Məhkəmə qərarları › İş №2(010)-102/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-102/2022

11.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-102/2022 11.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cinayət əməli nəticəsində dəyən ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “cinayət əməli nəticəsində dəyən ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki Cavabdeh 8200 manat məbləğində pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin etməməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçının İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 2017-ci ildə bacanağı X7 şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən obyektinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən həbs qoyulduğu üçün Cavabdehla məsləhətləşərkən o, əmlakın azad edilməsi üçün 2200 manat məbləğində pul lazım olacağını bildirmişdir. Qəhrəman həmin məbləğin 200 manatının order almaq üçün 2000 manatını isə hakimə verib işin müsbət həllinə nail olacağını bildirmiş, tərəfindən bacanağı Samirin razılığı ilə 2017-ci ilin mart ayının sonunda Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi 7 ünvanında işlədiyi ofisdə öz cibindən digər iş yoldaşı İlham Hacıyevin iştirakı ilə 2200 manat pulu Cavabdeh vermişdir. Cavabdeh pulu aldıqda 10 gün müddətinə əmlakın üzərindən həbsin götürülməsi barədə qərarı alıb ona verəcəyinə söz vermişdir. Lakin 10 gün tamam olduqdan sonra Cavabdeh işin nəticəsi barədə soruşduqda o, əlavə bir həftə vaxt lazım olacağını demiş və onu arxayın etməyə başlamışdır. Cavabdeh hərəkətlərindən şübhələndiyi üçün iş gördüyü və danışdığı adamla onu tanış etməyini tələb etsə də o, müxtəlif adlar çəkərək bir həftə müddətində qərarın hazır olacağına söz verib onu inandıra bilmişdir. Həmin ərəfədə tanıdığı X1 Rayon Məhkəməsində mülki işlə ona müraciət etmiş və həmin müddət ərzində qanunda dəyişiklik edilərək nümayəndəlik ləğv edildiyinə görə onun işdə iştirakının qeyri-mümkün olduğunu bildirdikdə vəkillər kollegiyasının üzvü olan Cavabdeh söhbətə müdaxilə etməklə işin həlini öz üzərinə götürmüş və ona görə də işi ona həvalə etmək qərarına gəlmişdir. Abşeron rayon Mehdiabad qəsəbə ərazisində yerləşən torpaq sahəsi üzərində Mətanət Xudiyevanın vərəsəlik haqqının tanınacağına dair məhkəmə qərarı alacağına söz verərək bu işin həlli üçün 6000 manat pul lazım olacağını bildirmişdir. Mətanət Qəhrəmanla razılaşsa da onu tanımadığını və həmin məbləğin onun vasitəsilə Qəhrəmana verilməsini və işin müsbət nəticəsi olmadıqda həmin məbləğin geri alacağını bildirmişdir. Mətanətin keçmiş müştərisi olması, Qəhrəmanla bir neçə il müddətində bir ofisdə fəaliyyət göstərməklərini nəzərə alaraq Mətanətin şərti ilə razılaşmışdır. 2018-ci ilin mart ayının sonunda Mətanətin ona verdiyi 6000 manat pulu digər iş yoldaşı İlham Hacıyevin iştirakı ilə ofisdə Cavabdeh vermişdir. Qəhrəman Mətanətlə müqavilə bağlayıb iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etsə də, təyin olunmuş iki prosesdə iştirak etməmiş və yalnız sonuncu prosesdə iştirak etmiş, nəticədə onun xeyrinə olmayan qərar çıxarıldığından Mətanət verdiyi pulu geri qaytarılmasını tələb etməyə başlamış, hətta onunla aralarında olan müqaviləni pozaraq bu barədə ona xəbərdarlıq etmişdir. Qəhrəman Mətanətə aid 6000 manat pulu qaytaracağını vəd etsə də, telefon zənglərinə cavab verməmiş, işlədikləri iş yerinə gəlməmiş və Mətanətlə görüşməkdən bilərəkdən yayınmışdır. Qəhrəmanın gizləndiyini və onları aldatdığını gördükdə Mətanət həmin məbləği ondan tələb etmiş, məcburiyyət qarşısında qalaraq tərəfindən 6000 manat pulu Cavabdeh yerinə Mətanət Xudiyevaya ödəmişdir. Pulu Mətanətə qaytardıqdan sonra yenə Qəhrəmanla görüşərək öz pulunu almaq istəsə də, Qəhrəman onunla görüşməkdən yayınmışdır. Həmin ərəfələrdə ona məlum olmuşdur ki, Qəhrəman iş yoldaşı İlham Hacıyev və digər vətəndaşları da analoji yolla aldatmışdır. Tərəflərindən dəfələrlə onunla əlaqə yaradaraq ofisə gəlməsi və bütün bu məsələlərin həll edilməsini, əks halda hüquq mühafizə orqanlarına müraciət edəcəklərini dedikdə Qəhrəman guya Dağıstan MR-nın Xasayyurd şəhərində olduğunu və 17.08.2018-ci il tarixdə Bakı şəhərinə gələrək bütün narazı şəxslərin pularım qaytaracağına söz verərək barəsində şikayət verilməməsini xahiş etmişdir. 17.08.2018-ci il tarixdə Cavabdeh ofisə gələrək guya arvadının adına olan evinin banka girov qoyulduğu və həmin arvadının bank sənədləşməsi ilə məşğul olmasını deməklə növbəti dəfə onları aldatmışdır. Cavabdeh barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-25/2021 saylı 15.03.2021-ci il tarixli hökm çıxarılmış, həmin hökmlə o, işdə zərərçəkmiş şəxs kimi tanınmışdır. İstintaq araşdırması və məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cavabdeh onun inam və etibarından istifadə edərək 2017-ci il və 2018-ci il tarixlərdə ondan başqa vətəndaşlara məxsus 8200 manat pul almışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-25/2021 nömrəli iş üzrə qəbul etdiyi 15.03.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 10 iyun 2019-cu il tarixdən 20 iyul 2019-cu il tarixədək ev dustaqlığında olduğu 01 (bir) ay (10) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması hökm olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1217/2021 nömrəli iş üzrə qəbul etdiyi 24.11.2021-ci il tarixli qərarı ilə məhkum Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Cavabdeh barəsində olan 15 mart 2021-ci il tarixli hökmün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-25/2021 nömrəli iş üzrə qəbul etdiyi 15.03.2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən 25 iyul 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı İddiaçı etibarından sui-istifadə edərək sonuncunun bacanağı X4 məxsus, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən 596,2 kv.m satış zalından ibarət qeyri yaşayış sahəsini xüsusi müsadirə cinayət hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qoyulmuş həbs qərarını ləğv etdirməklə həmin əmlakı müsadirədən azad etdirəcəyinə dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 2018-ci ilin mart ayının sonlarında fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən ofisdə zərərçəkmiş şəxs İddiaçı 2200 (iki min iki yüz) manat pul alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa Cavabdeh təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2005-ci ildən 25 iyul 2018-ci il tarixədək olan müddət ərzində Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə ona hüquqi yardım almaq üçün müraciət etmiş tanışı İddiaçı inam və etibarından sui-istifadə edərək sonuncunun tanışı X2 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən və ümumi sahəsi 0,10 ha təşkil edən torpaq sahəsi üzərində qanuni vərəsəlik hüququnun Abşeron Rayon Məhkəməsinin qərardadı əsasında tanınacağına dair yalan vəd verib faktiki bununla əlaqədar hər hansı hərəkət etməməklə onu aldadaraq 28 mart 2018-ci il tarixdə hüquq fəaliyyəti göstərdiyi ünvan 2 ünvanda yerləşən ofisdə zərərçəkmiş şəxs İddiaçı 6000 (altı min) manat pul alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Qeyd olunan hallarla bağlı yenidən mülki mühakimə icraatı qaydasında araşdırma aparılması yolverilən deyil. Çünki artıq qanuni qüvvəsini almış məhkəmə hökmü ilə cavabdeh həmin əməllərə görə məhkum edilmiş və iş üzrə çıxarılmış hökmdə zərərin məbləği göstərilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 8200 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyi üçün 30 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8200 (səkkiz min iki yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar