Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-921/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyev İlkin Mehman oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X2 və vəkili X1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh MMC qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi kimi 7000 manat, 10000 manat mənəvi ziyan və 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, 18.03.2013-cü il tarixində "Cavabdeh" MMC-yə məxsus Great Wall Azərbaycan Servis Mərkəzindən "Haval M2" markalı avtomobili 3 (üç) illik qarantiya verilməsi şərti ilə almışdır. Bir il tamam olmadan Great Wall Azərbaycan Servis Mərkəzində nəqliyyat vasitəsinin mühərrikinin yağının dəyişdirilməsi zamanı nəqliyyat vasitəsi bir neçə gün naməlum səbəbdən Servisdə saxlanılmışdır. Avtomobil servisdən qaytarılan zaman "!" işarəsinin yandığını gördü, avtomobili dərhal Servisə geri qaytardı. Servis nümayəndələri avtomobilin sürət qutusu nasaz olduğundan qeyd edilən işarə yanır və ehtiyat hissəsi gələnədək avtomobilin Servisdə qalmalı olduğunu bildirdilər. İki həftə sonra Servisdən ona zəng edərək, avtomobilin düzəldiyini bildirdilər. Lakin avtomobili təhvil alarkən, əslində avtomobilin hələ də təmir edilmədiyini aşkar etdi və bu zaman Servisdən ona bildirdilər ki, ehtiyat hissəsi gələndə avtomobili gətirərsə, təmir edərik. Bundan sonra dəfələrlə nəqliyyat vasitəsinin təmir edilməsi ilə bağlı Servis Mərkəzinə zəng etdikdən sonra, avtomobilin təmir edilməsi üçün yenidən Servisə apardı. Lakin avtomobili bu dəfə Servisdə bir ay saxlanıldıqdan sonra təmir edilmədən, problemli vəziyyətdə ona geri qaytardılar və bu zaman Servis rəhbəri ona bu avtomobillərin hamısında eyni problemin olduğunu təsdiq etdi. Üç il qarantiya müddətində demək olar ki, avtomobilindən istifadə edə bilmədi və sonunda da artıq avtomobil işə düşmədi və birtəhər onu işə salaraq, servisə aparmaq istəyərkən sürət qutusu tamamilə dağılıb və yararsız vəziyyətə düşdüyündən, bu zaman da evokuatr vasitəsilə avtomobili Servisə apardıq. Lakin bir neçə həftə sonra, avtomobili Servisdən ona təmir edilib adı ilə təhvil verilərkən, aşkar etdi ki, avtomobili işə salınarkən titrəmə hiss edilir. Bu barədə o dərhal Servisə məlumat verdi və Servisdən bildirdilər ki, onlar avtomobilin surət qutusunda olan problemi aradan qaldıracaqlar. Lakin bunun əksinə olaraq, avtomobildəki nasazlıq tərəflərindən aradan qaldırılmadı, avtomobilin yararlı vəziyyətə gətirilməsi üçün də heç bir tədbir görülmədi. Servis Mərkəzi tərəfindən avtomobil təmir üçün qəbul edildi, lakin təmir tədbirləri həyata keçirilmədi. Dəfələrlə edilən zənglərə və göndərilən sms məktublara baxmayaraq, Servis Mərkəzi avtomobilinin təmir edilməsi ilə bağlı tələblərini nəzərə almadan və təmir tədbirlərini həyata keçirmədən geri qaytardı. Bu səbəbdən, O "X8 Azərbaycan"-a qarşı "Vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə" Xətai Rayon Məhkəməsinə müraciət etdi. Xətai Rayon Məhkəməsi 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə iddiaçının tələblərini təmin edilməməsi barədə qətnamə çıxardı. Qətnaməni qanunsuz hesab etdiyi üçün həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etdi. Bakı Apelyasiya Məhkəməsində keçirilən məhkəmə prosesi zamanı məlum oldu ki, Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Respublikası Vergilər Nazirliyindən məlumat əldə edib ki, "X8 Azərbaycan"-nın hüquqi şəxs statusu yoxdur və ona "Haval M2" markalı avtomobili satmış "X8 Azərbaycan" salonu əslində hüquqi şəxs "Cavabdeh" MMC-yə məxsusdur. Bu səbəbdən, Bakı Apelyasiya Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, 2(1013)-6133/2019 saylı qərardadı ilə Xətai Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə xraata xitam verilmişdir. Odur ki, ona zavod qüsuru olan avtomobilin satılması nəticəsində vurulmuş maddi və mənəvi zərər cavabdeh "xxxx" MMC tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin vəkili X3 izahat verərək iddianın təmin olunması üçün heç bir əsas olmadığını bildirmiş, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında İddiaçı izahat verərək bildirmişdir ki, o 18.03.2013-cü il tarixində "Cavabdeh" MMC-yə məxsus Great Wall Azərbaycan Servis Mərkəzindən "Haval M2" markalı avtomobili 3 (üç) illik qarantiya verilməsi şərti ilə almışdır. Bir il tamam olmadan Great Wall Azərbaycan Servis Mərkəzində nəqliyyat vasitəsinin mühərrikinin yağının dəyişdirilməsi zamanı nəqliyyat vasitəsi bir neçə gün naməlum səbəbdən Servisdə saxlanılmışdır. Avtomobil servisdən qaytarılan zaman "!" işarəsinin yandığını görmüşdür, avtomobili dərhal Servisə geri qaytarmışdır. Servis nümayəndələri avtomobilin sürət qutusu nasaz olduğundan qeyd edilən işarə yanır və ehtiyat hissəsi gələnədək avtomobilin Servisdə qalmalı olduğunu bildirmişlər. İki həftə sonra Servisdən ona zəng edərək, avtomobilin düzəldiyini bildirmişlər. Lakin avtomobili təhvil alarkən, əslində avtomobilin hələ də təmir edilmədiyini aşkar etmişdir və bu zaman Servisdən ona bildirmişlər ki, ehtiyat hissəsi gələndə avtomobili gətirərsən, təmir edərik. Bundan sonra dəfələrlə nəqliyyat vasitəsinin təmir edilməsi ilə bağlı Servis Mərkəzinə zəng etdikdən sonra, avtomobilin təmir edilməsi üçün yenidən Servisə aparmışdır. Lakin avtomobili bu dəfə Servisdə bir ay saxlanıldıqdan sonra təmir edilmədən, problemli vəziyyətdə ona geri qaytarmışlar və bu zaman Servis rəhbəri ona bu avtomobillərin hamısında eyni problemin olduğunu təsdiq etmişdir. Üç il qarantiya müddətində demək olar ki, avtomobilindən istifadə edə bilməmişdir və sonda da artıq avtomobil işə düşmədi və birtəhər onu işə salaraq, servisə aparmaq istəyərkən sürət qutusu tamamilə dağılıb və yararsız vəziyyətə düşdüyündən, bu zaman da evakuator vasitəsilə avtomobili Servisə aparmışlar. Lakin bir neçə həftə sonra, avtomobili Servisdən ona təmir edilib adı ilə təhvil verilərkən, aşkar etmişdir ki, avtomobili işə salınarkən titrəmə hiss edilir. Bu barədə o dərhal Servisə məlumat vermişdir və Servisdən bildirmişlər ki, onlar avtomobilin surət qutusunda olan problemi aradan qaldıracaqlar. Lakin bunun əksinə olaraq, avtomobildəki nasazlıq tərəflərindən aradan qaldırılmadı, avtomobilin yararlı vəziyyətə gətirilməsi üçün də heç bir tədbir görülmədi. Servis Mərkəzi tərəfindən avtomobil təmir üçün qəbul edildi, lakin təmir tədbirləri həyata keçirilmədi. Dəfələrlə edilən zənglərə və göndərilən sms məktublara baxmayaraq, Servis Mərkəzi avtomobilinin təmir edilməsi ilə bağlı tələblərini nəzərə almadan və təmir tədbirlərini həyata keçirmədən geri qaytardı. Bu səbəbdən, o "X8 Azərbaycan"-a qarşı "Vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xətai Rayon Məhkəməsi 05 fevral 2019-cu il tarixli qətnaməsi ilə onun tələblərinin təmin edilməməsi barədə qətnamə çıxardı. Qətnaməni qanunsuz hesab etdiyi üçün həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsində keçirilən məhkəmə prosesi zaman məlum oldu ki, Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Respublikası Vergilər Nazirliyindən məlumat əldə edib ki, "X8 Azərbaycan"-nın hüquqi şəxs statusu yoxdur və mənə "Haval M2" markalı avtomobili satmış "X8 Azərbaycan" salonu əslində hüquqi şəxs "Cavabdeh" MMC-yə məxsusdur. Bu səbəbdən, Bakı Apelyasiya Məhkəməsinin 12 noyabr 2019-cu il tarixli, qərardadı ilə Xətai Rayon Məhkəməsinin 05 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Məhkəmənin 20 aprel 2021-ci il tarixli iclasında iştirak edən şahid X4 izahat verərək bildirmişdir ki, xanımın onlara müraciəti çox olmuşdur. İlk mübahisə yağ dəyişmə prosesinin tez bitməsidir. Bundan sonra sürət qutusunda problem olmuşdur, zəmanət hesabına dəyişdirmişlər, yenisi ilə əvəz etmişlər. Sonradan yağ dəyişmə ilə bağlı gecikmələri olmuşdur, təxmini 1500-2000 km gecikmə olmuşdur. Əgər gecikmə ilə 12000 kilometr ilə gəldikdə, növbəti dəfə 17000 km ilə yox, 15000 km ilə gəlməlidir.(müvafiq olaraq 5000, 10000, 15000, 20000) Gecikmə 500 kilometrə icazə verilir, bir dəfə olduqda zəmanətdən çıxarmırlar. Amma xanımda gecikmə dəfələrlə olub. Zəmanəti ləğv etmək istədikdə mübahisə yaratmışdır. Sonradan xanımın qardaşı əlaqə saxlayaraq xanımın əsəbi olmasını, zəmanəti ləğv etməməklərini xahiş etmişdir. Onlara müştəri üçün zəmanəti ləğv etməmişlər. Amma Yaqut xanım gecikmələrə davam etmişdir. Onlar bununla bağlı Yaqut xanıma onun 3 gecikməsi olan sənəd təqdim etmişlər və şəxsən imza atmışlar. Sonra iddiaçı surət qutusunda problem olması ilə bağlı yenidən müraciət etmişdir. Onlar maşına baxış keçirdikdə, görmüşlər ki, surət qutusunu idarə edən tros maşın vurulduğu üçün zədələnmişdir. Şəkillərdən də görünür ki, tros əzilib. O dəyişilsə problem aradan qalxır, təxmini 100-150 manata başa gəlir. Bu hadisə 2017-ci il tarixdə baş vermişdir, artıq zəmanətdən çıxmışdı. Onlar zəmanət olmadığı üçün təmir etməmişlər. Zəmanət ləğv olunandan sonra da onlar xidmət edirlər. Yaqut xanım surət qutusunun yağını dəyişməklə bağlı müraciət etmişdir. Onlar bildirmişlər ki, yağını dəyişsələr problem artada bilər, tam aradan qalxada bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AB seriyalı, 945113 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X9 M2 minik” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin iş kartından görünür ki, “X9 M2 minik” markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilə müxtəlif vaxtlarda texniki xidmətlər göstərilmişdir. İş materiallarında olan Zəmanət şöbəsi cədvəlinin qeyd hissəsində 3 dəfə texniki xidmətə gecikmə halı olduğu üçün avtomobil zəmanətdən çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 588.1-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İddiaçı avtomobilində yaranmış nasazlığın surətlər qutusu ilə əlaqəli olduğunu və zəmanət müddəti ərzində yaranmasını bildirsə də bunu sübut edə biləcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi mənəvi zərər hissəsində də təmin edilməməlidir. Belə ki, iddiaçı yaranmış qüsurlara görə avtomobilindən istifadə edə bilmədiyi üçün mənəvi sarsıntı keçirməsi və sağlamlığının pozulması hallarını sübut edə bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsasən 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №2(009)-921/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-921/2021
20.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver