Məhkəmə qərarları › İş №2(009)-912/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-912/2024

29.03.2024 · Yayılması qanunla qadağa edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-912/2024 29.03.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Ərizəçi "xxxx" MMC maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq… MÜƏYYƏN ETDİ: Ərizəçi "xxxx" MMC maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “www.Ərizəçi” internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunu ilə yayılması qadağan edilən informasiyaların olmamasına dair faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hakim ərizənin və iş materiallarını araşdıraraq hesab edir ki, ərizənin aşağıdakı əsaslara görə icraata qəbullundan imtina edilməlidir. Hakim ilk növbədə qeyd edir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Ərizəçi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə informasiya ehtiyatlarına müraciət edilməsinin məhdudlaşdırılmasına səbəb olan, yayılması qadağan edilən məlumatların silinməsi və pozuntuların aradan qaldırılması səbəbi ilə hazırda www.Ərizəçi internet informasiya ehtiyatında qanunla yayılması qadağan edilən informasiyanın olmamasına dair faktın məhkəmə qaydasında təsdiq edilməsini xahiş edir və bunun əsası kimi AR MPM-nin 307.2.11-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2019-cu il tarixli 03 saylı qərarının 13-cü bəndinə əsasən məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Həmin Qərarın 1.3-cü bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Hakim qeyd edir ki, ərizədə qeyd edilən faktın xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi yolverilməzdir. Belə ki, belə halın mövcudluğu faktın təsdiq edilməsi qaydasında müəyyən edilə bilməz. AR MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi haqqında işlərə də baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə ərizəçinin müəyyən edilməsi xahiş etdiyi faktın xüsusi icraat qaydasında baxılaraq təsdiq edilməsi qanuna zidd olduğundan və məhkəmə qaydasında baxılmalı olmadığından, həmin ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hakim izah edir ki, ərizəçi maraqlı şəxs qismində göstərdiyi Azərbaycan Respublikası Maraqlı şəxsnə “www.Ərizəçi” internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunu ilə yayılması qadağan edilən informasiyaların olmaması barədə müraciət edərək həmin internet informasiya ehtiyatının məhdudlaşdırılmasının aradan qaldırılmasını xahiş edə, həmin Xidmət tərəfindən onun müraciəti müsbət cavablandırılmadığı təqdirdə iddia icraatı qaydasında mövcud məsələnin həlli ilə əlaqədar aidiyyəti məhkəməyə müraciət edə bilər. Beləliklə hakim hesab edir ki, ərizəçi tərəfindən verilmiş ərizənin xüsusi icraat qaydasında baxılmasına yol verilmədiyindən, ərizə iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Ərizəçi “Ərizəçi” MMC-nin maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi barədə ərizənin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə Azərbaycan Respublikası Maraqlı şəxsnə “www.Ərizəçi” internet informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunu ilə yayılması qadağan edilən informasiyaların olmaması və həmin internet informasiya ehtiyatının məhdudlaşdırılmasının aradan qaldırılması barədə müraciət etmək, həmin Xidmət tərəfindən onun müraciəti müsbət cavablandırılmadığı təqdirdə iddia icraatı qaydasında mövcud məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar