Məhkəmə qərarları › İş №2(009)-979/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-979/2021

08.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-979/2021 08.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, İddiaçının, onun nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh2 nümayəndəsi-vəkili X1 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (ƏMDK-nin yanında DƏDRX iş üzrə üçüncü şəxs olan) qarşı «payın naturada bölünməsi» tələbinə dair mülki işə 08 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qeyri-yaşayış binasının naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəh. Səbail ray. X3 küç. 23 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqları ilə iddiaçıya məxsus olan 5/6 hissə payın digər paylı mülkiyyətçilər olan İsgəndərova Fikrətdin qızı 1/12 və Cavabdeh1 1/12 payından fiziki olaraq təcrid olunmuş şəkildə ayrılması, iddiaçının ayrılmış payına müvafiq olaraq qeyri-yaşayış sahəsinin yeni ölçülərinin müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbayıl rayonu, X3 küçəsi, 23 ünvanda yerləşən ümumi sahəsi 39 kv.m. olan qeyri-yaşayış binası iddiaçı ilə cavabdehlərin paylı mülkiyyətindədir. İddiaçının payı 5/6, cavabdehlərin payı isə ayrı-ayrılıqda 1/12 hissə təşkil edir. Hazırda tərəflər arasında əmlakın birgə istifadəsinə dair fikir ayrılığı var və bunun nəticəsində 1 ildən çox müddətdir ki, iddiaçı mülkiyyətçi kimi öz hüquqlarından yararlana bilmir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş iş üzrə cavabdehin nümayəndəsi-vəkili iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə sübutları araşdırıb, tərəflərin izahatını dinləyib, onlara məcmu halında maddi hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-in Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 39,0 kv.m olan qeyri-yaşayış binası 5/6 hissədə İddiaçı, 1/12 hissədə Cavabdeh2 və 1/12 hissədə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. İddiaçının iddia tələbinə görə, o paylı mülkiyyətin mülkiyyətçisi olaraq, ona aid edilən payının ayrılması üsulu və şərtləri haqqında digər paylı mülkiyyətçilər olan cavabdehlər ilə razılığa gələ bilmədikləri üçün, Bakı şəhəri, Səbail rayonu X3 küçəsi 23 ünvanda yerləşən paylı mülkiyyət olan qeyri-yaşayış binasının ona məxsus payın real olaraq naturada məhkəmə qaydasında ayrılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (maddə 213.2) . 220.2-ci və 220.3-cü maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qanunvericiliyin tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə, paylı mülkiyyətin mülkiyyətçisi əgər payın naturada ayrılmasına yol verilirsə öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qeyd olunan maddi normanın mənasına görə, ümumi əşyanın bölünməsində ilk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. İş üzrə keçirilmiş Məhkəmə Ekspertizə Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli 10/1674 №-li rəyində qeyd olunmuşdur ki: 1-ci, 2-ci və 3-cü suallar üzrə: Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 23 ünvanında yerləşən ümumi sahəsi 39,0 kv.m olan qeyri-yaşayış sahəsinin paylara uyğun şəkildə üç hissəyə bölünməsi 5/6 hissədə 13,8 kv.metr olan boş otaq və tikiş sexinə açılan pəncərənin yarı hissəsindən qapı açılmaqla, tikiş sexinin 18,7 kv.metr sahəsi İddiaçı, tikiş sexinə açılan qapının iki taylı olması nəzərə alınmaqla, qapının bir tayının bir cavabdehin, ikinci tayının isə digər cavabdehin istifadəsinə verilməklə tikiş sexinin cavabdehlər 1/12 hissədə Cavabdeh1 3,3 kv.metr və 1/12 hissədə Cavabdeh2 3,3 kv.metr qalmaqla mümkündür. Bölgü sxemi rəyə lavə olunur. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinə dair məhkəmə qeyd edir ki, ekspertiza rəyi mülki prosessual qanunvericiliyinin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Qanunun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış, suallara tam olaraq cavab verilmiş və rəylərin tədqiqat hissələri ilə nəticə hissələri uyğundur. Bu səbəbdən iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Qeyd olunan maddi hüquq normalarına və istinad olunan ekspert rəyinə əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçı onun və cavabdehlərin paylı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının naturada ayrılmasını tələb etməkdə haqlıdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə müəyyən olundu ki, mübahisəli qeyri-yaşayış sahəsinin həm texniki cəhətdən və həm də tərəflərin payına uyğun ekspertiza rəyində (plan sxemdə) göstərilən qaydada bölünməsi mümkündür. MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə MPM-nin 119-cu maddəsinə əsaslanaraq hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş 10 manat dövlət rüsumunun əvəzi və ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaiti cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X3 küçəsi 23 ünvanda yerləşən və ümumi sahəsi 39.0 kv.m. olan qeyri-yaşayış sahəsi paylara uyğun şəkildə üç hissəyə ayrılmaqla 5/6 hissədə 13,8 kv.metr olan boş otaq və tikiş sexinə açılan pəncərənin yarı hissəsindən qapı açılmaqla, tikiş sexinin 18,7 kv.metr sahəsi İddiaçı, tikiş sexinə açılan qapının iki taylı olması nəzərə alınmaqla, qapının bir tayının bir cavabdehin, ikinci tayının isə digər cavabdehin istifadəsinə verilməklə tikiş sexinin cavabdehlər 1/12 hissədə Cavabdeh1 3,3 kv.metr və 1/12 hissədə Cavabdeh2 3,3 kv.metr (ƏN Məhkəmə Ekspertizə Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli 10/1674 №li rəyinə əlavə edilmiş plan-sxemə uyğun qaydada) saxlanılmaqla naturada bölünsün. İddianın məhkəməyə verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi olan 10 AZN pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı ödənilsin. Azər. Resp. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 sentyabr 2021-ci il tarixli 10/1674 №-li ekspert tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (DXA Kod: 210005 VÖEN **********, MÜXBİR Hesab: AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ 22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar