Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1046/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülki hüquq pozuntusu (delekt) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “mülki hüquq pozuntusu (delekt) nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh mülki hüquq pozuntusu (delekt) nəticəsində ona vurulmuş zərərin əvəzi 1800 (bir min səkkiz yüz) manat məbləğində pulun iddiaçı X2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddia tələbi onunla əsaslandırılmışdır ki, sürücü Cavabdeh (bundan sonra cavabdeh) etibarnamə əsasında idarə etdiyi “MERCEDES BENZ AKTROS 1835LS YÜK” markalı, **- TX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 03 mart 2022-ci il tarixində saat təxminən 17 radələrində Hacıqabul-Mincivan yolunda, kifayət qədər görünüş məsafəsi olan Mincivan istiqamətində hərəkətdə olarkən, yolun heyvanların keçidi üçün nəzərdə tutulmuş 150-ci kilometrliyində yolun sol tərəfindən sağ tərəfinə keçən ona məxsus 1 baş qaramalı avtomobilin qabaq tərəfi ilə vurmuş, aldığı zədələrdən qaramal hadisə yerində ölmüşdür. Hadisə yerinə Füzuli rayon X21 X17 X3 baş inspektoru polis mayoru X16 tərəfindən baxış keçirilərək müvafiq araşdırma aparılmışdır. Araşdırma zamanı Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunduğundan barəsində xx.xx.2022-ci il tarixli «Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı X15 İXP ******* №-li protokol tərtib edilmişdir. Hadisə nəticəsində tələf olmuş qaramala Füzuli rayon X7 Xidmətləri Mərkəzinin rəisi tərəfindən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, tələf olmuş qaramal 5 yaşlı, qonur rəngli, boğaz, orta köklükdə inək olmuşdur. Nəqliyyat vasitəsi ilə vurulması nəticəsində inəkdə ətraf və daxili orqanlarının zədələnməsi, daxili qanaxması baş vermiş, nəticəsində inək tələf olmuşdur. İnəyin köklük dərəcəsi, yaşı, boğazlığı və sairə nəzərə alınaraq bazar qiymətinə uyğun olaraq inək 1800 (bir min səkkiz yüz) manat dəyərində qiymətləndirildi. Tələf olmuş inək baytarlıq-sanitar qaydalarına uyğun olaraq münasib yerdə qazılaraq basdırıldı. Cavabdehin iddiaçı qarşısında zərər vurulmasından irəli gələn öhdəliyi vardır və o, mülki hüquq məsuliyyəti daşımaqla mənə vurduğu ümumilikdə 1800 (bir min səkkiz yüz) manat məbləğində zərəri tam həcmdə ödəməlidir. Lakin cavabdeh vurulmuş maddi zərərin ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, hadisə zamanı işi ilə əlaqədar orada olmamışdır. Hadisədən sonra əmisioğlu ilə qardaşı Şöbədə olublar. Vurulduqdan sonra qaramalın yolun aşağı tərəfinə aşaraq 5 dəqiqədən sonra ordaca tələf olmuşdur. Sənədləri yığıb cavabdehin avtomobilinin sığorta şirkətinə təqdim etmiş, lakin, sığorta şirkəti onun şirkətə müraciət etmə hüququnun olmadığından və avtomobil qaramalı vurub qaçdığı qeyd olunduğundan pulu ona ödəməkdən imtina etmişdir. Hadisə nəticəsində tələf olmuş qaramala Füzuli rayon X7 Xidmətləri Mərkəzinin rəisi tərəfindən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, tələf olmuş qaramal 5 yaşlı, qonur rəngli, boğaz, orta köklükdə inək olmuşdur. İnəyin köklük dərəcəsi, yaşı, boğazlığı və sairə nəzərə alınaraq bazar qiymətinə uyğun olaraq inək 1800 (bir min səkkiz yüz) manat dəyərində qiymətləndirilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddian qəbul etməyərək bildirmişdir ki, hadisə təxminən bir il olar ki, baş verib. İddiaçını ilk dəfədir görür. Hadisə baş verən zaman iki nəfər şəxs heyvanın sahibi olduğunu bildirmişlər. Onun avtomobilinin ancaq qabaq hissəsi sınmış, heç faralar zədələnməmişdir. Yəni belə bir halda orada heyvanın ölməsi ola bilməzdi. Hadisədən bir neçə dəqiqə sonra heyvan otlayaraq getdi və iki nəfər cavan oğlan ona yaxınlaşaraq narahat olmamasını, heyvanın onların olduğunu və hazırda yaxşı vəziyyətdə olub, otladığını bildirdilər. O, Zəngilan rayonuna gedən zaman yolda polis əməkdaşları tərəfindən saxlanılmış və Polis Şöbəsinə dəvət olunmuşdur. Ora getdikdə, bir orta yaşlı kişi və yanında cavan oğlan heyvanın ölmüş şəklini göstərmişlər. O, heyvanın ölüsünü tələb etmişdir. Şöbədə razılıq məktubu da yazılmış və ona 60 manat məbləğində cərimə olunması ilə bağlı protokol yazılmış və 3 bal cərimə yazılmışdır. O, cəriməni ödəmişdir. Sığortanın iddiaçıya zərəri ödəməməsində onun heç bir günahı yoxdur. Cavabdeh həmçinin bildirmişdir ki, heyvanın 1800 (bir min səkkiz yüz) manat dəyərində qiymətləndirilməsində o, iştirak etməmişdir, həmin qiymətlə razı deyil. Heyvan arıq heyvan olub və onun fikrincə heç 100 kq çəkisi olmayıb. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı həmin tarixdə Füzuli rayonundan məcburi köçkün kimi dövlət qeydiyyatına alınmışdır. Füzuli Rayon Polis İdarəsinin Yol Nəqliyyat Hadisəsi baş inspekoru Şaiq Ağayev tərəfindən xx.xx.2022-ci ildə tərtib edilmiş İXP ******* nömrəli X15 protokolla müəyyən olunur ki, 03 mart 2022-ci il tarixində Hüseynov X5-Mincivan yolunun 150-ci km-də etibarnamə əsasında idarə etdiyi “MERCEDES BENZ AKTROS 1835LS YÜK” markalı, **- TX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 04 mart 2022-ci il tarixdə Füzuli Rayon Əhmədiyyə kəndində Füzuli rayon X7 Xidmətləri Mərkəzi və Əhmədiyyə Bələdiyyəsi tərəfindən tərtib edilmiş aktda qeyd olunmuşdur ki, 03 mart 2022-ci il tarixdə Bakı-Horadiz Şosse yolunun Əhmədbəyli kənd yaşayış məntəqəsinin ərazisində sahibkar Səxavət Niftəliyevə məxsus bir baş 5 yaşlı qonur rəngli, boğaz, orta köklükdə inək yoldan keçərkən şosse yolda hərəkət edən ağır yük **-ZG-*** nömrəli qeydiyyat vasitəsi ilə avtoqəza törədilmişdir. Həmin heyvan aldığı travmadan ətraf orqanlarının və daxili orqanların zədələnməsindən daxili qanaxmadan qısa müddətdə tələf olmuşdur. Tələf olmuş heyvana komisiya üzvləri tərəfindən baxış keçirilmiş və heyvanın qəza nəticəsində aldığı travmadan ölməsi təsdiq olunmuşdur. Heyvanın mövqeyi nəzərə alınaraq vəziyyəti, köklük dərəcəsi, yaşı, boğazlığı və s. bazar qiymətinə uyğun olaraq 1800 (min səkkiz yüz) manat qiymətləndirilməsi məsləhət bilinmişdir. İddiaçı Qiyam oğlu tərəfindən 03 mart 2022-ci il tarixdə Füzuli rayon Polis Şöbəsinə ünvanlanmış izahatda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində ona və əmisioğlu Balaş Niftalıyevə məxsus iri buynuzlu heyvanları (inəkləri) otlaq sahəsindən yaşadıqları Əhmədbəyli kəndinə gətirilərkən Hacıqabul-Mincivan yolunun 150ci km yolu keçərkən “MERCEDES BENZ AKTROS 1835LS YÜK” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobilin sürcüsü ona məxsus bir baş iri buynuzlu heyvanı (inəyi) vuraraq tələf etmişdir. Ona dəymiş zərərin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. X9 tərəfindən 03 mart 2022-ci il tarixdə Füzuli rayon Polis Şöbəsinə ünvanlanmış izahatda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində ona və əmisioğlu İddiaçı məxsus iri buynuzlu heyvanları (inəkləri) otlaq sahəsindən yaşadıqları Əhmədbəyli kəndinə gətirilərkən Hacıqabul-Mincivan yolunun 150-ci km yolu keçərkən “MERCEDES BENZ AKTROS 1835LS YÜK” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobilin sürcüsü bir baş iri buynuzlu heyvanı (inəyi) vurarmuş,heyvan zərbədən yıxılmış, sonra qalxaraq yoluna davam etmiş və bir qədər sonra yenidən yıxılmışdır. Bu zaman o həmin heyvanın öldüyünü görmüşdür. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Ölmüş heyvan onun əmisioğlu İddiaçı məxsus olmuşdur. Cavabdeh tərəfindən 03 mart 2022-ci il tarixdə Füzuli rayon Polis Şöbəsinə ünvanlanmış izahatda qeyd olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 17:30 radələrində etibarnamə əsasında idarə etdiyi “MERCEDES BENZ AKTROS 1835LS YÜK” markalı, **- TX-*** qeydiyyat nişanlı avtomobilin Hacıqabul-Mincivan yolunun 150-ci km hərəkətdə olarkən anidən qarşısına iri buynuzlu heyvan (inək) çıxmış, bu zaman onları vurmamaq üçün o avtomobili yolun soluna çəkmiş, lakin heyvanlardan bir başı avtomobilin qarşı tərəfinə dəyərək yıxılmış, daha sonra ayağa duraraq yolun kənarına qaçmışdır. O, avtomobili bir qədər irəlidə saxlamış və sonradan heyvanın tələf olduğunu bilmişdir. Hadisə zamanı onun avtomobilində və heyvanları aparan şəxslərdə heç bir bədən xəsarəti olmamışdır. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 16 aprel 2021-ci il tarixdə verilmiş AE N117381 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ AKTROS 1835LS YÜK” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 14 dekabr 2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-ZG-*** nömrə nişanlı PACTON X1 mülkiyyətindədir. Bakı şəhəri 26 saylı Notariat Ofisi tərəfindən 22 fevral 2022-ci il tarixdə verilmiş ƏN- Vİİİ № 184993 nömrəli etibarnamədən görünür ki, **-ZG-*** nömrə nişanlı PACTON Yarımqoşqu, mülkiyyətçisi X12 tərəfindən xx.xx.2023-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək, bağışlamaq, ipotekaya qoymaq, sərəncam vermək və digər hərəkət etmək, qeydiyyata salmaq və qeydiyyatdan çıxartmaq və ərizə vermək üçün Cavabdeh etibar edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ Qİİ /5 saylı Asan Xidmət Mərkəzi tərəfindən 16 aprel 2021-ci il tarixdə verilmiş ƏN-V№ 578777 nömrəli etibarnamədən görünür ki, “MERCEDES BENZ AKTROS 1835LS YÜK” markalı, **-TX-*** qeydiyyat nişanlı avtomobil, mülkiyyətçisi X10 tərəfindən xx.xx.2027-ci il tarixədək nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh etibar edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələri. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... ...152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.... ...152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələri: Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. İddia tələbindən görünür ki, Cavabdeh 22 fevral 2022-ci il tarixdə verilmiş ƏN-Vİİİ № 184993 nömrəli və 16 aprel 2021-ci il tarixdə verilmiş ƏN-V№ 578777 nömrəli etibarnamələr üzrə idarə etdiyi “MERCEDES BENZ AKTROS 1835LS YÜK” markalı, **- TX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini və onun qoşqusu olan **-ZG-*** dövlət nişanlı nəqliyyat vasitəsini idarə edərkən, iddiaçıya məxsus bir baş qaramalı avtomobilin qabaq tərəfi ilə vurmuş, aldığı zədələrdən qaramal hadisə yerində ölmüşdür. Araşdırma zamanı Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən olunduğundan barəsində xx.xx.2022ci il tarixli İXP ******* №-li protokol tərtib edilmişdir. Hadisə nəticəsində tələf olmuş qaramala Füzuli rayon X7 Xidmətləri Mərkəzinin rəisi tərəfindən baxış keçirilmiş və müəyyən olunmuşdur ki, nəqliyyat vasitəsi ilə vurulması nəticəsində inək tələf olmuşdur. İnəyin köklük dərəcəsi, yaşı, boğazlığı və sairə nəzərə alınaraq bazar qiymətinə uyğun olaraq inək 1800 (bir min səkkiz yüz) manat dəyərində qiymətləndirilmiş, iddiaçı isə cəvabdehdən bu məbləğin tutularaq, ona ödənilməsini tələb edir. İşin müəyyən olunmuş faktiki hallarını nəzərə almaqla və mülki qanunvericiliyin göstərilən müddəlarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, Cavabdeh törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçının əmlakına vurulmuş maddi zərərə görə cavabdehin mülki hüquqi məsuliyyəti yaranmışdır. Buna əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən törədilmiş hüquq pozuntusu nəticəsində iddiaçının əmlakına vurulmuş zərərin həcmi kimi Füzuli rayon X7 Xidmətləri Mərkəzinin aktı əsas götürülməli və son nəticədə Cavabdeh 1800 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh mülki hüquq pozuntusu (delikt) nəticəsində ona vurulmuş zərərin əvəzi 1800 manat məbləğində pul tutularaq iddiaçıya İddiaçı ödənilməlidir. İddiaçı məcburi köçkün olduğuna görə dövlət rüsumu ödəməkdən azad olmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh mülki hüquq pozuntusu (delikt) nəticəsində ona vurulmuş zərərin əvəzi 1800 manat məbləğində pul tutularaq iddiaçıya İddiaçı ödənilsin. Ödənilməmiş 38 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və ya Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-1046/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1046/2023
10.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver