Məhkəmə qərarları › İş №2(009)-922/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-922/2022

05.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-922/2022 05.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X3 iştirakı ilə, İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdehlər Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı “mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2005-ci il tarixli təqdimatına əsasən ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1987-ci ildə X6 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. 1996-cı ildə o, ünvan 1 ünvanında yerləşən mənzili almış və xx.xx.1996-cı il tarixdə həmin mənzilin mülkiyyət hüququ ilə ona məxsus olmasına dair qeydiyyat vəsiqəsi verilmişdir. Həyat yoldaşı X6 2005-ci ilin məlum hadisələri zamanı həbs edilmiş, bu səbəbdən həm həyat yoldaşının, həm də onun adına olan bütün əmlakların üzərinə həbs qoyulmuşdur. O cümlədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarixli qərarı ilə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzil üzərinə həbs qoyulmuşdur. 2007-ci ildə onların nikahı məhkəmə qaydasında pozulmuşdur. Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə X6 məhkum edilmişdir. Bundan sonra, üzərinə həbslər qoyulmuş əmlakların bir hissəsi qiymətləndirilərək müsadirə edilmiş, ona məxsus mənzil isə müsadirə edilməmişdir. Həmin vaxtdan da, artıq 17 ildir ki, uşaqları ilə bu mənzildə yaşayır. Son vaxtlarda, 2021-ci ilin dekabr ayında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə müraciət edib, “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, 04A2/2009 saylı arayış almışdır. Arayışdan məlum olmuşdur ki, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə xx.xx.2005-ci il tarixdə Baş prokurorluğun qərardadına əsasən həbs, Milli Təhlükəsizlik Nazirliyinin 20/619 saylı xx.xx.2005-ci il tarixli məktubu və Səbail rayon İcra şöbəsinin 17/64-46 saylı, xx.xx.2008-ci il tarixli və 17/64- 33/09-1 saylı, xx.xx.2012-ci il tarixli məktublarına əsasən qadağalar qoyulmuşdur. Odur ki, sözügedən arayışın surətlərini əlavə etməklə, Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi 1 Xidmətinin rəisi cənab Əli Nağıyevə, Səbail rayon İcra və Probasiya şöbəsinə ərizələr yazıb, əmlak üzərinə qoyulmuş həbsin və qadağaların götürülməsini xahiş etmişdir. Ona izah edilmişdir ki, hazırkı həbsin götürülməsi, məhkəmə qaydasında həyata keçirilməlidir. Odur ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ərizə yazaraq məhkəmənin 18 mart 2005-ci il tarixli qərarı ilə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzil üzərinə qoyulmuş həbsin götürülüməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli məktubunda ona məxsus ünvan 1 ünvanında yerləşən mənzil üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı iddia ərizəsi ilə mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Sonradan İddiaçı iddia tələbi həcminin artırılmasına dair ərizə təqdim edərək Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2005-ci il tarixli təqdimatına əsasən, ünvan 1 ünvanında yerləşən mənzil üzərinə qoyulmuş həbsin götürülməsi, Milli Təhlükəsizlik Nazirliyinin 20/619 saylı xx.xx.2005-ci il tarixli məktubu və Səbail rayon İcra şöbəsinin 17/64-46 saylı, xx.xx.2008-ci il tarixli və 17/64-33/09-1 saylı, xx.xx.2012-ci il tarixli məktublarına əsasən qoyulmuş qadağaların götürülməsi xahiş olunmuşdur. İddia tələbi həcminin artırılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hökmü ilə keçmiş həyat yoldaşı X6 məhkum edilmişdir. Həmin vaxt, onlara məxsus əmlaklar siyahıya alınaraq, dövlət nəfinə müsadirə olunmalarına dair məhkəmə hökmü olmuşdur. Belə ki, bu əmlaklar Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü ilə X2 əmlakı kimi müsadirə olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2007-ci il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 oktyabr 2008-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2007-ci il tarixli qərarı dəyişdirilərək əmlak müsadirəsinə dair hissəsinə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2009-cu il tarixli qərarı ilə, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü əmlak müsadirəsi və mülki iddialara dair hissələrdə dəyişdirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 iyul 2009-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2009-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonradan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin, həmçinin uşaqlarının da yaşadığı Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8, mənzil 157/158 saylı mənzillərin müsadirə olunan əmlaklar siyahısından çıxarılmasına dair iddia qaldırmışdır. O, həmin vaxt xeyli gərginliklər keçirdiyindən, hansı hadisələrin baş verdiyindən, nələr olduğundan bir şey anlamadığından məhkəmə işləri ilə bağlı məsələləri də bilməmiş, məlumatı olmamışdır. Hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl, xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə, xx.xx.2022-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə, həmçinin, xx.xx.2022-ci il tarixində Səbail rayon İcra və Probasiya şöbəsinə ərizələr yazaraq, Daşınmaz Əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış Hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən alınmış xx.xx.2021-ci il tarixli, 04A2/2009 saylı arayışın surətini əlavə etməklə, arayışda göstərildiyi kimi, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzil üzərinə xx.xx.2005-ci il tarixdə Baş prokurorluğun qərardadına əsasən qoyulmuş həbsin, Milli Təhlükəsizlik Nazirliyinin 20/619 saylı xx.xx.2005-ci il tarixli məktubu və Səbail rayon İcra şöbəsinin 17/64-46 saylı, xx.xx.2008-ci il tarixli və 17/64-33/09-1 saylı xx.xx.2012-ci il tarixli məktublarına əsasən qoyulmuş qadağaların götürülməsini xahiş etmişdir. X1 Xidmətindən aldığı məlumatdan ona məlum olmuşdur ki, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin, həmçinin, ünvan 4ı evin 157/158 saylı mənzillərinin dövlət nəfinə müsadirə olunmamalarının səbəbi, bu əmlakarın, müsadirə olunan əmlaklar siyahısından çıxarılmalarına dair məhkəmə qətnaməsinin mövcud olması olmuşdur. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2011ci il tarixli, 2(006)-1204/2011 saylı qətnaməsi ilə iddia tələbləri qismən təmin olunmuş, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin, həmçinin, ünvan 4ı evin 157/158 saylı mənzillərinin müsadirə olunan əmlaklar siyahısından çıxarılmaları qət edilmişdir. Lakin, ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə qoyulmuş həbs və qadağalar bu günə qədər götürülməmişdir. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2011-ci il tarixli, 2(006)-1204/2011 saylı qətnaməsinin, hazırkı qətnaməni ona, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, X4, Səbail rayon İcra şöbəsinə məlumat üçün göndərdiyi xx.xx.2011-ci il tarixli, 2(006)-1204/2011 saylı məktubunun, bu məktubların xx.xx.2011-ci il tarixində göndərilməsinə dair Reyestrin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 avqust 2011-ci il tarixli, 2(006)-1204/2011 saylı “Apellyasiya şikayətinin geri qaytarılması barədə” qərardadının, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2011-ci il tarixli, 2 2(006)-1204/2011 saylı qətnaməsinin surətinin icra edilməsi üçün Səbail rayon İcra şöbəsinə göndərilməsinə dair xx.xx.2011-ci il tarixli, 2(006)-1204/2011 saylı məktubunun surətlərini xx.xx.2022-ci il tarixində almışlar. O, iddia ərizəsində ona məlum olmadığından, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin, hansı səbəbdən dövlət nəfinə müsadirə edilməsinin səbəbini göstərməmişdir. Sonradan İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən mənzil üzərinə qoyulmuş həbsin götürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyi səbəbindən işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi X7 iddia tələbini qəbul etməyərək, qeyd edilən əmlakın qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müsadirə edildiyini, bu səbəbdən də əmlakın həbsdən azad edilməsinə dair iddianın əsassız və qanunsuz olduğunu bildirərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.6-cı maddəsinə əsasən işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, cavabdehin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər İH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 4ı evin, 159 saylı mənzili İddiaçı adına xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, İddiaçı məxsus ünvan 4ı evin, 159 saylı mənzilinin üzərinə xx.xx.2005-ci il tarixdə Baş Prokurorluğun qərardadına əsasən həbs, Milli Təhlükəsizlik Nazirliyinin 20/619 saylı, xx.xx.2005-ci il tarixli məktubu və Səbail Rayon İcra Şöbəsinin 17/64-46 saylı, xx.xx.2008ci il və 17/64-33/09-1 saylı xx.xx.2012-ci il tarixli məktublarına əsasən qadağa qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış 16 fevral 2022-ci il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 253-cü maddəsinə əsasən - təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsəiəsi nəii eaiiərkən əmıaxın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq sözügedən əmlakın üzərindən həbsin götürülməsi ilə bağlı iddia ərizəsi ilə mülki mühakimə icraatı qaydasında müraciət edə biləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasinin Dövlət Təhlükəsizliyi Xidməti İstintaq Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 07 fevral 2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 4ı evin, 159 saylı mənzilinin üzərinə Azərbaycan Respublikasının vətəndaşı X6, X5 və qeyrilərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 120.2.1, 144.2.1, 144.2.3, 144.2.4-cü və sair maddələri ilə təqsirləndirilmələrinə dair keçmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq baş idarəsi tərəfindən ibtidai istintaqı yekunlaşdırılmış 404/87958 nömrəli cinayət işinin ibtidai istintaqı zamanı Bakı şəhəri Səbail rayon Məhkəməsinin qərarı ilə həbs qoyulmuş, həmin cinayət işi 2006-cı ildə baxılması üçün Ağır Cinayətlərə Dair Azərbaycan Respublikası Məhkəməsinə göndərilmiş, cinayət işi üzrə üzərinə həbs qoyulmuş əmlaklarla bağlı məsələ məhkəmə baxışında olmuş və 16 yanvar 2007-ci il tarixdə həmin məhkəmə tərəfindən hökm çıxarılmışdır. Həmin hökmdə Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsindəki 8 saylı evin 159 nömrəli mənzilinin dövlət nəfinə müsadirə edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, ərizə və xahişlərinin aidiyyəti məhkəmə instansiyasına göndərilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 Sayli Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixinə olan məlumata əsasən Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsi, 8 saylı evin, 159 saylı mənzilinin üzərində Baş Prokurorluğun qərardadına (daxil olma nömrəsi: 1618-g; xx.xx.2005) və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 20/619 nömrəli, xx.xx.2005-ci il tarixli məktubuna əsasən məhdudiyyət qeydə alınmışdır. Həmçinin, Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 16D/357 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu nəzərə alınaraq Bakı şəhəri, Səbail rayonu, R.Behbudov küçəsi, 8 saylı evin, 159 saylı mənzilinin üzərinə Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin 17/64-46 nömrəli, xx.xx.2008-ci il tarixli və 17/64-33/09- 1 nömrəli, xx.xx.2012-ci il tarixli məktublarına əsasən qoyulmuş qadağa götürülmüşdür. Əlavə olaraq bildirirlər ki, Baş Prokurorluğun qərardadının və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 20/619 nömrəli, xx.xx.2005-ci il tarixli məktubunun arxiv qovluğunda saxlanılmaması səbəbindən surətinin təqdim olunması mümkün deyildir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1204/2011 saylı, 22 iyun 2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin, həmçinin, ünvan 4ı evin 157/158 saylı mənzillərinin müsadirə olunan əmlaklar siyahısından çıxarılmaları qət edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 mart 2005-ci il tarixli qərarı ilə X4 məxsus əmlak kimi üzərinə həbs qoyulmuş əmlaklar Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü ilə X2 əmlakı kimi müsadirə olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2007-ci il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 oktyabr 2008ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 28 noyabr 2007-ci il tarixli qərarı ləğv edilərək əmlak müsadirəsinə dair hissəsinə yenidən baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2009-cu il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 16 yanvar 2007-ci il tarixli hökmü əmlak müsadirəsi və mülki iddialara aid hissələrdə dəyişdirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 iyul 2009-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 14 yanvar 2009-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1204/2011 saylı, 22 iyun 2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilin, həmçinin ünvan 4ı evin 157/158 saylı mənzillərinin müsadirə olunan əmlaklar siyahısından çıxarılmaları qət edilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1204/2011 saylı, 22 iyun 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı məxsus ünvan 4ı evin, 159 saylı mənzili müsadirə olunan əmlaklar siyahısından çıxarılsa da, mənzilin üzərindən həbs götürülməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə, onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1204/2011 saylı, 22 iyun 2011-ci il tarixli qətnaməsi ilə İddiaçı məxsus ünvan 4ı evin, 159 saylı mənzili müsadirə olunan əmlaklar siyahısından çıxarılmış, lakin mənzilin üzərindən həbs götürülməmişdir. Bu isə ona məxsus əmlaka dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxarır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarının tələbini və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı ona məxsus ünvan 4ı evin, 159 saylı mənzilinin üzərinə qoyulmuş həbsin götürülməsini tələb etməkdə tam haqlıdır. Məhkəmə onu da qeyd edir edir ki, araşdırma zamanı müəyyən edildiyi kimi, İddiaçı məxsus ünvan 4ı evin, 159 saylı mənzilin üzərinə həbs Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin müvafiq vəsatətinə əsasən Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən məhkəməyə verilmiş təqdimat əsasında qoyulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə təmin edilə bilər. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə münasibətdə isə iddianın təmin edilməsini mümkün hesab etmir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən - Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə təmin edilməli, İddiaçı məxsus ünvan 4ı evin, 159 saylı mənzilinin üzərinə qoyulmuş həbs götürülməli, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən - Azərbaycan Respublikası Baş Prokurorluğuna münasibətdə təmin edilsin. İddiaçı məxsus ünvan 4ı evin, 159 saylı mənzilinin üzərinə qoyulmuş həbs götürülsün. İddia Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar