Məhkəmə qərarları › İş №2(009)-959/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-959/2020

11.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-959/2020 11.09.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının nümayəndəsi X5 və “xxxx” Kiçik Müəssisəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı “xxxxxxxxxxxxx” ASC-nin cavabdehlər “xxxx” Kiçik Müəssisəsi və X6 qarşı «550 manat sığorta ödənişi məbləğinin və dövlət rüsumunun tutulması» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxxxx” ASC – cavabdehlər “xxxx” Kiçik Müəssisəsi və X6 qarşı «550 manat sığorta ödənişi məbləğinin və dövlət rüsumunun tutulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 550 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun, cəmi 580,40 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçı “xxxxxxxxxxxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki,“xxxx” Kiçik Müəssisəsinə məxsus olan “Ford Transit” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində xx xxxxxx 2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3 tərəfindən idarə olunan “Mazda 6” markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Nəsimi DYPŞ-nin qərarı ilə X7 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra X7 hadisə yerini tərk etmişdir. Zərərçəkənə 550 manat məbləğində sığorta ödənişi verilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı tam həcmdə müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Az. Resp. MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq mülki işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin ifadəsini dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: TP seriyalı ******* №-li İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, “Ford Transit" markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, D.Əliyeva küçəsində idarə edən X7 yol nəqliyyat hadisəsi törtəmiş, nəticədə AR İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan PGU-182756 №-li sığorta aktından və xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “xxxx” Kiçik Müəssisəsinə məxsus «Ford Transit» markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil «xxxxxxxxxxxxx» ASC-də nəqliyyat vasitələrinin icbari sığorta növündə sığortalanmış və «Mazda 6» markalı ** ZX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1 550 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “xxxx” Kiçik Müəssisəsinə məxsus «Ford Transit» markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə PGU********** saylı sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə «xxxxxxxxxxxxx» ASC tərəfindən sığortalanmışdır. Cavabdeh X7 xx.xx.2018-ci il tarixdə “Ford Transit” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, «Mazda 6» markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, daha sonra hadisə yerindən yayınmış və nəticədə TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxxxxxxxxxxx” ASC 550 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsin əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsü yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Az. Resp. Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1 maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, cavabdeh X7 iddiaçı şirkət «xxxxxxxxxxxxx» ASC-də sığortalı olan «Ford Transit» markalı ** JD *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən «Mazda 6» markalı ** ZX *** dövlət nömrə nişanlı avtomobilə zərər vurmuşdur. İddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək hadisə nəticəsində «Mazda 6» markalı ** ZX *** dövlət nömrə nişanlı avtomobilə dəyən ziyanın əvəzi olan 550 manat məbləğində pul vəsaitini ödədiyindən iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının, yəni 550 manat pul vəsaitinin geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia tələbində göstərilmiş pul tələbinin tutulması tam təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəh-bər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «Mazda 6» markalı ** ZX *** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün sığorta şirkəti tərəfindən ödənilmiş pul vəsaitinin əvəzi olaraq 550 AZN, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 manat olmaqla, ümumilikdə 580,40 AZN məbləğində pul vəsaiti cavabdehlər “xxxx” Kiçik Müəssisəsi və X2 müştərək qaydada alınıb iddiaçı «xxxxxxxxxxxxx» ASC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar