Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-873/2021 24.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçıların nümayəndəsi (vəkili) X10, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) X18 Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X19 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "qanunsuz sahiblikdə olan avtomobilin geri qaytarılması" tələbinə dair ilk və Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "qanunsuz sahiblikdə olan avtomobilin geri qaytarılması" tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X21 qanunsuz sahibliyində olan Ford Escape minik **-RR-***, Ford Transit yük **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı qeydiyyat şəhadətnaməsi əsasında mülkiyyətində olan Ford Escape minik **-RR-***, dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında müvəqqəti idarə etmək üçün Cavabdeh3 və Cavabdeh2 verilmişdir, lakin hər iki şəxs öz öhdələrinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün etibarnamələr 22.12.2020-ci il tarixdə onun tərəfindən notariat qaydada ləğv edilmişdir. Ford Transit yük **-RD-***, dövlət nişanlı avtomobil etibarnamə əsasında idarə etmək üçün Cavabdeh1 verilmişdir, lakin Xalıq Nəzərov öz öhdəsinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə etibarnamə 22.12.2020-ci il tarixdə tərəfindən notariat qaydada ləğv edilmişdir. Qeyd edir ki, Ford Escape minik **-RR-***, Ford Transit yük **-RD-***, dövlət qeydiyyat nişanlı avtomobilləri müvəqqəti idarə edilməsi üçün etibarnamə əsasında vermişdir. Etibarnamə verilmiş şəxslər tərəfindən aralarındakı şifahi razılaşmaya əsasən İddiaçı hər ay üçün müəyyən məbləğdə ödəniş edilməli olduğu halda, şəxslər öz öhdələrinə düşən öhdəlikləri yetirmədikləri üçün etibarnamələr Notariat qaydada ləğv edilmişdir. Ford Escape minik 90-RR- 457, Ford Transit yük **-RD-***, dövlət qeydiyyat nişanlı avtomobillərinin AR Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə rəsmi müraciəti əsasında nəqliyyat vasitələri avtodayanacağa qoyulmuşdur, lakin iddiaçıya məlum olmayan səbəbdən cavabdehlər nəqliyyat vasitələrini qanunsuz olaraq buraxdırmışdırlar və halhazırda avtomobillər cavabdehlərin qanunsuz sahibliyindədir və nəqliyyat vasitələrini qanunsuz olaraq idarə edirlər. Qeyd olunan cavabdehlərin qanunsuz əməlləri ilə bağlı İddiaçı Dövlət orqanlarına müraciət etmiş və hazırda Binəqədi Rayon Prokurorluğunda prokuror Aqil İsgəndərli tərəfindən araşdırılma aparılır. Cavabdehlər tərəfindən İddiaçı qarşı olunan qanunsuz əməllər nəticəsində ona maddi ziyan dəymişdir. Ona görə də hazırda məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 158.4, 164.2, 365.1.3, 366.3, 366.4-cü maddələrinə əsasən iddianın təmin edilməsi xahiş olunur. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “pul tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı «Ford Transit» yük **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilin geri alınmasına görə Cavabdeh1 xeyrinə 22000 (iyirmi iki min) manat, 90-RR- 457 nömrəli Ford eseape minik avtomobilinin geri alınmasına görə Cavabdeh2 xeyrinə isə 30000 (otuz min) manat pulun və ödənilmiş 30 manat dövlət tutulması, avtomobillərin qaytarılmasının pulun ödənilməsi ilə eyni vaxtda həyata keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sözügedən avtomobilləri onlara müqavilə əsasında nisyə alqısatqı şərtləri ilə vermiş və avtomobillərin dəyəri tam ödənilmişdir. Müqaviləyə əsasən müqavilə tam icra olunduqdan sonra avtomobillər cavabdehlərin mülkiyyətinə keçirilməli idi. Buna baxmayaraq, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öhdəliyini pozaraq, avtomobillərə dair onların adlarına rəsmiləşdirilməsinə razılıq verməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istərdilər ki, sözü gedən avtomobillər İddiaçı adına olsa da əslində onun qeyri-rəsmi yoldaşı X15 məxsus olmuşdur. Əliyar avtomobilləri müqavilə ilə onlara satmışdır və dəyəri tam ödənildikdən sonra avtomobillər onların adlarına alqı-satqı olunmalı idi. Pulu onlar Əliyarın oğlu Ələkbər vasitəsi ilə ödəyirdilər. Belə ki, Ələkbər İddiaçı etibarnamə əsasında nümayəndəsi idi və bütün işləri o idarə edirdi. İddiaçı da buna heç bir etirazı yox idi. Lakin Əliyar rəhmətə getdikdən sonra o, qanunsuz varlanmaq qərarına gələrək avtomobilləri və pulu ələ keçirmək qərarına gəlmişdir. 2020-ci ilin noyabr ayında Əliyar Əliyev rəhmətə getdikdən sonra onun oğlu Ələkbərə müraciət etdikdə o dedi ki, maşın adına olan İddiaçı onun da etibarnaməsini ləğv edib pulları da ələ keçirərək rayona qaçıb və söz verdi ki, bu məsələni həll edəcək və maşınlar onların adlarına rəsmiləşəcək, lakin sonra məlum oldu ki İddiaçı onları məhkəməyə vermişdir. Əlavə olunmuş müqavilədən də görünür ki, Cavabdeh1 19.12.2019-cu il tarixində ümumi qiyməti 11 000 (on bir) manat olan Ford Transit yük **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 5000 (beş min) manat ilkin ödəniş etməklə və hər ay ***-**** (min) manat ödəməklə avtomobilin dəyərini tam ödəmişdir. Hər ay min manat olmaqla məbləğlər İddiaçı etibarnamə əsasında nümayəndəsi X16 vasitəsi ilə ödənilmişdir. Buna baxmayaraq, cavabdehin yoldaşı Əliyar Əliyev rəhmətə getdikdən sonra 2020-ci ilin noyabrında o, etibarnamələri ləğv edərək avtomobilləri geri tələb etmiş müqavilənin şərtlərini kobud pozaraq, onlara maddi zərər vurmuşdur. Cavabdeh2 31 yanvar 2019-ci il tarixində ümumi dəyəri 15000 (on beş min) manat olan 90-RR- 457 nömrəli «Ford Escape» minik avtomobilinə görə 3000 (üç min) manat ilkin ödəniş etməklə hər ay ***-**** (min) manat olmaqla hazırda borcunu tam olaraq, ödəsə də avtomobil onun adına rəsmiləşdirilməmişdir. Əlavə olunmuş 30 mart 2018-ci il tarixli etibarnamənin əslindən aydın görünür ki, həqiqətən də İddiaçı X20 10 illik yəni 30 mart 2028-ci il tarixinədək etibarnamə vermiş və onun İddiaçı adından bütün hərəkətlərin edilməsi səlahiyyəti olmuşdur. X37 rəhmətə getdikdən sonra 2020-ci ilin noyabrında o, Ələkbərə verdiyi və digər şəxslərə verdiyi etibarnamələri ləğv etmişdir. İddiaçı özü də iddia ərizəsində təsdiq edir ki, etibarnamə verilmiş şəxslər tərəfindən aralarındakı şifahi razılaşmaya əsasən ona hər ay üçün müəyyən məbləğdə ödəniş edilməli olduğu halda, şəxslər öz öhdələrinə düşən öhdəlikləri yetirmədikləri üçün etibarnamələr notariat qaydada ləğv edilmişdir. Halbuki, həmin şəxslər ödənişləri vaxtıvaxtında etmişlər. Əks halda İddiaçı həmin etibarnamələri bir il əvvəl ləğv edərdi. Göründüyü kimi, İddiaçı gətirdiyi dəlillər işin faktiki hallarına uyğun olmamaqla əsassızdır. Həmçinin müqavilənin şərtlərinə əsasən öhdəliyini pozan tərəf qarşı tərəfə vurduğu zərəri iki qat ödəməlidir. Odur ki, hesab edirlər ki, avtomobilləri geri alındığı təqdirdə İddiaçı onların xeyrinə müvafiq olaraq, 22000 (iyirmi iki min) və 30000 (otuz min) manat pul tutulmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi (vəkili) X22 ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2 nümayəndəsi (vəkili) X29 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X30 izahatında göstərmişdir ki, iş üzrə hər bir şəxsi tanıyır. X6 sözü gedən maşınları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müəyyən şərtlərlə satıb. Maşınlara dair notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilə olmamışdır. Həmin maşınlar onların istifadəsinə verilib və onlar mütəmadi olaraq ödənişləri edirdilər, maşınlara görə müəyyənləşdirilmiş məbləğ cavabdehlər tərəfindən ona ödənilmişdir. O isə həmin ödənişləri Sevinc xanıma vermişdir. Ödənişlərlə bağlı qəbzləri qeydiyyata almırdılar. Maşınlar İddiaçı adına qeydiyyatda olsa da, faktiki olaraq X6nun mülkiyyətində idi. İddiaçı ona etibarnamə vermişdir ki, maşınların ödənişi və digər məsələlərlə bağlı prosesləri həll etsin. Ödənişlərin əksəriyyəti Sevinc xanıma edilirdi. Atasının ölümü qəflətən oldu. Bir ailə olduqlarına görə düşünməzdi ki, atasının ölümündən sonra İddiaçı maşınlarla bağlı iddia irəli sürəcək. Atasının dünyasının dəyişməsindən iki gün sonra ona verdiyi etibarnamələri İddiaçı ləğv etdi. 3-cü şəxs X30 izahatına əlavə olaraq göstərmişdir ki, etibarnaməni Sevinc xanım ona görə onun adına vermişdir ki, işləri o həll etsin, yəni müqavilə bağlasın, pul alsın. İlk iddia üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilməlidirlər. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - İddiaçı 30.02.2018-ci il tarixdə 26 saylı Notariat X2 adına 10 il müddətinə verdiyi 7E- 3455 reysetr nömrəli etibarnamənin məzmunundan görünür ki, etibar edən etibar edilənə 10 il müddətinə özündə geniş səlahiyyətlər əks edilən hərəkətləri etməyi etibar etmişdir. - 31.01.2019-cu il tarixdə İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X5 qismində bir tərəfdən, digər tərəfdən isə Cavabdeh2 satıcı qismində imzaladıqları müqaviləyə əsasən ümumi dəyəri 15000 manat olan Ford Escape markalı **-RR-*** nömrəli minik avtomobilinin satışı ilə bağlı razılığa gəlmişlər. Müqavilənin şərtlərinə əsasən 3000 manat ilkin ödəniş etməklə və hər ***-**** manat ödəmək şərti ilə avtomobil alıcıya satılır. Avtomobilin dəyəri 15000 manat tam ödənildikdən sonra avtomobil alıcının adına rəsmiləşdirilir. Alıcı ardıcıl olaraq iki ay ödənişi üzürsüz səbəbdən etməzsə bu halda müqavilə pozulmuş hesab edilir və ilk çağırışda avtomobil satıcıya qaytarılır. Müqavilə öhdəliyini pozan tərəf qarşı tərəfə dəymiş zərəri iki qat ödəyir və bu şərtin başqa cür şərh və ya təfsir olunması qəbul oluna bilməz. (1.1-1.4 bəndlər) Müqavilənin 2.2-ci bəndinə əsasən ödənişlər tərəflərin arasında təhvil təslim aktına əsasən həyata keçirilir. - İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X26 ilə Cavabdeh2 arasında bağlanmış 31.01.2019-cu il tarixli təhvil təslim aktından görünür ki, sonuncu Ford Escape minik **-RR-*** nömrəli avtomobili təhvil aldı. Həmin aktda həmçinin əlyazma ilə X26 tərəfindən imzalanmaqla göstərilmişdir ki, 01.03.2019, 01.04.2019, 01.05.2019, 01.06.2019-cu il tarixlərdə hər dəfə 1000 manat, 01.07.2019, 01.08.2019, 01.09.2019, 10.10.2019, 01.11.2019, 01.12.2019, 01.01.2020, 01.02.2020, 01.03.2020, 01.04.2020-ci il tarixlərdə hər dəfə 500 manat, 01.05.2020, 01.06.2020, 01.07.2020-ci il tarixlərdə hər dəfə 1000 manat, ümumilikdə 12000 manat pul almışdır. - 19.12.2019-cu il tarixdə İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X5 qismində bir tərəfdən, digər tərəfdən isə Cavabdeh1 satıcı qismində imzaladıqları müqaviləyə əsasən ümumi dəyəri 11000 manat olan Ford Transit markalı **-RD-*** nömrəli yük avtomobilinin satışı ilə bağlı razılığa gəlmişlər. Müqavilənin şərtlərinə əsasən 5000 manat ilkin ödəniş etməklə və hər ***-**** manat ödəmək şərti ilə avtomobil alıcıya satılır. Avtomobilin dəyəri 11000 manat tam ödənildikdən sonra avtomobil alıcının adına rəsmiləşdirilir. Alıcı ardıcıl olaraq iki ay ödənişi üzürsüz səbəbdən etməzsə bu halda müqavilə pozulmuş hesab edilir və ilk çağırışda avtomobil satıcıya qaytarılır. Müqavilə öhdəliyini pozan tərəf qarşı tərəfə dəymiş zərəri iki qat ödəyir və bu şərtin başqa cür şərh və ya təfsir olunması qəbul oluna bilməz. (1.1-1.4 bəndlər) Müqavilənin 2.2-ci bəndinə əsasən ödənişlər tərəflərin arasında təhvil təslim aktına əsasən həyata keçirilir. - İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X26 ilə Cavabdeh1 arasında bağlanmış 19.12.2019-cu il tarixli təhvil təslim aktından görünür ki, sonuncu “Ford Transit» markalı **-RD-*** nömrəli yük avtomobilini təhvil aldı. Həmin aktda həmçinin əlyazma ilə X26 tərəfindən imzalanmaqla göstərilmişdir ki, 15.01.2020, 15.02.2020-ci il tarixlərdə hər dəfə 1000 manat, 15.03.2020, 15.04.2020-ci il tarixlərdə hər dəfə 500 manat, 15.05.2020ci il tarixdə 1000 manat, 15.06.2020, 15.07.2020, 15.08.2020, 15.09.2020-ci il tarixlərdə hər dəfə 500 manat, ümumilikdə 6000 manat pul almışdır. - İddiaçı 19.12.2019-cu il tarixdə 17 saylı Notariat Kontorunda Cavabdeh1 adına verdiyi verdiyi 7E-9683 reysetr nömrəli etibarnamənin məzmunundan görünür ki, etibar edən etibar edilənə 5 ay 11 gün müddətinə Ford Transit yük **-RD-*** nömrəli avtomobili idarə etmək səlahiyyətini vermişdir. - İddiaçı 01.06.2020-ci il tarixdə 48 saylı Notariat Ofisinin xüsusi notraiusu tərəfindən Cavabdeh1 adına verdiyi verdiyi 7E-706204 reysetr nömrəli etibarnamənin məzmunundan görünür ki, etibar edən etibar edilənə 6 il 9 ay 28 gün müddətinə “Ford Transit» yük **-RD- *** nömrəli avtomobili idarə etmək səlahiyyətini vermişdir. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 3-cü şəxs X8 Əliyar Cahangir oğlunun övladı olmaqla sonuncu 2020-ci ilin noyabr ayında vəfat etmişdir. Buna qədər isə mərhum, ilk İddiaçı ilə qeyri-rəsmi nikah münsibətlərində olmuş və bir ailə kimi birlikdə yaşamışlar. “Ford Escape” minik **-RR-*** nömrəli və “Ford Transit” yük **-RD-*** nömrəli avtomobillərə dair mülkiyyət hüquqları İddiaçı adına qeydiyyata alınmışdır. Təqdim edilmiş sənədlərdən görünür ki, ilk iddiaçı iddiasında mülkiyyətində olan avtomobilləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müvəqqəti idarə etmək üçün verməyini və onların da aralarında olan şifahi razılaşmaya əsasən ona hər ay üçün müəyyən məbləğdə pul ödəmələri kimi öhdəliklərini yerinə yetirməmələrini göstərsə də, işin araşdırılmış halları ilə tərəflər arasında avtomobillərin nisyə alqı-satqısı ilə bağlı razılaşma olması, bununla bağlı yalnız tərəflərin imzaları ilə təsdiq edilmiş yazılı formada müqavilə adlandırılan sənədlərin tərtib edilməsi müəyyən edilmişdir. (müqavilə adlandırılan sənədləri satıcı qismində İddiaçı adından 30.02.2018-ci il tarixli etibarnamə əsasında X26 imzalamışdır) 3-cü şəxs və ilk iddia üzrə cavabdehlərin izahatlarından məlum olur ki, X1 “Ford Transit” yük **-RD-*** nömrəli və “Ford Escape» minik **-RR-*** nömrəli avtomobilləri ilkin ödəniş və sonradan aybaay ödəniş etmək şərti ilə İddiaçı tərəfindən 31.01.2010-cu il tarixdə Cavabdeh2, 19.12.2019-cu il tarixdə Cavabdeh1 imzaları ilə təsdiqlənmiş yazılı müqavilə adlandırılan sənəd imzalamaq yolu ilə satılmış, bundan sonra İddiaçı Cavabdeh1 və Cavabdeh2 sözügedən nəqliyyat vasitələrini yalnız müəyyən zaman daxilində idarə etmək səlahiyyətini özündə əks etdirən müvafiq etibarnamələr vermişdir. İzahatlardan daha sonra məlum olur ki, X11 vəfatına qədər olan dövr ərzində Cavabdeh1 və Cavabdeh2 müqavilələrdə nəzərdə tutulmuş ilkin ödənişləri etdikdən sonra avtomobillərdən təyinatı üzrə istifadə etməkdə davam edərək müqavilə şərtlərinə əsasən hər ay müvafiq ödənişləri nümayəndə X20 etmişlər ki, sonuncu bu faktı aralarında bağlanmış təhvil-təslm aktlarına hər ay üçün imza etməklə təsdiq etmişdir. Tərəflərin izahatlarından və işin materiallarından həmçinin görünür ki, X11 2020-ci il ilin noyabr ayında vəfatından sonra İddiaçı həm Cavabdeh1, həm Cavabdeh2, həm də X20 verdiyi etibarnamələri 22.12.2020-ci il tarixdə ləğv etdirmişdir. Səbəbi kimi bunu Cavabdeh1 ilə Cavabdeh2 müqavilələr əsasında üzərlərinə götürdükləri öhdəlikləri yetirə yetirməmələri ilə əsaslandırmışdır. İşin materiallarından daha sonra görünür ki, Cavabdeh1 19.12.2019-cu il tarixində ümumi qiyməti 11000 (on bir) manat olan Ford Transit yük **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 5000 (beş min) manat ilkin ödəniş etməklə və hər ay ***-**** (min) manat ödəməklə, eləcə də Cavabdeh2 31 yanvar 2019-ci il tarixində ümumi dəyəri 15000 (on beş min) manat olan **-RR-*** nömrəli Ford Escape minik avtomobilinə görə 3000 (üç min) manat ilkin ödəniş etməklə hər ay ***-**** (min) manat olmaqla avtomobillərin dəyərini İddiaçı etibarnamə əsasında nümayəndəsi X16 vasitəsi ilə tam ödəmişlər. Müqavilə şərtlərinə əsasən avtomobillərin dəyəri tam ödənildikdən sonra avtomobillər İddiaçı tərəfindən onların adına rəsmiləşdirilməli idi. Lakin izahatlardan görünür ki, Cavabdeh1 və Cavabdeh2 mülkiyyətçinin səlahiyyətli nümayəndəsi X12 müqavilə öhdəliklərinin yerinə yetirilməsini tələb etdikdə sonuncu mülkiyyətçinin onun adına verdiyi etibarnaməni ləğv etdiyi üçün bunu həyata keçirə bilmədiyini bildirmişdir. Beləliklə də, hazırki mübahisə ilk iddiaçı -mülkiyyətçi İddiaçı razılaşma əsasında müvəqqəti idarəçiliyə verdiyi avtomobillərin pulunun ona verilməsi ilə bağlı cavabdehlərin üzərinə götürdükləri öhdəliklərin yerinə yetirilmədiyi üçün mülkiyyətlərinin geri qaytarılmasından, qarşılıqlı iddiaçılar isə üzərlərinə götürdükləri öhdəlikləri tam və vaxtında yerinə yetirdikləri halda mülkiyyətçinin və onun səlahiyyətli nümayəndəsinin üzərlərinə düşən öhdəlikləri yerinə yetirməkdən yayındıqları üçün həm ödədikləri pulları, həm də müqavilədə nəzərdə tutulmuş zərərin ödənilməsini mülkiyyətçidən tələb etmələrindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin həmin Məcəllənin 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə ilk iddia tələbləri ilə bağlı qeyd edir ki, ilk iddiaçı mülkiyyətində olan «Ford Escape» minik **-RR-***, «Ford Transit» yük **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillərini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə tərəflər arasında avtomaşınların alqı-satqısına dair təqdim edilmiş sənədləri (yazılı müqavilə, təhvil-təslim aktı) avtomobillərin alqı-satqısına dair qanunvericiliyin tələblərinə uyğun bağlanmış alqı-satqı müqaviləsi kimi qiymətləndirmir. Bundan əlavə, işin materiallarından görünür ki, ilk iddiaçı tərəfindən cavabdehlərə mübahisələndirilən avtomobillərin yalnız idarə edilməsi üçün etibarnamə verilmişdir ki, hazırda həmin etibarnamələr ləğv olunduğundan hüquqi qüvvəyə malik deyillər. Başqa sözlə, avtomobillər məhz etibarnamələr ləğv edildiyi andan hazırki vaxta kimi adları qeyd edilən cavabdehlərin qanunsuz sahibliyində olmaları kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə verə bilər. Əmlakın etibarnaməli idarəçiliyinə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiliyinə keçməsinə səbəb olmur, o əmlakı mülkiyətçinin və ya mülkiyyətçinin göstərdiyi 3-cü şəxsin mənafeyi naminə idarə etməlidir. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını tələb etmək ixtiyarı vardır. - 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. - 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. - 365.1.3-ci maddəsinə əsasən etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi etibarnamənin qüvvəsinə xitam verilməsi ilə nəticələnir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir Qanunvericiliyə əsasən hər hansı iddia tələbi üzrə ilk olaraq iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası tapılmalı və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olması yoxlanılmalıdır. İlk iddiaçının mülkiyyət hüquqlarını və işin araşdırılmış hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ona məxsus olan «Ford Escape» minik **-RR-***, «Ford Transit» yük **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyində olması faktı öz təsdiqini tapdığından həmin avtomobillər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq mülkiyyətçisinə qaytarılmalıdır. Məhkəmə ilk iddia üzrə bu nəticəyə gələrkən həmçinin avtomobillərin qanunsuz sahibliyində olan sözügedən cavabdehlərin də qarşılıqlı iddialarında avtomobillərin adlarına rəsmiləşdirilməsini deyil, onlara görə ödədikləri məbləğin geri qaytarılmasını tələb etmələrini də nəzər alır. Başqa sözlə, onlar avtomobillərin qaytarılmasına bir növ etiraz etmirlər. Məhkəmə bu nəticəyə gəlsə də, ilk iddianın qismən təmin edilməli olması qənaətinə gəlir. Belə ki, ilk iddiaçının cavabdeh kimi göstərdiyi Cavabdeh3 və mülkiyyətində olan avtomobillərin həmçinin qanunsuz sahibliyində olmasını qeyd etdiyi X21 hazırki mübahisəyə hansı formada aidiyyətlərinin olmasına dair sübutlar təqdim edilməmiş və mübahisəli avtomobillərin sözügedən şəxslərin qanunsuz sahibliyində olması faktı da məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, mübahisəli avtomobillərin hazırda qanunsuz sahibliyində olan sözügedən cavabdehlər öz iddialarında avtomobillərin adlarına rəsmiləşdirilməsini deyil, onlara görə ödədikləri məbləğin geri qaytarılmasını, hətta dəymiş zərərin iki qat ödənilməsini tələb etmələri avtomobillərin mülkiyyətçisi ilə bağladıqları müqavilələrə əsaslanmışdır. İşin materiallarından görünür ki, İddiaçı öz adından verdiyi etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X16, eləcə də Cavabdeh1 və Cavabdeh2 imzaladıqları müqavilə adlandırılan sənədin qanuniliyini hər hansı formada mübahisələndirməsə də, sonuncuları məhz şifahi razılaşma əsasında üzərlərinə götürdükləri hər ay üçün müəyyən məbləğdə ödəniş etmələrinə dair öhdəlikləri pozması əsası ilə avtomobillərin ona qaytarılmasını iddia etmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında razılaşma şifahi deyil, yazılı formada bağlanmış müqavilə adlanan yazılı sənədlər əsasında olmuşdur ki, Cavabdeh1 və Cavabdeh2 müqavilə adlanan sənədlərdə nəzərdə tutulmuş ilkin ödənişləri etdikdən sonra avtomobillərdən təyinatı üzrə istifadə edərək müqavilə adlanan sənəddə qeyd edilən şərtlərə əsasən hər ay müvafiq digər ödənişləri mülkiyyətçinin adından sənədi imzalamış nümayəndə X20 etmələri faktı təqdim edilmiş təhvil-təslim aktlarında öz əksini tapmışdır. İddiaçı ödənilən pulların 3-cü şəxs X26 tərəfindən ona verilməsini təsdiq etməsə də və sonuncu da qarşılıqlı iddiaçılar tərəfindən ödənilən pulları qarşılıqlı iddia üzrə cavabdehə verməsini israrla bildirsə də, məhkəmə hesab edir ki, bu halların hazırki vəziyyətdə öz təsdiqini tapıb-tapmaması mülkiyyətçi İddiaçı qarşılıqlı iddiaçılar qarşısında mülki cavabdehlik daşımasından azad etmir. Belə ki, işin materiallarından görünür ki, 3-cü şəxs X4 Sevinc Nemətullah qızının etibarnamə əsasında səlahiyyətli nümayəndəsi kimi məhz onun adından çıxış etmişdir. Başqa sözlə, İddiaçı 3-cü şəxs X3 müqavilələri bağlamağı və bunun da əsasında pulları almağa səlahiyyət vermişdir. 3-cü şəxs X26 da öz növbəsində qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşısında təmsil etmiş, səlahiyyətli şəxs kimi onun adından onlarla yuxarıda qeyd edilən müqavilələri imzalamış, pulları da almışdır. Həmin müqavilə adlanan yazılı sənədlərdən də görünür ki, qarşılıqlı iddiaçılar Cavabdeh1 və Cavabdeh2 üzərlərinə götürdükləri öhdəlikləri, yəni pul ödənişlərini nümayəndəsinə deyil, onun özünə - mülkiyyətçiyə ödəmək vəzifələri yaranmış və bu formada da vəzifələrini nümayəndə vasitəsilə də icra etmişlər. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2013-cü il tarixli Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Təmsilçinin bu hüquqlarını özündə əks etdirən sənədin anlayışı MM-in 362.1-ci maddəsində göstərilmişdir. Həmin normaya əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir. Həmin Məcəllənin 362.2-ci maddəsinə görə notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Qeyd olunan Məcəllənin 366.2-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquqi varislər üçün 3-cü şəxslər barəsində qüvvəsini saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 ilə əldə edilən razılaşmanın tərəfi olmuş, sonuncular da həmin razılaşma və imzalanmış müqavilə adlanan yazılı sənəd üzrə ödənişləri onun səlahiyyətli nümayəndəsinə ödəmişlər. Başqa sözlə, səlahiyyətli nümayəndənin (təmsil edənin) bütün hərəkətləri mülkiyyətçinin (etibar edənin) hərəkətləri hesab olunur. Yəni, təmsilçiyə pulların ödənilməsi artıq mülkiyyətçiyə ödənilməsi kimi qiymətləndirilir. Göründüyü kimi, təmsilçinin etibarnamə ləğv edilənə kimi etdiyi bütün hərəkətlər qanuni olmuşdur. Lakin məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə təmsilçinin aldığı pulların təmsil edənə ödəyib-ödəməməsi hazırki iddianın predmeti deyildir. Belə ki, İddiaçı etibarnamə verdiyi təmsilçisinin öz vəzifələrini yerinə yetirməməsinə istinad etsə də, işin materiallarından görünür ki, onun tələbləri təmsilçiyə qarşı yönəlməmişdir. Halbuki, məhkəmə hesab edir ki, təmsilçinin etibarnamə ilə həvalə edilmiş vəzifələrini düzgün icra etməməsi (sürücülərdən alınan pulları ona verməməsi) bu təmsil edənlə təmsilçi arasında olan digər icraatda həll edilməli olan mübahisədir ki, onlar arasında yaranan bu mübahisənin razılaşma kimi qiymətləndirilən və müqavilə adlanan sənəd üzrə bütün ödənişləri həyata keçirən Cavabdeh1 və Cavabdeh2 aidiyyəti yoxdur. Belə olan halda, Cavabdeh1 və Cavabdeh2 avtomobilləri bir tərəfli qaydada geri qaytarılmasını tələb edən mülkiyyətçidən (qarşılıqlı iddaçı üzrə cavabdehdən) ona ödədikləri pulları geri tələb etməkdə haqlıdırlar. Məhkəmə qarşılıqlı iddia tələblərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, tələbin müqavilə şərtlərinə əsasən öhdəliyini pozan tərəfin qarşı tərəfə vurulmuş zərəri iki qat ödəməli olmasına dair hissəsinin təmin edilməsinə əsaslar müəyyən edilməmişdir. Belə ki, ilk iddiaya verilən hüquqi qiymətdən göründüyü kimi, məhkəmə tərəflər arasında avtomobillərin alqı-satqısına dair təqdim edilmiş müqaviləni qanunvericiliyin tələblərinə uyğun alqı-satqı müqaviləsi kimi qiymətləndirmədiyindən müqavilədə qeyd edilən şərt olaraq vurulmuş zərərin iki qat ödənilməsi tələbini də əsaslı hesab etmir. Bundan əlavə, işin materiallarından görünür ki, qarşılıqlı iddiaçılar mübahisəli avtomobilləri 31.01.2020 və 19.12.2019-cu il tarixlərdən mükiyyətçi tərəfindən verilən idarə etmə ilə bağlı etibarnamələr ləğv edilənə kimi təyinatı üzrə istifadə etmişlər və təbii ki, hazırda avtomobillər texniki cəhətdən təhvil verilən vaxtda olan vəziyyətdə ola bilməzlər. (istismarla bağlı aşınmalar nəzərə alınmaqla) Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, qarşılıqlı iddia tələbi isə qismən təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi ilkin iddia üzrə İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 xeyrinə ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmaqla hüquqi qiymət verməklə hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «Ford Escape» minik **-RR-*** və «Ford Transit» yük **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobillər alınaraq İddiaçı verilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 xeyrinə 11000 (on bir min) manat, Cavabdeh2 xeyrinə isə 15000 (on beş min) manat tutulmalı, avtomobillərin qaytarılması pulların ödənilməsi ilə eyni vaxtda icra edilməli, qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi İddiaçı tutularaq Cavabdeh1 və Cavabdeh2 xeyrinə ödənilməli, dövlət rüsumunun 10 (on) manat hissəsi Cavabdeh1n və Cavabdeh2 aid edilməli, qarşılıqlı iddia qalan hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. “Ford Escape” minik **-RR-*** və “Ford Transit” yük **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobilləri (müvafiq olaraq) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilsin. İlk iddia qalan hissədə (Cavabdeh3 və X27 münasibətdə) təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 xeyrinə 11000 (on bir min) manat, Cavabdeh2 xeyrinə 15000 (on beş min) manat pul tutularaq ödənilsin. Avtomobillərin qaytarılması pulların ödənilməsi ilə eyni vaxtda icra edilsin. Qarşılıqlı iddia üzrə iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi ilkin iddia üzrə İddiaçı tutularaq qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 xeyrinə ödənilsin, dövlət rüsumunun 10 (on) manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçılara aid edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-873/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-873/2021
24.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver