Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(009)-998/2021 31.03.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim İlkin Şahin oğlu Rüstəmlinin sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «vətəndaşlıq vəziyyəti aktları qeydində düzəliş edilməsi» barədə ərizəsinə dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi «vətəndaşlıq vəziyyəti aktları qeydində düzəliş edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini belə əsaslandırmışdır ki, o, xx xxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ona məxsus doğum kitabında soyadı Zamaddin qeyd edilmişdir. Halbuki onun əsl soyadı Zameddin olmalıdır. Onun digər qohumlarının doğum haqqında şəhadətnamələrində soyadları düzgün olaraq Zameddin qeyd edilmişdir. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək,ərizəni müdafiə edib, ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs Səbail rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməyərək, məktubla nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Siyasi Represiya Qurbanları Assosiasiyasının vəsiqəsinin surətindən görünür ki, X1 üzv hesab edilmişdir. AЗ ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx xxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. НУ ******* № li hərbi biletin surətindən görünür ki, ərizəçinin adı və soyadı X2 qeyd edilmişdir. ИТ-İ ******* № li əmək kitabçasının surətindən görünür ki, ərizəçinin adı və soyadı Ərizəçi kimi qeyd edilmişdir AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Məhkəmə hesab edir ki, Ərizəçi soyadının Zameddin olması faktı məhkəməyə təqdim edilmiş sübutlarla və verilmiş izahatla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.7-ci maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 341-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaların” 4-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Səbail rayonu Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında akt qeydləri kitabında Ərizəçi doğumu haqqında akt qeydində Ərizəçi soyadı barədə “Zameddin” yazılması və müvafiq düzəlişi əks etdirən yeni doğum һaqqında şəһadətnamənin Ərizəçi verilməsi Səbail rayon Qeydiyyat Şöbəsinə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №2(009)-998/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №2(009)-998/2021
31.03.2021 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver