Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1073/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçı, Cavabdeh İsmayılova (Gülməmmədova) Fatma Manaf qızının iştirakı ilə, İddiaçı cavabdeh İsmayılova (Gülməmmədova) Fatma Manaf qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı İsmayılov İddiaçı (Gülməmmədova) Fatma Manaf qızına qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1983-cü il təvəllüdlü İsmayılova (Gülməmmədova) Fatma Manaf qızının Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllədə yerləşən 6 saylı evin 150-ci mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X6 Cavabdeh ilə 15 avqust 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. O da gəlini kimi onu mülkiyyətində olan mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir. Oğlu ilə cavabdeh birgə nikahda olduğu müddətdə iki uşaqları anadan olmuşdur - X4 və X5. Cavabdeh 2015-ci ildə kiçik uşağı 6 aylıq olarkən hər iki uşağını onun mülkiyyətində olan mənzildə qoyaraq ölkədən getmək istəmiş, lakin hansı səbəbdənsə Dövlət Sərhəd Xidməti tərəfindən onu ölkədən çıxmağa qoymamışdırlar. Cavabdehlə oğlu arasında bağlanmış nikah Suraxanı Rayon Məhkəməsinin 2(010)-3618/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikahın pozulması haqqında məhkəmədə iddia qaldıran cavabdeh hətta uşaqlardan imtina etmişdir. Uşaqlar onun yanında yaşayırlar. Cavabdeh uşaqları ilə belə maraqlanmır, onun olduğu yer ona məluma deyil. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş MH seriyalı, 074710 saylı Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllədə yerləşən 6 saylı evin 150-ci mənzili onun tam mülkiyyətindədir. Cavabdehin həmin mənzildən qeydiyyatdan çıxmaması səbəbindən onun həmin mənzilə faktiki sahiblik, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarım məhdudlaşdırılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbində qeyd olunanlara izahat verərək onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh həmin mənzil üzrə qeydiyyatdadır. Məhkəmə iclasında cavabdeh İsmayılova (Gülməmmədova) Fatma Manaf qızı hazırda orada yaşamadığını və 3 ildir ki oradan köçdüyünü bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - AR Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş, MH seriyalı və 074710 saylı “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllədə yerləşən 6 saylı evin 150-ci mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Suraxanı Rayon Məhkəməsinin 2(010)-3618/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2005-ci il tarixdə bağlanmış 10 nömrəli nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X1 ataları X2 yanında qalmaları qət edilmişdir. - xx.xx.2022-ci il tarixli, ******* nömrəli Arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X3 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4042/60-cı məhəllədə yerləşən 6 saylı evin 150-ci mənzili üzrə qeydiyyatdadır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, sözügedən mənzil müvafiq sənədə əsasən 1997-ci ildən tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Cavabdeh 2005-ci ildə iddiaçının oğlu ilə ailə qurandan sonra sözügedən mənzilə köçmüşdür. Həmin mənzildə cavabdeh qeydiyyatdadır. İddiaçı, hesab edir ki, cavabdehin həmin mənzilə istifadə hüququna xitam verilməlidir. Cavabdeh iddia tələbinə etiraz etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan müasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2005-ci il tarixdə yarandığından, qeyd olunan mübahisəli məsələyə AR MM-nin 228-ci maddəsinin müddəalari tətbiq edilməldir. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki Məcəllənin qeyd edilən maddəsinin məzmunundan göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Hazırkı işdə isə iddiaçı tərəfindən cavabdehə qeyd olunan mənzildən istifadə hüququ ilə bağlı notarial qaydada razılığın verilməsi işin halları ilə müəyyən edilmir.Tərəflər izahatlarında da, belə bir halın olmadığını qeyd edirlər. Deməli, cavabdehin qeyd olunan mənzilə istifadə hüququ mövcud deyildir. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir..... Daha sonra qeyd edilir ki, Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Məhkəmə toplanmış sübutlara yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək hesab edir ki, hazırkı işdə cavabdehin mübahisəli mənzilə istifadə hüquqlarının olması müəyyən edilmədiyinə görə istifadə hüquqlarının itirilməsi tələbi də müzakirə edilə bilməz. Belə ki, olmayan hüquq itirilə bilməz. Cavabdehin mənzilə qeydiyyatının olması isə onun istifadə hüquqlarının olması anlamına gəlmir. Çünki, mənzilə qeydiyyat özü-özlüyündə istifadə hüququnun olmasının göstəricisi deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, iddiaçı tərəfin təqdim etdiyi sübutlarla cavabdeh tərəfin mənzilə istifadə hüququnun olması təsdiq edilmədiyinə görə istifadə hüququna xitam verilməsi barədə iddia tələbi də təmin edilə bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cəbı̇ l oğlunun Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1073/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1073/2023
15.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver