Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-992/2023 08.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, 3-cü şəxs A.C.Cəlilovun nümayəndəsi və vəkili R.M.Bayramovun iştirakı ilə İddiaçı Cavabdeh qarşı avtomaşının geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı avtomaşının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X17 ilə aralarında səmimi münasibət var idi. Bir gün Lətif ona bildirmişdir ki, “mənim yaxın adamlarım var, mənim və onların adına bir neçə maşın var. Sənin adına bankdan pul götürək maşın alaq, sən narahat olma pulunu mənim yaxın adamlarım ödəyəcəklər”. O, aralarında olan münasibətə görə Lətifə inanmışdır. xx.xx.2013-cü il tarixdə “Nikoyl” X3 21% olmaqla 36 aylıq 8600 manat kredit müqaviləsi əsasında 2013-cü il buraxılışlı “VAZ-21214” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil alaraq etibarnamə əsasında X15 və X9 vermişdir. Bir müddət keçəndən sonra ona bəlli olmuşdur ki, onu aldadıblar və onun mülkiyyətində qalan maşının krediti ödənilmir. Cavabdehlər X18 və X14 ilə şifahi razılığa əsasən 22 ay hər ay 280 manat kredit müqaviləsi üzrə ödəniş öhdəliyini öz üzərinə götürmüşdür. Mülkiyyətində olan 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı, Bakı şəhəri 32 saylı xüsusi notariat kontoru tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli etibarnamə əsasında cavabdehlərə vermişdir. 2015-ci ilin fevral ayında ona bəlli olmuşdur ki, cavabdeh öz öhdəliyini yerinə yetirmir,banka olan borcu ödəmir. O, cavabdehlərə banka olan borcu ödəməsinin vacib olduğunu bildirsə də, lakin cavabdehlər krediti ödəməkdən və ona məxsus avtomaşını qaytarmaqdan boyun qaçırır. Həmin etibarnamə xx.xx.2016-cı il tarixli ərizəsi əsasında ləğv edilmişdir. Sonradan ona bəlli olmuşdur ki, mübahisə predmeti olan 2013-cü buraxılışlı, “VAZ-21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəsi, ağ rəngli avtomobil hal-hazırda etibarnamə əsasında hərrac yolu ilə Cavabdeh satılmış onun istifadəsindədir. “Nikoyl” X2 qarşı iddiası Nizami rayon məhkəməsinin qətnaməsi ilə təmin edilərək ondan 6355,58 manat pulun “Nikoyl” X4 xeyrinə tutulması və tutma ipoteka predmeti olan ona məxsus 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, XTA 212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobil açıq hərracda satılması əldə olunan pul vəsaiti hesabına ümumilikdə 6335,58 manat məbləğində borc “Nikoyl” İKB-na ödənilməsi qət edilmişdir. Buna görə də cavabdehlər avtomobildən istifadə, habelə əlaqəli hüquqlara dair etibarnamə əsasında verdiyi avtomaşın məhkəmə qərarı əsasında alınıb ona qaytarılmalıdır. Göstərilənlərə əsasən iddiaçı Cavabdeh 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəsi, ağ rəngli nəqliyyat vasitəsinin alınıb ona qaytarılması, nəqliyyat vasitəsinin olmadığı təqdirdə 8.500 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun alına ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə iddiaçı və onun vəkili məhkəmə iclasına gəlməmiş, lakin vəkili Vəkil tərəfindən məhkəməyə ünvanlanmış ərizədə işə iddiaçının iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə işə iddiaçının və onun vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh yaşayış yeri məlum olmadığından onu məhkəməyə dəvət etmək mümkün olmamışdır. Bu barədə onun axırıncı yaşayış yerindən məhkəmə bildirişləri müvafiq qeydlərlə (“bu ünvanda yaşamır”) məhkəməyə daxil olduqdan sonra, məhkəmə AR MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs X13 nümayəndəsi və vəkili X10 izahatında göstərmişdir ki, hazırki iddiaçı əvvəllər nümayəndəsi olduğu şəxsə qarşı avtomobil və pul tələbi ilə bağlı iddia irəli sürmüş və onun iddiası təmin olunmamışdır. Nümayəndəsi olduğu şəxs avtomobil satışı ilə məşğuldur, İddiaçı kreditə götürdüyü “VAZ” markalı avtomaşının satışının həyata keçirilməsi üçün Aslan Cəlilova etibarnamə vermişdir və avtomaşın etibarnamə əsasında satılmışdır. Onların da iştirak etdiyi mülki işdə sonuncu etibar edilən şəxsin Cavabdeh olması müəyyən edilmişdir. Ona görə də həmin şəxsdən mülkiyyətçinin avtomaşın tələb edilməsini əsaslı hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə 3-cü şəxslər X11 və X14 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “Elektron notariat” X1 çıxarışın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə İddiaçı adından X6 və X7 daşınmaz əmlak istisna olmaqla İddiaçı məxsus olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı, bu əqdlər üzrə haqq hesab aparmağı və s. hərəkətləri etməyi etibar etməsi barədə yazılı səlahiyyətə dair etibarnamə Bakı şəhəri 53 saylı notariat kontoru tərəfindən 118 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixədək qüvvədədir. İş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-6873/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı “Nikoyl” İKB-nın xeyrinə cavabdeh İddiaçı ümumilikdə 6335,58 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus “VAZ-21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin hesabına ümumilikdə 6335,58 manat məbləğində borcun “Nikoyl” İKB-na ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdeh İddiaçı verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin ümumi qaydada icra edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4740/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-819/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarı ilə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5818/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X15 və X9 qarşı cavabdehlərdən 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomobilinin alınıb iddiaçıya qaytarılması və 6335,58 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-676/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi “X12 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomaşının alınıb iddiaçıya qaytarılmasının rədd edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın təmin edilməsi, X12 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomaşının alınıb İddiaçı qaytarılması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 4358/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh X18 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-819/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5818/2019 saylı, xx.xx.2019-cu il tarixli onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən X15 və X9 avtomobilə dair etibarnamə verildlikdən sonra, X16 tərəfindən X8 xx.xx.2013-cü il tarixdə etibarnamə verilmiş və ondan sonra isə xx.xx.2014-cü ildə Cavabdeh adlı şəxsə etibarnamə verilmişdir. Hal-hazırda isə mübahisə predmeti olan avtomobil axtarışdadır. Hazırda mübahisəli avtomobilin cavabdehlərin faktiki sahibliyində olması öz təsdiqini tapmamışdır. İş üzrə AR DİN BDYPİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kömpüterdən çıxarışa əsasən «VAZ-21214» markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı adına qeydiyyata alınmışdır və həmin avtomaşına dair sonuncu dəfə etibarnamə xx.xx.2014 ildən xx.xx.2019-cu il tarixədək Cavabdeh adına verilmişdir. İş üzrə elektron məhkəmə portalında olan məlumata əsasən «VAZ-21214» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə “Nikoyl” İKB arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı «VAZ-21214» markalı avtomobilin alınması məqsədilə illik 21% dərəcəsi olmaqla 36 ay müddətinə 8600 manat məbləğində kredit verilmişdir. Məhkəmə iclasında həmçinin göstərmişdir ki, «VAZ-21214» markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomaşın xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmış və həmin avtomobili xx.xx.2014-cü il tarixli etibarnamə əsasında X15 və X9 vermiş, həmin avtomaşına dair sonuncu etibarnamə Cavabdeh verilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən İddiaçı Zeyqam oğlundan “Nikoyl” İKBnın xeyrinə ümumilikdə 6335,58 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka predmeti olan cavabdeh İddiaçı məxsus “VAZ-21214” markalı, 99FZ203 dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunan pul vəsaitinin hesabına ümumilikdə 6335,58 manat məbləğində borcun “Nikoyl” İKB-na ödənilməsi, avtomobilin satışından əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin cavabdeh İddiaçı verilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə, qətnamənin ümumi qaydada icra edilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər X15 və X9 qarşı cavabdehlərdən 2013-cü il buraxılışlı, “VAZ-21214” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli minik avtomobilinin alınıb iddiaçıya qaytarılması və 6335,58 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən alınıb iddiaçıya ödənilməsi barədə iddiası rədd edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun X17 ilə aralarında səmimi münasibət olmuşdur. Lətif ona onun yaxın adamları olduğunu bildirmiş və onun adına bankdan pul götürərək maşın almağı, narahat olmamağını, pulunu onun yaxın adamlarının ödəyəcəyini təklif etmişdir. O, aralarında olan münasibətə görə Lətifə inanmış və xx.xx.2013-cü il tarixdə “Nikoyl” İKB-dən 21% olmaqla 36 aylıq 8600 manat kredit müqaviləsi əsasında 2013-cü il buraxılışlı «VAZ-21214» markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomaşın alaraq etibarnamə əsasında X15 və X9 vermişdir. Bir müddət sonra ona bəlli olmuşdur ki, onu aldadıblar və onun mülkiyyətində qalan maşının krediti ödənilmir. O, 3-cü şəxslərə banka olan borcu ödəməsinin vacib olduğunu bildirsə də, onlar krediti ödəməkdən və ona məxsus avtomaşını qaytarmaqdan boyun qaçırmışlar. Həmin etibarnamə xx.xx.2016-cı ildə ləğv edilmişdir. Sonra ona məlum olmuşdur ki, mübahisəli avtomobil etibarnamə əsasında hərrac yolu ilə Cavabdeh satılmışdır. Nizami rayon Məhkəməsinin qətnaməsi ilə ondan “Nikoyl” İKB-nın xeyrinə cəmi 6335,58 manat məbləğində borcun tutulması qət edilmişdir. Hazırda iddiaçı cavabdehdən mübahisəli avtomobilin alınıb ona qaytarılmasını, avtomobilin olmadığı təqdirdə 8500 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, etibarnamə nəqliyyat vasitəsinin idarə edilməsinə səlahiyyət verən sənəd olduğundan, mübahisəli nəqliyyat vasitəsinin idarə edilməsinə dair mülkiyyətçi olan iddiaçı tərəfindən üç şəxsə etibarnamə verilsə də, sonuncu etibarnamə cavabdeh qismində göstərilən Cavabdeh verildiyindən, etibar edilən digər şəxslərin sahibliyində isə avtomobilin olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmədiyindən, etibarnamə olmayan şəxs tərəfindən avtomaşının idarə olunması və həmin şəxsin sahibliyində olması məntiqli və mümkün ola bilən hal kimi hesab edilə bilmədiyindən, məhkəmə hesab edir ki, həmin avtomaşının sonuncu etibar edilən şəxsdə olması ehtimal edilməli və məhz həmin şəxsin hazırki tələbə dair cavabdehlik daşıması nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyətində olan və cavabdehin etibarnaməli idarəçiliyində olan avtomaşına dair iddiaçının bank qarşısında olan öhdəliklərin icrası barədə pulun tutulması və tələbin həmin avtomaşına yönəldilməsinə dair məhkəmə qərarı mövcud olduğundan, tələbin həmin avtomaşına yönəldilməsi üçün onun axtarışına dair qərar qəbul edildiyindən, avtomaşının digər şəxsin sahibliyində olması iddiaçının mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilməli olduğundan, cavabdeh avtomaşına dair hər hansı bir hüquqlara malik olmadığından, iddiaçı mülkiyyətində olan daşınar əmlakın geri qaytarılmasını tələb etməkdə haqlıdır. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Qeyd edilən Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Göstərilən Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. «Ə.Ə.Məmmədyarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 2004-cü il 03 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2005-ci il tarixli qərarında göstərilmişdir ki, əsas insan hüquqlarından olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki hüquqlara hörmət bəsləmək və onların müdafiəsinə kömək göstərmək bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin hüquq və azadlıqlarınının məhkəmə müdafiəsinə təminat verir (maddə 60). Ölkəmizdə mülki hüquqların müdafiəsini qanunla müəyyənləşdirilmiş iş aidiyyətinə uyğun və konkret məhkəmə instansiyalarının səlahiyyətlərinə, hüquq və vəzifələrinə müvafiq olaraq məhkəmələr həyata keçirirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 5 №-li Qərarının 23-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin 1-ci hissəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı, təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin, mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadadan istisna kimi baxılmalıdır. Mübahisənin qanuni həlli baxımından qeyd edilməlidir ki, hazırki iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Həmin maddə ilə təsbit olunmuş mülkiyyətçinin öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməsi məqsədi ilə məhkəməyə verdiyi iddia vindikasiya iddiası adlanır. Vindikasiya iddiasının predmeti əmlakın qanunsuz sahiblikdən qaytarılması tələbidir. Vindikasiya iddiasına görə mülkiyyətçi öz əmlakının ancaq natura halında qaytarılmasını tələb edə bilər. Əgər əmlak natura halında mövcud deyilsə, bu halda mülkiyyətçi əmlakın geri qaytarılması üçün vindikasiya iddiası deyil, ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün ümumi mülki-hüquqi iddia qaldırmalıdır. Vindikasiya iddiasının qaldırılması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır:
1. İddiaçı əmlakın mülkiyyətçisi olmalıdır;
2. İddiaçı əmlaka faktiki sahiblikdən məhrum olunmalıdır;
3. İddiaçının sahibliyindən çıxmış əmlak başqa şəxsin faktiki sahibliyində natura halında qalmış olmalıdır;
4. Başqa şəxsin əmlaka sahibliyi qanunsuz olmalıdır. Hazırki iş üzrə tələb əmlakın geri qaytarılması, mövcud olmadığı təqdirdə isə onun dəyərinin cavabdehdən tutulması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddiaçı avtomaşının mülkiyyətçisi olduğundan və mülkiyyətində olan avtomaşının digər şəxsin - sonuncu etibar etdiyi şəxsin istifadəsində olması onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırdığından, iddia tələbi avtomaşının cavabdehdən alınıb geri qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin əmlakın mövcud olmadığı təqdirdə onun dəyəri olan 8500 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində qeyd edir ki, həmin tələb təmin edilməməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, yalnız əmlak naturada mövcud olmadığı halda mülkiyyətçi ona dəymiş ziyanla bağlı tələb irəli sürməkdə haqlı hesab edilə bilər. İşin faktiki halından müəyyən edilir ki, avtomaşının axtarışı barədə qərar qəbul edilsə də, onun mövcud olmaması sübuta yetirilməyincə, ziyanla bağlı irəli sürülmüş tələb əsaslı hesab edilə bilməz. Avtomaşının axtarışda olması onun mövcud olmaması anlamına gəlinmədiyindən, iddiaçı isə avtomaşının mövcud olmamasına dair sübutu məhkəməyə təqdim edə bilmədiyindən, məhkəmə hesab edir ki, həmin hissədə tələb təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 218.1-ci maddəsiən əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, cavabdehdən 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə pul tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. «VAZ-21214» markalı ** FZ *** dövlət qeydiyyat nişanlı, 2013-cü il buraxılışlı, XTA212140D2152357 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev