Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-11/2022 07.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X14 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 8000 manat maddi və 10000 manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 24 aprel 2017-ci il tarixdə 4 saylı Bakı “Asan xidmət” mərkəzində X15 ilə AN-İ seriyalı, ******* №-li alqı-satqı müqaviləsini imzalayaraq ünvan 1 ünvanında yerləşən 0,0305 ha torpaq sahəsini almışdır. Həmin alqısatqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən sözügedən torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair 02 may 2017-ci il tarixli, RX seriyalı, ******* №-li çıxarış verilmişdir. Bundan təxminən bir ildən artıq müddət keçdikdən sonra Cavabdeh Kamandar qızı adlı şəxs məhkəməyə müraciət edərək sözügedən torpaq sahəsinin və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin ona məxsus olmasını iddia edərək məhkəməyə müraciət etmiş, adına olan çıxarışın ləğv edilməsini, onun həmin torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk növbədə, iddiaçının qeyd olunan tələblə bağlı iddia qaldırması tamamilə əsassızdır. Çünki iddiaçı sözügedən torpaq sahəsi üzərində subyektiv hüquqa malik olduğunu sübut edən heç bir sənədi məhkəməyə təqdim etməmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, guya o, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 19 A saylı evin nömrəsini “33 H” kimi dəyişdirməklə qanunsuz yolla həmin torpaq sahəsinə və evə dair sənədlər əldə edərək adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti 1 saylı Bakı Ərazi İdarəsindən çıxarış almışdır. Lakin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, 19 A saylı ünvan hazırda da mövcuddur. Yəni, əgər Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 19A saylı evin ünvanı iddia edilən kimi dəyişdirilsəydi, hazırkı zaman da mövcud ola bilməzdi. İddia tələbi ilə bağlı məhkəmə iclasında cavabdeh qismində cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X16 iddia tələbini qəbul etməyərək, iddiaçının tələb etdiyi evdən çıxarılma məsələsinə münasibət bildirərək qeyd etmişdir ki, qeyd olunan məsələ onların səlahiyyət dairəsinə aid deyil. Bundan əlavə, İddiaçı çıxarışı qanunsuz almasına münasibətdə bildirmişdir ki, İddiaçı qanuni surətdə alqı-satqısını həyata keçirdikdən sonra müvafiq orqanlara müraciət etmiş və yalnız bundan sonra müraciətin əsaslı olması və qanunvericiliyə uyğunluğu yoxlanılaraq onun aldığı Bakı şəhəri, Suraxanı rayonu, 40 il Oktyabr küçəsi, 33H saylı sahəyə çıxarış verilmişdir. Mübahisə predmeti olan 19 A saylı sahə isə X13 1987-ci il tarixli qərarı ilə başqa şəxsin mülkiyyətindədir. Buna görə də iddianın rədd ediməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi iddia tələbi tamamilə qanunsuz və əsassızdır, Cavabdeh Kamandar qızı bu hərəkəti ilə onun mülkiyyət hüququnu məhdudlaşdırmağa, onun üzərinə kölgə salmağa çalışmış, bununla da qanuvericiliklə qorunan hüquqlarını pozmuşdur. Mülkiyyətində olan mübahisəli evi 01 mart 2018-ci il tarixdən və aylıq kirayə haqqı 250 manat olmaqla kirayəyə vermək barəsində müştəri ilə razılığa gəlmişdir. Lakin həmin şəxs evlə bağlı məhkəmədə araşdırma getdiyini bildikdən sonra müqavilə bağlamaqdan imtina etmiş, bu səbəbdən 250 x 12 ay =3000 manat məbləğində maddi ziyan çəkmişdir. Məhkəmə iclaslarında iştirak etmək məcburiyyətində qaldığından məşğul olduğu kommersiya fəaliyyətində fasilələr yaranmış, biznes fəaliyyətində təxminən 5000 manat məbləğində gəlir itkisinə məruz qalmış, həmçinin mənəvi sarsıntılar keçirmişdir. Odur ki, həmin şəxsin əsassız və haqsız iddiası nəticəsində ona dəymiş maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə verərək məhkəmədən Cavabdeh maddi zərərə görə 4200 manat, mənəvi zərərə görə isə 800 manat məbləğində pulun alınıb ona ödənilməsini və ona məxsus ünvan 2 ünvanına kirayəçilərin narahat edilməsinin cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.08.2019-cu il tarixli, 2(010)-2976/2019 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh maddi zərərə görə 4200 (dörd min iki yüz) manat, mənəvi zərərə görə isə 800 (səkkiz yüz) manat, cəmi 5000 (beş min) manat məbləğində pulun alınıb İddiaçı ödənilməsi, iddiaçıya məxsus Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi 33H ünvanında yaşayan kirayəçilərə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi, iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bundan sonra, Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 01.08.2019-cu il tarixli, 2(010)-2976/2019 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və icraatın təzələnərək işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11.11.2021-ci il tarixli, 2(010)-6461/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06.11.2020-ci il tarixli, 2(010)-3894/2020 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş və işə təzələnərək mahiyyəti üzrə baxılması, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, ünvan 7 sahə və bu torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Cavabdeh isə əsassız olaraq bu evin özünə məxsus olduğunu iddia edir. Belə ki, o, bununla bağlı iddia ilə məhkəməyə müraciət etsə də məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, evin qanuni mülkiyyətçisi cavabdeh yox, odur. Buna baxmayaraq, cavabdeh ona mülkiyyətindən istifadə etməyə imkan vermir. Belə ki, Cavabdeh dəfələrlə evdə kirayədə qalan şəxsləri narahat edərək onları evdən uzaqlaşdırmış, nəticədə o da həmin şəxslərdən alacağı kirayə haqlarından məhrum olmuşdur. O, evi ilk dəfə Fəxrəddin adlı şəxsə bir il müddətinə kirayəyə vermiş, üç ayın kirayə haqqını – 1050 manat əvvəlcədən almışdır. Həmin şəxs bu evdə iki ay yaşamış, lakin sonradan cavabdehin onu narahat etməsi səbəbindən evdən çıxmışdır. Həmin şəxsin ödədiyi əlavə bir ayın pulunu ona geri qaytarmışdır. Bundan sonra, növbəti kirayə müqaviləsini Ələsgər adlı şəxslə bağlamışdır. Həmin şəxs evdə bir ay qalıb pulunu vermiş, ikinci ay isə artıq evdən çıxmaq istədiyini, yeni ev axtardığını demiş, ev tapdıqdan sonra çıxmışdır. O da bildirmişdir ki, Nigar adlı qadının tanışları mütəmadi olaraq onu narahat edir, evdən çıxmağını tələb edir. Bu şəxslərin Nigar xanımın tanışı olduğuna ona görə əmindir ki, onlar özlərini həm evdə qalan kirayəçilərə, həm də ona bu cür təqdim etmişdir. Hətta bu şəxslər ona etibarnamə göstərərək bildirmişlər ki, Cavabdeh nümayəndəsidirlər. Nigar xanımı şəxsən görməsə də onunla aralarında torpaqla bağlı uzunmüddətli məhkəmə mübahisələri olduğundan onun adını görən kimi tanımışdır. O, hər nə qədər torpağın və evin özünə məxsus olduğunu iddia edib həmin şəxslərdən bu hərəkətlərinə son qoymaqlarını tələb etsə də onlar davamlı olaraq gəlib kirayəçiləri narahat edərək onların evdən çıxmalarına səbəb olmuşlar. Hətta evin həyətində olan quş damı da yandırılmışdır. O, hesab edir ki, bunu da həmin şəxslər etmişdir. Bu hərəkətlərdən sonra ev təxminən altı ay bir, dörd ay da bir boş qalmış, bundan sonra ara-sıra 3-4 ay da boş qaldığı vaxtlar olmuşdur. Bu dövrdə mənzildə kirayə qalmış şəxslər özləri də təsdiq edirlər ki, özünü Nigar xanımın qohumları kimi təqdim edən bir neçə şəxs mütəmadi olaraq onlardan evi boşaltmalarını tələb etmiş, onlar da bu narahatçılıqdan bezib evdən çıxmışlar. Təxminən məhkəmənin qiyabi qətnaməsi çıxdığı vaxtdan etibarən artıq iki ildir ki, cavabdeh bu hərəkətlərini təkrarlamır. Lakin onun keçmişdə bu cür hərəkətləri olduğundan ona maddi və mənəvi zərər dəymişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddiaya etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 2005-ci ildə qohumların köməkliyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev (keçmiş Oktyabrın 40 illiyi) küçəsində torpaq sahəsi alaraq, orada iki otaq və yardımçı tikililərdən ibarət fərdi yaşayış evi tikdirmiş, həmin evdə yaşamağa başlamışdır. Lakin 2008-ci ildə yol çəkilişi ilə əlaqədar evi Bakı şəhəri Suraxanı Rayon icra Hakimiyyəti tərəfindən sökülmüşdür. Sonradan məlum olmuşdur ki, həmin evin sökülməsinə ehtiyac yox imiş. Bunu bildikdən sonra müxtəlif instansiyalara müraciət etdikdə ona bildirmişlər ki, evi bərpa olunacaqdır. Bundan sonra evin bərpası ilə bağlı məsələlərin həlli üçün savadlı bir vəkil tapıb onunla müqavilə bağlamaq qərarına gəlmişdir. Qohumları Rafaelə müraciət etməsini məsləhət bilmiş, Rafaellə görüşüb problemi bildirdikdə sonuncu, cavabdeh X6 anası Cəfərova Məryəm Qələndər qızını məsləhət görərək onun səriştəli, bacarıqlı, savadlı və təcrübəli vəkil olduğunu bildirmişdir. Məryəmlə görüşdüyündə o bildirmişdir ki, məsələnin həlli çox çətin olduğuna baxmayaraq, mümkündür. Bunun üçün Məryəm Cəfərova onlardan 15,000 manat pul istəmişdir. Zəminə Aslanovanın, Sevda Hüseynovanın, Telli Əsgərovanın, Natella Əsgərovanın, Ramin Əsgərovun və Hidayət Aslanovun şahidliyi ilə Rafaelə və Məryəm Cəfərovaya 10000 manat məbləğində pul vermişdir. Bununla yanaşı, Məryəm Cəfərovaya 07 aprel 2010-cu il tarixdə etibarnamə də vermişdir ki, sonuncu lazımi instansiyalarda adından çıxış edə bilsin. Bir müddət sonra Məryəm Cəfərova evin tikintisinə başlamış, tikinti gedən ərəfədə o və qohumları dəfələrlə həmin yerə gedərək tikinti işlərinin yaxşı getdiyinin şahidi olmuşlar. Bu ərəfədə Məryəm Cəfərova bildirmişdir ki, evə dair sənədləri artıq hazırlayıb və tikinti başa çatdıqdan sonra onları evin açarı ilə birlikdə təhvil verəcəkdir. Evin tikintisi tamamlandıqdan sonra Məryəm Cəfərova ilə görüşüb borclu qaldıqları 5000 manatı verməkləri müqabilində evin açarlarını təhvil verməsini xahiş eldikdə Məryəm Cəfərova bildirmişdir ki, evə çox xərci çıxıb, ona görə də əvvəl razılaşdıqları 5000 manat deyil, 35000 manat verməlidir. Həmin pul verilməyəcəyi təqdirdə isə evi təhvil verməyəcəkdir. Beləliklə, Məryəm Cəfərova ona məxsus olan evi zəbt etmiş və evi ona təhvil verməkdən imtina etmişdir. Odur ki, tərəfindən cavabdeh Cəfərova Məryəm Qələndər qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Samir Əliyev (keçmiş Oktyabrın 40 illiyi) küçəsində yerləşən evindən cavabdehin ailə üzvləri ilə birlikdə digər yaşayış sahəsi verilmədən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 dekabr 2012-ci il tarixli qətnaməsi ilə (hakim C.Qədimov, iş № 2(010)-2264/2012) onun Cəfərova Məryəm Qələndər qızına qarşı evdən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 04 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, İ.Vəliyev və A.Hüseynov, iş № 2(103)-3581/2013) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin iş üzrə 21 dekabr 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 14 fevral 2014-cü il tarixli qərarı ilə (hakimlər V.İbayev-sədrlik edən və məruzəçi, Ə.Əhmədov və M.Əhmədova, iş № 2(102)- 399/2014) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2014-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, F.Talışınski və İ.Əsədov, iş № 2(103)-12280/2014) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2264/2012 saylı iş üzrə 21 dekabr 2012-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, Cəfərova Məryəm Qələndər qızının ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Samir Əliyev (keçmiş Oktyabrın 40 illiyi) küçəsində yerləşən ona məxsus evdən çıxarılması qət edilmişdir. Cavabdeh Cəfərova Məryəm Qələndər qızı və vəkili Bağırov Abdul Ağacavad oğlu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 20 noyabr 2014-cü il tarixli qərarı ilə (hakimlər T.Dəmirov-sədrlik edən və məruzəçi, Ə.Rüstəmov və T.Qoldman, iş № 2(102)-4397/2014) cavabdeh Cəfərova Məryəm Qələndər qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 may 2014-cü il tarixli, 2(103)-2280/2014 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarları icra edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnamələrin icra edilməsi Məryəm Cəfərovanın və onun qızı hazırkı cavabdeh Zəhra Cəfərovanın əsassız şikayətləri əsasında 1 il 6 ay müddətində yubadılmşdır. Nəhayət, 24 noyabr 2015-ci il tarixdə sözügedən qətnamə Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən icra edilərək, evin darvazasının açarı dəyişdirilməklə bir nüsxəsi ona verilsə də, məlum olmuşdur ki, ona məxsus evdə artıq Məryəm Cəfərova deyil, onun qızı Zəhra Cəfərova yaşayır. O yenidən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 25 aprel 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.Ağayev, iş № 2(010)- 2360/2016) cavabdeh X15 və onun ailə üzvlərinin ünvan 4 ünvanında yerləşən ona məxsus evdən çıxarılması, həmin evin boşaldılaraq ona təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nin 09 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səmədov və T.Əİiyev, iş № 2(103)-5639/2016) Zəhra Cəfərovanın apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin iş üzrə 25 aprel 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Zəhra Cəfərova qeyd olunan qətnamədən kassasiya şikayəti versə də Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 26 yanvar 2017-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov-sədrlik edən və məruzəçi, Ə.Mirzəliyev və A.Kalbalıyev, iş № 2(102)-407/2017) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin iş üzrə 09 sentyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə məlum olmuşdur ki, guya cavabdeh Suraxanı rayon X7 26 iyul 2004-cü il tarixli 11 №-li qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmaqla Suraxanı rayonu Bülbülə Bələdiyyə ehtiyyatı fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında cavabdeh X8 fərdi yaşayış evi tikmək məqsədi ilə 0,05 ha satılması qərara alınmış, daha sonra cavabdehlər X15 və Suraxanı rayon Bülbülə Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Bundan sonra cavabdeh Zəhra Cəfərova qeyd olunan sənədlərin əsasında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində 0,0305 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması haqqında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən 29.03.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışın alınmasına nail olmuşdur. Daha sonra isə cavabdehlər X15 və İddiaçı arasında bağlanmış və cavabdeh 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 24 aprel 2017-ci il tarixli AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsinə dair sonuncunun adına digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən 02.05.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarış verilmişdir. Yuxarıda qeyd olunan Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsi tərəfindən verilmiş qərar və aktın qanunsuz olmaqla, saxta və sonradan tərtib olunması ehtimalını təsdiq edən bir çox faktların olması açıqaşkardır. Belə ki, əvvəla belə bir sənədlər mövcud olsa idi, artıq 6 (altı) ildir davam edən məhkəmə proseslərində iştirak etmiş Zəhra Cəfərova tərəfindən məhkəməyə təqdim olunardı. Ancaq nədənsə bütün məhkəmə çəkişmələrində iştirak etmiş Zəhra Cəfərova Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsi tərəfindən ona torpaq sahəsinin ayrılması barədə qərar və aktın mövcud olmasını bildirməmiş, məhkəməyə belə bir sənəd təqdim etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 29.03.2017-ci il tarixli RX seriyalı, ******* №-li çıxarışda X6 adına dövlət qeydiyyatına alınmış əmlakın “Bakı səhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində 0.0305 kv.m. torpaq sahəsi” kimi göstərilməsinə, X15 ilə İddiaçı arasında bağlanmış və cavabdeh 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 24 aprel 2017-ci il tarixli, AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsində yuxarıda qeyd olunan əmlakın Zəhra Cəfərova tərəfindən İddiaçı satılmasının qeyd olunmasına baxmayaraq, nədənsə Azərbaycan Respublikası Əmlak Məsələiəri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 02.05.2017-ci il tarixli RX seriyalı, ******* №-li çıxarışda İddiaçı adına dövlət qeydiyyatına alınmış əmlak “Bakı səhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 40 il Oktyabr küçəsi, 33 H saylı sahədə 0,0305 kv.m. torpaq sahəsi” kimi qeyd olunmuşdur. Eyni zamanda, Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsi tərəfindən Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavininə ünvanlanmış 08.12.2016-cı il tarixli, 44 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsindəkl torpaq sahəsi bələdiyyə torpaqlarının hüdudlarından kənarda yerləşir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin 26.01.2017-ci il tarixli, 09/5-7 nömrəli məktubu ilə məlum olur ki, X8 fərdi yaşayış evinin tikintisi üçün 0.05 ha torpaq sahəsinin ayrılması haqqında Bakı şəhəri Bülbülə Bələdiyyəsinin 26.07.2004-cü il tarixli qərarı Mərkəzə daxil olmamışdır. Beləliklə, uzun illərdir davam edən məhkəmə iclaslarında iştirak edən Zəhra Cəfərovanın Bakı səhəri Bülbülə Bələdiyyəsi tərəfindən ona torpaq sahəsinin ayrılması haqqında qərarın və alqı-satqı aktının mövcud olmasını məhkəməyə bildirməməsi, alqı-satqı aktının Suraxanı rayon torpaq şöbəsi tərəfindən imzalanmamaqla, möhürlə təsdiq edilməməsi, həmin aktın torpaq şöbəsində qeydiyyata alınmalı olmasına baxmayaraq, qeydiyyata alınmaması, ümumiyyətlə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsindəki torpaq sahəsinin bələdiyyə torpaqlarının hüdudlarından kənarda yerləşməsi, həmçinin X8 fərdi yasayış evinin tikintisi üçün 0.05 ha torpaq sahəsinin ayrılması haqqında Bakı səhəri Bülbülə Bələdiyyəsinin 26.07.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə daxil olmaması, ümumiyyətlə mənə məxsus olan evin yerləşdiyi torpaq sahəsinin Zəhra Cəfərovaya ayrılmasının qeyri-mümkün olması onu deməyə əsas verir ki, cavabdeh Suraxanı rayon X7 26 iyul 2004-cü il tarixli 11 nömrəli qərarı, eyni zamanda cavabdehlər X15 və Suraxanı rayon Bülbülə Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair tərtib olunmuş akt uydurma olub, sözügedən sənədlər əvvəlki tarixə sonradan tərtib olunmaqla, saxtadır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində 0,0305 kv.m torpaq sahəsinin cavabdeh Zəhra Cəfərovanın adına xüsusi mülkiyyə kimi dövlət reyestrində qeydiyyata alınmasından - 29.03.2017-ci il tarixdən cəmi 25 gün sonra - 24.04.2017-ci il tarixdə həmin torpaq sahəsinin Zəhra Cəfərova tərəfindən guya İddiaçı satılması isə yalnız yuxarıda qeyd olunan məhkəmə aktlarının icrasına maneəçilik törətmək məqsədi daşımaqla, yalnız görünüş üçün bağlanmışdır. Bundan başqa, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən verilmiş 29.03.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışda X6 adına dövlət qeydiyyatına alınmış əmlakın “Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində 0,0305 kv.m. torpaq sahəsi” kimi göstərilməsinə, X15 ilə İddiaçı arasında bağlanmış və cavabdeh 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 24 aprel 2017-ci il tarixli AN-İ seriyalı, ******* nömrəli alqı-satqı müqaviləsində yuxarıda qeyd olunan əmlakın Zəhra Cəfərova tərəfindən İddiaçı satılmasının qeyd olunmasına baxmayaraq, nədənsə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 02.05.2017-ci il tarixli, RX seriyalı, ******* №-li çıxarışda İddiaçı adına dövlət qeydiyyatına alınmış əmlak “ünvan 7 sahədə 0,0305 kv.m. torpaq sahəsi” kimi qeyd olunmuşdur. Zəhra Cəfərova tərəfindən İddiaçı “Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində 0,0305 kv.m. torpaq sahəsi” satıldığı halda necə ola bilər ki, İddiaçı adına həmin əmlak dövlət reyestrində “Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 40 il Oktyabr küçəsi 33 H saylı sahədə 0.0305 kv.m. torpaq sahəsi” kimi qeyd olunur?!! Bütün bunlar Zəhra Cəfərova ilə İddiaçı əvvəlcədən əlbir olaraq, planlı səkildə onun əmlak hüquqlarını pozmaqla ona məxsus evin və onun yerləşdiyi torpaq sahəsini mənimsəmək, həmçinin X15 və onun ailə üzvlərinin ünvan 6 ünvanında yerləşən ona məxsus evdən çıxarılmaqla, həmin evin boşaldılaraq ona təhvil verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmək məqsədlərinin olduğunun göstəricisidir. Odur ki, cavabdehlər X8, İddiaçı, Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə və 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X3 qarşı qərarın, aktın, çıxarışların, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və sair tələblərlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etsə də, 19.03.2020-ci il tarixli, 2(010)-34/2020 saylı qətnamə ilə iddia ərizəsi təmin edilməmişdir. Qeyd olunan qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 10.09.2020-ci il tarixli, 2(103)-5449/2020 saylı qərardadı ilə qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.03.2020-ci il tarixli, 2(010)- 34/2020 saylı qətnaməsi ləğv edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə Bələdiyyə ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında X8 fərdi yaşayış evi tikmək məqsədi ilə 0,05 ha satılması barədə Bakı şəhəri Suraxanı rayon X7 26 iyul 2004-cü il tarixli, 11 nömrəli qərarının və X15 ilə Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair tərtib olunmuş aktın, həmçinin həmin sənədlərin əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən X6 adına verilmiş 29.03.2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışın mübahisələndirilməsinə dair iddia üzrə icraata İnzibati Məhkəmədə baxılmalı olması ilə əlaqədar xitam verilmişdir. Odur ki, qeyd olunan tələblərlə bağlı Bakı İnzibati Məhkəməsinə iddia qaldırılmasına hazırlıq məqsədi ilə pretenziya məktubu ilə tərəfindən Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, Bakı şəhəri Suraxanı rayonu Bülbülə bələdiyyə ehtiyyatı fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında X8 fərdi yaşayıs evi tikmək məqsədi ilə 0,05 ha satılması barədə Bakı səhəri Suraxanı rayon X7 26 iyul 2004-cü il tarixli 11 nömrəli qərarının və X15 ilə Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair tərtib olunmuş aktın, eyni zamanda X6 adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən 29.03.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələb olunmuş, əks təqdirdə tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı nəzərlərinə çatdırılmışdır. Hazırda müraciətin cavablandırılmasını gözləyir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ünvan 7 evin İddiaçı adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmasına dair verilmiş 02.05.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışda və adı çəkilən topaq sahəsinə dair 29.04.2017-ci il tarixdə verilmiş torpaq sahəsinin planı və ölçüsündə əsas döngə nöqtələrinin koordinatları aşağıdakı kimi qeyd edilmişdir. Yuxarıda da qeyd etdiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən ona verilməli olan evinin ətraf ərazinin görünüşünə xələl gətirdiyindən Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin kənarlarının abadlaşdırılması, o cümlədən yol kənarı tikililərin xarici görünüşlərinin müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən sökülüb yenidən bərpa edildiyindən 19.09.2019-cu il tarixli ərizə ilə Bakı şəhəri Suraxanı Rayon icra Hakimiyyətinə müraciət edərək, yuxarıda qeyd olunan koordinatlarda yerləşən ünvan 7 ünvandakı evin Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin kənarlarının abadlaşdırılması, o cümlədən yolkənarı tikililərin xarici görünüşlərinin müasirləşdirilməsi məqsədilə Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən fasadında və dam örtüyündə təmir-bərpa işləri aparılmış ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 19 A evlə eyni olub-olmaması barədə məlumat verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 08.10.2019-cu il tarixli, O-32-091 nömrəli məktubla müraciəti cavablandırılaraq bildirilmişdir ki, 29.04.2017-ci il tarixli, A№ 165422 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan döngə nöqtələrinin koordinatlarına əsasən müəyyən edilən torpaq sahəsindəki özbaşına tikili ətraf ərazinin görünüşünə xələl gətirdiyindən Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin kənarlarının abadlaşdırılması, o cümlədən yolkənarı tikililərin xarici görünüşlərinin müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində Bakı səhəri Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 2011-ci ildə abadlaşdırılaraq fasadında və dam öıtüyündə təmir-bərpa işləri aparılmış, torpaq sahəsinin hasarı Heydər Əliyev prospektindən görünən hissədə sökülərək yerində dekorativ səsqoruyucu divar inşa edilmiş, giriş üçün yeni darvaza quraşdırılmışdır. Eyni zamanda, o da bildirilmişdir ki, sözügedən tikiliyə dair mübahisəli məsələlərlə bağlı müxtəlif vaxtlarda tərəfindən verilmiş etibarnamə əsasında nümayəndə kimi Cəfərova Məryəm Qələndər qızı (X6 anası) Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etmiş, daha sonra, həmin tikili ilə bağlı yaranmış mübahisəyə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2280/2014 saylı iş üzrə qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Göründüyü kimi, mübahisələndirdiyi fərdi yaşayış evinin yerləşdiyi ünvana Zəhra Cəfərova və İddiaçı tərəfindən qanunsuz yolla yeni sənədlər alınmaqla ünvanı dəyişdirilsə də əvvəllər məhkəmə mübahisəsi predmeti olmuş və ona məxsusluğu təsdiq edilməklə ora köçürülməsi qət edilmiş ünvanla eyni olması bir daha öz təsdiqini tapmışdır. Bundan başqa, bu hal Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03.02.2020-ci il tarixli, 28429 nömrəli ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Belə ki, qeyd olunan rəylə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyetrsi Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 28.12.2019-cu il tarixli, **********42 saylı məktubla göndərilmiş yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələndirilən Cavabdeh iddia etdiyi və naturada göstərdiyi ölçülmüş 55 kv.m torpaq sahəsinin 305 kv.m (sxemdə qeyd olunan yaşayış evi olan hissə) reyestri nömrəsi **********50 olan çıxarışa əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. İddiaçı mülkiyyətində olan mübahisəli evi guya kirayəyə verə bilməməsi nəticəsində 3000 (üç min) manat məbləğində zərərə məruz qalmasının səbəbini qaldırdığı iddia üzrə məhkəmə prosesinin getməsi ilə əlaqələndirməsi, eyni zamanda məhkəmə iclaslarında iştirak etmək məcburiyyətində qaldığından məşğul olduğu kommersiya fəaliyyətində fasilələr yaranması nəticəsində təxminən 5000 (beş min) manat məbləgində gəlir itkisinə məruz qalmasını, həmçinin mənəvi sarsıntı keçirməklə bunu da 10000 (on min) manat məbləğində qiymətləndirməsi absurd olmaqla, gülünc doğurur. İddiaçı istinad etdiyi halları nə sübuta yetirə, nə də ki, öz tələbini əsaslandıra bilməmiş, ümumiyyətlə bu halların mövcudluğunun iddia tələbi ilə səbəbli əlaqəsinin olmadığının fərqinə belə varmamış, bunları iddia ərizəsində doğrudürüst şərh də edə bilməmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etməsinin özü də elə onun iddiasının əslində qondarma olduğunun bariz nümunəsidir. İddiaçı guya tərəfindən və ya göndərdiyi şəxslər tərəfindən mübahisəli evə gedib orada yaşayan kirayənişinlərə təzyiq göstərdiyi barədə iddiası da tamamilə əsassız və qondarmadır. Belə bir hal ümumiyyətlə baş verməmiş, nə o, nə də ki, tərəfindən göndərilən kimsə mübahisəli evə gedib kiməsə təzyiq-təsir göstərməmişdir. Əgər belə bir hal olsa idi polisə müraciət olunar və qanunla müəyyən edilmiş təbdirlər görülərdi. Bütün bunlar iddiaçının cəfəng uydurmalarından başqa bir şey deyildir. O, qanunla qorunan hüquq və mənafelərini qanuna uyğun şəkildə tələb edir və edəcəkdir də. Tərəfindən İddiaçı nə maddi, nə də ki, mənəvi zərər vurulmamış, əksinə 10 ildən artıq müddətdir ki, hüquq və mənafeləri Məryəm və Zəhra Cəfərovalar, eyni zamanda, onlara havadarlıq edib formal alqı-satqı müqaviləsi bağlayaraq, mübahisəli torpaq sahəsini öz adına rəsmiləşdirən İddiaçı tərəfindən pozulmuş, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına bilərəkdən maneçilik törədilmiş, min bir əzab-əziyyətlə inşa etdiyi evindən və torpağından məhrum vəziyyətindədir. Namiq Əliyev isə Bakı İnzibati Məhkəməsində qaldıracağı iddianın onun adına verilmiş çıxarışın ləğv ediləcəyi ilə nəticələnəcəyini və cinayət hüquqa zidd əməlləri barədə xüsusi qərardad çıxarılacağını bildiyindən hazırkı qondarma iddia ilə məhkəməyə müraciət etməklə, ona təsir göstərib hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyini əngəlləyəcəyini qarşısına məqsəd qoymuşdur ki, bu da yanlış üsuldur. İddiaçı iddia ərizəsində özünü vicdanlı alıcı kimi təqdim edib, məhkəməni yanıltmağa çalışmışdır. Halbuki, İddiaçı Zəhra Cəfərova ilə qeyri-rəsmi münasibətdə olan şəxs kimi mübahisəli torpaq sahəsinin Zəhra Cəfərovanın adına rəsmiləşdirilməsindən - 29.03.2017-ci il tarixdən az bir müddət - 26 gün keçməmiş, tələm-tələsik sonuncu ilə 24.04.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla mübahisənin həllini çətinləşdirməyə çalışıb, sanki iz itirmək məqsədi güdmüşdür. İddiaçılə Zəhra Cəfərovanın əvvəldən bir-birlərini tanımaqla, aralarında bağlanmış alqı-satqı müqaviləsinin real vəziyyəti əks etdirməyib, formal olmasını Bakı Apellyasiya Məhkəməsinin 12.08.2014-cü il tarixli, 2(103)-4279/2014 saylı qətnaməsinə nəzər yetirdikdə də öz təsdiqini tapır. Belə ki, qeyd olunan qətnamədən də göründüyü kimi, "xxxx" ASC cavabdehlər İddiaçı və X8 qarşı Bakı şəhəri Xəzər Rayon Məhkəməsində 94199 manat əsas borc və 2135 manat faiz borcu olmaqla, cəmi 96334 (doxsan altı min üç yüz otuz dört) manat məbləğində borcun tutulması, tutmanın X6 ünvan 9 ünvanındakı 15 saylı yaşayış evinə yönəldilməsi barədə iddia ərizəsi Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 22.04.2014-cü il tarixli, 2(003)-1012/2014 saylı qətnaməsi ilə təmin edilmişdir. Bütün bunlar isə bir daha onu təsdiq edir ki, İddiaçı Zəhra Cəfərova ilə qabaqcadan əlbir olub Azərbaycan Respublikası Ali Məhkəməsinin qararı ilə ona təhvil verilməli olan fərdi yasayış evinə dair aralarında formal alqı-satqı müqaviləsi bağlamaqla qanunla qorunan hüquq-mənafeyinə mühüm ziyan vurmuşlar. Hesab edir ki, iddiaçı öz tələbini əsaslandırmaq üçün məhkəməyə hər hansı mötəbər və təkzib olunmaz sübut təqdim etmədiyindən, həmçinin öz iddiasının əsası kimi istinad etdiyi halları nə sübuta yetirə, nə də ki, öz tələbini əsaslandıra bilmədiyindən iddia ərizəsi rədd olunmalıdır. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, pandemiya vəziyyəti və himayəsində azyaşlı uşaqlarının olması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Odur ki, işə iştirakı olmadan baxılaraq iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı və X10 arasında bağlanmış 08.01.2018-ci il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı ünvan 11 ünvanında yerləşən evi aylıq 350 manat kirayə haqqı ilə X1 vermişdir. Müqavilənin müddəti bir ildir. İddiaçı və Beşli oğlu Fəxrəddin Aslanoviç arasında bağlanmış 01.07.2018-ci il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı ünvan 11 ünvanında yerləşən evi aylıq 350 manat kirayə haqqı ilə Beşli oğlu Fəxrəddin Aslanoviçə kirayəyə vermişdir. Müqavilənin müddəti iki ildir. İddiaçı və X11 arasında bağlanmış 23.03.2018-ci il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı ünvan 11 ünvanında yerləşən evi aylıq 300 manat kirayə haqqı ilə X2 vermişdir. Müqavilənin müddəti bir il altı aydır. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X11 bildirmişdir ki, o, 2018-ci ildə İddiaçılə kirayə müqaviləsi bağlayaraq, ünvan 11 ünvanında yerləşən evə köçmüşdür. O, bu evdə təxminən bir ay on beş gün yaşamışdır. Bu evdə yaşadığı dövrdə bir dəfə yoldaşı ona demişdir ki, evə tanımadığı adamlar gəlmiş, bu evin Nigar adlı xanıma məxsus olduğunu bildirmiş, evdən çıxmalarını tələb etmişdir. Bundan sonra bir dəfə də evə polis əməkdaşı gələrək bu evin Nigar xanıma məxsus olduğunu demişdir. Bütün bunlardan sonra onlar evi tərk etməli olmuşlar. Məhkəmə iclasında şahid kimi ifadə vermiş Beşli oğlu Fəxrəddin Aslanoviç bildirmişdir ki, o, İddiaçılə 2018-ci ildə kirayə evə axtaran zaman tanış olmuşdur. Belə ki, həmin vaxt ona deyilmişdir ki, İddiaçı adlı şəxsin Suraxanıda, “saatın yanında” həyət evi var və evi kirayəyə verir. Bundan sonra o, həmin evlə maraqlanmış, evin sahibi kimi tanıdığı Namiqlə razılaşdıqdan sonra aralarında kirayə müqaviləsi bağlanmışdır. Aralarındakı razılığa əsasən o, ayda 350 manat kirayə haqqı ödəməli idi. Lakin o, ailəsi ilə birlikdə bu evdə cəmi iki ay qala bilmişdir. Belə ki, evə köçdükdən 10-15 gün sonra o, işdə olarkən evə tanımadıqları bir neçə şəxs gələrək evdən çıxmaqlarını tələb etmişdir. Onlar evin Nigar adlı xanıma məxsus olduğunu, evlə bağlı məhkəmə mübahisəsi olduğunu, bu səbəbdən evi tərk etməli olduqlarını demişdir. Bu hal demək olar ki, hər gün təkrarlandıqdan sonra o, Namiqlə görüşərək evdən çıxmaq istədiyini demiş, ona yeni ev axtarmaq üçün vaxt verməsini istəmişdir. Bundan sonra 20 gün evdə pulsuz qalmış, köçmək üçün ev axtarmışdır. Hətta bu müddətdə də həmin şəxslər evə gəlib onları narahat etmişdir. Ev tapdıqdan sonra evdən ailəsi ilə birlikdə birdəfəlik çıxmışdır. Əslində isə bu hadisələr olmasa idi həmin evdə uzun müddətdə kirayə qalmaq fikri olmuşdur. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X10 bildirmişdir ki, İddiaçı tanıyır. Belə ki, ona məxsus Bülbülə qəsəbəsi, 19 H ünvanında yerləşən evdə kirayə qalmışdır. İddiaçılə arasında bağlanmış müqavilə bir illik olsa da o, bu evdə bir ay yaşaya bilmişdir. Buna səbəb isə o olmuşdur ki, özlərini Nigar adlı şəxsin adamları kimi təqdim edən bir neçə şəxs davamlı olaraq evə gəlib evin Nigar xanıma məxsus olduğunu iddia edərək ondan evdən çıxmasını tələb etmişdir. Bu hərəkətlər demək olar ki, bir ay ərzində iyirmi dəfə təkrarlandığına görə sonda məcbur olub evdən çıxmalı olmuşdur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 12 ünvanında yerləşən 0.0305 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Bu torpaq sahəsi 24.04.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X15 tərəfindən hazırkı iş üzrə İddiaçı satılmış, 02.05.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Hazırkı iş üzrə Cavabdeh ilə əvvəlcə X15 və daha sonra İddiaçı arasında bu torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi ilə bağlı 2012-ci ildən hazırkı tarixədək davam edən məhkəmə mübahisələri olmuşdur. Bu mübahisələrin ümumi mahiyyəti ondan ibarət olmuşdur ki, Cavabdeh iddiasına görə mübahisəli evin yerləşdiyi torpaq sahəsini 2005-ci ildə alaraq ev tikmiş, 2008-ci ildə yol çəkilişi ilə əlaqədar ev Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən sökülmüş, evin bərpası məqsədilə X6 anası Cəfərova Məryəm Qələndər qızına etibarnamə vermiş və sonuncu evin bərpa edilməsinə nail olduqdan sonra onu iddiaçıya qaytarmaqdan imtina etmişdir. Cəfərova Məryəm Qələndər qızı isə həmin torpaq sahəsini 2005-ci ildə özünün aldığını və orada mübahisəli evi tikdiyini, 2008-ci ildə yol çəkilişi ilə əlaqədar evin Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən söküldüyünü, sonradan etdiyi şikayətlərin nəticəsi olaraq Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin məcburiyyət qarşısında qalıb evini bərpa etdirdiyini, evin ona məxsus olduğunu bildirmişdir. Bu məhkəmə mübahisələrindən ikisi - Cavabdeh Cəfərova Məryəm Qələndər qızına, daha sonra X8 qarşı qaldırdığı ünvan 13 ünvanında yerləşən evdən çıxarılma tələblərinə dair iddiaları yekunda təmin edilsə də onun X15 ilə İddiaçı arasında bağlanmış 24.04.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, bu müqavilə əsasında İddiaçı adına verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddia təmin edilməmişdir. X8 torpaq sahəsinin satılması barədə bələdiyyə qərarının, bələdiyyə torpaqlarının alqısatqısına dair aktın və X8 verilmiş çıxarışın etibarsız hesab edilməsinə dair iddiaya isə bu hissədə işə inzibati icraat qaydasında baxılmalı olduğundan xitam verilmişdir. Cavabdeh tərəfindən verilmiş etirazdan və etiraza əlavə edilmiş pretenziya məktublarından görünür ki, Cavabdeh X8 verilmiş çıxarışın etibarsızlığını inzibati icraat qaydasında mübahisələndirmək üçün hazırlıq mərhələsindədir. Hazırkı mübahisə isə ünvan 2 ünvanına yerləşən evi kirayəyə verən İddiaçı iddiası üzrə bu ünvanda yaşayan kirayəçilərin evdən çıxarılmasına gətirib çıxaran hərəkətlərin Cavabdeh qadağan edilməsi və cavabdehin bu hərəkətləri nəticəsində dəymiş zərəri ödəməsi ilə bağlıdır. Bu mübahisənin həlli üçün ilk növbədə nəzərə alınmalıdır ki, müvafiq torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququna dair hər nə qədər uzun sürən məhkəmə mübahisələri olsa da hazırda işin faktiki halı ondan ibarətdir ki, bu torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmış mülkiyyətçisi İddiaçıdur. Həmçinin, o da nəzərə alınmalıdır ki, İddiaçı verilmiş çıxarışın, eləcə də bu çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair Cavabdeh tərəfindən qaldırılmış iddia təmin edilməmişdir. Cavabdeh hazırda inzibati qaydada mübahisələndirdiyi çıxarış torpaq sahəsinin İddiaçı əvvəlki mülkiyyətçisinin adına verilmiş çıxarışdır. Bütün bu qeyd edilən halların fonunda məhkəmə hesab edir ki, ünvan 2 ünvanına yerləşən 0.0305 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyətini tanımamaq üçün heç bir əsas yoxdur və cavabdehin etirazında göstərdiyi hallar İddiaçı torpaq sahəsinin mülkiyyətçisi olması faktını dəyişmir. Bu torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə gəldikdə isə həmin evin kim tərəfindən tikilmiş olması hazırkı mübahisənin predmeti olmasa da nəzərə alınmalıdır ki, bu evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi kimi İddiaçı bu ev üzərində “qanuni gözləntisi” vardır. Belə ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutlmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (İatridis Yunanıstana qarşı [BP], № 31107/96, § 54, ECHR 1999-İİ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il). İddiaçı əksinə, Cavabdeh isə hazırkı mərhələdə nə bu evin, nə də evin yerləşdiyi torpaq sahəsinin üzərində hər hansı hüququ olduğunu iddia etməsi üçün real əsas yoxdur. Bu baxımdan Cavabdeh ünvan 2 ünvanına İddiaçı məxsus torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayan kirayəçilərin evdən çıxarılmasını tələb etmək etmək hüququ olmamışdır. Lakin Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı hansısa maddi zərər dəydiyi iddia edilirsə, ilk növbədə bu hal sübut edilməlidir. Yəni iddiaçı sübut etməlidir ki, həqiqətən yuxarıda qeyd edilən evdə yaşayan kirayəçilər Cavabdeh hərəkətləri nəticəsində evdən çıxmış, bununla da iddiaçı aylıq kirayə gəlirindən məhrum olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Göründüyü kimi, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 08.01.2018-ci il tarixli, 23.03.2018-ci il tarixli və 01.07.2018-ci il tarixli kirayə müqavilələrindən görünür ki, qeyd edilən tarixlərdə İddiaçı ilə müvafiq olaraq X10, X11 və Beşli oğlu Fəxrəddin Aslanoviç arasında kirayə müqavilələri bağlanmışdır. İddia tələbinin məhz bu kirayəçilərin cavabdeh tərəfindən narahat edilməsi nəticəsində evdən çıxmaları ilə bağlı olduğu nəzərə alındıqda həmin şəxslərin şahid kimi ifadələri iş üzrə mühüm əhəmiyyət kəsb edən mötəbər sübutdur. Bu şəxslərdən məhkəmə iclasında şahid kimi ifadə vermiş X11, Beşli oğlu Fəxrəddin Aslanoviç və X10 hər üçü təsdiq etmişdir ki, onlar həqiqətən İddiaçı ilə göstərilən tarixlərdə kirayə müqaviləsi bağlamışlar və evə köçdükdən qısa müddət sonra evin Nigar adlı xanıma məxsus olduğunu iddia edən şəxslər onlardan evdən çıxmalarını tələb etdiklərinə və bu tələb mütəmadi xarakter almaqla evdə dinc yaşayışlarına mane olduğuna görə evdən çıxmağa məcbur olmuşlar. Cavabdeh iddiaya etirazında kirayəçiləri narahat etməsi ilə bağlı qeyd edilənləri qəbul etməsə də məhkəmə bu evin yerləşdiyi torpaq sahəsi, eləcə də evlə bağlı İddiaçı ilə aralarında davam edən uzunmüddətli məhkəmə çəkişmələrini, Cavabdeh hazırkı iş üzrə etirazında İddiaçı torpaq sahəsinin qanuni mülkiyyətçisi kimi tanımadığını, torpağın əsl mülkiyyətçisinin özü olduğunu bəyan etməsini nəzərə alaraq hesab edir ki, onun bu evdə İddiaçı ilə bağlanmış kirayə müqavilələri əsasında yaşayan kirayəçilərə qarşı bu cür hərəkətlər etməsi gözləniləndir. Məhkəmə kirayəçilərə qarşı edilən hərəkətlərin Cavabdeh iradəsindən kənar həyata keçirilməsini istisna edir. Belə ki, ilk növbədə, cavabdehin məlumatı və yönləndirməsi olmadan kimlərinsə tanımadığı şəxslərin evinə gedib cavabdehin “maraqlarını qoruması” ağlabatan deyil. Digər tərəfdən, o da diqqətdə saxlanılmalıdır ki, məhkəmə iclasında ifadə verən şahidlərin hər üçü bildirmişdir ki, evə gələn şəxslər onlardan evdən çıxmaqlarını tələb edərkən İddiaçı ilə Cavabdeh arasında olan hansısa digər ədavətə istinad etməmiş, evin Cavabdeh məxsus olduğunu və məhz bu əsasla onların evdən çıxmalı olduqlarını bildirmişdir. Bu vəziyyətdə həmin şəxslərin mübahisənin mahiyyətini Cavabdeh öyrənməsi və məhz cavabdehin yönləndirməsi ilə həmin evə getmələri aşkardır. Belə olan halda məhkəmə kirayəçi-şahidlərin ifadələrini də nəzərə alaraq hesab edir ki, Cavabdeh evin kirayəyə verildiyi 2018-ci ildə bu evdə yaşamış yuxarıda adları qeyd edilmiş kirayəçilərdən evdən çıxmaqlarını təkidli şəkildə tələb etməsi və həmin şəxslərin məhz bu səbəbdən qısa müddət sonra evi tərk etmələri sübut edilmişdir. Cavabdeh hüquqazidd hərəkətləri ilə kirayəçilərin evdən çıxmaları arasında olan səbəbli əlaqə özünü onda göstərir ki, bu müqavilələr 1-2 il müddətində bağlanılmış olsa da kirayəçilərin heç biri evdə iki aydan artıq qalmamışdır. Buna səbəb isə artıq yuxarıda qeyd edildiyi kimi evin Cavabdeh məxsus olduğunu iddia edən şəxslərin onların evdən çıxmalarını təkidli şəkildə tələb etmələri olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində özünə dəymiş ziyanı – məhrum olduğu kirayə haqlarını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Bu zaman nəzərə alınmalıdır ki, İddiaçı və kirayəçi X10 arasında kirayə müqaviləsi 08.01.2018-ci il tarixdə, yəni digər kirayəçilərlə bağlanmış kirayə müqavilələrindən əvvəl bağlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı məhrum olduğu kirayə haqları məhz evin birinci kirayəçisi olan X10 ilə bağlanmış müqavilə əsasında hesablanmalıdır. Belə ki, X10 ilə bağlanmış kirayə müqaviləsi bir il müddətinə, aylıq 350 manat kirayə haqqı ödənilməsi qarşılığında bağlanmışdır. Bu isə o deməkdir ki, Cavabdeh hərəkətləri nəticəsində İddiaçı 12 ay ərzində hər ay 350 manat məbləğində kirayə haqqı almaq imkanından məhrum olmuşdur. Belə olan halda cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində iddiaçıya dəymiş zərər 4200 (12X35) manat təşkil edir. Odur ki, iddia dəymiş zərərlə bağlı hissədə əsaslıdır və təmin edilməlidir. Lakin məhkəmə iddianı mənəvi zərərlə bağlı hissədə əsassız hesab edir. Belə ki, “Ramazanov və digərlərinin” işi üzrə 29 oktyabr 2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Ali Məhkəməsi milli məhkəmələrə bu problemi tənzimləyən milli hüquq müddəalarının olmadığı üçün mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə riayət etməyi tövsiyə etmişdir. Adı çəkilən qərarın mənası məhkəmələrin Konvensiyanın zərərçəkən tərəfə ədalətli təzminatın kəsilməsi haqqında 41-ci maddəsinə birbaşa müraciətidir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 41-ci maddəsində qeyd edilir ki, əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir. Göründüyü kimi, mənəvi zərərə görə kompensasiya məsələlərinin həllində Avropa Məhkəməsinin təcrübəsinə müraciət etmək məhkəmələrə tövsiyə edilmişdir. “Kletsova Yusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X20 Hüquqları Məhkəməsi mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Avropa Məhkəməsinin müvafiq mövqeyini əsas götürməklə məhkəmə hesab edir ki, pozuntunun xarakteri nəzərə alınaraq Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində İddiaçı dəymiş zərərin ödənilməsinin ona dəymiş mənəvi zərəri ədalətli kompensasiya edir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Bundan başqa, İddiaçı iddia tələbində kirayəçilərin narahat edilməsinin cavabdehə qadağan edilməsini xahiş etsə də onun məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, təxminən iki ildir ki, cavabdeh tərəfindən bu hərəkətlər təkrarlanmır. Belə olan halda hazırkı vəziyyətdə cavabdehin bu hərəkətləri etməsinə qadağa qoyulmasına zərurət yoxdur. Nəzərə alınmalıdır ki, məhkəmə o halda bu qadağanın qoyulması nəticəsinə gələ bilərdi ki, cavabdeh tərəfindən hazırda da həmin hərəkətlər davam etdirilsin. Hazırkı işdə isə bu hal istisna edildiyindən iddia bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4200 (dörd min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-11/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-11/2022
07.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver