Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-956/2020 04.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçı, 3-cü şəxs M.S.Rəhimovun nümayəndəsi və vəkili A.A.Nuriyeviy iştirakları ilə İddiaçı cavabdeh «Cavabdeh-N» MMC-yə qarşı qiymətləndirmə haqqında hesabatın etibarsız hesab edilməsi tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «Cavabdeh-N» MMC-yə qarşı qiymətləndirmə haqqında hesabatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Beyləqan rayon sakini X7 ilə aralarında olan razılaşmaya əsasən Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən 3,38 ha torpaq sahəsini, orada olan tikililərlə birlikdə ona 40.000 manata vermişdir. Razılığa əsasən E.Rəhimov onun banka olan borcu ilə bağlı 15.000 manatı ödəməli, qalan pulu isə ona nağd verməli idi. Lakin X5 borcu uzun müddət ərzində ödəmiş, ona cəmi 5000 manat yaxın pul vermiş, tikililəri isə özbaşına sökmüşdür. Buna görə aralarında narazılıq yaranmış, Elçin Rəhimovla atası Musa Rəhimov ondan verdikləri və Banka ödədikləri pulu geri tələb etmiş, o, da Elçin Rəhimovdan torpağı və tikilinin sökülməsi ilə bağlı ona vurduğu ziyanı tələb etmişdir. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(106)- 2349/2018 saylı icra sənədinə əsasən ondan 20.000 manat alınaraq X6 ilə X4 verilməlidir. Eyni zamanda Beyləqan rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(20)-85/2018 saylı qətnaməsi ilə Beyləqan rayonun Yuxarı Aran kəndində xüsusi mülkiyyətində olan 1,7 ha torpaq sahəsindən X2 çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(106)-167/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılsa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(102)-5880/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli, 2(106)- 167/2019 saylı qətnaməsi 1,68 ha torpaq sahəsindən cavabdehin çıxarılması və əmlaka vurulmuş zərərin əvəzi kimi 20.000 manat ödənilməsi tələbinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(106)-2349/2018 saylı icra sənədinin icrası qaydasında Beyləqan rayon İcra və Probasiya Şöbəsi tərəfindən mübahisə predmeti olan mülkiyyətindəki Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən 1,70 ha və 1,68 ha kənd təsərrüfatlı torpaq sahələrinin qiymətinin müəyyən edilməsi üçün “Cavabdeh-N” MMC-nə sifariş verilmişdir. Həmin Cəmiyyətin tərtib etdiyi xx.xx.2019-cu il tarixli hesabatda isə 1,70 ha torpaq sahəsi 3400 manat, 1,68 ha torpaq sahəsi isə 5880 manat dəyərində qiymətləndirilmişdir. Cavabdehin tərtib etdiyi mübahisəli hesabatda qiymətlərin hansı meyar əsasında müəyyənləşdirilməsi göstərilməmişdir. Eyni ərazidə yerləşən, sahəcə demək olar ki, eyni olan torpaqların birinin digərindən hansı səbəbdən 2 dəfə qiymətcə fərqli olması da aydın deyildir. Əlavə edilmiş ayrı-ayrı məhkəmə aktlarından görünür ki, mübahisəli torpaqla bağlı tərəflər arasında bir neçə il bundan əvvəl qiymətləndiricinin göstərdiyi məbləğdən dəfələrlə yüksək məbləğə razılaşma əldə edilmişdir. Bu hal da hazırki mübahisəli hesabatın reallığa uyğun olmamasını göstərir. Həmçinin daşınmaz əmlakın qiyməti hər il demək olar ki, artmışdır. Belə olan vəziyyətdə necə ola bilər ki, bir neçə il əvvəl dəyəri daha yüksək olan daşınmaz əmlak hazırda dəyərcə aşağı olsun. Bu isə hesabatda göstərilən qiymətlərin torpaqların real qiymətlərinə uyğun olmamasını göstərir. Göstərilənləri nəzərə alaraq iddiaçı “Cavabdeh-N” MMC-nin ona məxsus Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən torpaq sahələrini qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli hesabatının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, icra prosesində icra məmuru onu məlumatlandırmamış, əmlakın qiymətləndirilməsi onun iştirakı olmadan həyata keçirilmişdir. Vaxtı ilə həmin torpaq sahələrini 40.000 manata almışdır. Necə ola bilər ki, hazırda onun qiyməti dəyələrlə aşağı göstərilsin. Məhkəmə iclasında izahatı alınmış məhkəmə tərəfindən 3-cü şəxs qismində işə cəlb edilmiş X1 nümayəndəsi və vəkili X8 öz izahatında göstərmişdir ki, o məhkəməyə yazılı etirazını təqdim etmişdir. Orada göstərilənləri müdafiə edir. Həmçinin bildirir ki, həm Ali Məhkəmə, həm Konstitusiya Məhkəməsinin qərarlarında formalaşan hüquqi mövqe ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası zamanı elə müdafiə hüququndan istifadə olunmalıdır ki, o leqetim sayılsın. Hazırki tələb isə leqitim deyil. Bu tələb qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını ləngitmək məqsədi güdür. İddiaçı həmin torpaq sahələri üzərində Musa Rəhimovun tanınmış mülkiyyət hüquqlarını mübahisələndirmiş, hazırda həmin iddia Beyləqan rayon Məhkəməsinin icraatındadır. Həmin tələb leqitim hesab oluna bilər. Eyni zamanda iddiaçı icra məmurunun hər hansı bir hərəkətini də məhkəmə qaydasında mübahisələndirməmişdir. torpağın qiymətləndirilməsi barədə məlumat icra qurumu tərəfindən İddiaçı göndərilmiş və onun qardaşı tərəfindən şəxsən alınmışdır. İddiaçının qiymətləndirmədən xəbəri olmuşdur. qiymətləndirmə isə qanuni əsaslarla aparılmış, torpaq sahələrinin birinin üzərində taxıl, digərində isə yonca əkildiyi üçün qiymətlər arasında fərq olmuşdur. Hesab edir ki, iddiaçı bu tələblə işi yubatmaq məqsədi güdür və qaldırılan iddianı əsassız hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh “Cavabdeh-N” MMC-nin və 3-cü şəxs Beyləqan rayon İcra və Probasiya Şöbəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-2349/2018 saylı qətnaməsinin kserosurətindən görünür ki, Beyləqan rayon Məhkəməsinin 2(020)-2662/2018 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 20.000 manat, 2017-ci ilə kimi olan dövrə inflyasiya məbləğinin nəzərə alınmaqla 7600 manat, cəmi 27600 manat məbləğində pul, “xxxxxxxxx” MMC-nə ödənilmiş 210 manat və dövlət rüsumu 30 manat alınıb, X3 verilməsi qət edilmiş, iddia həmin torpaqlara 200 laped peyin və 100 kisə silitr verilməsi üçün çəkilmiş xərc 5500 manat hissəsində və tələb etdiyi pul tam alınıb ona verilənədək torpağın onun istifadəsində saxlanılması və ya onun torpaqdan çıxmağı və pulun cavabdehdən alınıb ona verilməsinin eyni zamanda icra edilməsi hissəsində rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Beyləqan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən 2017-ci ilə kimi olan dövrə inflyasiya məbləği nəzərə alınmaqla 7600 manatın və rəy alınması üçün “xxxxxxxxx” MMC-yə ödənilmiş 210 manatın tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, Beyləqan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-5880/2019 saylı qərarından görünür ki, Beyləqan rayon Məhkəməsinin 2(020)-85/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X4 qarşı iddiası qismən təmin edilmiş, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan Beyləqan rayonu Yuxarı Aran kəndində yerləşən 1,7 ha torpaq sahəsindən çıxarılması qət edilmiş, iddia mövcud olmuş əmlakın məhv edilməsinə görə 20.000 manat dəymiş zərərin ödənilməsi və İddiaçı olan 20000 manat borcun qaytarılması hissəsində rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi 1,68 ha torpaq sahəsindən cavabdehin çıxarılması və əmlaka vurulmuş zərərin əvəzi kimi 20.000 manat ödənilməsi tələblərinə dair hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə “Cavabdeh-N” MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019cu il tarixli 135-19 saylı hesabata əsasən İddiaçı məxsus olan Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 1,70 ha kənd təsərrüfatlı sahəsinin dəyəri - 3.400 manat, Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 1,68 ha kənd təsərrüfatlı torpaq sahəsinin dəyəri - 5.880 manat, cəmi 9280 manat qiymətləndirilmişdir. İş üzrə İddiaçı sifarişi ilə “xxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş 30/MT/03-20 saylı, xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatına əsasən Beyləqan rayonu, Yuxarı Aran ünvanında olan, ümumi sahəsi 3,38 ha torpaq sahəsinin və üzərində faktiki sahəsi 122 kv.m.-dən ibarət qeyri-yaşayış binasının xx.xx.2020-ci il tarixə bazar dəyəri 18.901 manat həcmində müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Beyləqan rayon Məhkəməsinin 2(020)-2662/2018 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 20.000 manat, 2017-ci ilə kimi olan dövrə inflyasiya məbləğinin nəzərə alınmaqla 7600 manat, cəmi 27600 manat məbləğində pul, “xxxxxxxxx” MMC-nə ödənilmiş 210 manat və dövlət rüsumu 30 manat alınıb, X3 verilməsi qət edilmiş, iddia həmin torpaqlara 200 laped peyin və 100 kisə silitr verilməsi üçün çəkilmiş xərc 5500 manat hissəsində və tələb etdiyi pul tam alınıb ona verilənədək torpağın onun istifadəsində saxlanılması və ya onun torpaqdan çıxmağı və pulun cavabdehdən alınıb ona verilməsinin eyni zamanda icra edilməsi hissəsində rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Beyləqan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən 2017-ci ilə kimi olan dövrə inflyasiya məbləği nəzərə alınmaqla 7600 manatın və rəy alınması üçün “xxxxxxxxx” MMC-yə ödənilmiş 210 manatın tutulması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, Beyləqan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, “Cavabdeh-N” MMC-nin əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2019-cu il tarixli hesabata əsasən iddiaçının mülkiyyətində olan Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 1,70 ha kənd təsərrüfatlı torpaq sahəsinin dəyəri 3.400 manat, Beyləqan rayon Yuxarı Aran kəndində yerləşən 1,68 ha kənd təsərrüfatlı torpaq sahəsinin dəyəri 5.880 manat qiymətləndirilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, “xxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli qiymətləndirmə hesabatına əsasən iddiaçının mülkiyyətində olan Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən ümumi sahəsi 3,38 ha (1,68 ha və 1,70 ha) torpaq sahəsinin və üzərində yerləşən faktiki sahəsi 122 kv.m.-dən ibarət qeyri-yaşayış binasının bazar dəyəri 18.901 manat təşkil edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, cavabdeh «Cavabdeh-N» MMC tərəfindən mülkiyyətində olan torpaq sahələrinin qiymətləndirilməsinə dair hesabatların etibarsız hesab edilməsini xahiş etmişdir. İddiaçı iddiasının əsası kimi “Cavabdeh-N” MMC tərəfindən torpaq sahələrinə qoyulan qiymətlərin real olmamasını, real bazar qiymətindən kifayət qədər aşağı həddə olmasını göstərmişdir. Məhkəmə qeyd edir ki, «Cavabdeh-N» MMC tərəfindən mübahisəli torpaq sahələrinə qoyulmuş qiymət real qiyməti əks etdirmir. Belə ki, mübahisəli torpaq sahələrinin ekspert tərəfindən müəyyən olunmuş real bazar qiyməti ilə «Cavabdeh-N» MMC tərəfindən qoyulan qiymət arasında kəskin fərqin yarandığı müəyyən olunur. Məhkəmə həmçinin qeyd edir ki, “Cavabdeh-N” MMC tərəfindən eyni ərazidə və yan-yana yerləşən torpaq sahələrinə fərqli qiymət göstərilmişdir. Belə ki, iddiaçıya məxsus olan Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 1,70 ha torpaq sahəsinin qiyməti 3.400 manat, eyni ərazidə və həmin topaq sahəsinə bitişik olan Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 1,68 ha torpaq sahəsinin qiyməti 5.880 manat müəyyən edilmişdir. Göründüyü kimi iddianın mülkiyyətində olan və yan-yana yerləşən torpaq sahələrinə fərqli qiymət qoyulması, tərtib edilmiş hesabatın həqiqətə uyğun olmadığını göstərir. «Qiymətləndirmə fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Həmin Qanunun 8-ci maddəsinə əsasən qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr. Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Məhkəmə qeyd edir ki, «Cavabdeh-N» MMC tərəfindən müəyyən edilmiş hər iki torpaqların ilkin satış qiymətləri onların real qiymətini əks etdirməməklə iki dəfə aşağı qiymətləndirildiyi üçün, iddiaçı həmin hesabatın ləğv edilməsini məhkəmədə iddia qaldırmaqda tam haqlıdır. Belə ki, icra məmuru tərəfindən qətnamənin icrası ilə bağlı tutmanın əmlaka yönəldilməsi üçün hərrac təşkilatına əmlakın açıq hərracdan satılması ilə bağlı sifariş verir. Həmin sifarişdə qiymətləndirilmə rəyinə əsasən müəyyən edilmiş qiymət əmlakın ilkin satış qiyməti kimi göstərilir. Nəticədə hərraca çıxarılan əmlakların bazar dəyərindən aşağı qiymətə qiymətləndirilməsi gələcəkdə həmin əmlak açıq hərracda satıldığı halda kreditor qarşısında yaranmış öhdəliyin tam icra edilməməsi ilə nəticələnir. Bu isə həm kreditorun, həm borclunun mənafelərinə uyğun deyil. Hazırki halda məhkəmə iclasında müəyyən edilmişdir ki, tələbkar tərəfindən həmin əmlak borc əvəzi mülkiyyətə alınmışdır. Ona görə məhkəmə hesab edir ki, əmlakın real qiymətinin düzgün müəyyən edilməməsi, həmin əmlakın mülkiyyətçisinin hüquqlarını pozmuşdur. AR Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahələrinin real bazar dəyərlərinin düzgün müəyyən edilməməsi onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyi üçün, həmin hesabatın ləğv edilməsi ilə bağlı irəli sürülmüş tələb əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Beyləqan rayonu, Yuxarı Aran kəndində yerləşən 1,70 ha və 1,68 ha torpaq sahələrinin qiymətləndirilməsinə dair “Cavabdeh-N” MMC-nin xx xxxx 2019-cu tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat etibarsız hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №2(009)-956/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-956/2020
04.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver