Məhkəmə qərarları › İş №2(009)-921/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-921/2024

30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-921/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Aygün Həsən qızı Əliyevanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "borc" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 5400 manat məbləğində əsas borcun və dövlət rüsumuna görə ödədiyi 74 manat olmaqla, cəmi 5474 (beş min dörd yüz yetmiş dörd) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: 2022-ci ilin əvvəllərində qohumu X3 Cavabdeh ilə birlikdə onun yaşadığı evə gəldilər və Pərviz Ziyanı ona təqdim edib dostu olduğunu bildirdi və ona təcili pul lazım olduğunu bildirib ona 2 ay müddətinə qaytarmaq şərti ilə borc pul verməyini xahiş etdi. O, qohumu Pərvizin təklifi ilə razılaşandan sonra Cavabdeh ona problemlərini həll etmək üçün 5400 manat pul lazım olduğunu bildirdi. Bundan sonra o, cavabdehə qohumu Allahverdiyev Pərvizin yanında 5400 manat borc pul verdi. Cavabdeh 5400 manat pulu ondan alandan sonra problemlərini həll edib iki ay müddətinə ondan borc aldığı 5400 manat məbləğində pulu 2 ay müddətinə qaytaracağı barədə öz aralarında sadə formada borc müqaviləsi yazıb verdi. Cavabdeh ondan borc aldığı pulu qaytaracağı müddət tamam olandan sonra onun pulu qaytarmadığını görüb ondan borc aldığı pulu qaytarmasını tələb etdi. Lakin Ziya hər dəfə müxtəlif bəhanələr gətirərək borc aldığı pulu qaytarmaqdan yayınırdı. Son vaxtlar isə Cavabdeh onun telefon zənglərinə də cavab vermir. Bundan sonra o, 2023-cü ilin sentyabr ayında Cavabdeh qeydiyyatda olduğu ünvana onun borclu olduğu 5400 manatı qaytarması barədə xəbərdarlıq məktubu göndərdi, əks təqdirdə isə məhkəməyə müraciət edəcəyimi bildirdi. Cavabdeh isə xəbərdarlıq məktubuna belə cavab vermədi. Hazırda Cavabdeh ona 5400 manat borcu var. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə teleqram göndərərək dəlil və sübutları nəzərə alaraq iştirakı olmadan məhkəməni keçirib onun xeyrinə qərar qəbul edilməsini xahiş etmiş, Cavabdeh məhkəməyə ərizə göndərərək işi ilə bağlı məhkəmədə iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - sadə yazılı borc müqaviləsindən görünür ki, Cavabdeh 30 avqust 1989-cu ildə Bakı şəhərində anadan olmuşam. Hal-hazırda Zabrat qəsəbəsi M.İbrahimova küçəsində yaşayır, 480 nömrəli hərbi-hissədə gizir kimi xidmət edir. Maddi cəhərdən müəyyən problemləri olduğu üçün çoxdandır tanıdığı Kürdəmir rayonunda yaşayan X2 ona köməklik etməsini xahiş etmişdir. Pulu olmadığını bildirdi, lakin ona vacib lazım olduğu üçün Kürdəmir rayonun getmiş, xahiş etmişdir ki, hardan olursa olsun ona pul tapsın. Beləliklə, onu özü ilə qohumugilə apardı. Kürdəmir rayonunun Topal Həsənli kəndinə getmişlər, qohumundan xahiş etdi ki, 2 ay müddətinə qaytarmaq şərtilə ona köməlklik etsin. Beləliklə, Pərviz ona zamin durdu, qohumu İddiaçı ona 5400 (beş min dörd yüz) manat pul alıb verdi. Aldığı pulu və yazdığı sözlərin doğruluğunu öz imzası ilə təsdiq edir. (Müqavilə qəbz həmçinin qohum X3 tətəfindən imzası ilə təsdiq edilmişdir ki, həqiqətən dostu Cavabdeh onun xahişi ilə qohumu İddiaçı 5400 manat pul alıb ona verib) - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, ondan borc aldığı 5400 manat pulu dəfələrlə qaytarmağını tələb etmişdir. O, ondan aldığı 5400 manat məbləğində borcu problemlərini həll etdikdən sonra iki ay müddətinə qaytarmaq barədə öhdəlik götürsə də borcunu bu günə kimi ona qaytarmamışdır. Onun ona həmin məbləğdə borcunun olması şahid X1 iştirakı ilə sadə formada tərtib edilmiş borc müqaviləsi ilə təsdiq olunur. Tezliklə ona borclu qaldığı 5400 manat məbləğində borcunu ödəməmişdir. Onun tərəfindən pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət edəcəkdir. Məhkəməyə müraciət edənə kimi ona olan 5400 manat məbləğində borcunu ödəməyini xahiş edir. - Cavabdeh notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona qarşı məhkəmədə pul vəsaiti ilə əlaqədar İddiaçı tərəfindən qaldırılmış iddianı tam qəbul edir, işi ilə bağlı məhkəmədə iştirak edə bilmədiyi üçün isə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ərizə Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2022-ci ilin əvvəlində İddiaçı tərəfindən Cavabdeh 2 ay müddətinə qaytarmaq şərtilə 5400 manat məbləğində borc verilmişdir. Borc məbləği bugünədək qaytarılmamışdır. Hazırda iddiaçı borcunun ödənilməsini tələb edir. Həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında borcun verilməsi ilə bağlı sadə yazılı formada borc müqaviləsi bağlanmışdır. Cavabdeh məhkəmə iclaslarında iştirak etməsə də, notarial qaydada təsdiq edilmiş ərizəsindən müəyyən olunur ki, o, iddia tələbini tam qəbul edir, İddiaçı borc pul almasını etiraf edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin münasibətin yarandığı vaxt qüvvədə olan: -739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qanunvericiliyin tələbi baxımından məhkəmə hesab edir ki, iddiaçı qaytarılmalı olan 5400 (beş min dörd yüz) manat məbləğində pulu Cavabdeh tələb etməkdə haqlıdır və iddia təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən cavabdehin iddianın etirafı barədə ərizəsini də nəzərə alır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5400 manat məbləğində borc pul və ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 191.3, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5400 (beş min dörd yüz) manat pul vəsaiti, ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar