Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-910/2022 30.06.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Y.İ.Məmmədlinin iştirakları ilə İddiaçı cavabdeh X4 qarşı cavabdehin maddi vəsaiti hesabına daş hasarın bərpa olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X4 qarşı cavabdehin maddi vəsaiti hesabına daş hasarın bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar küçəsi, 4-cü döngədə yerləşən bağ evi ona məxsusdur. Həmin bağ evi yerləşən torpaq sahəsi Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 2453 nömrəli sərəncamı ilə ona ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. xx.xx.2022-ci il tarixdə onunla qonşuluqda yaşayan cavabdeh X8 ona məxsus evin darvazasının qabağına özü üçün darvaza quraşdırmaq məqsədilə yol açmağa cəhd edərək mövcud daş hasarı uçurtmuşdur. Cavabdeh həmin daş hasarı uçuran zaman layihə əsasında onun evinə çəkilmiş su xəttini və həmin daş hasara bərkildilmiş su sayğacını zədələyərək qəzalı vəziyyətə gətirmişdir. Bundan başqa qaz xəttinin dayaqlarını da zədələyərək yerindən oynatmışdır. Cavabdehin həmin daş hasarı uçuraraq oraya darvaza quraşdırmaq istəməkdə məqsədi odur ki, dövlətə məxsus təxminən 9 kv.m. torpaq sahəsini qanunsuz olaraq zəbt etsin. Əgər cavabdeh həmin daş hasarı öz maddi vəsaiti hesabına bərpa etməyib tikinti işlərini saxlamasa bu onun evinə gələn yolu kəsməklə hüquqlarını kobud şəkildə pozacaqlar. Həmçinin də cavabdeh tərəfindən uçurulmuş hasarın yerində darvaza quraşdırılsa da, bu onun öz evinə girib çıxmasına mane olacaqdır. Bundan başqa cavabdeh həmin hissədə darvaza quraşdırsa, onun və ailə üzvlərinin evdən piyada şəklində çıxışları təhlükə altında olacaqdır. Çünki avtomobil nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyi hesab olunur. Avtomobilin hərəkət etdiyi hissə onun hərəkət zolağı olduğundan həmin yola piyadaların çıxması onun həyatı üçün təhlükə yarada bilər. Cavabdeh ona məxsus daş hasarı heç bir yazılı və şifahi razılaşma olmadığı halda qanunsuz sökdüyü üçün həmin hasar cavabdeh tərəfindən sökülməmişdən əvvəlki vəziyyətində tikilib bərpa olunmalı və ona məxsus su sayğacı da əvvəlki yerində quraşdırılmalıdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsi, 4-cü döngədə yerləşən bağ evinin qarşısındakı qanunsuz olaraq sökülmüş daş hasarın cavabdehin maddi vəsaiti hesabına bərpa olunması və dövlət rüsumu kimi ödənilmiş 110 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, sökülən hasar qanuni əsaslarla ona ayrılan torpaq sahəsində yerləşir, ona görə də cavabdehin ona ayrılan torpaq sahəsində inşa edilən mövcud hasarın sökülməsi qanunsuz olmuşdur, onun bərpasını tələb edir. Məhkəmə icrasında izahatı alınmış cavabdeh X8 iddianı qəbul etməyərək öz izahatında göstərmişdir ki, sökülən hasar onların mülkiyyətində olan torpaq sahəsinə girişdə yerləşir, həmin hasarın iddiaçıya heç bir aidiyyatı yoxdur, iddiaçıya ayrılan torpaq sahəsi həmin yerdən 20 m aralarıda yerləşir. İddiaçı qanunsuz tikinti aparmaq istəmiş, lakin onun müraciəti əsasında icra qurumunun işçiləri gələrək qanunsuz tikilini sökmüşlər. Göstərilənləri nəzərə alaraq cavabdeh məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 807 saylı sərəncamının surətindən görünür ki, “Köhnə bağ” sahələrinin X6 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilmişdir. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 2453 saylı sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində bağ-küçəsində mövcud olan bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilmişdir. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli cizgisinin surətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 2453 nömrəli, xx.xx.1995ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 4-cü bağlar döngəsi, 16 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsi İddiaçı ayrılmışdır. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1998-ci il tarixli, 1949 saylı sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Badamdar qəsəbəsində mövcud olan bağ sahəsinin X11 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilmişdir. İş üzrə Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli, 493 saylı sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Badamdar qəsəbəsində mövcud olan bağ sahəsinin X5 adına sənədləşdirilməsi və orada fərdi evin tikintisinə icazə verilmişdir. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli arayışın surətindən görünür ki, X9 rayon İcra Hakimiyyətinin 807 saylı, xx.xx.1995-ci il tarixli sərəncamına əsasən fərdi evin tikintisi üçün ayrılmış torpaq sahəsi Badamdar qəsəğəsi, 4-cü bağla döngəsi, 11 ünvanda yerləşir. İş üzrə Səbail rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli cizgisinin surətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti Başçısının 807 nömrəli, xx.xx.1995ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Badamdar qəsəbəsi, 4-cü bağlar döngəsi, 11 №-li sahədə yerləşən 588,0 kv.m. torpaq sahəsi X9 ayrılmışdır. İş üzrə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planın və ölçüsünün surətindən görünür ki, Səbail rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 807 saylı Sərəncamı ilə X9 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 4-cü yaşayış massivi, 11 saylı fərdi yaşayış evi tikintisi üçün ayrılmış 588 kv.m. torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. X20 kitabında xx.xx.2009-cu il tarixdə 16323 nömrə ilə uçota alınmışdır. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli ünvan reyestrindən arayışın surətindən görünür ki, X9 məxsus torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 4-cü Bağlar döngəsi 11 ünvanında yerləşir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən 0,0588 ha torpaq sahəsi X6 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qediyyat nömrəsi ilə xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri 28 saylı dövlət notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən X6 adından etibarnamə əsasında çıxış edən Minayə Məmmədova Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 4-cü Bağlar döngəsi, 11 ünvanında yerləşən 0.0588 ha torpaq sahəsinin 300 kv.metrini X10, 288 kv.metrini isə X2. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA ******* nömrəli, xx.xx.2010-cu il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Səbail rayon 28 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2009-cu il tarixli, 4Ə-2-178 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X13 məxsus Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin bir hissəsi - 0,0288 ha torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən 0,0288 ha torpaq sahəsi X12 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qediyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən 0,03 ha torpaq sahəsi X7 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qediyyat nömrəsi ilə xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş üzrə Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən X15 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 4-cü bağlar döngəsi, 11 ünvanında yerləşən ümumi sahəsi 0,0288 ha torpaq sahəsini X1. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş A665603 nömrəli, xx.xx.2022-ci il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-3221 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 məxsus Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən 0,0288 ha torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, ünvan 4 ünvanda sahənin bir hissəsində yerləşən 0,0288 ha torpaq sahəsi X3 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qediyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən 0,0588 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə X6 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 28 saylı DNK-nın 4Ə-2-178 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən torpaq sahəsinin 0,03 ha hissəsi X7, 0.0288 ha hissəsi X12 adına qeydiyyatdan keçmişdir. Bakı şəhər 53 saylı notariat ofisinin xüsusi notariusu S.R.Ələkbərova tərəfindən təsdiqlənmiş 4Ə-3221 reyestr nömrəli xx.xx.2021-ci il tarixdi alqı-satqı müqaviləsinə əsasən 0.0288 ha torpaq sahəsi X3 adına qeydiyyatdan keçmişdir. Hazırda Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən torpaq sahəsinin 0,03 ha hissəsi X7, 0.0288 ha hissəsi X3 mülkiyyətlərindədir. İş üzrə “X19 və Ekspertiza Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 114 nömrəli mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsi, 4-cü döngədə yerləşən hasar (mübahisə predmeti) özünün mülkiyyətində olan 0,0288 ha torpaq sahəsinin hüdudları (30 sm aralı) xaricində yerləşir. İddiaçının isə ona ayrılmış torpaq sahəsi ilə bağlı müvafiq Dövlət təşkilatı tərəfindən hazırlanmış Çıxarışı və koordinatları qeyd edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədi olmadığından təqdim etdiyi ilkin torpaqayırma sxemi əsasında həmin daş hasarın onun mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 6 ünvanda yerləşən 0,0288 ha torpaq sahəsi X3 mülkiyyətindədir. Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə Badamdar qəsəbəsində “Köhnə bağlar” ərazisində bağ küçəsində mövcud olan bağ sahəsi İddiaçı adına sənədləşdirilməsi və orada fərdi evin tikilməsinə icazə verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsi, 4-cü döngədə yerləşən bağ evi ona məxsusdur və həmin evi yerləşən torpaq sahəsi Səbail rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 2453 nömrəli sərəncamı ilə ona ayrılmış və fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Qonşuluqda yaşayan cavabdeh ona məxsus evin darvazasının qabağına özü üçün darvaza quraşdırmaq məqsədilə yol açmağa cəhd edərək mövcud daş hasarı uçurtmuşdur. Cavabdeh həmin daş hasarı uçuran zaman layihə əsasında onun evinə çəkilmiş su xəttini və həmin daş hasara bərkildilmiş su sayğacını zədələyərək qəzalı vəziyyətə gətirmişdir. Bundan başqa qaz xəttinin dayaqlarını da zədələyərək yerindən oynatmışdır. Cavabdeh tərəfindən sökülən hasar ona ayrılmış torpaq sahəsi hüdudlarındadır. Bu səbəbdən iddiaçı qanunsuz sökülmüş hasarın cavabdehin vəsaiti hesabına bərpa olunmasını və dövlət rüsumu kimi ödənilmiş 110 manat vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ— subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən verilmiş tələbin əsaslı olub-olmamasına hüquqi qiymət verməmişdən əvvəl iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olubolmamasına hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən sökülmüş hasar onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları (30 sm aralı) xaricində yerləşir. Lakin həmin hasarın iddiaçıya ayrılmış torpaq sahəsində yerləşməsi mütəxəssis rəyi ilə müəyyən edilə bilmədiyindən, yəni iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmadığından, həmin torpaq sahəsi üzərində iddiaçının müvafiq çıxarışı və koordinatları qeyd edilmiş torpaq sahəsinin planı və ölçülərində əks etdirən sənəd mövcud olmadığından, sökülmüş hasarın iddiaçıya ayrılmış torpaq sahəsində yerləşməsini müəyyən edilməsi mümkün deyil. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” AR Ali Məhkəməsi Plenumunun 14 fveral 2003-cü il tarixli 2 syalı qərarının 6-cı bəndində göstərilmişdir ki, Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə X20nda və dövlət torpaq reyetsrində qeydiyyata alınmalıdır... Qeyd edilsin ki, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. AR Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1, 3 və 4-cü hissələrinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir; Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir». Qeyd edilən Məcəlləsinin 68-ci maddəsinə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alındıqdan sonra yaranır və həmin hüquqlar qeydiyyatdan keçməmişdirsə, dövlət tərəfindən həmin hüquqların müdafiəsinə təminat verilmir. İddiaçı tərəfindən hasarın söküntüsü ilə bağlı onun evinə çəkilmiş su xəttini və həmin daş hasara bərkildilmiş su sayğacını zədələyərək qəzalı vəziyyətə gətirilməsini, qaz xəttinin dayaqlarını zədələnərək yerindən oynatmasını təsdiq edən sübutları məhkəməyə təqdim edilə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plunumu özünün «S.Əliyevanın şikayəti ilə ləaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Məhkəmə iddiaçının torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmamasını, sökülmüş daş hasarın ona ayrılmış torpaq sahəsində yerləşməsinin müəyyən edilməsinin mümkün olmamasını, iddiaçı tərəfindən hasarın söküntüsü ilə bağlı ona ziyan dəyməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilə bilməməsini nəzərə alaraq hesab edir ki, sökülmüş hasar cavabdehin mülkiyyətində olan torpaq sahəsindən kənarda yerləşsə də, iddiaçının onun bərpası ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının qanunsuz tikilinin sökülməsi barədə iddia qaldırmağa subyektiv hüququ olmadığından, iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə məhkəmə sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etmək üçün subyektiv hüququ olmadığı üçün irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən,məhkəmə xərcləri - dövlət rüsumunun əvəzi kimi ödənilmiş 110 manat və ekspertiza xərci kimi iddiaçı tərəfindən ödənilmiş 300 manat iddiaçıya aid edilməlidir. Bu səbəbdən dövlət rüsumunun əvəzi kimi cavabdehdən 110 manat məbləğində pulun tutulması barədə tələb də təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddiaçı cavabdeh X4 qarşı cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Bağlar küçəsi, 4-cü döngədə yerləşən bağ evinin qarşısındakı qanunsuz olaraq sökülmüş daş hasarın cavabdehin maddi vəsaiti hesabına bərpa olunması və dövlət rüsumu kimi ödənilmiş 110 (yüz on) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbləri əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-910/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-910/2022
30.06.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver