Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-851/2020 01.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı Məmməd qızının – Cavabdeh1 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qeyd edilən) «payın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmməd qızı – Cavabdeh1 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qeyd edilən) «payın naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin paylara uyğun olaraq naturada ayrılması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, satıcı Temiz Hilmi və alıcı X11 arasında imzalanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsindəki 26 saylı evin 3 saylı mənzilin 2 yaşayış otağı 105 202 manat məbləğinə satın alınmışdır. ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli binada 48,5 kv.m yaşayış sahəsində ibarət 3 otaqlı 3 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X8 2 otaq, X5 1 otaq adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X17 xx.xx.2014-cü il tarixində vəfat etdiyindən qeyd edilən mənzil İddiaçı və X5 paylı mülkiyyətindədir.Hal-hazırda qeyd edilən ünvanda iddiaçı ailəsi ilə birgə yaşayır və Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, 26 saylı evin 3 saylı mənzili İddiaçı (2 otaq), 1 otaq - Cavabdeh1 (1/5 hissə), X3 (1/5 hissə), X1 (1/5 hissə), X2 (1/5 hissə) paylı mülkiyyətindədir.Onu da qeyd etmək lazımdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-609/2019 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh1 nümayəndəsi (vəkili) X7 məhkəməyə vəsatət ünvanlayaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan hazırki iddia tələbinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 payın naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılmasına dair iddia tələbinin bir icraata birləşdirilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşından miras qalmış mübahisəli Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi 26 saylı evin 3 saylı mənzildən (1 otaq) onun payının naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi, eləcə də hazırki iddia tələbinin qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumunun əvəzinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda mülki iş həmin məhkəmənin icraatındadır. Belə ki, onlara məlum olmuşdur ki, İddiaçı Cavabdeh1 qarşı xx xxxxxx 2020-ci il tarixdə eyni mənzmunlu tələblə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, qeyd olunan məhkəmələrin icraatında olan hər iki iş biri-biri ilə əlaqəli olduğundan ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu səbəbdən də, Səbail Rayon Məhkəməsinin icraatında olan iş ilkin olaraq icraata qəbul etmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, iclasa gəlməyən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, iş materiallarını təqdim olunmuş sənədlər əsasında nəzərdən keçirərək hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı Məmməd qızının – Cavabdeh1 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qeyd edilən) payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə 2(009)-851/2020 nömrəli mülki işlə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh X6 qarşı payın naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi üzrə 2(001)-144/2020 nömrəli mülki iş biribiri ilə əlaqəli olduğundan hazırkı mülki iş digər mülki işlə birləşdirilərək birgə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş iddia ərizəsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh X4 qarşı mənzilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək həyat yoldaşından miras qalmış mübahisəli ünvan 1 ünvanında yerləşən 3 saylı mənzildən 1 (otaq) onların payının naturada ayrılması, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması, satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında paylarına mütənasib surətdə bölüşdürülməsi, eləcə də, hazırki tələbin qaldırılması üçün ödədiyi 10 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə bildirişinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan qeyd olunan mülki iş üzrə növbəti məhkəmə baxış iclası xx.xx.2020-ci il tarixə saat 11:45‑ə təyin edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil 2 otaq - İddiaçı, 1 otağın 1/5 hissəsi - Cavabdeh1, 2/5 hissə X3, 1/5 hissəsi X1 və 1/5 hissəsi X2 paylı mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-in 44.2.6-cı maddəsinə əsasən bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə yuxarıda qeyd edilənləri, o cümlədən ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin 2 otaq - İddiaçı, 1 otağın 1/5 hissəsi - Cavabdeh1, 2/5 hissə X3, 1/5 hissəsi X1 və 1/5 hissəsi X2 paylı mülkiyyətində olmasını nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan İddiaçı Məmməd qızının Cavabdeh1 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qeyd edilən) payın naturada bölünməsi tələbinə dair mülki işlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh X6 qarşı payın naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması tələbinə dair mülki iş biri-biri ilə əlaqəlidir, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Odur ki, hazırkı mülki iş digər mülki işlə birləşdirilərək birgə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 43, 44, 263‑264‑cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Məmməd qızının – Cavabdeh1 qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qeyd edilən) payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə 2(009)-851/2020 nömrəli mülki iş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh X6 qarşı payın naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi üzrə 2(001)-144/2020 nömrəli mülki işlə əlaqəli olduğundan, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədilə həmin işlə birləşdirilərək onlara birgə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-851/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-851/2020
01.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver