Məhkəmə qərarları › İş №2(009)-930/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-930/2023

23.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-930/2023 23.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili X11 iştirakları ilə, İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X9 və X5 işə cəlb olunmaqla) Cavabdehnə qarşı “dəfn mərasiminin təşkili ilə bağlı çəkilmiş xərclərin və vərəsəlik payına uyğun olan hissədə pulun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azneft” İB tərəfindən İddiaçı dəfn mərasimin təşkili ilə bağlı çəkilmiş xərclərinin tam ödənilməsi, habələ T.S.Məmmədovun vərəsələrinə düşən pulun ümümi məbləğindən (minimum əmək haqqının 20 misli həcmində sosial sığorta, ödənilməmiş əmək haqqı, məzuniyyət pulu və s.) vərəsəlik payına uyğun olan hissədə pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X12 “Azneft” İB-nin “Neft daşları” NQÇİ-də operator vəzifəsində uzun müddət çalışırdı. 2014-cü ildə boşanmışdır və həmin vaxtdan Baki şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, ev 21 ünvanda yerləşən atasının evində iddiaçı və onun qızı Nümayəndə1 ilə bir yerdə yaşayaraq birqə təsərrüfat aparmışdır. 01 noyabr 2022-ci il tarixdə oğlu vəfat etmişdir. Dəfn mərasimin təşkili ilə bağlı bütün xərcləri özü çəkmişdir. Xırda-xırda yığdığı pensiya pulunu vaxtsız ölən oğlunun dəfninə xərcləmişdir. Yaşlı olduğuna görə qızı Nümayəndə1 etibarnamə vermişdir ki, vərəsəlik işləri ilə, sosial sığorta yardım ilə və dəfn pulu ilə məşqul olsun, lazım olan sənədləri yığsın. Dəfiı xərclərinin ödənilməsi ilə əlaqədar Dost aqentliyinə müraciət etmişlər və onlara aqentliyin əməkdaşları cavab verdilər ki, sistemdə T.S.Məmmədovun vəfat etdiyi anadək qüvvədə olan əmək müqaviləsi müəyyən olunmuşdur və vəfat edən şəxs işləyirdirsə və sığorta olunmuşdursa, müavinətin alınması üçün vəfat edənin iş yerinə müraciət etməlidirlər. Onlara izah olundu ki, sığortaolunan öldükdə, dəfn üçün müavinət almaqdan ötrü müavinət təyin edən komissiyaya vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş ölüm haqqında arayışdan başqa, həmçinin bələdiyyə tərəfindən verilmiş arayış da təqdim olunur. Bələdiyyə tərəfindən verilmiş arayışda öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat əks olunmalıdır. Təqdim olunmuş sənədlərə əsasən komissiya müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda məlumat iclas protokoluna qeyd edilməklə qərar qəbul edilir. Ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilir. Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən DSMF orqanına məktubla müraciət etməlidir. Dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra məktubu dərhal DSMF orqanlarına təqdim etməlidir. Yuxanda qeyd olunanlara əsasən o, 13 dekabr 2022-ci ildə, Dövlət Neft Şirkətinə dəfn xərclərinə dair müavinətin ödənilməsi ilə bağlı müraciət etmişdir. Ərizəsi “Azneft” İB-nin “Neft daşları” NQÇİ-yə göndərilmişdir. 27 fevral 2023-cü il tarixdə “Azneft” İB tərəfindən 14- 2-1/2-M-8/24/2022-29 saylı məktubla cavab verilmişdir ki, ərizəsinə baxılıb və qərara alınmışdır ki, birdəfəlik ödəniləcək minimum əmək haqqının 20 misli həcmində maddi yardım notariusun müəyyən etdiyi vərəsəlik sənədi təqdim edildikdən sonra “Neft daşları” NQÇİ tərəfindən ailə üzvlərindən birinə veriləcəkdir. Həmin məktubda ümümiyyətlə dəfn xərclərinin ona ödənilib-ödənilməməsi ilə bağlı heç bir cavab yoxdur. Bütün tələb olunan sənədlər tərəfindən şirkətə təqdim olunub. Əgər sənədləri düzgün deyilsə, maksimum bir ay ərzində sənədlər geri qaytarılmalı idi. 5 ay şirkət ona nə sənədləri qeri qaytarıb, nə də pul köçürüb. Aydın deyil müraciəti təmin olunub ya olunmayıb. 20 misli həcmində maddi yardım məsələsi də aydın deyil. Vərəsələr üç nəfərdirsə, onda necə? Onlardan biri necə seçiləcək? Hansı kriteriyalarla, hansı şərtlə? T.S.Məmmədovun üç nəfər birinci növbəli vərəsəsi var: iki qızı və o, Tərlanın anası. Əgər həmin məbləğ bir nəfərə veriləcək, deməli o biri vərəsələrin hüquqları pozulacaq. Hesab edir ki, həmin 20 misli həcmində sosial sığorta yardım və həmçinin vəfat edənin ödənilməmiş əmək haqqı, məzuniyyət pulu da hesablanıb birinci növbəli vərəsələrə bərabər payda ödənilməlidir. Bu barədə dəfələrlə “Neft daşları” NQÇİ-nin baş mühasibinə, hüquqşünasına, sosial inkişaf şöbəsinin əməkdaşlarına müraciət etmişlər, lakin ağılabatan bir cavab ala bilmədilər. Axırıncı dəfə “Neft daşları” NQÇİ-nin mühasibi telefon danışıqlarında onlara bildirdi ki, onların idarəyə göndərdiyi ölum haqqında AZ-İİ № 307301 şəhadətnaməsi ölum haqqında arayışın nömrəsi ilə uyğun gəlmir. Onlar izah etdilər ki, həmin uyğunsuzluğun səbəbi odur ki, Qeydiyyat orqanından xx.xx.2022 tarixdə aldıqları oğlunun ölum haqqında AZ-İİ № 307272 şəhadətnaməsi evdən yoxa çıxmışdır. Sonradan bildilər ki, sənədi nəvəsi Təhminə onun icazəsi olmadan onun evindən aparıb anasına verdi, anası da həmin sənədi geri qaytarmaqdan imtina elədi. O məcbur idi yenidən xx.xx.2022-ci il tarixdə AZ-İİ № 307301 təkrar (dublikat) ölüm haqqında şəhadətnamə alsın. Həmin sənədin əsasında vərəsəlik işi açıldı, bələdiyyə tərəfindən arayış verildi, bahk əməliyyatları aparıldı. Yəni demək istəyir ki, təkrar şəhadətnamə dövlət orqanlarında hüquqi sənəd kimi qəbul olundu. Mühasib dedi ki, “onda get ölüm haqqında arayışının birini də al.” O razılaşdı, amma o şərtlə ki, təkrar şəhadətnaməyə uyğun olmayan arayışının əslini geri qaytarsınlar. Bu gunə kimi cavab yoxdur. Hətta ona məlum oldu ki, idarənin işçiləri Tərlanın anası ilə yox, Tərlanm keçmiş arvadı ilə məsələni həll edirlər. Bunlar hamısı ona çox şübhəli gəldi və o, xx.xx.2023-cü il tarixli ərizə ilə “Azneft” İBnə idarənin qərarı ilə razı olmadığını rəsmi bildirdi və “Azneft” İB-dən T.S.Məmmədovun dəfn xərclərinə dair müavinətin, minimum əmək haqqının 20 misli maddi yardımın verilməsinə dair protokolun, qəbul olunmuş qərarın və daxili Əsasnamənin surətlərini xahiş etdi. Şifahi formada telefon danışıqlarında onlara bildirildi ki, həmin sənədlər daxili sənədlərdir və surətləri verilə bilməz. Hesab edir ki, “Azneft” İB tərəfindən dəfn xərclərinə dair ödənişin ləngidilməsi qeyri-qanunidir və həmçinin “Azneft” İB-nin minimum əmək haqqının 20 misli maddi yardımın ailə üzvlərindən birinə verilməsi ilə bağlı qəbul etdiyi qərarı da Azərbaycan Respublkasının qanunlarına ziddir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və eləcə də bildirmişdir ki, cavabdeh “Azneft” İB mərhum Məmmədov Tərlanın və onun qızı Məmmədova Təhminənin adına olan haqq-hesab vərəqələrini təqdim etmişdir. Hesab edir ki, haqq-hesab vərəqələrində ğöstərilən cəmi gəlirlərinin və cəmi tutulmalarının düzgün hesablanmaması nəticəsində ödəniləcək məbləğ düzgün göstərilməyib. Belə ki, Məmmədov Tərlanın adına olan haqq-hesab vərəqələrində tutulmalar hissəsində 1.470.57 manat məbləğində alimentin tutulması göstərilir. Həmin məbləğin vəfat edən işçinin vərəsələrinə verilən kompensasiyasından tutulması Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə ziddir. Aliment yalnız işçinin (ölüm gününədək) qazandığı əmək haqqısından tutula bilər. Tutulmalar hissəsində Gəlir Vergisi üzrə məbləğin tutulması AR Vergilər Məcəlləsininin 102.1 maddəsinə ziddir. Cavabdeh tərəfindən ölən işçinin əmək haqqısından və vərəsələrə verilən kompensasiyadan işsizlik ödənişi, DSMF-na, Həmkarlar İttifaqına, İcbari Tibbi Sığorta üzrə ödənişlərin tutulması da əsassızdır. Belə ki, işəgötürən tərəfindən vəfat etmiş işçinin ailə üzvlərinə ödənilən iş saatlarına görə hesablanmış əmək haqqı və kompensasiya məbləğləri bu məbləğlərin vərəsəliyə daxil edilməsinə görə gəlir vergisi və sığorta haqları tutulmur. İddiaçıya ödəniləcək pul məbləğinin cavabdeh tərəfindən düzgün hesablanıb-hesablanmamasının müəyyən edilməsi ilə bağlı təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası tam aparılmamış, T.Məmmədovun son haqq-hesabına aid olan mühasibat əməliyyatlarının əsaslılığını təsdiqləyən kifayət qədər sənədlər cavabdehin mühasibat idarəsindən ekspert tərəfindən tələb olunmamışdır. Ekspertə təqdim olunan sənədlərin içərisində qanunun tələblərinə uyğun olan ilkin uçot sənədi yoxdur. Cavabdeh tərəfindən təqdim olunan ilkin uçot sənədləri qanunun tələblərinə uyğun deyildir. Ekspertin rəyində göstərilən nəticələrin nəyə əsaslandığı, ekspertizaya təqdim olunan bütün materialların nəzərə alınıb-alınmadığı aydın qeyd olunmur. Rəydə ekspert orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin və son haqq-hesabın cavabdeh tərəfindən düzgün hesablandığını göstərmişdir. Eyni zamanda ekspert qeyd olunan tutulmaların (vergi, sığorta, aliment vəs.) qanunun tələblərinə uyğun hesablanıb-hesablanmamasını əsaslandıra bilməmişdir. İş materiallarında Tərlan Məmmədovun işdən azad olunması barədə əmr yoxdur, forma üzrə kadr şöbəsinin rəisi və baş mühasib tərəfindən tərtib olunan və rəhbərlik tərəfindən təsdiqlənən son haqq-hesab vərəqi yoxdur. Son haqq-hesab vərəqədə Tərlan Məmmədovun son işlədiyi oktyabr ayı üçün hesablanmış əmək haqqısı, istifadə edilməmiş məzuniyyət üçün kompensasiyası, işçinin vəfat etməsi ilə əlaqədar müavinətinin, maddi yardımın, dəfn pulunun və sair nəzərdə tutulan ödəmələrin hesablanıb ailə üzvlərindən (vərəsələrdən) birinə ödənilməsi göstərilməlidir. Cavabdeh tərəf T.Məmmədovun oktyabr ayı üçün əmək haqqının hesablanması barədə məlumat versə də, iş materiallarında əmək haqqının ödənilməsi barədə təsdiqedici sənəd yoxdur. Cavabdeh tərəfindən təqdim olunan T.Məmmədovun adına olan haqq-hesab vərəqəsində noyabrın birində vəfat edən və rəhbərin əmri ilə işdən azad olunan işçyə dekabr ayında pul vəsaitinin ödənilməsi göstərilir. Bu isə Əmək Məcəlləsinin tələblərinə ziddir. Məmmədova Təhminənin axına olan haqqhesab vərəqəsi üzrə göstərilən 5160 manat pul məbləğinin Məmmədova Təhminəyə ödənilməsinə dair əsasverici ilkin uçot sənədi iş materiallarında yoxdur. Cavabdeh tərəfindən təqdim olunmuş daimi komissiyasının protokolunda qeyd olunan məbləğin (əsasnaməyə zidd olaraq) üç nəfərə verilməsi göstərilir, haqq-hesab vəərəqəsinə əsasən həmin məbləğ Məmmədova Təhminəyə ödənilir. Azneft İB-nin məktubunda Təhminə Məmmədovaya və vəfat edən Tərlan Məmmədova ödəniləcək pul vəsaitinin müvafiq hesabda saxlanılması göstərilir. Ölüm haqqında şəhadətnamənin arxasında isə maddi yardımın verilməsi barədə qeydlər aparılıb. Yəni sənədlər bir-biri ilə ziddiyyət təşkil edir. Maddi yardımın hansı “müvafiq hesaba” köçürülüb, kimin göstərişi ilə ödəniş aparılıb, hansı ilkin uçot sənədləri ilə bu təsdiqlənir bu günə kimi məlum deyil. Dəfn müavinəti ilə bağlı məsələ də açıq qalır.Dəfn üçün müavinətlə bağlı haq-hesab cədvəli cavabdeh tərəfindən təqdim olunmayıb. İki protokol tərtib olunsa da, protokollarda rəhbərin, hüquqşünasın imzaları yoxdur, protokolların məzmunu da aydın deyil. Ölüm haqqında arayışın arxasında qeydlər aparılmayıb. Cavabdeh müavinətlə bağlı sənədlərin DSMF-na göndərilməsini göstərsə də, bu hal sənədlərlə təkzib olunur. On aydır ki, sənədlər saxlanılıb, dəfn müavinəti təyin olunmayıb. T.Məmmədovun sığorta olunması ilə bağlı məsələ araşdırılmamış qalır. T.Məmmədovun hansı şərtlərlə, hansı məbləğdə sığortalanması hələ də məlum deyil. İddia tələbinin tam həcmdə təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələblərini qəbul etməyərək, onların əsassız olduğu üçün təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, “Sosial sığorta haqqında” Qanunun 6-cı maddəsinə əsasən, dəfn üçün müavinət işəgötürən tərəfindən deyil, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən ödənilir. Bunun üçün işəgötürən sözügedən orqanlara müraciət edərək tələb edilən sənədləri, o cümlədən, ölüm haqqında arayışı DSMF-nə təqdim etməlidir. Cavabdeh qurum qanunun tələblərinə uyğun olaraq həmin şənədləri sözügedən orqana təqdim etdikdə, sənədlərdə uyğunsuzluq olduğundan onların qəbulundan imtina edilmişdir. Belə ki, mərhum Məmmədov Tərlanın qüvvədə olan 09 dekabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin nömrəsi AZ-İİ №307301 olduğu halda, iddiaçının cavabdehə təqdim etdiyi ölüm haqqında arayışda mərhum T.Məmmədovun hüquqi qüvvəsini itirmiş 29 noyabr 2022-ci il tarixli AZ-İİ № 307272 nömrəli şəhadətnamə göstərilmişdir. İddiaçıya dəfələrlə yeni ölüm haqqında arayışın təqdim edilməsi təklif edilsə də, o bundan imtina etmişdir. Bir daha qeyd edir ki, cavabdeh qurum iddiaçının təqdim etdiyi sənədləri DSMF orqanlarına təqdim etdikdə, müraciət yuxarıda göstərilən səbəblərdən qəbul edilməmiş qalmışdır. Əgər iddiaçı DSMF-in hərəkətlərində qanunsuzluq görürsə, bu barədə məhkəməyə müraciət edə bilər. Beləliklə, dəfn üçün müavinət barədə iddia tələbi ümumiyyətlə cavabdeh quruma qarşı irəli sürülə bilməz. O ki, qaldı iddianın T.S.Məmmədovun vərəsələrinə düşən pula dair (minimum əmək haqqının 20 misli həcmində sosial sığorta, ödəniməmiş əmək haqqı, məzuniyyət pulu və s.) hissəsinə, iddia bu hissədə də əsassızdır. Əvvəla, iddiaçının bu tələbi qeyri dəqiqdir və cavabdehdən konkret nəyə görə və hansı məbləğdə pul tələb edildiyi müəyyən edilmir. İkincisi, cavabdeh qurum mərhum T.Məmmədovun vərəsələrinə qanunvericiliklə ödəməli olduğu məbləği ödəməkdən boyun qaçırmır. Lakin cavabdeh əsaslı olaraq iddiaçıdan mərhum T.Məmmədovun vərəsəsi olmasını təsdiq edən müvafiq sənədi təqdim etməsini xahiş etsə də, iddiaçı hər hansı bir əsas göstərmədən bunu etməkdən imtina edir və tərəflər arasında mübahisə olmadığı halda bu mübahisəni süni şəkildə yaratmağa çalışır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh qurum iddiaçının özünə ünvanladığı məktubda da bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş işçi mərhum T.Məmmədova dekabr ayı üçün orta aylıq əmək haqqının üç misli müavinət və son haqq-hesab olaraq 4383,17 AZN, habelə “SOCAR”İN işçilərinə maddi yardımın verilməsi haqqında” Əsasnamənin 4.1.1-ci maddəsinə əsasən, minimum əmək haqqnın 20 misli olmaqla 5160, 00 AZN olmaqla, cəmi 9543,17 manat pul hesablanmış və bu vəsait notarius tərəfindən müəyyən ediləcək vərəsə/vərəslərə ödənilmək üçün saxlanılır. Qeyd edir ki, sözügedən vəsaitin onlara ödənilməsi üçün mərhum T.Məmədovun qızları Məmmədova Milanə və Məmmədova Təhminə də cavabdehə müraciət etmişlər. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xüsusi notariusu tərəfindən cavabdeh quruma T.Məmədovun vərəslərinə ödənilməli olan məbləğ barədə məktub gəlmiş və həmin məktubla bu məbləğin 9543,17 manat olduğu bildirilmişdir. Qanunvericiliklə miras əmlakın qəbul edilməsi üçün müəyyən edilmiş vaxt bitdiyi halda T.Məmmədovun vərəsələri sözügedən notariusdan onların mərhum T.Məmmədovun vərəsələri olması barədə şəhadətnaməni ala bilərlər. Beləliklə, mərhumun qızları ilə hər hansı bir problem olmadığı halda, iddiaçı cavabdehin qanuni və əsaslı tələbinə məhəl qoymayaraq süni şəkildə mübahisə yaradaraq istər cavabdehin, istərsə də məhkəmənin vaxtını almış olur. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, cavabdeh tərəfindən hesablanmış 9543,17 manat pul mərhum T.Məmədovun 1-ci növbəli vərəsələri arasında onların təqdim etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə göstərilən paylara əsasən bölünüb təhvil veriləcəkdir. Odur ki, məhkəmədən iddia tələblərinin rədd edilməsi barədə qənamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X9 və X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclaasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələblərin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ No 307301 nömrəli, xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci ildə sol mədəcik çatmamazlığından ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022 ilin 11 ayının 29 günündə 1197 No ilə qeyd edilmişdir. İş materiallarında olan 07 dekabr 2022-ci il tarixli, xx/xx-1764 nömrəli Xəzər rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X14 xx xxxxxx 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X13, anası X8. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1941-ci ildə Ukrayna, Stanislav viliyətində anadan olmuş, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, döngə 1, ev 21 qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1-8/130 nömrəli Mərdəkan bələdiyyəsinin arayışından görünür ki, İddiaçı həqiqətən 01 noyabr 2022-ci il tarixdə “Sol mədəcik çatmamazlığı” diaqnozu ilə vəfat etmiş oğlu X6 dəfn mərasimini təşkil etmiş və xərcini çəkmişdir. İş materiallarında olan “Azneft” İB “Neft Daşları” NQÇİ-nin 1572 nömrəli, xx.xx.2020-ci il tarixli vəsiqəsindən görünür ki, X12 NQÇSDÖ-2585 operator vəzifəsində iləmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 14-2-1/2-M-8/24/2022-29 nömrəli məktubun surətindən görünür ki, SOCAR-ın işçilərinə maddi yardım verilməsi haqqında “Əsasnamə”nin müvafiq bəndinə uyğun olaraq mərhum T.Məmmədovun övladları Məmmədova Təhminə (əyani formada ali təhsil alır) və Məmmədova Milanə “Neft Daşları” NQÇİ tərəfindən himayəyə götürülmüşdür. SOCAR-ın işçilərinə maddi yardım verilməsi haqqında “Əsasnamə”nin digər bəndinə əsasən isə qərara alınmışdır ki, bir dəfəlik ödəniləcək minimum əmək haqqının 20 misli həcmində maddi yardım notariusun müəyyən etdiyi vərəsəlik sənədi təqdim etdikdən sonra “Neft Daşları” NQÇİ tərəfindən ailə üzvlərindən birinə veriləcəkdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, AZ-11 307272 nömrəli ölüm haqqında arayışdan görünür ki, X12 xx.xx.2022-ci ilə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri 1197 No ilə qeyd edilmişdir. İş materiallarında olan “Azneft” X16 “Neft Daşları” NQÇİ tərəfindən ünvan ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Neft Daşları” NQÇİ-nin xx.xx.2022ci il tarixdə vəfat etmiş işçisi mərhum X10 dekabr ayı üçün orta aylıq əmək haqqının üç misli müavinət və son haqq-hesabı 4383,17 manat, habelə vəfat edən işçinin ailə üzvünə maddi yardımın məbləği 5160 manat olmaqla, cəmi 9543,17 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 19 may 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüquqi haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi anası İddiaçı Mixyalovnadır və o miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azneft” İstesalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən X10 dekabr ayı üçün orta aylıq əmək haqqının üç misli müavinət və son haqq-hesabı 4383,17 manat, habelə vəfat edən işçinin ailə üzvünə maddi yardımın məbləği 5160 manat olmaqla, cəmi 9543,17 manat pul vəsaitdən ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinə maddi yardımın verilməsi haqqında Əsasnamənin 4.1.1-ci bəndinə əsasən işçi vəfat etdikdə işçinin ailə üzvlərindən birinə minimum əmək haqqının 20 misli həcmində maddi yardım müəyyən edilir. İş materiallarında olan “Neft Daşları” NQÇİ-nin maddi yardım verilməsi üzrə daimi fəaliyyət göstərən komissiyasının xx.xx.2022-ci il tarixli, 15 nömrəli iclas protokolundan görünür ki, maddi yardım verilməsi üçün rnüraciət etmiş və “Əsasnamə"nin 4.1.1 bəndi üzrə (işçi vəfat etdikdə) mərhum işçi X6 anası İddiaçı və qızları X5, X9 təqdim etdiyi sənədləri baxılıb onlara notariusun müəyyən etdiyi vərəsəlik sənədi təqdim etdildikdən sonra müəyyən edilən sənədə uyğun maddi yardım verilməsi, maddi yardım verilməsi üçün müraciət etmiş və “Əsasnamə”nin 4.1.4. bəndi üzrə (işçi vəfat etdikdə onun azyaşlı uşaqlarının, 18 (əyani qaydada təhsil alırsa 23) yaşa kimi himayə götürmək) 2585 SDÖnün mərhum işçisi X6 2 azyaşlı uşağı (X5 -xx.xx.2002-ci il təvəllüdlü və X9 - xx.xx.2005-ci il təvəllüdlü) himayəyə götürülməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 14-2-1/2-M-xx-xx/2023-186 nömrəli cavab məktubundan görünür ki, SOCAR və ANQSİHİRK-nin 101 və 09-18ə saylı, xx.xx.2010-cu il tarixli əmr-qərarı ilə təsdiq edilmiş SOCAR işçilərinə maddi yardım verilməsi haqqında “Əsasnamə"nin müvafiq bəndlərinə istinad edərək, “Neft Daşları” NQÇİ-nin mərhum işçisi X6 vəfatından sonra onun ailə üzvlərindən birinə ayrılacaq minimum əmək haqqının 20 misli həcmindəki maddi yardım, orta aylıq əmək haqqının 3 misli həcmindəki məbləğ və habelə sair ödənişlər notariusun ailə üzvlərindən birinin müəyyən etdiyi vərəsəyə “Neft Daşlan” NQÇİ tərəfindən ödəniləcək, əgər vərəsələrin sayı birdən artıq olarsa onların arasında bərabər bölünəcəkdir. İş materiallarında olan məhkəmə mühasibatlıq ekspertizası üzrə AR ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/5433 nömrəli ekspert rəyindən görünür ki, mərhum X6 adına hesablanmış orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət və son haqq-hesabın cavabdeh tərəfindən düzgün hesablandığı müəyyən edilir. X7 dekabr ayı üçün orta aylıq əmək haqqının üç misli müavinət (kompensasiya) və son haqq-hesabın ümumilikdə 4383,17 manat təşkil etdiyi müəyyən edildi. Məhkəmə iddianın “dəfn üçün müavinət tələbi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 9.1-ci bəndinə əsasən sığortaolunan vəfat etdikdə dəfn üçün müavinət Fond tərəfindən vəfat edən şəxsin ailə üzvlərinə və ya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir. 9.7-ci bəndinə əsasən bu Əsasnamə üzrə nəzərdə tutulmuş müavinətlər sığortaolunanlara Fondun yerli qurumları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Yuxarıda qeyd olunanlardan görünür ki, dəfn üçün müavinət işəgötürən tərəfindən deyil, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən ödənilir. Bunun üçün işəgötürən sözügedən orqanlara müraciət edərək tələb edilən sənədləri, o cümlədən, ölüm haqqında arayışı DSMF-nə təqdim etməlidir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh tərəfindən qanunun tələblərinə uyğun olaraq həmin şənədlər DSMF orqanına təqdim edilmiş, lakin sənədlərdə uyğunsuzluq olduğundan onların qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüququ şəxslər cavabdeh hesab olunurlar. Bununla əlaqadar olaraq, iddiaçı tərəfindən onun hüquqlarını həqiqətən pozan şəxsin düzgün müəyyən edilməsinin mühüm əhəmiyyəti vardır. Yuxarıda şərh olunanlardan görünür ki, iddiaçı dəfn üçün müavinət barədə tələbi həmin tələbə cavab verməli olmayan cavabdehə qarşı irəli sürmüşdür və müvafiq olaraq, cavabdeh iddiaçının hüququnu pozmuş şəxs kimi tanına bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən tələbin ona cavab verməli olmayan şəxsə verilməsi, irəli sürülən tələbin sübüt edilməməsini təsdiq edir, ona görə də, onun təmin edilməməsinə gətirib çıxarır. Məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa belə, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, dəfn üçün müavinət barədə iddia tələbi əsassızdır və ona görə də, təmin edilməməlidir. Məhkəmə iddianın “T.S.Məmmədovun vərəsələrinə düşən pul (minimum əmək haqqının 20 misli həcmində sosial sığorta, ödənilməmiş əmək haqqı, məzuniyyət pulu və s.) tələbi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məəcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə vəfat etmiş işçi mərhum T.Məmmədova dekabr ayı üçün orta aylıq əmək haqqının üç misli müavinət və son haqq-hesab olaraq 4383,17 AZN, habelə SOCARın işçilərinə maddi yardımın verilməsi haqqında” Əsasnamənin 4.1.1-ci maddəsinə əsasən minimum əmək haqqının 20 misli olmaqla 5160, 00 AZN olmaqla, cəmi 9543,17 manat pul hesablanmış və bu vəsait notarius tərəfindən müəyyən ediləcək vərəslərə ödənilmək üçün saxlanılır və cavabdeh tərəfindən hesablanmış 9543,17 manat pul mərhum T.Məmədovun 1-ci növbəli vərəsələri arasında onların təqdim etdiyi qanun üzrə vərəsəlik haqqında şəhadətnamədə göstərilən paylara əsasən bölünüb təhvil veriləcəkdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, Bakı şəhəri 25 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 19 may 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüquqi haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi anası İddiaçı Mixyalovnadır və o miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak “Azneft” İstesalat Birliyi “Neft Daşları”NQÇİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən X10 dekabr ayı üçün orta aylıq əmək haqqının üç misli müavinət və son haqq-hesabı 4383,17 manat, habelə vəfat edən işçinin ailə üzvünə maddi yardımın məbləği 5160 manat olmaqla, cəmi 9543,17 manat pul vəsaitdən ibarətdir. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspert rəyi ilə razılaşaraq bu qənaətə gəlir ki, cavabdeh “Azneft” İstehsalat X1 ölümü ilə əlaqədar hesablanmış (orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət, son haqq-hesab, maddi yardım) cəmi 9543,17 manat vəsaitin 1/3 hissəsi olan 3181,05 manat alınaraq İddiaçı verilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, məhkəmənin keçirdiyi ekspertiza rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, yuxarıda qeyd olunan tələb hissəsində iddia təmin olunmalı, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə vəfat etmiş işçi mərhum T.Məmmədova hesablanmış orta aylıq əmək haqqının üç misli müavinət və son haqq-hesab 4383,17 manat, eləcə də, minimum əmək haqqının 20 misli müavinət olaraq 5160,00 AZN olmaqla, cəmi 9543,17 manat pul vəsaitinin 1/3 hissəsi olan 3181,05 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat X1 ölümü ilə əlaqədar hesablanmış (orta aylıq əmək haqqının 3 misli miqdarında müavinət, son haqq-hesab, maddi yardım) cəmi 9543,17 (doqquz min beş yüz qırx üç manat on yeddi qəpik) manat vəsaitin 1/3 hissəsi olan 3181,05 (üç min səksən bir manat beş qəpik) manat alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar