Məhkəmə qərarları › İş №2(010)-1098/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1098/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1098/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi ilə, X1 Cəmiyyəti «xxxx» Sığorta Şirkətinin Cavabdeh2 oğuna və Cavabdeh1 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 Cəmiyyəti «xxxx» Sığorta Şirkətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxx 2021-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2021-ci il tarixdə SMS-bildiriş göndərilməsinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmçinin iddiaçı iddia ərizəsinə iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə əlavə edərək, Cavabdeh2 məxsus “Ford Transit” yük markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbsin qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5843/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadına əsasən hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək “Ford Transit” yük markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Republikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli qərarında göstərilmişdir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X1 Cəmiyyəti «xxxx» Sığorta Şirkətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5843/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə görülmüş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Cəmiyyəti «xxxx» Sığorta Şirkətinin Cavabdeh2 oğuna və Cavabdeh1 qarşı “subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5843/2020 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar