Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-932/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdeh onun qardaşıdır. Əvvəllər Rusiya Federasiyasında yaşayırdı, hazırda Türkiyə Cumhuriyyətində yaşayır. Valideynləri vəfat etmişdir. X9 xx.xx.2015-ci ildə, atası Oqtay Babazadə xx.xx.2021-ci ildə vəfat etmişdir. Qardaşı olan cavabdeh atasının vəfatı ilə əlaqədar xeyli vaxt sonra, xx.xx.2021-ci ildə bir günlük Bakıya gəlmişdir. Maddi vəziyyətinin yaxşı olmadığını, imkan varsa ona borc pul verməyi, atasından miras qalmış mənzili satanda aralarında hesablaşacağını ona demişdir. O, da razılaşıb demişdir ki, bir-iki günə edəcək. Səhəri günü qardaşı Bakıdan Türkiyəyə getmişdir. O, da vəd verdiyi kimi 15.300 manat ekvivalenti ilə olan 9.000 ABŞ dolları məbləğində pulunu “Bank Respublikası”nın Nəsimi filialı vasitəsilə Türkiyədə yaşayan cavabdehə göndərmişdir. Onunla əlaqə saxladıqda tezliklə Bakıya gəlib bərabər paylı mülkiyyətlərində olan ərizədə göstərdiyi ünvandakı mənzili aralarında razılıqla satacağını və ondan aldığı pulu da onun payına əlavə hesablayacağını deyirdi. Lakin bu günlərdə konkret olaraq xx.xx.2023-cü il tarixdə özünü cavabdehin vəkili adlandıran Yusif adlı şəxs ona zəng vuraraq, paylı mülkiyyətdə olan mənzilin aralarında bölünməsi məsələsinin cavabdeh tərəfindən ona həvalə edildiyini bildirmiş və cavabdehin hissəsinin 150.000 manat qiymətləndirdiyini və həmin payın əvəzini ona ödəməyi demişdir. O, ona bildirmişdir ki, mənzilin real bazar qiyməti əhəmiyyətli dərəcədə aşağıdır, təklifləri real deyil. Belə olduqda onu təhdid edərək, cavabdehin payını başqa şəxsə satacaqlarını bildirmişdir. O, da başa düşmüşdür ki, cavabdeh ona qarşı düzgün hərəkət etmir. Mənzildəki payların ədalətli bölgüsünü istəmir, onu aldatmaq, ondan aldığı 15.300 manat pulu da qaytarmaq istəmir. Ona görə də o, qərara gəlmişdir ki, hər iki məsələ - həm bərabər paylı mülkiyyətdə olan əmlakların bölünməsi, həm də borc verdiyi pulun qaytarılmasını aralarında qanunla və ədalətlə məhkəmə qaydasında həll edilsin. Bu səbəbdən də xx.xx.2021-ci il tarixdə qardaşı olan cavabdehə borc kimi verdiyi (bank vasitəsilə göndərdiyi) pulunu qaytarmasını tələb edir. Paylı mülkiyyətdə olan əmlakların bölünməsini də ayrıca məhkəmə qaydasında tələb edəcək. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh onun xeyrinə 9.000 ABŞ dolları məbləğində pulun ödəniş gününə manata uyğun məzənnə ilə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh onun qardaşıdır, Türkiyədə yaşayır, 2 ilə yaxındır ki, Azərbaycana gəlmir, hətta atası vəfat etdikdə belə Bakıya gəlməmişdir. Atasının yas mərasiminin və baş daşının xərcini o, ödəmişdir. 9.000 ABŞ dolları borc verdikdən sonra eşitmişdir ki, Baba qarajını satıb, lakin ona olan borcu ödəməyib. Sonra isə paylı mülkiyyətdə olan atalarından miras qalan evin ½ hissəsi üçün ondan 160.000 manat pul istəyir. Demək cavabdeh müştəri tapmışdır ki, evin ½ hissəsini ona satsın. Ona görə də o, həmin evlə bağlı məhkəməyə müraciət edəcəkdir. Eyni zamanda ona borclu olan pulun tutulması barədə qətnamə çıxarılmasını istəyir ki, ev satılarkən cavabdeh düşən paydan borcu götürsün. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Sonuncu yaşayış yeri üzrə göndərilən bildirişlər isə həmin ünvanda yaşayan İddiaçı tərəfindən qəbul etmişdir. Məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş üzrə iddiaçının izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, o, Nigar xanımla “BP” şirkətində bir yerdə işləmişdir. Hazırkı vaxta qədər onunla əlaqə saxlayır. Nigar qardaşı Baba tərəfindən ondan 9.000 ABŞ dolları borc pul istənilməsini demiş, sonra bildirmişdir ki, həmin pulu ona göndərmişdir, son zamanlar isə borcu qaytarmadığını demişdir. İş üzrə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Bakı şəhərində və Cavabdeh xx.xx.1970-ci il tarixdə Bakı şəhərində anadan olmuşlar, ataları X6, anaları X1r. İş üzrə ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X2 xx.xx.2015-ci ildə, X7 xx.xx.2021-ci ildə vəfat etmişlər. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 1 saylı evin 90,58 kv.m. ümumi sahəsindən ibarət 50 saylı mənzili paylı mülkiyyət hüququ üzrə bərabər paylarla (1/2) İddiaçı (xx.xx.2022-ci ildən) və Cavabdeh mülkiyyətindədir. İş üzrə Rusiya Federasiyasının Moskva şəhərinin VVAQ-ın Akademik şöbəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixdə adı, ata adı və soyadının dəyişdirilməsi barədə şəhadətnamənin surətindən görünür ki, Azərbaycan SSR-nin Bakı şəhərində anadan olmuş xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh soyadını, adını və atasının adını dəyişdirərək X3muşdur, bu barədə adı, atasının adı və soyadının dəyişdirilməsi barədə akt qeydləri kitabında 63 №-li akt qeydi icra edilmişdir. İş üzrə "xxxx" ASC-nin pul köçürülməsi haqqında hesabdan çıxarışlardan görünür ki, iddiaçı tərəfindən cavabdehə (Boris Romanova) xx.xx.2021-ci il tarixdə 9000 ABŞ dolları (15.300 manat evivalenti ilə) məbləğində pul köçürülmüş, lakin hazırki vaxtadək hər hansı pul vəsaiti mədaxil olmamışdır. İş üzrə Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışa əsasən Cavabdeh Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 1 saylı evin 50 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatdadır. “Elektron Məhkəmə Sistemi” portaldan çıxarışından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İş üzrə Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli teleqramın surətindən görünür ki, valideynlərindən miras qalmış Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, ev 1, mənzil 50-də ½ payı olmaqla üstünlük hüququ var. Payını 160.000 manat qiymətləndirir və İddiaçı 45 gün ərzində payı almaq istəsə, onu məlumatlandırmalıdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun tərəfindən cavabdehin xahişi ilə xx.xx.2021-ci ildə "xxxx" ASC-nin pul köçürməsi xidməti vasitəsi ilə 9000 ABŞ dolları (15.300 manat) məbləğində pul köçürülmüşdür. Həmin pul məbləğlərini hazırda Türkiyə Respublikasında yaşayan cavabdehə borc kimi göndərmiş və cavabdeh həmin pulu atalarından miras qalmış mənzilin satandan sonra geri qaytarmaq barədə öhdəlik götürsə də, həmin öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı həmin pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı tərəfindən Cavabdeh (X4) xx.xx.2021-ci il tarixdə 9000 ABŞ dolları məbləğində pul "xxxx" ASC-nin pul köçürmələri xidməti vasitəsi ilə köçürülmüş, lakin həmin hesaba həmin vaxtdan sonra hər hansı pul vəsaiti mədaxil edilməmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh ona iddiaçı tərəfindən köçürülmüş pulu qəbul etsə də, hazırki vaxtadək onu iddiaçıya qaytarmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında olan münasibətlər borc münasibətləri olmuşdur və onlar arasında bu münasibətlər yazılı formada rəsmiləşdirilməsə də, iddiaçı tərəfindən cavabdehə pul köçürmə xidməti vasitəsi ilə göndərilmiş pul məbləği yazılı formada bağlanmış əqdə bərabər tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən pul köçürülən zaman cavabdeh xarici ölkədə olmuşdur və bu səbəbdən həmin əqdin yazılı formasına riayət edilməsi mümkün olmamışdır. AR Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı qarşısında olan borc öhdəliyinin yaranması təqdim olunan sənədlərlə sübut olunduğundan və cavabdeh həmin borcun qaytarılması barədə götürdüyü öhdəliyi bu günədək yerinə yetirmədiyindən, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. AR Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə habelə qeyd edir ki, cavabdehdən tutulması tələb olunan pul məbləği xarici valyuta ilə göstərildiyindən, tutulacaq məbləğ AR Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Beləliklə məhkəmə iş üzrə sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 9000 (doqquz min) ABŞ dolları məbləğində pul vəsaiti tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-932/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-932/2023
16.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver