Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-877/2020 05.06.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlininsədrliyi, Deputat Süleyman oğlu Tomayevinkatibliyi, İddiaçı və 3-cü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı - cavabdeh Bakı şəhəri 2 saylı Notariat Kontoruna (Cavabdeh2 ASC 3-cü şəxs qismində göstərilməklə) qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdeh Bakı şəhəri 2 saylı Notariat Kontoruna qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri 2 saylı notariat kontorunun notariusu Z.H.Abdullayeva tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli «İcra qeydinin» etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X3 iddia tələbini onunla əsaslandırmışdır ki,Bakı şəhəri 2 saylı notariat kontorunun notariusu Z.H.Abdullayeva 7188,80 manatın iddiaçıdan Cavabdeh2 ASC-nin xeyrinə tutulmasına dair icra sənədi «İcra qeydini» qəbul etmişdir. Cavabdeh icra qeydi verərkən iddiaçının şəxsiyyət vəsiqəsini yoxlamamışdır. Bundan başqa notarius İcra qeydini verərkən aşağıdakı qanun pozuntularına yol vermişdir: 1. İcra qeydi verilən Kredit sazişi xx.xx.2015ci il tarixdə 36 ay müddətinə bağlanıb, müddəti xx.xx.2019-cu il tarixdə bitdiyi halda cavabdeh bunu qəsdən görməməzlikdən gəlib. 2. Qanunun “borcun tələb etmək hüququnun yarandığı gündən 3 ildən çox keçməmişsə” ifadəsini diqqətə almayıb. 3. Qanunda “Borclunun olduğu yer üzrə notarius” deyilir, lakin cavabdeh Səbail rayonunda fəaliyyət göstərdiyi halda, iddiaçının ünvanı Cəbrayıl rayonundadır. Qeyd olunanlar iddiaçıya əsas verir ki, cavabdehin banklara xidmət etdiyini güman etsin.. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı məktubda məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş və qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi icra qeydinin qanuni çıxarıldığını qeyd edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı şəhəri 2 saylı Notariat Ofisinin notariusu X2 tərəfindən verilmiş icra qeydinin surətindən görünür ki, 7168,80 manat əsas borc və 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 7188,20 manat pul vəsaitinin İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması təklif edilmişdir. İş materiallarında olan notariat icra qeydi haqqında ərizənin surətindən görünür ki, Cavabdeh2 ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və tutulmalı olan cəmi məbləğ 7168,80 manat (3192,27 manat əsas borc və 3976,53 manat faiz borcu) hesablanmışdır. Qaradağ-Lökbatan 1441 saylı MKİS-nin arayışından qeyd olunmuşdur ki, Əliyev X4 rayonundan məcburi köçkündür və Qaradağ rayonu, “Qobu park” yaşayış kompleksində xx.xx.2018-ci il tarixdən yaşayır. İddiaçı xx.xx.2019-cu il tarixli «İcra qeydinin» ləğv edilməsi və tələbini irəli sürərkən onun faktiki əsası qismində icra qeydinin borclunun olduğu yer üzrə notarius tərəfindən verilmədiyini, notariusun bankın təqdim etdiyi sənədləri lazımınca araşdırmadığını göstərmişdir. “Notariat haqqında” Qanunun 76-cı maddəsində qeyd olunmuşdur ki, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Hazırkı mülki işdə isə iddia ərizəsindən və iddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının qeydiyyat yeri ünvan 2 faktiki məskunlaşdığı ünvan isə ünvan 3, mənzil 13 olmaqla cavabdeh 2 saylı Notariat Kontorunun fəaliyyət göstərdiyi əraziyə daxil deyildir. Beləliklə, cavabdeh iddiaçının olduğu yer üzrə səlahiyyəti olmadan icra qeydi verməklə qanuvericiliyin tələblərinə riayət etməmişdir. Məhkəmə hesab edir ki, 2 saylı notariat kontorunun notariusu tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli icra qeydi «Notariat haqqında» Qanununun tələblərinə zidd olaraq verildiyindən, həmin icra qeydi etibarlı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Az. Res. MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 7168,80 manat əsas borc və 20 manat dövlət rüsumu olmaqla ümumilikdə 7188,20 manat pul vəsaitinin İddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulması barədə Bakı şəhəri 2 saylı Notariat Kontoru tərəfindən 8İ-4879 saylı reyestrlə rəsmiləşdirilmiş xx.xx.2019-cu il tarixli icra qeydi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №2(009)-877/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-877/2020
05.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver