Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-88/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, tərcüməçi X1, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avto-qəza nəticəsində vurulmuş maddi ziyan kimi 5718 (beş min yeddi yeddi yüz on səkkiz) manat, mənəvi ziyan kimi 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 7218 (yeddi min iki yüz on səkkiz) manat pulun cavabdehdən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, aralarında bağlanmış barışıq sazişinin məhkəmə qərardadı ilə təsdiq edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, onların arasında bağlanmış barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim edilmişdir, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Tərəflər arasında bağlanmış həmin barışıq sazişinin şərtlərinə görə: Biz aşağıda imza edənlər: - Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan 2(009)- 88/2023 saylı mülki iş üzrə iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı bir tərəfdən və həmin mülki iş üzrə cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh digər tərəfdən (bundan sonra iddiaçı və cavabdeh birlikdə -Tərəflər), İddiaçı Cavabdeh qarşı - “Avto-qəza nəticəsində vurulmuş maddi ziyan kimi 5718 (beş min yeddi yüz on səkkiz) manat, maddi və mənəvi ziyan kimi 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 7218 (yeddi min iki yüz on səkkiz) manat və dövlət rüsunu qaydasında ödənilmiş 93 (doxsan) manat sabit pul kimi cavabdehdən tutularaq nəfımə ödənilməsi” tələbinə dair iddia ərizəsi əsasında Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan 2(009)-88/2023 saylı mülki iş üzrə aşağıdakı şərtlərlə bu Barışıq Sazişini bağlayırıq: -Biz İddiaçı və Cavabdeh bu Barışıq Sazişini bağlayırıq bu şərtlə ki, biz (tərəflər) avto-qəza nəticəsində vurulmuş maddi və mənəvi ziyanın məbləğini qarşılıqlı razılaşma əsasında 3500 manat məbləğində müəyyən edirik. -Mən, Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan 2(009)-88/2023 saylı mülki iş üzrə İddiaçı mülki iş üzrə Cavabdeh ilə bu Barışıq Sazişini bağlayıram və Cavabdeh qarşı irəli sürdüyüm - “Avto- qəza nəticəsində vurulmuş maddi ziyan kimi 5718 (beş min yeddi yüz on səkkiz) manat, maddi və mənəvi ziyan kimi 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 7218 (yeddi min iki yüz on səkkiz) manat və dövlət rüsunu qaydasında ödənilmiş 93 (doxsan) manat sabit pul kimi cavabdehdən tutularaq nəfımə ödənilməsi” tələbinə dair iddiamdan tam şəkildə imtina edirəm və bundan sonra bu iddia tələbi ilə bağlı ona qarşı özüm və nümayəndəm vasitəsilə heç vaxt heç bir iddia qaldırmayacağım barədə üzərimə öhdəlik götürürəm bu şərtlə ki, Cavabdeh avtoqəza nəticəsində vurulmuş maddi və mənəvi ziyan kimi mənə qarşılıqlı razılaşma əsasında 3500 manat məbləğində pulu nağd şəkildə tam ödəyir. -Mən, Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan 2(009)-88/2023 saylı mülki iş üzrə Cavabdeh mülki iş üzrə İddiaçı ilə bu Barışıq Sazişini bağlayıram və İddiaçı 3500 manat məbləğində pulu nağd şəkildə tam ödəyirəm bu şərtlə ki, İddiaçı mənə qarşı irəli sürdüyü - “Avto-qəza nəticəsində vurulmuş maddi ziyan kimi 5718 (beş min yeddi yüz on səkkiz) manat, maddi və mənəvi ziyan kimi 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 7218 (yeddi min iki yüz on səkkiz) manat və dövlət rüsunu qaydasında ödənilmiş 93 (doxsan) manat sabit pul kimi cavabdehdən tutularaq nəfımə ödənilməsi” tələbinə dair iddiasından tam şəkildə imtina edir və o, bundan sonra bu iddia tələbi ilə bağlı özü və nümayəndəsi vasitəsi ilə heç vaxt mənə qarşı heç bir iddia qaldırmayacağı barədə üzərinə öhdəlik götürür. -İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişinin bağlanması və onun nəticələrinə dair Azərbaycan Respublikası MPM-nin 52, 191. 261-ci maddələrinin tələbləri bizə izah edildi, Barışıq Sazişi heç bir kənar təsir olmadan tərəfimizdən imza edilir. Barışıq Sazişi 3 (üç) nüsxədə tərtib edilir, Barışıq Sazişinin bir müsxəsi təsdiq edilmək üçün məhkəməyə təqdim edilir, digər iki nüsxə tərəflərdə qalır. Həmçinin iş materiallarına tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli akt əlavə edilmişdir. Həmin Aktda qeyd edilmişdir: Biz aşağıda imza edən şəxslər: - Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan 2(009)-88/2023 saylı mülki iş üzrə iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı bir tərəfdən və həmin mülki iş üzrə cavabdeh ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh digər tərəfdən bu aktı tərtib edib imzalayırıq ona görə ki, İddiaçı Cavabdeh qarşı - "Avto-qəza nəticəsində vurulmuş maddi ziyan kimi 5718 (beş min yeddi yüz on səkkiz) manat, maddi və mənəvi ziyan kimi 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 7218 (yeddi min iki yüz on səkkiz) manat və dövlət rüsumu qaydasında ödənilmiş 93 (doxsan) manat sabit pul kimi cavabdehdən tutularaq nəfimə ödənilməsi” tələbinə dair iddia ərizəsi əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-88/2023 saylı mülki iş üzrə avtoqəza nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzi olaraq aramızda bağlanmış 13 mart 2023-cü il tarixli Barışıq Sazişinin şərtlərinə əməl edərək qarşılıqlı razılaşma əsasında 3500 manat məbləğində pulu mən Cavabdeh nağd şəkildə İddiaçı ödədim və avtoqəza nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzi olaraq aramızda bağlanmış 13 mart 2023-cü il tarixli Barışıq Sazişinin şərtlərinə əməl edərək qarşılıqlı razılaşma əsasında İddiaçı qarşılıqlı razılaşma əsasında ödədiyim 3500 manat məbləğində pulu nağd şəkildə Cavabdeh (məndən) təhvil aldı. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261-264, 266-268ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: -Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan 2(009)-88/2023 saylı mülki iş üzrə İddiaçı mülki iş üzrə Cavabdeh ilə bu Barışıq Sazişini bağlayır və Cavabdeh qarşı irəli sürdüyü - “Avto- qəza nəticəsində vurulmuş maddi ziyan kimi 5718 (beş min yeddi yüz on səkkiz) manat, maddi və mənəvi ziyan kimi 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 7218 (yeddi min iki yüz on səkkiz) manat və dövlət rüsunu qaydasında ödənilmiş 93 (doxsan) manat sabit pul kimi cavabdehdən tutularaq nəfımə ödənilməsi” tələbinə dair iddiadan tam şəkildə imtina edir və bundan sonra bu iddia tələbi ilə bağlı ona qarşı özü və nümayəndə vasitəsilə heç vaxt heç bir iddia qaldırmayacağı barədə üzərinə öhdəlik götürür bu şərtlə ki, Cavabdeh avtoqəza nəticəsində vurulmuş maddi və mənəvi ziyan kimi ona qarşılıqlı razılaşma əsasında 3500 manat məbləğində pulu nağd şəkildə tam ödəyir. -Bakı şəhəri Səbail rayon Məhkəməsinin icraatında olan 2(009)-88/2023 saylı mülki iş üzrə Cavabdeh mülki iş üzrə İddiaçı ilə bu Barışıq Sazişini bağlayır və İddiaçı 3500 manat məbləğində pulu nağd şəkildə tam ödəyir bu şərtlə ki, İddiaçı ona qarşı irəli sürdüyü - “Avto-qəza nəticəsində vurulmuş maddi ziyan kimi 5718 (beş min yeddi yüz on səkkiz) manat, maddi və mənəvi ziyan kimi 1500 (bir min beş yüz) manat olmaqla, ümumilikdə 7218 (yeddi min iki yüz on səkkiz) manat və dövlət rüsunu qaydasında ödənilmiş 93 (doxsan) manat sabit pul kimi cavabdehdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiasından tam şəkildə imtina edir və o, bundan sonra bu iddia tələbi ilə bağlı özü və nümayəndəsi vasitəsi ilə heç vaxt ona qarşı heç bir iddia qaldırmayacağı barədə üzərinə öhdəlik götürür. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişinin bağlanması və onun nəticələrinə dair Azərbaycan Respublikası MPM-nin 52, 191. 261-ci maddələrinin tələbləri bizə izah edildi, Barışıq Sazişi heç bir kənar təsir olmadan tərəfimizdən imza edilir. Barışıq Sazişi 3 (üç) nüsxədə tərtib edilir, Barışıq Sazişinin bir nüsxəsi təsdiq edilmək üçün məhkəməyə təqdim edilir, digər iki nüsxə tərəflərdə qalır. İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair 2(009)- 88/2023 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262-ci maddələrinin tələbləri izah edilmişdir. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-88/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-88/2023
13.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver