Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-860/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 43 ünvanında mənzilinin təmiri üçün tanışı Elmira Məmmədova vasitəsi ilə tanıdığı Cavabdeh2 (ikinci usta) mebel ustası kimi tanıyırdı. O, universal usta olduğunu bildirərək Yasamal rayonu, ünvan 1 ünvanını təmir etməsi öhdəsinə götürmüşdür. Evə baxmış və ondan beh istəmişdir. Razılaşmaya görə 500 manat əvvəlcədən beh, 20 gündən sonra yarısını (2500 manata razılaşmışlar) işin sonunda isə qalan pulu verməli idi. İyul ayının 14-də 300 manat, 17-də 200 manat vermişdir. İş başlayandan iki gün keçməmiş başladı pul istəməyə. Ondan 2000 manata yaxın pul almışdır. Evi təmir etmədiyi üçün o, pulu geri istədikdə isə pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh2 Bakı şəhəri, Həsənbəy Zərdabi küçəsi, ev 43-də yerləşən 25 saylı mənzilin təmiri üçün aldığı, lakin təmir etmədiyi üçün 900 manatı geri tələb istəsə də, könüllü olaraq geri qaytarmadığı üçün o, aidiyyatı üzrə Polis Bölməsinə şikayət etsə də, qaytarmamışdır. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru X1 xx.xx.2022-ci il tarixdə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul etmiş və qərarında göstərmişdir ki, o, məhkəməyə müraciət etməlidir. Müraciət etdiyi "xxxx" MMC xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək görülmüş işlərin dəyərini müəyyənləşdirmişdir. “Rafiq” kimi tanıdıqları Cavabdeh2 gördüyü işin dəyəri cəmi 256 manat təşkil etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 43 ünvanında mənzilinin təmiri üçün qardaşının tanışı (birinci dəfə müraciət etdiyi usta) Cavabdeh1 ilə razılaşma əsasında mənzili təmir edəcəyini öhdəsinə götürmüşdür. Mənzilin əsaslı təmiri üçün usta haqqı da 3000 manat pul ödəməli idi. May ayında işi başlamış və tez-tez pul istəməyə başlamışdır. Müəyyən ehtiyacları bəhanə gətirərək 1700 manat pul almışdır. Lakin öhdəsinə götürdüyü təmir işini ümumiyyətlə etməmişdir. Niyə təmir etmədiyinin səbəbini soruşub işin görməsinin tələbini edəndə o, bilmişdir ki, Binəqədi rayon Polis İdarəsində barəsində cinayət işi açılmış və bu səbəbdən guya tez-tez Polis İdarəsinə müstəntiqin yanına gedir. İşini görmədiyi üçün pulunu geri tələb etdikdə cavabdeh onları borclu çıxartmışdır. Vüsaldan işi görmədiyinə görə o, əvvəlcədən aldığı pulunu tələb etmişdir. Pulu qaytarmadığı üçün polisə şikayət etmişdir. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru Kamil Rəhmanov xx.xx.2022-ci il tarixdə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul etmiş və qərarında göstərmişdir ki, onlar məhkəməyə müraciət etməlidirlər. Müraciət etdiyi "xxxx" MMC may 2022-ci il tarixdən 19 iyun 2022-ci il tarixədək görülmüş işlərin dəyərini müəyyənləşdirmişdir. Vüsalın gördüyü işin bazar qiyməti ilə dəyəri 300 manat təşkil etmişdir. Hər iki cavabdeh ondan ev təmiri üçün aldıqları, lakin təmir etməldikoəri üçün verdiyi pulları geri qaytarmalıdırlar. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh2 mənzilin təmir etmək adı ilə aldığı 900 manat pulun və Cavabdeh1 mənzilin təmiri üçün aldığı 1500 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 43 ünvanında mənzilinin təmiri üçün tanışı Esmira Məmmədova vasitəsilə tanıdığı Cavabdeh2 (ikinci usta) mebel ustası kimi tanıyırdı. Onunla razılaşmasına görə iyun 2022-ci ildə 6 ədəd stulu gəlib yaşadığı ünvan 2 ünvanından şəxsi maşınında yığıb aparaq onun verdiyi materialla yumşaq hissəsini təzələmiş və iki həftə ərzində gətirib ünvanında təhvil vermişdir. Hər bir stul üçün 5 manatdan zəhmət haqqını ödəmişdir, o, evinin təmirinin usta tərəfindən başlandığının, lakin yarımçıq qaldığını bildirdikdə Cavabdeh2 universal usta olduğunu bildirərək Yasamal rayonu, ünvan 3 ünvanını təmir etməyi öhdəsinə götürmüşdür. Evə baxmış və ondan beh istəmişdir. Razılaşmaya görə 500 manat əvvəlcədən beh, 20 gündən sonra yarısını (2500 manata razılaşmışlar) işin sonunda isə qalan pulu verməli idi. O, avqust ayının 14-də 300 manat, 17-də - 200 manat pul vermişdir. Bu beh idi. İşi 15 avqustdan başlamışlar və sentyabr ayının sonuna kimi təhvil verməyi öhdəsinə götürmüşdür. İş başlayandan iki gün keçməmiş başlamışdır pul istəməyə. Ondan 2000 manat pul almışdır. O, usta deyilmiş. Bir neçə usta tapıb gətiribmiş. Onlar da bir az işləyib çıxıb gediblər, işi tələb etdikdə isə müxtəlif bəhanələr gətirirdi. Malyar və oboy işi görülmədiyi üçün bu işi internetdən tapdığı ustaya həvalə etdiyini biləndə əsəbləşmişdir. Artıq heç bir iş bacarmadığı, “universal ustayam” deməsi yalan olduğu bəlli olmuşdur. Evi təmir edib başa çatdırmadığı üçün pulu geri istədikdə isə pulu qaytarmaqdan imtina etmişdir. 11 sentyabr 2022-ci il tarixdə isə hələ mənzilə görə mübahisələri başlamadan, daha 12 ədəd stul və 2 ədəd kreslonu tanışının evindən – “Xalqlar” metrosu yaxınlığında - ünvan 4 ünvanından götürərək təmir etməyi və təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin mənzilin təmirini yarımçıq qoyduğu və təhvil verə bilmədiyi üçün mübahisələri başlamışdır. Mənzili təmir edə bilməmiş, aldığı pulu da geri qaytarmamışdır. Dekabr ayında o, gedib cavabdehdə olan stulları və kreslonu geri götürmüşdür. Kresloların qoltuq hissələrini və süngəri isə qaytarmamışdır. Bu günə kimi tələb etmişdir. Onun məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Cavabdeh2 Bakı şəhəri, Həsənbəy Zərdabi küçəsi ev 43-də yerləşən 25 saylı mənzilin təmiri üçün aldığı, lakin təmir etmədiyi üçün 900 manatı geri tələb etsə də könüllü olaraq geri qaytarmadığı üçün aidiyyatı üzrə Polis Bölməsinə şikayət etsə də qaytarmamışdır. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X1 xx.xx.2022-ci il tarixdə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul etmiş və qərarında göstərmişdir ki, o, məhkəməyə müraciət etməlidir. Müraciət etdiyi "xxxx" MMC xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək görülmüş işlərin dəyərini müəyyənləşdirmişdir. “Rafiq” kimi tanıdıqları Cavabdeh2 gördüyü işin dəyəri cəmi 256 manat təşkil etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Zərdabi 43 ünvanında mənzillərin təmiri üçün qardaşının tanışı (birinci dəfə müraciət etdiyi usta) Cavabdeh1 ilə razılaşma əsasında mənzili təmir edəcəyini öhdəsinə götürmüşdür. Mənzilin əsaslı təmiri üçün usta haqqı da 3000 manat pul ödəməli idi. May ayında işi başlamış və tez-tez pul istəməyə başmışladır. Müəyyən ehtiyacları bəhanə gətirərək 1700 manat pul almışdır. Lakin öhdəsinə götürdüyü təmir işini ümumiyyətlə etməmişdir. Nyə təmir etmədiyinin səbəbini soruşub işini görməsinin tələbini edəndə o, bilmişdir ki, Binəqədi rayon Polis İdarəsində cavabdeh barəsində cinayət işi açılmış və bu səbəbdən guya tez-tez polis idarəsinə müstəntiqin yanın gedir. İşini görmədiyi üçün pulunu geri tələb etdikdə isə onları borclu çıxartmışdır. O, Vüsaldan işi görmədiyinə görə əvvəlcədən aldığı pulunu tələb etmişdir. Pulu qaytarmadığı üçün Polisə şikayət etmişdir. Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Kamil Rəhmanov xx.xx.2022-ci il tarixdə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul etmiş və qərarında göstərmişdir ki, o, məhkəməyə müraciət etməlidir. Müraciət etdiyi "xxxx" MMC may 2022-ci il tarixdən 19 iyun 2022-ci il taruxədək görülmüş işlərin dəyərini müəyyənləşdirmişdir. Vüsalın gördüyü işin bazar qiyməti ilə dəyəri 300 manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh2 mənzili təmir etmək adı ilə aldığı 900 manat pulun, dəyəri 600 yüz manat olan 2 cüt - 4 ədəd kreslo qoltuqlarının, biri 46 manat olmaqla, cəmi 92 manat dəyərində 2 ədəd süngər (qubka), ekspert rəyinə görə köçürdüyü 200 manat pulun 100 manatını, köçürdüyü dövlət rüsumunun 56 manatının 28 manatını (hər iki cavabdehə görə bərabər bölünməklə) cəmi 1028 manat pulun və Cavabdeh1 mənzilin təmiri üçün aldığı 1400 manat pulun, ekspert rəyinə görə köçürdüyü 200 manat pulun 100 manatını, köçürdüyü dövlət rüsumunun 56 manatının 28 manatını (hər iki cavabdehə görə bərabər bölünməklə) cəmi 1528 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, Cavabdeh2 görüləcək işin məsuliyyətini öz üzərinə götürmüş, bildirmişdir ki, yalnız onu tanıyır və bütün pul məbləğləri ona verilməlidir. Cavabdeh2 2500 manat pul verilmişdir, lakin heç bir iş görülməmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh2 iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iddiaçı, öz tələblərini təsdiqləyən və qeyd etdiyi 900 manat pulu iddiaçıdan aldığını əks etdirən heç bir sübutu iddia ərizəsinə qoşmamışdır. ünvan 5 ünvanında yaşayan İddiaçı onu mebel ustası olaraq qonşusu Esmira Məmmədova tövsiyə etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı 7 ədəd stulların təmiri sifarişi ilə ona müraciət etmiş və xx.xx.2022-ci il tarixdə 55 manat xidmət haqqı ödəyərək bərpa olunmuş stulları təhvil almışdır. Mebellərin təmiri üzrə danışıqlar zamanı onun həm də ev təmiri işlərini qismən bacardığı haqqında söhbət iddiaçı ilə aralarında olmuşdur. Buna görə, İddiaçı bir neçə gün sonra ona məxsus Yasamal rayonu, Zərdabi küçəsi 45-də, 25 nömrəli mənzilin təmiri sorğusu ilə ona müraciət etmiş və o, da həmin sifarişə əsasən mənzilin ümumi təmirinin digər köməkçi hissələrində, yəni rəngsaz (malyar) və santexnik işlərində kifayət qədər peşəkar olan ustalarla birlikdə xx.xx.2022-ci il tarixdə həmin mənzilin təmirinə 3 nəfər olaraq başlamışlar. Mənzilin təmirində o, həm rəngsaz ustasına köməkçi, həm də təmir prosesinə nəzarətçi kimi iştirak edirdi. Yəni, mənzildə onlardan əvvəl təmir işlərini aparan ustaların naməlum səbəbdən işi dayandıraraq qoyduqları yarımçıq, natamam təmirin foto şəkillərini nəzərdə tutulan yeni təmirli vəziyyəti ilə müqayisə etmək üçün çəkib iddiaçıya təqdim edərək və məlumatlandıraraq, yeni ustaların (santexnik Həsən və rəngsaz Fəxrəddin) xidmətlərinin qiyməti müzakirələrində iştirak edərək, rəngsaz işlərinin sürətləndirilməsi məqsədilə xüsusi məhlulların hazırlanmasını təmin edərək, ustaların gündəlik naharı və hər gün səhər mənzilə axşam evlərinə daşınmalarını şəxsi avtomobili ilə təmin edərək ümumi işə dəstək verirdi. Aşağıda təqdim edilən qiymət razılaşdırmaları 2022-ci il tarixdə təmir zamanı qeydə alınmışdır. Əsaslı təmirin iddiaçı ilə ustaların razılaşdırdığı qiymətlər aşağıda təqdim edilmişdir: santexnik ustası - 800 manat, rəngsaz (o, rəngsaza kömək etmək şərti ilə) - 1600 manat, təmizlik işləri - 100 manat (Qeyd: 100 manat köhnə ustalardan qalıq 40 kisə tullantıların (zibilin) müvafiq qurum tərəfindən mənzildən yüklənib daşınması və mənzilin təmir başlayanadək təmizlənib müvafiq vəziyyətə gətirilməsi üçün xərclənmişdir. İddiaçı bu xərclər barədə onun tərəfindən məlumatlandırılmışdır). Beləlikə, nəzərdə tutulan əsaslı təmirin qiyməti toplam 2500 manat olaraq iddiaçı ilə razılaşdırılmışdır. Bildirmək istəyir ki, xx.xx.2022-ci ildə İddiaçı məxsus mənzildə təmirə başlayan gün iddiaçı hər iki ustaya - Həsən adlı santexnik və Fəxrəddin adlı rəngsaza, hər birinə 100 manat məbləğində iş qabağı avans olaraq və mənzildə olan 40 kisə zibilin daşınması həmçinin ümumi təmizlik işləri üçün 100 manat pul, toplam 300 manat olaraq pul vermişdi. Eyni zamanda, ustaların naharı və onların onun şəxsi avtomobilində səhər “mənzilə” axşam evlərinə daşınması üçün 200 manat pul istəmişdir və məbləğ iddiaçının Elxan adlı qardaşı tərəfindən ona verilmişdir. Təmirə başlayan zaman əvvəlki ustaların elektrik işlərini təmir standartlarına uyğun olmayan şəkildə apardıqlarını, yəni cərəyan naqillərinin divar içi yanlış çəkildiyi aşkar olmuş və yerində foto şəkilləri çəkilərək iddiaçıya onun tərəfindən ötürülmüşdür. Elektirk işlərinin bərpasi üçün əlavə 150 manat pul məbləği elektriklə iddiaçı arasında razılaşdırılsa da iddiaçı məbləğin 100 manatını elektrikə ödəmiş, qalıq 50 manatı isə təmir bitdikdən sonra elektrik yuvalarının qapaqları qoyulduqdan sonra ödəyəcəyini bildirilmişdir. Bir müddət sonra, gündəlik nahar və ustaların daşınma xərcləri üçün iddiaçıdan ikinci dəfə 200 manat pul almışdır. Beləliklə, ustaların və onun gündəlik naharı və ustaların şəxsi avtomobilində daşınması, onun təmir işlərinə nəzarətçi və eyni zamanda rəngsazın yanında köməkçi olaraq xidməti, görülən işlər haqqında iddiaçıya foto şəkillərlə məruzə etməyi, zibillərin daşınması və mənzildə təmizlik işlərinin aparılmasını təşkili xidmətinin müqabilində İddiaçı iki dəfə 200 manat olaraq, toplam 400 manat məbləğində pul mənə vermişdir. Mənzilin təmirindən əlavə, iddiaçı 1 sentyabrda ondan 18 ədəd stul, 1 ədəd tumba və 2 ədəd kresloları təmir etməsini və mebelləri olduğu yerdən təmir ərazisinə şəxsi onun avtomobili ilə daşımasını xahiş etmişdir. Mebellərin təmir qiyməti iddiaçı ilə 300 (üç yüz) manat olaraq razılaşdırılmışdır. Mebellər tərəfindən təmir ərazisinə daşınaraq 15 sentyabrda yekunlaşmışdır. İddiaçıdan mebellərin 300 manat xidmət haqqını istədikdə 14 avqustdan 15 sentyabradək müddətdə, yəni bir ay ərzində davam edən təmirin müqabilində şəxsən ona yuxarıda qeyd etdiyi və gördüyü işlərə görə ödədiyi 400 manat pulun üzərinə avans olaraq ustalara verdiyi və zibil və mənzildə təmizlik işlərinə xərclənən pulları də əlavə edərək 900 manat pulu əsassız olaraq ondan tələb etmiş və bu kimi bəhanələrlə, mənə böhtan ataraq mebellərin təmir haqqının ödənişindən boyun qaçırmışdır. 2022-ci ilin dekabr ayınadək mebellərin pulunu ödəməmiş və “səninlə doqovor bağlamamışam” ifadəsi ilə özünə məxsus mənzildə görülən təmir işlərinin müqabilində ustalara ödədiyi pulu da ona verilən 400 manatla toplayıb 900 manatın şifahi iddiasını aparmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı Elxan adlı qardaşı ilə birlikdə gecə yarısı yaşadığı ünvana gələrək, bir neçə qonşunun yaşadığı məhəllənin ümumi giriş qapısından məhləyə girərək ona məxsus olan həyət ərazisindən təmir olunmuş mebelləri təmir haqqını ödəmədiyi halda və onun iznim olmadan, gizlincə götürüb aparmışdır, yəni oğurlamışdır. Bu insanların problemli olduğunu və təmir işlərinə hər dəfə yeni ustaları cəlb edərək onları şirnikləndirmək məqsədilə əvvəl cüzi məbləğ ödəyib, ustaları işlədib sonra işi dayandıraraq ustaları kənarlaşdırdıqlarını, xidmət haqqlarının qalan hissəsini ödəməkdən boyun qaçırdıqlarını, beləliklə də bu taktikanı tətbiq etdiklərini anladıqdan sonra 2023-cü il ərzində onlara təmir etdiyi mebellərin ödənişi olan 300 manatdan vaz keçərək onunla bağlı onun tərəfindən iddiaçı ilə heç bir əlaqə yaradılmamışdır. Həmçinin, iddiaçı da 2023-cü il ərzində onun öhdəliyi olan 300 manat pulun ödənişi ilə bağlı onunla əlaqə yaratmamışdır. Cavabdeh həmçinin izahatında göstərmişdir ki, o, işin görülmə öhdəliyini öz üzərinə götürməmiş, yalnız ona 400 manat pul çatmış, onun 100 manatını benzinə xərcləmiş, 300 manat isə təmirdə gördüyü işə görə almışdır. Ona görə də 900 manat pulun ondan tutulması barədə iddiaçının tələbini əsassız hesab edir. İddiaçının iddia ərizəsində tələb etdiyi əmlaklar ondadır, digər əmlakları təmir etdirib pul vermədiyi üçün onu qaytarmır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 faktiki yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun qeydiyyat ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə geri qaytarıldıqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdırıb, tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, iddiaçının qardaşıdır. “Rafiq” kimi tanıdığı şəxsin sonradan adının “Şahmurad” olduğunu bilmiş, həmin şəxs bacısının evinin təmir edilmə öhdəliyini öz üzərinə götürmüşdür. 3000 manata bütün evi tam təmir edib təhvil verməli idi, 300 manat ilkin beh verilib, sonra onun vasitəsi ilə hər dəfə 400-500 manat olmaqla hissə-hissə şəxsən Şahmurada 2000 manatdan yuxarı pul vermişdir, Şahmurad da orada işləmişdir, Şahmuradın maksimum gördüyü işin dəyəri 300 manat olardı. İş üzrə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin baş təhqiqatçısı X1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən İddiaçı müraciət əsasında aparılmış araşdırmanın nəticəsi olaraq baş vermiş hadisədə heç bir cinayət hadisəsi və tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. İş üzrə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı Kamil Rahmanov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X2 şikayət ərizəsi ilə müraciət edərək göstərmişdir ki, Yasamal rayonu, ünvan 6 ünvanında yerləşən mənzilinin təmiri üçün tanışı Cavabdeh1 ilə işin müqabilində 3000 manat ödəcəyi barədə razılaşmış, lakin təmirin 5 faiz işi görülmədən Vüsal ondan 1700 manat pul almış və təmiri yarımçıq qoymuşdur. Təhqiqat zamanı Cavabdeh1 şifahi olaraq özünün Babayev Elxana deyil, əksin Elxanın ona borclu olduğunu bildirmişdir. Tərəflər arasında mənzilin təmiri ilə əlaqədar mülki mübahisə mövcuddur ki, həmin münasibətlər mülki qanunvericilik əsasında tənzim olunmalıdır. Göstərilən faktda cinayət hadisəsi müəyyən edilmədiyindən fakt üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. İş üzrə İddiaçı sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş 02-148/22 saylı, xx.xx.2022-ci il tarixli mtəxəssis rəyindən görünür ki, -1-ci sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 8 ünvanında yerləşən 25 saylı mənzilə 05.2022-xx.xx.2022-ci il tarixlərində təmir-tikinti işlərinə çəkilmiş xərclər əsasən hazırlıq (söküntü) işərindən ibarət olmuşdur. Söküntü işləri əsasən holl, koridor və eyvan hissəsinin döşəmə sahəsini əhatə etmişdir. Həmçinin dəhlizdə yerləşən atac konstruksiyalı saxlanc yeri sökülərək çıxarılmışdır. Bəzi hissələrdə suvaq və şpatlyovka işləri üçün mayak atıldığı qeydə alınmışdır. Lakin təmir üçün görülməsi nəzərdə tutulan hazırlıq işləri keyfiyyətsiz olduğundan və sonradan növbəti usta tərəfindən restavrasiya edildiyindən natamam kimi qeydə alınmışdır. Aparılan araşdırmalar və təhloillərə əsasən həmin tarixlərdə təmir işlərinə çəkilmiş usta (əmək haqqı) xərcinin məbləği – 300 manat təşkil etmişdir; -2-ci sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 8 ünvanında yerləşən 25 saylı məqzilə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində çəkilmiş təmir-tikinti işlərinə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi məqsədilə ünvanda ölçmə və təhqiqat işləri aparılmışdır. Müəyyən edilmişdir ki, həmin tarixlərdə növbəti üsta tərəfindən görülmüş təmir işləri yararsız atılmış mayakların üzərindən astar şpatlyovka qatının çəkilməsi olmuşdur. Tikinti norma və qaydalarına uyğun gəlməyən bu işlərin də məbləği hesablanaraq təhlil edilmişdir. Aparılan araşdırmalar və təhlillərə əsasən həmin tarixlərdə təmir işlərinə çəkilmiş usta (əmək haqqı) xərcinin məbləği 128,0 kv.m. x 2,0 manat/1 kv.m. = 256 manat təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ona məxsus olan Bakı şəhəri Yasamal rayonu, Zərdabi, 43 ünvanda yerləşən mənzili təmir etmək məqsədi ilə ustalara müraciət etmiş, onun sifarişi əsasında həmin mənzildə müvafiq təmir işləri həyata keçirmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdeh qismində göstərdiyi Cavabdeh1 təmirlə bağlı işlərin görülməsi üçün usta haqqı kimi 3000 manat pul ödənilməsi barədə qarşılıqlı razılığa gəlsə də və qarşılıqlı razılığı əsasında ilkin olaraq ona 1700 manat pul ödəsə də, cavabdeh ona ödənilən pul müqabilində görəcəyi işləri tam yerinə yetirməmiş, yerinə yetirməmiş işin həcmi 1400 manat təşkil etmişdir. İddiaçı eyni zamanda mebel ustası kimi tanıdığı və cavabdeh qismində göstərdiyi Cavabdeh2 mənzilinin təmir xərcləri ilə əlaqədar ödədiyi 2500 manat puldan görülən işləri çıxmaqla görülməyən işlər üçün verilən 900 manat məbləğində pulun həmin cavabdehdən tutulması barədə də tələb irəli sürmüş və tələbin əsası kimi həmin məbləğdə təmir işlərinin görülməməsini göstərilmişdir. İddiaçı eyni zamanda Cavabdeh2 təmir məqsədi ilə ev avadanlıqlarını verdiyini və ümumi dəyəri 692 manat olan həmin avadanlıqların bu günədək ona qaytarılmadığını qeyd edərək həmin əmlakların ona qaytarılması barədə tələb irəli sürmüşdür. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış şifahi müqavilə sifariş əsasında təmir işlərinin görülməsi ilə bağlı olduğu üçün, həmin müqavilə növünə görə podrat müqaviləsi hesab edilir. Bu səbəbdən məhkəmə hazırki mübahisəyə mülki qanunvericiliyin podrat müqaviləsi ilə bağlı müddəalarını tətbiq etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 752.1-ci madəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Mülki Məcəllədə podrat müqaviləsinin yazılı şəkildə bağlanmalı olması ilə bağlı hər hansı imperativ göstəriş yoxdur. Yəni mülki qanunvericilik podrat müqaviləsinin şifahi qaydada bağlanmasını qadağan etmədiyindən, tərəflər podrat müqaviləsini şifahi qaydada bağlamaqla qanunun tələblərini pozmamışlar və bu səbəbdən həmin müqavilə etibarlı əqd hesab edilməlidir. Mülki Məcəllənin 385-ci madəsinə əsasən mülki hüquq münasibətlərində öhdəliklər bir şəxsin başqa şəxsin xeyrinə müəyyən hərəkətlər etməsindən, məsələn, pul ödəməsindən, əmlak verməsindən, iş görməsindən, xidmətlər göstərməsindən və ya müəyyən hərəkətdən çəkinməsindən əmələ gəlir. Podrat müqaviləsi üzrə öhdəlik borclunun kreditorun xeyrinə məhz iş görməsindən irəli gəlir. Bu xüsusiyyətinə görə podrat müqaviləsi digər müqavilələrdən fərqlənir. Belə ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Göründüyü kimi podrat müqaviləsi ikitərəfli, konsesual və əvəzli müqavilədir. Belə ki, müqavilədə iki tərəf: sifarişçi və podratçı iştirak edir. Müqavilədə mövcud olmayan bir məmulatın hazırlanması və ya mövcud bir məmulatın təmiri və yaxşılaşdırılması nəzərdə tutulur ki, bu işlərin görülməsi üçün müəyyən müddət tələb olunur. Hazır olmayan məmulatı sifarişçiyə vermək mümkün olmadığından tərəflər razılığa gəldiyi andan podrat müqaviləsi bağlanmış sayılır ki, bu da onun konsesual müqavilə xarakteri verir. Podrat müqaviləsinin predmeti konkret bir nəticənin əldə edilməsi üçün müəyyən işin görülməsidir. Aydındır ki, sifarişçiyə iş deyil, onun nəticəsi verilməlidir. Yəni podrat müqaviləsinə əsasən podratçı müqavilənin predmetini yaradır və onu sifarişçiyə təhvil verir. AR Mülki Məcəlləsinin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Məhkəmə iddia tələbinin Cavabdeh2 mənzili təmir etmək adı ilə aldığı 900 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında Cavabdeh2 həqiqətən təmir ilə əlaqədar iddiaçı tərəfindən ona ilkin beh kimi 300 manat məbləğində, sonra isə 2 dəfə 200 manat məbləğində, cəmi 700 manat pulun verilməsini etiraf etmişdir. Cavabdeh həmin puldan santexnik və rəngsaza hər birinə 100 manat verdiyini, ondan əvvəl təmir işləri ilə əlaqədar yığılmış zibilin daşınması və təmizlik işləri görülməsi üçün 100 manat xərclədiyini, 100 manatın isə iddiaçı ilə qarşılıqlı razılığı əsasında ustaların nahar və mənzilə gətirib-aparılması məqsədi ilə aldığını, 300 manatı isə gördüyü işin müqabilində özündə saxladığını etiraf etmişdir. Məhkəmə iddiaçının Cavabdeh2 2500 manat məbləğində pul verildiyini, lakin cəmi 250 manat ekspert rəyi ilə görülən işə görə usta xərcin olmasını, Cavabdeh2 qarşı isə 900 manat məbləğində tələb irəli sürülməsini, məhkəmə iclasında şahid qismində dindirilən cavabdehin qardaşı tərəfindən isə Cavabdeh2 gördüyü işin həcminin 300 manat olması etiraf olunduğunu, Cavabdeh2 tərəfindən ona verilən cəmi 700 manat pulun 400 manatı məhz görülən işlərə və nəqliyyat daşımaları üçün ona çatmalı olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi Cavabdeh2 mənzili təmir etmək adı ilə aldığı 900 manat pulun tutulması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin təmiri məqsədi ilə verdiyi dəyəri 600 manat olan 2 cüt 4 ədəd kreslo qoltuqlarının, biri 46 manat olmaqla, cəmi 92 manat dəyərində 2 ədəd süngərin (qubkanın) Cavabdeh2 tərəfindən qaytarılması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməlidir. Belə ki, məhkəmə iclasında Cavabdeh2 tərəfindən etiraf olunmuşdur ki, iddiaçı tərəfindən həqiqətən tələb etdiyi əmlaklar ona verilmiş, həmin əmlaklar hazırda da ondadır, lakin əvvəllər iddiaçı təmir etdiyi avadanlıqların pulunu ona ödəmədiyi üçün o, həmin əmlakları iddiaçıya qaytarmamışdır. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus əmlakların Cavabdeh2 olması müəyyən edildiyindən və həmin hal cavabdehin özü tərəfindən etiraf olunduğundan, iddia tələbi həmin əmlakların qaytarılması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən alınaraq iddiaçıya verilməli olan əmlaklar mövcud olmadığı halda onların dəyəri cavabdehdən tutulmalıdır. AR MPM-nin 222.1-ci maddəsinə əsasən isə məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Məhkəmə iddia tələbinin Cavabdeh1 mənzilin təmiri üçün ona ödədiyi 1400 manat pulun tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçı mənzilin təmiri üçün Cavabdeh1 cəmi 1700 manat məbləğində pulun verilməsi, onun tərəfindən aldığı pul müqabilində 1400 manat həddində işin görülməməsi iddia etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə dəvət edilən şahid ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsi sübut növü kimi qəbul etmir. Belə ki, E.Babayev iddiaçının qardaşı olmaqla işin faktiki halları barədə iddiaçının iddia ərizəsində qeyd etdiyi hallardan fərqli ifadə verdiyindən, onun tərəfindən göstərən məlumatları məhkəmə inandırıcı hesab etmir. Məhkəmə eyni zamanda iddiaçı tərəfindən məhkəməyə mütəxəssis rəyi kimi təqdim edilən rəyi də mötəbər sübut kimi qəbul edilməsini mümkünsüz hesab edir. Belə ki, həmin rəy mübahisəli mənzildə 2-ci dəfə təmir işləri həyata keçirildikdən sonra tərtib edilmişdir, məhkəmə iclasında iddiaçının özü tərəfindən görülən işlərlə bağlı ayrı-ayrı ustalara kifayət qədər çox məbləğdə pul verilməsi etiraf olunsa da, mütəxəssis rəyində məbləğ çox aşağı həddə göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin əsaslı olması müəyyən olunmadığından, Cavabdeh1 mənzilin təmiri üçün onun tərəfindən verilən 1400 manat pulun tutulması hissəsi üzrə tələb əsassız hesab olunmalı və təmin edilməməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbləri cavabdehlərdən mənzilin təmiri ilə bağlı pulun tutulması hissələrində təmin olunmadığından, eyni zamanda mütəxəssis rəyi məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilmədiyindən, həmçinin iddiaçının sifarişi əsasında keçirilmiş ekspertiza da təmir işlərin çəkilmiş usta xərcinin müəyyən edilməsi ilə əlaqədar olduğundan, iddia tələbi məhkəmə xərci kimi 200 manat məbləğində keçirilmiş ekspertiza xərcinin müştərək qaydada cavabdehlərdən tutulması hissəsində təmin edilməməlidir. Məhkəmə cəmi 692 manat dəyərində olan əmlak tələbinə dair hissədə iddianın təmin olunmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh2 iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 dəyəri 600 (altı yüz) manat olan 2 cüt 4 ədəd kreslo qoltuqları, biri 46 (qırx altı) manat olmaqla cəmi 92 (doxsan iki) manat dəyərində 2 ədəd süngər (qubka) alınaraq İddiaçı qaytarılsın. AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa Cavabdeh2 İddiaçı xeyrinə mövcud olmayan əmlakların dəyəri tutulsun. Cavabdeh2 İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissələrdə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-860/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-860/2024
16.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver