Məhkəmə qərarları › İş №2(010)-1083/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1083/2025

01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1083/2025 01.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh “Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1405 AZN (min dörd yüz beş manat) məbləğində sığorta ödənişi və 34.05 manat (otuz dörd manat beş qəpik) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması. İddia tələbinin dəlilləri “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Corolla” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş “İndividual Services” tərəfindən verilmiş “Yekun Qüsur aktına əsasən “Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1405 AZN (min dörd yüz beş manat) məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Mərkəzi X5 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair" qaydaya uyğun olaraq zərərçəkənin idarə etdiyi “Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq ZBT-139772/23 nömrəli ödəniş tapşırğından və kart hesabından çıxarışdan göründüyü kimi “Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə görə zərərçəkmiş X1 1405 AZN (min dörd yüz beş manat) sığorta ödənişi həyata keçirmişdir. İddia ərizəsinə əlavə olunmuş subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 1405 AZN ( min dörd yüz beş manat) məbləğində pulun ödənilməsi tələbi “Xalq Sığorta Şirkəti" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsi tarixində “Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası "Xalq Sığorta Şirkəti” ASC-də sığortalanmışdır. Cavabdehnun idarə etdiyi “Toyota Corolla” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtonəqiiyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "Yol-nəqüyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair" qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 1405 AZN ( min dörd yüz beş manat) məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC-yə ödənilmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli olan Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüquqları yaranmışdır. Belə ki, xx.xx.2023-cü il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və xx.xx.2023-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan da göründüyü kimi Cavabdeh İXM-nin 327.6 və 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş izahatlarda da onun hadisə yerini tərk etdiyi təsdiq olunmuşdur. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 1405 AZN ( min dörd yüz beş manat) məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Tərəflərin izahatları İddiaçının məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək, izahatında göstərdi ki, zərərçəkmiş şəxs maşını yüksək sürətlə idarə edirmiş, özü də etiraf etmişdi ki, xəstəxanaya xəstə çatdırmalı idi, ona görə sürətli sürürdü. Sığorta əvvəl 300 manat müəyyən etmişdi. Polisin nümayəndəsi maşına baxış keçirən zaman o da orada imiş. Avtomobilin xarici görünüşündə heç bir dəyişiklik yox idi. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin qeyd etdiyi 1400 manat miqdarında zərərçəkmiş şəxsin avtomobilinə ziyanın dəyməsi polisin təəccübünə səbəb olmuşdur. 1400 manat ödəməyə maddi imkanları yoxdur. Qızının polisdən yayındığını deyirlər, lakin elə olmamışdır. Polis idarəsinə qızı zərərçəkmişdən də tez getmişdir. 08 aprel 2025-ci il tarixli məhkəmə iclasında dindirilən Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçının tələbi əsassızdır. O, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ilə əlaqə saxlamış, ona bildirmişlər ki, bu gün gələcəklər, lakin gəlməmişlər. Hadisə iki il əvvəl olmuşdur. O, həmin vaxt həyəcanlı imiş, anasının da halı pisləşmişdir. Əgər o, təqsirkar olsa idi, məhkəməyə gəlməzdi. Polisə yaxınlaşmış, lakin polis yol polisinə yaxınlaşmalı olduğunu bildirmişdir. O, yaxınlıqdakı yol polisi idarəsinə getmiş, ona qarşı çox yaxşı davranmışlar. İlk dəfədir ki, belə hadisə baş verirdi. Yol polisində ona qərarı dəyişə bilməyəcəklərini bildirmişlər. İş materialları TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xəta nəticəsində ünvan 1 ünvanında yaşayan xx.xx.1969-cu il təvəllüdlü X1 maddi ziyan dəymişdir. TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə icbari sığorta bürosundan çıxarışdan görünür ki, hadisə baş verən vaxt, yəni xx.xx.2023-cü il tarixdə Honda CRV” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşın "Xalq Sığorta” Şirkəti ASC tərəfindən sığortalanmışdır. "xxxx" Sığorta Şirkəti ASC-nin texniki ekspertizasının “nəqliyyat vasitəsinin yol nəqliyyət hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabat”ından görünür ki, “Honda CRV” minik markalı ** GK *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 1405 manat məbləğində ziyan dəymişdir. «İndividual Services»in qüsur aktından müəyyən olunur ki, “Honda CRV” markalı ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşına ümumilikdə 1405 manat məbləğində ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli ödəmə tapşırığından görünür ki, "Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən "Xalq Sığorta” Şirkəti ASC-nin xeyrinə 1405 manat məbləğində ödəniş edilmişdir. "xxxx" Sığorta Şirkəti ASC-i xx.xx.2024-cü il tarixli Cavabdeh Mais qızına ünvanladığı bildirişdən müəyyən olunur ki, iddiaçı cavabdehdən ödənilmiş zərər məbləğini məktubu aldıqdan sonra 10 iş günü ərzində ödəməsini xahiş etmiş, əks təqdirdə, məhkəməyə müraciət etmək məcburiyyətində qalacaqdır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanun Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəllə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İnzibati Xətalar Məcəlləsi 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Corolla” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində ”Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər vurulmuşdur. TP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. ”Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomobil hadisə baş verən tarixdə "xxxx" Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığorta”sı növü ilə sığortalanmışdır. "Xalq Sığorta” Şirkəti ASC tərəfindən hadisə nəticəsində zərər dəymiş ”Honda CRV” markalı, ** GK *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibinə 1405 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Cavabdeh idarə etdiyi “Toyota Corolla” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən yol- nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərlə bağlı 1405 AZN məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC-yə ödənilmişdir. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 1405 manat həcmində subroqasiya hüququ yaranmışdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 1405 (bir min dörd yüz beş) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Atəşgah Sığorta Şirkəti” ASC-nin xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 34.05 (otuz dörd manat beş qəpik) manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 1405 (bir min dörd yüz beş) manat və ödənilmiş dövlət rüsumuna görə 34.05 (otuz dörd manat beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Atəşgah Sığorta Şirkəti” ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar