Məhkəmə qərarları › İş №2(009)-893/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-893/2022

09.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-893/2022 09.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, dayandırılması və vurulmuş maddi zərərin ödənilməsi barədə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X1 cavabdeh İddiaçı qarşı icarə sahələrinin boşaldılaraq geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi barədə iddia tələbləri üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi,dayandırılması və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı qarşı icarə sahələrinin boşaldılaraq geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə, tərəflərin məhkəmə iclasına gəlməməsinin və gəlməmələrinin səbəbləri barədə məlumat verməmələrini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, dayandırılması və vurulmuş maddi zərərin ödənilməsi barədə və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən 3-cü şəxs X1 cavabdeh İddiaçı qarşı icarə sahələrinin boşaldılaraq geri qaytarılması və icarə haqqı borcunun ödənilməsi barədə iddia ərizələri baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar