereya və idman-mərc oyunları istisna olmaqla, "pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyrimüəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər)" qumar oyunu hesab olunur. Cinayət Məcəlləsinin 244-1 maddəsinə əsasən qumar oyunlarının təşkili və keçirilməsi cinayət məsuliyyətinə səbəb olur. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13 2-ci maddəsinə əsasən "qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar" yayılması qadağan edilən məlumat hesab edilir. Rəhbər olduğunuz Nazirlik tərəfindən internet informasiya ehtiyatlarında qumar oyunlarının təşkili və iştiraka təhrik edilməsinə dair qadağan olunmuş məlumatların yayılması ilə bağlı 2022-cı ildə görülmüş tədbirləri yüksək qiymətləndiririk və bu sahədə dəstək göstərməyə davam etmək istərdik. Keçirilmiş monitorinq nəticəsində https://milliloto.com/. trendloto.com və İegi10.com vebsaytlarımn qumar oyunu təşkil etməsi aşkar edilmişdir. "informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 13-3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yayılması qadağan edilən məlumatların internet informasiya ehtiyatlarından və ya onların müvafiq hissələrindən belə məlumatların götürülməsi və ya həmin internet informasiya ehtiyatlarına və ya onların müvafiq hissələrinə müraciətin məhdudlaşdırılması üzrə müvafiq səlahiyyətlərə malikdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, https://milliloto.com/, trendloto.com və İegi10.com vebsaytına müraciətlərin məhdudlaşdırılması üçün müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Azərlotoreya ASC-nin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanladığı 03 mart 2023-cü il tarixli məktubundan görünür ki, Məlum olduğu kimi "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) 13-2-cı maddəsinə əsasən "qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar" yayılması qadağan edilən məlumat hesab edilir Keçirilmiş monitorinq nəticəsində adları bu məktubun qoşmasında açıqlanan vebsaytlarımn qumar oyunu təşkil etməsi aşkar edilmişdir Qanunun 13-3-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yayılması qadağan edilən məlumatların internet informasiya ehtiyatlarından və ya onların müvafiq hissələrindən belə məlumatların götürülməsi və ya həmin internet informasiya ehtiyatlarına və ya onların müvafiq hissələrinə müraciətin məhdudlaşdırılması üzrə müvafiq səlahiyyətlərə malikdir, adları bu məktubun qoşmasında açıqlanan vebsaytlara müraciətlərin məhdudlaşdırılması uçun müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi Azərbaycan Respublikası Azərlotoreya ASC-nin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi maraqlı şəxslərə qadağan edilmiş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə götürülmədiyi təqdirdə həmin internet informasiya ehtiyyatının Azərbaycan Respublikası ərazisində fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar müvafiq tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 355-20.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarını müəyyən etdikdə, internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir. Həmin Məcəllənin 355-20.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yer üzrə verilir. Müəyyən edilmişdir ki, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, “www.regabet.com”, Maraqlı şəxs9, “www.icebet.casino-vulcan-royal.net”, Maraqlı şəxs11 internet informasiya ehtiyatlarında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13- 2.3.7-ci (qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar) və 13-2.3.11 -ci (Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya) maddələrində nəzərdə tutulan yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi aşkar edilmişdir. Bu səbəbdən yuxarıda domen adları qeyd olunan internet informasiya ehtiyatlarının və (və ya) onların host provayderlərinin elektron poçt ünvanlarına yayılması qanunla qadağan edilən informasiya barədə məlumat, müvafiq informasiyanın internet informasiya ehtiyatından götürülməsinə və ya internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasına dair tələbin göstərildiyi xəbərdarlıq edilmişdir. Maraqlı şəxslərə Elektron Təhlükəsizlik Xidməti tərəfindən müvafiq xəbərdarlıqlar edilməsinə baxmayaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi istiqamətində heç bir tədbir görülməmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 10 mart 2017-ci il tarixli 539-VQD nömrəli Qanunun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasi Prezidentinin 16 mart 2017-ci il tarixli 1295 №-li Fərmanının 3.2-ci bəndinə əsasən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13- 1.3-cü, 13-3.1-ci, 13-3.2-ci, 13-3.3-cü maddələrində, 13-3.4-cü maddəsinin birinci cümləsində, 13-3.6-cı maddəsinin birinci cümləsində hər iki halda və ikinci cümləsində, 13- 3.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2018-ci il tarixli 276 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən, “informasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-3.1 və 13-3.2-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətləri Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.84-cü yarımbəndinə əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qanunla müəyyən edilmiş hallarda və qaydada internet informasiya ehtiyatına müraciəti məhdudlaşdırmaq vəzifəsini həyata keçirir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 13-3.1-ci, 13- 3.2-ci, 13-3.3-cü maddələrində, 13-3.4-cü maddəsinin birinci cümləsində, 13-3.6-cı maddəsinin birinci cümləsində hər iki halda və ikinci cümləsində, 13-3.8-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 24 may 2022-ci il tarixli Fərmanından görünür ki, adında “nəqliyyat, rabitə və yüksək texnologiyalar” sözləri “rəqəmsal inkişaf və nəqliyyat” sözləri ilə əvəz edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında X1 fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 05 mart tarixli 833 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2018-ci il tarixli 276 nömrəli Fərmanının 2.5-ci maddəsinə əsasən, “informasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-3.1 və 13-3.2-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “informasiya, İnformasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-3.1 və 13-3.2-ci maddəsində nəzərdə tutulan səlahiyyətləri həyata keçirməli dövlət orqanı olduğundan və ərizənin əsasını internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” 03 aprel 1998-ci il tarixli 460-İQ№-li Qanuna əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı halların olması təşkil etdiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 mart tarixli 833 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”yə uyğun olaraq yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş məlumatlar əsasında müəyyən etmək, yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq etmək və onlardan bu cür halların aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin görülməsini tələb etmək, eləcə də yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin qanunla müəyyən edilmiş qaydada məhdudlaşdırılmasını həyata keçirmək, həmçinin Azərbaycan Respublikasında lotereya təşkilatçısının və (və ya) idman mərc oyunlarının operatorunun məlumatı əsasında, telekommunikasiya xidmətləri vasitəsilə qumar oyunlarının təşkilinin və keçirilməsinin, qumar oyunlarında iştirak üçün biletlərin satışının təşkilinin və (və ya) satışının, həmçinin qumar oyunlarında iştirakın, o cümlədən ölkə ərazisindən xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısının alınması üçün qanunla müəyyən edilmiş qaydada tədbirlərin görülməsini təmin etmək Xidmətin vəzifələrindəndir. «İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarını müəyyən edir. Qanunun 2-ci madəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar hesab edilir. Qanunun 13-2.4 və 13-2.5-ci maddələrinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini təmin edir, host provayder isə öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi üçün tədbirlər görür. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun 32.7-ci maddəsinə əsasən qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir. Həmçinin, sözügedən qanunlar ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 414 nömrəli qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na daxil edilmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 13-2.3.7-ci (qumar oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar) və 13-2.3.11-ci maddələrinə əsasən (Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya) yayılması qadağan edilən informasiya hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 401-ci maddəsinin Qeyd hissəsinin 1 -ci bəndinə əsasən Məcəllədə “qumar oyunları” dedikdə pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) başa düşülür. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən internet informasiya ehtiyatlarında Qanunla yayılması qadağan edilən informasiyaların yerləşdirilməsi müəyyən edilidyindən və bu hal Xidmət tərəfindən aparılmış araşdırma nəticəsində öz təsdiqini tapdığından, yuxarıda göstərilən Qanunun tələblərinə əsasən həmin informasiya ehtiyatınlarına müraciətin məhdudlaşdırılması Qanuna uyğundur. Məhkəmə eyni zamanda qeyd edir ki, yuxarıda qeyd edilən internet informasiya ehtiyatlarına – Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, “www.regabet.com”, Maraqlı şəxs9, “www.icebet.casino-vulcan-royal.net”, Maraqlı şəxs11 saytlarına müraciətin məhdudlaşdırılması yalnız Azərbaycan Respublikası ərazisində tətbiq edilir və həmin müraciətlərin məhdudlaşdırılması hər hansı şəxsin Konstitusion hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 47-ci maddəsinə əsasən hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Göründüyü kimi Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin fikir və söz azadlığı Konstitusiya ilə qorunur, lakin həmin azadlıq həyata keçirilərkən nəzərə alınmalıdır ki, bu irqi, milli, dini, sosial və hər hansı digər meyara əsaslanan ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməsinə səbəb olmasın. Məhkəmə qeyd edir ki, belə hərəkətlər heç bir zaman söz və fikir azadlığı kimi qiymətləndirilə bilməz, əksinə bu əməllər məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndinə əsasən hər kəs (öz fikrini - tərc.) ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneçilik olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Konvensiyanın tələblərindən də göründüyü kimi, fikir və söz azadlığı həyata keçilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, eləcə də sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün məhdudlaşdırıla bilər. Bundan başqa məhkəmə qeyd edir ki, «Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt»a görə, insanın fikir və söz azadlığı hüququ digər şəxslərin hüquqlarına və adına hörmət edilməsi və dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, mənəviyyatının qorunması məqsədilə yalnız qanun çərçivəsində məhdudlaşdırıla bilər (19-cu maddə). Beləliklə məhkəmə hesab edir ki, adı göstərilən internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əsasən yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi hallarının olması təsdiq olunduğundan qanunun yuxarıda göstərilən tələbləri baxımından internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması ilə bağlı verilmiş ərizə əsaslı hesab edilərək təmin olunmalıdır. Nəticə: Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 355-22-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5, Maraqlı şəxs6, Maraqlı şəxs7, “www.regabet.com”, Maraqlı şəxs9, “www.icebet.casino-vulcanroyal.net”, Maraqlı şəxs11 internet informasiya ehtiyatlarına müraciətlərin edilməsi məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar