Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(009)-921/2025 24.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh Harun Atalayın iştirakları ilə, İddiaçı cavabdeh Harun Atalaya qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Harun Atalaya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona şifahi müqavilə əsasında xidmət haqqı kimi ödənilməmiş 600 (altı yüz) manat pulun, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: o, Xəqani küçəsi 123-129-da yerləşən "Çorbaçı" adlanan restoranda oranın rəhbəri iş üzrə cavabdeh ilə oktyabr-noyabr aylarında şifahi müqavilə əsasında elektrik, santexnik, avadanlıqların quraşdırılması, stolların, qapı və pəncərələrin təmiri və s. işlər görmüşdür. Bu işlərin müqabilində cavabdeh tərəf ona 600 manat pul ödəyəcəyini vəd etmişdir. Odur ki, o, bu məbləğlə razılaşaraq bütün təmir işlərini icra etmiş və tapşırılan işləri noyabr ayında bitirmişdir. Hətta həmin təmir işləri üçün zəruri olan tikinti materiallarının tərəfindən alqı-satqısına dair qəbzlər və qaimələr mövcuddur. (ərizəyə əlavə olunur) Lakin bu günə kimi cavabdeh müxtəlif bəhanələrlə ona nəzərdə tutulan ödənişin edilməsindən yayınır. Cavabdehə etdiyi müraciətlərdə pulu ödəyəcəyini bildirsə də, o, faktiki olaraq pulu ödəməkdən boyun qaçırır. Qeyd edir ki, başqa gəlir yeri olmadığı üçün o, fərqli yerlərdən aldığı sifarişlərə əsasən fəhlə işlərinə görə qazandığı məvaciblə ailəsini dolandırır. Odur ki, oktyabr-noyabr aylarında cavabdehlər tərəfindən vəd edilən pul ona ödənilmədiyi üçün üçün hazırda ailəsini dolandırmaqda maddi çətinlik yaşayır. Hesab edir ki, cavabdeh şifahi müqavilə əsasında xidmət haqqı kimi vəd etdiyi və ona ödənilməmiş 600 manat pulu ödəməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Harun Atalay iddia tələbinə etiraz edərək, iddiaçı tərəfindən təmir işlərinin X1 məxsus qeyri-yaşayış sahəsində aparıldığını və tələbin həmin xanıma qarşı yönəlməli olduğunu, onun orada olduğu vaxt xanımın iddiaçıya 400 manat verməli olmasını, lakin digər 200 manatdan məlumatının olmamasını bildirmiş və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə, tərəfləri dinləyib, iddia ərizəsini iş materialları əsasında araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2025ci il tarixli, 2(011)-1740/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı “cavabdehlər X2 və Harun Atalay tərəfindən İddiaçı şifahi müqavilə əsasında xidmət haqqı kimi ödənilməmiş 600 (altı yüz) manat pulun, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbi rədd edilmişdir. Göründüyü kimi, İddiaçı “cavabdehlər X2 və Harun Atalay tərəfindən İddiaçı şifahi müqavilə əsasında xidmət haqqı kimi ödənilməmiş 600 (altı yüz) manat pulun, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 mart 2025-ci il tarixli, 2(011)-1740/2025 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamə iddiaçı və cavabdehlər tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. Müəyyən edilir ki, İddiaçı cavabdeh Harun Atalaya qarşı cavabdeh tərəfindən ona şifahi müqavilə əsasında xidmət haqqı kimi ödənilməmiş 600 (altı yüz) manat pulun, həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçının hazırda təkrarən mübahisələndirdiyi pul ilə bağlı tələbə qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə münasibət bildirildiyindən hazırki iddiaya baxıla bilməz. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu qaytarılır. Odur ki, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Harun Atalaya qarşı “pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilməli, 30 (otuz) manat dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 119, 261.0.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Harun Atalaya qarşı “600 manat məbləğində pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. 30 (otuz) manat dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-921/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №2(009)-921/2025
24.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver