Məhkəmə qərarları › İş №2(009)-978/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-978/2022

18.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-978/2022 18.07.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, Cavabdeh nümayəndəgsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40000 manat və ödənilmiş 210 manat rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 01 iyul 2021-ci il tarixdə “İcarə Müqaviləsi” bağlamışlar. İcarə müqaviləsinin şərtlərinə əsasən icarədar ona məxsus olan Səbail rayonu, Səməd Vurğun küçəsi, ev 1, mənzil 11-də olan obyektindən 15 kv.m. icarəyə verməyi, o isə hər ay 1500 manat icarə haqqını hər ayın 1-dən gec olmayaraq ödəməyi öz öhdəsinə götürmüşdür. O, üzərinə düşən öhdəliyi lazımı formada yerinə yetirmişdir, hətta o, Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 1 nömrəli, 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürəndə cavabdehlə aralarında olan razılaşmaya əsasən icarə uzun müddətli olduğu ücün onun tərəfindən həmin qeyri-yaşayış sahəsi təmir olunub və içəridə yaxşılaşdırma işləri aparılmışdır. Onun tərəfindən Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi 1 nömrəli, 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində 40000 manat dəyərində təmirquraşdırma və yaxşılaşdırılma işləri aparılmışdır. Bundan əlavə o, qeyd olunan qeyri-yaşayış sahəsinə mebellər yığdırmışdır, mebeller üçün xərclənən vəsaitlər sənədlərdə öz əksini tapmışdır. Həmin sənədləri məhkəməyə təqdim edəcəkdir. İddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Cavabdehin nümayəndəsi və vəkili tərəfindən işə iddiaçının iştirakı olmadan baxılması tələb edildiyindən məhkəmə mübahisəyə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh nümayəndə və vəkili Vəkil iddia tələbini qəbul etməyərək onun əsassız olduğundan təmin edilmədən saxlanılmasını xahiş etmiş və bildirmişdir ki, iş materiallarında cavabdehə məxsus qeyri-yaşayış sahəsində iddiaçı tərəfindən təmir quraşdırma və yaşxılaşdırma işlərinin aparılmasına dair hər hansı sübut yoxdur. İddiaçı yalnız sübut olaraq məhkəməyə şəkillər təqdim edilmişdir ki, onun da hansı tarixdə çəkilməsi görünmür. Hesab edilsə ki, orada təmir işləri aparılıb onun dəyərini təsdiq edən, materiala çəkilmiş xərci göstərən heç bir sənəd yoxdur. Bundan əlavə bildirir ki, iddiaçı mebellərinin hamısını oradan çıxarmışdır. Şəkillərdə görsənən mebellərin hamısı iddiaçı tərəfindən götürülmüşdür. Ümumiyyətlə tərəflər arasında təmir işlərinin aparılması və bu halın nəzərə alınması ilə bağlı hər hansı razılıq olmamışdır. Bu səbəbdən də təmir yalnız divara vurulmuş boyadan ibarət ola bilər ki, onun da sökülüb başqa yerə daşınması mümkünsüzdür. Üstəgəl iddiaçı tərəfindən qeyri-yaşayış sahəsindən istifadə etdiyi müddətdə boyanın aşınması, təmirin amortizasiyası halları ümumiyyətlə göstərilməyib. Tələb olunan məbləğin haradan götürülməsinin nə elmi, nə hüquqi əsası yoxdur. Hesab edir ki, qeyri-yaşayış sahəsində iddiaçı təmir aparılmasını, təmirin dəyərini və ümumiyyətlə təmir xərclərini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən iddia ərizəsi rədd edilməlidir. Məhkəmə işə baxıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Cavabdeh (icarədar) və İddiaçı (icarəçi) arasında bağlanmış 01 iyul 2021-ci il tarixli “İcarə Müqaviləsi”ndən görünür ki, “icarədar” ona məxsus olan Səbail rayonu, Səməd Vurğun küçəsi, ev 1, mənzil 11-də olan obyektindən 15 kv.m. icarəyə verməyi, “icarəçi” isə hər ay 1500 manat icarə haqqını hər ayın 1-dən gec olmayaraq ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-353/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və pul tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı Bakı şəhəri, Səbail rayonu, Səməd Vurğun küçəsi, ev 1, mənzil 11-də yerləşən qeyri-yaşayış sahəsinin 15 kv.m.üçün 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları və 2022-ci ilin yanvar ayından fevral ayının 27-dək (aylıq ödəniş 1500 manat, hərgün üçün 50 manat) ödənilməmiş icarə haqqının tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 70 manatı İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə“ və ya onlardan yayınmaqla“ çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən“ ədalətli hesab edilə bilməz”. Halbuki mülki prosessual qanunvericiliyin tələbinə əsasən qeyd edilən halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏTETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar