Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-97/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı – cavabdeh "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X13” MMC cəlb edilməklə) qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Təsviri hissə: İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Günay Sığorta şirkəti tərəfindən avtonəqliyyat hadisəsi zamanı BMW M6 markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10808 manat ziyanın və eləcə də bu günə kimi Finans Lizinq Şirkətinə ödənilməmiş kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Günay Sığorta şirkəti tərəfindən avtonəqliyyat hadisəsi ilə bağlı təqdim olunmuş sənədlər üzrə sığorta pulunun ödənilməsindən imtina edilmişdir. Günay Sığorta şirkətinin xx.xx.2022-ci il tarixli 581/22 nömrəli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdə qeyd edilmişdir ki, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası” növü üzrə sığortalanan BMW M6 markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2022-ci il tarixində X8 baş vermişdir. Qeyd olunan yolnəqliyyat hadisəsi üzrə araşdırılma aparılmış və Cəmiyyət tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunmasına dair qərar qəbul edilmişdir. Belə ki, hadisə baş verdikdən 25 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Cəmiyyətə məlumat verildiyindən hadisəni araşdırmaq imkanları olmamışdır. Aşağıdakı əsaslara görə hesab edir ki, Günay Sığorta şirkətinin sığorta pulunun ödənilməsindən qeyd edilən səbəblərə görə qanunsuzdur. Belə ki, Günay Sığorta şirkəti imtina məktubunda qeyd etmişdir ki, hadisə barədə 25 gündən sonra sığorta şirkətinə məlumat verildiyinə hadisəni araşdırmaq mümkün olmamışdır. Bundan başqa Günay Sığorta şirkəti imtinaya əsas kimi bir də qeyd etmişdir ki, Məlumat gec verildiyinə görə hadisəni araşdırmaq imkansız olmasını əsas kimi göstərmişdir. Sənədlərdən görünür ki, hadisə baş verən andan hadisə yerində Bakı Şəhər X15 əməkdaşları tərəfindən rəsmi sənədləşmə aparılmış hadisə yerinin sxemi rəsmiləşdirilmiş və maşınların hadisə yerində foto şəkilləri çəkilərək bütün sənədlər toplanaraq sığorta şirkətinə təqdim edilmişdir. Həmin hadisə ilə bağlı hər hansı bir araşdırmaya ehtiyac qalmamışdır. Bildirir ki, xx.xx.2022-ci il tarixdə X13 şirkətinə aid olan avtomobili etibarnamə ilə idarə etdiyi BMW M6 markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat 23:45 radələrində Nərimanov pr-də hərəkətdə olarkən Mercedes-E class markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hadisə törənmişdir. Bu hadisə ilə bağlı hadisə yerinə Bakı şəhər X15 idarəsinin əməkdaşı gələrək hadisə yerinin və hadisənin baş verməsini rəsmi sənədləşdirmiş, hər iki sürücünün sərxoş olub olmamasına dair yoxlama aparılmışdır. Həmin dövrdə o sığorta şirkətinə müraciət etmək istədikdə polis işçisi bildirdi ki, indi artıq sənədləşmə onlar tərəfindən aparıldıqdan sonra sığorta şirkətinə onlar tərəfindən onlayn qaydada məlumat verilir və sənədləşdirmə başa çatdıqdan sonra sənədlər sığorta şirkətinə göndərilir. Həmin hadisə zamanı yüngül zədə aldığından bir neçə gün evdə özü müalicə olundu.Təxminən hadisədən 4-5 gün sonra o sığorta şirkətinə getdi və maraqlandı ki, sənədləri Yol Polisindən gəlib gəlməyib. Şirkətdən bildirdilər ki, hələ sənədlər gəlməyib. Gələndən sonra ona qiymətləndirmə ilə bağlı məlumat veriləcəkdir. Bundan sonra o Bakı şəhər X12 müraciət edərək nəyə görə sənədlərin sığortaya getməməsi ilə maraqlandı. Onlar bildirdilər ki, digər **-NJ-*** markalı avtomobilə dəymiş ziyan ödənildikdən sonra sənədlər sığorta şirkətinə göndəriləcəkdir. Bir müddətdən sonra sığorta şirkətindən ona zəng edərək onu dəvət etdilər və bildirdilər ki, sığortaya gec məlumat verildiyinə görə sığorta ödənişi həyata keçirməkdən imtina edilmişdir. Halbuki, Bakı Şəhər X15 İdarəsindən aparılmış araşdırma nəticəsində digər **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 985 Azn dəyən ziyanı Azərsığorta şirkəti tam ödəmişdir. Baş vermiş hadisə nəticəsində onun etibarnamə ilə idarə etdiyi BMW M6 markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10808 manat ziyan vurulmuş, bundan başqa həmin nəqliyyat vasitəsi ilə o hər ay 1240 manat məbləğ lizinq krediti ödədiyindən gündəlik bəy-gəlin maşını istifadə etməklə həmin krediti ödəyirdi. Günay Sığorta Şirkəti vaxtında məbləği ödəmədiyindən həmin lizinq krediti xərci də ödənməmiş qalmışdır. Günay Sığorta şirkəti tərəfindən sığortanın ödənilməsinin imtina edilməsinə dair qərarı qanunsuz olduğundan həmin qərarın ləğv edilməsi və sığorta şirkəti tərəfindən ziyanın ödənilməsi üçün qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, hadisə günü etibarnaməsi yanında olmadığı üçün təqdim edə bilmədiyindən BŞDYPİ-nin xx.xx.2022-ci il tarixli TP4953547 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində 40 manat məbləğində cərimə tətbiq olunmuş, lakin sonradan yanlış anlaşılma aradan qaldırılmış və BŞDYPİ-nin xx.xx.2022-ci il tarixli TP5043824 saylı qərarı ilə o, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə olunmuşdur. Həmçinin bildirmişdir ki, zədələnmiş ehtiyat hissələrinin yenisini tanışı vasitəsilə Dubaydan sifariş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Etirazın dəlilləri: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixdə yazdığı ərizə ilə xx.xx.2022-ci il tarixdə cəmiyyətə müraciət etmiş, hadisə ilə əlaqədar məlumat vermişdir, (ərizənin surəti əlavə olunur) Araşdırma zamanı məlum olmuşdur ki, hadisə zamanı **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı X8 zamanı təqsirin özündə olduğunu etiraf etmiş, lakin bu barədə yazılı formada izahat verməkdən imtina etmişdir. DYP orqanının əməkdaşı X4 bu haqda xx.xx.2022-ci il tarixdə arayış tərtib etmişdir, (arayışın surəti əlavə edilir) X8nin baş verməsi barədə xx.xx.2022-ci il tarixdə İddiaçı barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X8 baş verən zaman "X13" MMC-nin mülkiyyətində olan **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün İddiaçı adına etibarnamə müəyyən edilməmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, İddiaçı sığorta qaydaları ilə tanış olmuş, Şəhadətnamənin sığorta qaydalarının bir nüsxəsini, həmçinin yaddaş vərəqini sığortaçıdan almış və imza etmişdir. İddiaçı hadisə baş verdikdən 25 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Cəmiyyətə məlumat verildiyindən hadisəni araşdırmaq imkanları olmamışdır. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs “X13” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işə əlavə edilmiş 13 nömrəli, 09 may 2022-ci il tarixli nöqsan aktından görünür ki, BMW M6 markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 10808 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş “Autoservis Gamishliq” LTD-nin 09 may 2022-ci il tarixli arayışından görünür ki, “X14” MMC-yə məxsus BMW M6 markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 10808 manat təşkil edir. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitələrinin zədələnməsi barədə daxili işlər orqanı tərəfindən verilmiş 003640 nömrəli arayışdan görünür ki, BMW M6 markalı **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobili sol qapı, sol güzgü və s. xarici əzintilər almışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin "xxxx" MMC-yə və İddiaçı ünvanladığı 527/2022 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin—tam sığortası” növü üzrə sığortalanan “BMW M6” markalı 99PV059 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə X8 baş vermişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi üzrə araşdırılma aparılmış və Cəmiyyət tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunmasına dair qərar qəbul edilmişdir. Belə ki, Cəmiyyətə təqdim olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, qeyd olunan hadisə baş verən zaman İddiaçı həmin avtonəqliyyat vasitəsini idarə etməyə hüququ olmamışdır. "xxxx" ASC-nin Hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası qaydaları”nın 3.1 -ci maddəsinə əsasən, hazırkı Qaydalar əsasında bağlanmış sığorta müqaviləsi ilə verilən təminat yalnız sığortalanmış avtonəqliyyat vasitəsi notariat qaydasında təsdiq edilmiş etibarnaməyə və ya sığortalanmış avtonəqliyyat vasitəsinin sahibi tərəfindən verilmiş və müvafiq qaydada təsdiq edilmiş yol vərəqəsinə əsasən, avtomobili idarə etmək hüququna malik olan hər hansı bir şəxs(lər) tərəfindən, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin avtonəqliyyat vasitələrini idarə edən şəxslərə dair tələblərinə riayət olunması şərti ilə idarə olunduqda qüvvədədir. Həmin Qaydaların 7.1.12-ci maddəsinə görə isə sığortalanmış avtonəqliyyat vasitəsi onun sahibi tərəfindən verilmiş və müvafiq qaydada təsdiq edilmiş etibarnamə və ya yol vərəqəsi olmayan şəxs tərəfindən idarə olunduqda sığortaçı tərəfindən təminat verilmir və ödəniş həyata keçirilmir. Əlavə olaraq, hadisə baş verdikdən 25 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Cəmiyyətə məlumat verildiyindən hadisəni araşdırmaq imkanımız olmamışdır. Hazırkı Qaydaların 17.1.2-ci maddəsinə əsasən sığorta hadisəsi baş verdikdə dərhal, lakin hər halda 24 saatdan gec olmayaraq hadisənin baş verməsi haqqında Sığortaçıya və ya onun nümayəndəsinə) məlumat vermək və Sığortaçı (onun nümayəndəsi) tərəfindən verilən bütün göstərişlərə əməl etmək Sığortalının vəzifəsidir. Həmin Qaydaların 20.1.1-ci maddəsinə görə Sığortalı (Faydalanan şəxs, avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs) sığorta hadisəsinin baş verməsi haqqında sığorta müqaviləsində göstərilmiş müddət ərzində və müəyyən edilmiş qaydada Sığortaçıya bu barədə məlumat vermədikdə və bu öhdəliyin yerinə yetirilməməsi Sığortaçını sığorta hadisəsini araşdırmaq və zərəri müəyyənləşdirmək imkanlarından məhrum etdikdə, Sığortaçı sığorta ödənişinin verilməsindən imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Odur ki, qeyd olunanları nəzərə alaraq, müvafiq hadisə üzrə Cəmiyyət hər hansı öhdəliyi yaranmadığından sığorta ödənişinin verilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin "xxxx" MMC-yə və İddiaçı ünvanladığı 581/2022 saylı, xx.xx.2022-ci il tarixli sığorta ödənişinin verilməsindən imtina olunmasına dair bildirişdən görünür ki, “Günay Sığorta" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası” növü üzrə sığortalanan “BMW M6" markalı 99PV059 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 04.04.202-ci il tarixində X8 baş vermişdir. Qeyd olunan yol-nəqliyyat hadisəsi üzrə araşdırılma aparılmış və Cəmiyyət tərəfindən sığorta ödənişinin verilməsindən imtina olunmasına dair qərar qəbul edilmişdir. Belə ki, hadisə baş verdikdən 25 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə Cəmiyyətə məlumat verildiyindən hadisəni araşdırmaq imkanı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 923.1-ci maddəsinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Odur ki, həmin məcəllənin 935.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduğundan sığorta ödənişinin verilməsi mümkün deyildir. İş materiallarında olan Mİ1399/21 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsinin nüsxəsindən görünür ki, "xxxx" ASC tərəfindən “X13” MMC-yə məxsus “BMW M6" markalı 99PV059 dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmış və faydalanan şəxs: sığortalı, səlahiyyətli sürücülər isə etibarnamə əsasında avtomobili idarə edən sürücülər müəyyən edilmişlər. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində Bakı şəh., Nərimanov r-nu ərazisidə "BMW M6" markalı 99PV059 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı 90NJ608 dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə X8 baş vermişdir. AR Mülki Məcəlləsinin 924.3-cü maddəsinə əsasən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" Arayışın tərtib edilərək sənədlərin surətlərini və Arayışın Şirkətə təqdim edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Sığorta İddiaları Departamentinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 046-22038-1222 saylı məktubundan görünür ki, "BMW M6" markalı 99PV059 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinə aid toplanmış materialların surətləri göndərilmişdir. (Məktubun xx.xx.2022-ci il tarixində Günay Sığorta Şirkətinə də daxil olmasına dair məktubun üzərində şirkətin ştampı var) İş materiallarına əlavə edilmiş BŞDYPİ-nin xx.xx.2022-ci il tarixli TP4953547 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri DYPİ-nin xx.xx.2022-ci il tarixli TP5043824 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan “X13” MMC-nin xx.xx.2021-ci il tarixli 006/21/A nömrəli X7ndən görünür ki, “X13” MMC ilə X6 arasında lizinq müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş “X13” MMC-nin xx.xx.2022-ci il tarixli etibarnaməsindən görünür ki, “X13” MMC ilə X6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 006/21/A saylı “X7” əsasında lizinqə verilmiş 1 (bir) ədəd BMW M6 - minik markalı, 99PV059 qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB182340 seriyalı, 2007-ci il buraxılışlı, ban N WBSEH9160B779919, Ağ rəngli) minik maşınının idarə edilməsində səlahiyyətlidir. 1. İddiaçı: sürücülük vəsiqəsi: AC381695, xx.xx.2022-ci il tarixədək etibarlıdır. İş materiallarına əlavə edilmiş İmprotex Motorsun 12 aprel 2023-cü il tarixli məktubundan görünür ki, BMW AG konserninin Azərbaycanda rəsmi idxalçısı "İmprotex Motors” MMM-nin texniki xidmət mərkəzinə, 11 aprel 2023-ci il tarixində daxil olmuş yazılı sorğuya cavab olaraq bildirilmişdir ki, sadalanan ehtiyyat hissələrinin yalnız yenisini əldə etmək mümkündür (qapı örtüyü xaric). BMW M6 2007 (BAN WBSEH91060B779919) avtomaşının sorğuda qeyd olunan ehtiyyat hissələrinin qiyməti aşağıdakı cədvəldə göstərilmişdir.1.Sol qapı – 3314.11, 2.sol qapının mexanizmi – 863.39, 3.şüşə - 435, 4.qapı örtüyü – 3526.16, 5.sol güzgü – 2461, 6.sol təhlükəsizlik kəməri – 605, Ehtiyat hissələrinin cəm qiyməti (ƏDV daxil) – 11204.66. İş materiallarında olan “X13” MMC-nin xx.xx.2022-ci il tarixli, 039/FLB saylı məktubundan görünür ki, “X13" MMC ilə "xxxx" ASC arasında sığorta müqaviləsi olduğu üçün və avtomobilin "X13" MMC-nin mülkiyyətində olması ilə əlaqədar olaraq bütün sığorta ödənişləri "X13" MMC-nin bank hesablarına ödənilməlidir. Lakin, İddiaçı və "X13" MMC arasında heç bir mübahisəli məsələ olmadığı üçün və avtomobilə onun tərəfindən xərc çəkilib, təmir edildiyi üçün sığorta tərəfindən gələcəkdə ödənilən pul vəsaitlərinin İddiaçı hesabına ödənilməsinə etiraz etməmişlər. Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixində “X13" MMC –yə məxsus olan, etibarnamə ilə idarə etdiyi BMW M6 markalı **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat 23:45 radələrində Nərimanov pr-də hərəkətdə olarkən Mercedes benz E240 markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq X8 törənmişdir. Bu hadisə ilə bağlı hadisə yerinə səlahiyyətli dövlət orqanının – daxili işlər orqanının əməkdaşı gəlmiş və müvafiq araşdırma aparıldıqdan sonra X8nin sxemi tərtib edilmiş, izahatlar alınmış, hadisənin baş verməsi rəsmi olaraq sənədləşdirilmişdir. xx.xx.2022-ci il tarixli TP4953547 saylı inzibati tənbeh vermə haqqında qərarla Həsənov X3 Xətalar Məcəlləsinin 332.1 və 327-ci maddələri ilə təqsirli bilinib barəsində 40 manat məbləğində cərimə olunmuşdur. Lakin, sonradan İddiaçı müvafiq etibarnaməsinin olması müəyyən edildiyindən Bakı şəhəri DYPİ-nin xx.xx.2022-ci il tarixli TP5043824 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Həsənov X3 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinmiş və barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh tətbiq olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı hadisə ilə bağlı rəsmi ərizə ilə cavabdehə xx.xx.2022-ci il tarixində müraciət etmiş, "BMW M6" markalı 99PV059 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinə aid toplanmış materialların surətləri isə xx.xx.2022-ci il tarixində "xxxx" ASC-yə daxil olmuş, cavabdeh tərəfindən sığorta ödənişinin ödənilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının idarə etdiyi “X13” MMC-yə məxsus cavabdeh təşkilat tərəfindən tam sığorta növü ilə sığortalanmış avtomobillə digər avtomobilin toqquşması nəticəsində hər iki avtomobilə zərər vurulması və "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilin sürücüsünün, yəni iddiaçının təqsirli bilinməsi və “X13” MMC-yə məxsus avtomobilə dəymiş zərərin iddiaçı tərəfindən ödənilməsi işin mübahisəsiz hallarıdır. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəf hadisə baş verən zaman iddiaçının etibarnaməsinin olmamasına və hadisə barədə sığorta şirkətinə vaxtında məlumat verilməməsinə, buna görə də hadisəni araşdırmaq imkanları olmadığına istinad edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. (922.2) - 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. (923.4) - 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta” Qaydalarının 18.1-ci bəndinə əsasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. - 18.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan, həmçinin faydalanan şəxs bu Qaydaların 18.1-ci bəndində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə, sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. - 18.3. Bu Qaydaların 18.1-ci bəndində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. - 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. - 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən qanunvericilikdə, sığorta hadisəsi baş verdiyi halda dəymiş zərərin kompensasiya edilməsi üçün sığortaçı tərəfindən sığorta ödənişinin verilməsi müəyyən edilmişdir. Məhkəmə etirazın dəlillərinə münasibət bildirərək qeyd edir ki, işin müəyyən edilmiş hallarından da göründüyü kimi hadisə zamanı iddiaçının avtomobili idarə etmək üçün etibarnaməsi olmuş və səlahiyyətli dövlət orqanı tətəfindən bu hala qiymət verilmişdir. Müvafiq qərar qəbul edildikdən sonra isə sənədlər 24 may 2022-ci il tarixində sığorta şirkətinə göndərilmişdir, "BMW M6" markalı 99PV059 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinə aid toplanmış materialların surətləri isə xx.xx.2022-ci il tarixində "xxxx" ASC-yə daxil olmuşdur. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçının idarə etdiyi avtomobilin sahibinin mülki məsuliyyətinin icbari sığorta növü ilə sığortalandığı Dövlət Sığorta Kommersiya şirkəti tərəfindən mercedes benz E240 markalı ** NJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi 990 manat məbləğində hesablanaraq ödənilmişdir. Məhkəmə cavabdehin “hadisə barədə sığorta şirkətinə vaxtında məlumat verilməməsinə, buna görə də hadisəni araşdırmaq imkanları olmadığına” dair dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bu mövqeyi formal mülahizə olmaqla ehtimallara əsaslanır. Belə ki, cavabdeh hadisənin araşdırılması istiqamətində addım atmasına və ya araşdırmağa cəhd etməsinə baxmayaraq nəticə əldə etməməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, səlahiyyətli dövlət orqanının əməkdaşı tərəfindən ətraflı araşdırma aparılmış və hadisənin baş vermə sxemi də daxil olmaqla hadisə təfərrüatı ilə təsvir edilməklə sənədlər tərtib edilmişdir. “X13” MMC-nin xx.xx.2022-ci il tarixli, 039/FLB saylı məktubundan görünür ki, X13" MMC ilə "xxxx" ASC arasında sığorta müqaviləsi olduğu üçün və avtomobilin " X13" MMCnin mülkiyyətində olması ilə əlaqədar olaraq bütün sığorta ödənişləri "X13" MMC-nin bank hesablarına ödənilməlidir. Lakin, İddiaçı və "X13" MMC arasında heç bir mübahisəli məsələ olmadığı üçün və avtomobilə onun tərəfindən xərc çəkilib, təmir edildiyi üçün sığorta tərəfindən gələcəkdə ödənilən pul vəsaitlərinin İddiaçı hesabına ödənilməsinə etiraz etməmişlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, iddiaçının təqdim etdiyi nöqsan aktına görə zərər 10808 manat müəyyən edilmişdir. Bundan başqa, İmprotex Motorsun 12 aprel 2023-cü il tarixli məktubundan görünür ki, BMW AG konserninin Azərbaycanda rəsmi idxalçısı "İmprotex Motors” MMM-nin texniki xidmət mərkəzinə, 11 aprel 2023-ci il tarixində daxil olmuş yazılı sorğuya cavab olaraq bildirilmişdir ki, sadalanan ehtiyyat hissələrinin yalnız yenisini əldə etmək mümkündür (qapı örtüyü xaric). BMW M6 2007 (BAN WBSEH91060B779919) avtomaşının sorğuda qeyd olunan ehtiyyat hissələrinin qiyməti aşağıdakı cədvəldə göstərilmişdir.1.Sol qapı – 3314.11, 2.sol qapının mexanizmi – 863.39, 3.şüşə - 435, 4.qapı örtüyü – 3526.16, 5.sol güzgü – 2461, 6.sol təhlükəsizlik kəməri – 605, Ehtiyat hissələrinin cəm qiyməti (ƏDV daxil) – 11204.66. Cavabdeh "xxxx" ASC iddiada qeyd olunan məbləğlə razı olmadığından məhkəmə iclasında vəsatət verərək mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(009)-2132/2022 saylı qərardadı əsasında təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8835 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, iş materiallarında olan «Avtoservis Gamışlıq» LTD-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “BMW M6” markalı, ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3240,0 manat müəyyən edilmişdir. İddiaçı tərəf məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/8835 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə razılaşmamışdır. Məhkəmə ekspert rəyini, dəymiş zərərin 3240 manat həcmində müəyyən olunmasını mötəbər sübut hesab edir və onunla razılaşır. Belə ki, rəylə razılaşmamaq üçün heç bir əsas müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Məhkəmə, iddiaçının “yeni ehtiyyat hissələrinin alınmasına və buna 10808 manat xərc çəkməsinə” dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı izahatında zərər dəymiş ehtiyyat hissələrini Dubaydan tanışı vasitəsilə sifarişlə əldə etməsini bildirmiş və məhkəməyə həmin hissələrin yeniləri olmaqla alınma qiymətini təsdiq edən qəbz və ya digər sənədi məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, 3240 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, iddianın “bu günə kimi Finans Lizinq Şirkətinə ödənilməmiş lizinq müqaviləsinə dair kredit borcunun ödənilməsi” hissəsində iddianı əsassız hesab edir. Belə ki, iddiaçı bu iddiasını kifayət qədər əsaslandırmamış, “X13” MMC ilə arasında lizinq müqaviləsinin bağlanmasına, buna dair borcların yaranmasına və bu halı cavabdehin hərəkətləri ilə hansı şəkildə əlaqələndirməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə xərci iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 60 (altmış) manat hissəsi iddiaçıdan, 40 (qırx) manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3240 (üç min iki yüz qırx) manat məbləğində pul vəsaiti, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 40 (qırx) manat hissəsi iddiaçıdan, 60 (altmış) manat hissəsi isə cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3240 (üç min iki yüz qırx) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 40 (qırx) manat hissəsi cavabdehdən, 60 (altmış) manat hissəsi isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN ********** Hesab: AZ34CTRE********************; X1 VÖEN ********** Kod: 210005 Müxbir hesabı AZ41NABZ013601**********3944, hesab, S.W.İ.F.T. BİK:CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №2(009)-97/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-97/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləs
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver