Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-901/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8800 manat, 5000 ABŞ dolları və 1500 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh qonşuluqda yaşayan Tağıyeva Zeynəb və bacısı qızı Aytən adlı qadınlar vasitəsi ilə tanımışdır. Zeynəb və Aytən xeyli miqdarda qızıllarını alıb Rənaya vermişlər. Sonra Rəna ilə görüşmüş qızılların onda olduğunu və bir qədərdə qızıl alaraq B.Ə.Ə. getmişdir. O, orada iş qurub qızılların pullarını verəcəyini demişdir. Rəna ondan 25000 çox qızıl əşyaları almışdır. 11500 manat və 5000 ABŞ dollar borcu qalmışdır. Sonradan puldan qaytarmış, 8800 manat və 5000 ABŞ dollar pulu isə ərindən külli miqdarda qalmış pulları vərəsəlik qaydasında aldıqdan sonra qaytaracaqdır. Buna görə də 1500 manat pul alaraq Türkiyəyə getdi. Bu pulun bir qismini oğlu Cəmil vasitəsi ilə vermişdir. Pulu alandan sonra 5 aydır ki, Rəna pulu qaytarmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiklərini müdafiə edərək Cavabdeh verilmiş 8800 manat, 5000 ABŞ dolları və 1500 manat pulun ondan alınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, Cavabdeh İddiaçı 8800 manat və 5000 ABŞ dolları borcu var, borcunu qaytaracağına söz vermişdir. İş materiallarında olan məhkəmə sorğusu əsasında Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2023cü il tarixdə Nərimanov rayonu, Atatürk prospekti 2 ünvanında Rəna adlı şəxsə 1500 manat pul verdiyini və həmin şəxsin pulu qaytarmadığına dair ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı izahatı alınmış X1 Mahirə Hüseyn qızından Nərimanov rayonu, Atatürk prospekti 2 ünvanında anasının dediyinə əsasən 600 manat pul götürüb e-manat vasitəsi ilə anasının Rabitə Bank kartına göndərmişdir. 900 manatın anasına verilməsi barədə xəbəri olmadığını bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehdən qaytarılmasını tələb etdiyi borc məbləği cavabdehə müxtəlif vaxtlarda verilən pullardır. İddiaçı bu tələbini sübut etmək üçün cavabdeh tərəfindən imza ilə təsdiq edilmiş yazılı qəbz təqdim etmişdir. Həmin yazılı qəbzin məzmunu ilə müəyyən edilir ki, Cavabdeh İddiaçı 8800 manat və 5000 ABŞ dolları borcu var, borcunu xx.xx.2022-ci il qaytaracağına söz vermişdir. Həmçinin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh sonuncunun oğlu vasitəsi ilə 600 manat pul vermişdir. Məhkəmə hesab edir ki, iddiaçının borcun mövcudluğunu təsdiq edən və məhkəməyə təqdim etdiyi qəbz sübut kimi qəbul edilməlidir. Çünki həmin qəbzdəki məlumatlar pulun verilməsini və həmin pulun cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən məlumatları özündə əks etdirməklə yazılı sübut növünə aiddir. Sözügedən qəbz cavabdeh tərəfindən tərtib olunmuşdur və bu da öhdəlik münasibətlərinin yaranması üçün tərtib olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinin tələbinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Məhkəmə qeyd edir ki, borc sənədi var və cavabdeh tərəfindən borc vəsaitlərinin ödənilməsinə dair hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının qarşısında borc müqaviləsindən irəli gələn öhdəliyi yaranmış, lakin cavabdeh öhdəliyini yerinə yetirməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 8800 (səkkiz min səkkiz yüz) manat və 5000 ABŞ dolları alınaraq İddiaçı verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Cavabdeh sonuncunun oğlu vasitəsi ilə 600 manat pul verdiyi sübuta yetirildiyindən və cavabdeh tərəfindən borc vəsaitinin ödənilməsinə dair hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən tələb bu hissədə əsaslı olduğundan təmin edilməli, 900 manatın isə iddiaçı tərəfindən cavabdehə verilməsi sübuta yetirilmədiyindən tələb bu hissədə təmin edilməməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunur. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, və iddia qismən təmin edildiyindən Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 144 (bir yüz qırx dörd) manat məbləğində pul tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissə: Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 9400 (doqquz min dörd yüz) manat və 5000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 144 (bir yüz qırx dörd) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-901/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-901/2023
20.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver