Məhkəmə qərarları › İş №2(010)-1110/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1110/2022

31.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1110/2022 31.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus **-OF-*** dövlət nömrə nişanlı maşının təmiri ücün mütəxəssis arayışına əsasən 3105 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən verilmiş AC №527132, 26,11,2015-ci il tarixli texniki pasporta əsasən, ** OF *** dövlət nömrə nişanlı, NİSSAN PRİMERÄ MİNİK avtomobili ona məxsusdur. Həmin avtomobilə 29 aprel 2021-ci il tarixdə Bakı şəhəri 31 saylı notariat ofisində etibarnamə ilə X1 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. Üçüncü şəxs X4 Cavabdeh ilə maşının 4500 manata ona satılması barədə 28.07.2021-ci i! tarixdə razılığa gəldikdən sonra, cavabdeh avtomobili sürmüş, avtomobil onun xoşuna gəldikdən sonra, onlar Bakı şəhəri 10 saylı notariat ofisinə gedərək, burada cavabdeh 3-cü şəxsə 400 manat pul vermiş, 100 manat pulu isə növbəti gün ödəyəcəyini bildirmiş, qalan pulu isə hər ay 300-400 manat ödəməklə tam ödəyəcəyinə söz vermişdir. Bundan sonra cavabdeh avtomobili götürüb çıxıb getmişdir. 3cü şəxs cavabdehə 100 manat pulu verməsi üçün növbəti gün zəng etmiş, cavabdeh telefona cavab verərək bildirmişdir ki, Gəncədə toydadır, 2 gündən sonra Bakıya gələcəkdir. O, Bakıya gəldikdən sonra 3-cü şəxsə zəng edib demişdir ki, maşının xarab çıxdı, mühərrik qızdırıb, dağılıb, gəl maşınını götür. 3-cü şəxs maşının yanına getmiş, o, maşının texniki pasportunu özündə saxlamış və bildirmişdir ki, onun 400 manatını qaytarıb verəndən sonra sənədi ona qaytaracaqdır. Bundan sonra 3-cü şəxs 31-ci Polis Bölməsinə şikayət etmiş, burada araşdırma aparılmış, maşının sənədini sahə rəisi cavabdehdən alıb 3-cü şəxsə qaytarmışdır. 3-cü şəxs cavabdehə avtomobili necə vermişdisə həmin vəziyyətdə ona qaytarmasım tələb etdikdə o, bildirmişdir ki, get özün necə istəyirsən, elə də düzəltdir. 3-cü şəxs cavabdehdən avtomobilin mühərrikinin təmiri üçün heç nə ala bilməyəcəyini görüb, servisə müraciət etmiş, burada avtomobilin mühərrikini söküb yerə qoyduqdan sonra "xxxx" MMC arayış vermişdir ki, avtomobilin təmirinə görə işçiyə zəhmət haqqı- 800 manat, ehtiyat hissələrinə 2305 manat, ümumi məbləğ isə 3105 manat pul tələb olunur. 3cü şəxs 05.08.2021-ci il tarixdən avtomobili servisde sökülü vəziyyətdə saxlamış, pul olmadığından maşını təmir etdirə bilməmişdir. 3-cü şəxs cavabdehdən avtomobilin təmiri xerçlərini tələb etsə də o, bunu verməkdən imtina etmişdir. Nəhayət bununla bağlı 3-cü şəxs məhkəməyə müraciət etmişdir. Ancaq, məhkəmə iddia ərizəsini 3-cü şəxsin avtomobilin sahibi olmaması əsası ilə ziyanı tələb etmək hüququ olmadığından baxılmamış saxlamışdır. Hazırda özü məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirdi, avtomobili üçüncü şəxsdən qəbul etdikdən sonra onun mühərrik yağını dəyişdiyini, lakin qısa müddət sonra avtomobilin mühərrikinin töküldüyünü bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 öz izahatında bildirdi ki, **-OF-*** dövlət nömrə nişanlı, NİSSAN PRİMERÄ minik markalı maşını Cavabdeh saz vəziyyətdə satmış, bundan qabaq avtomobilə mütəmadi olaraq texniki xidmət göstərmiş, sövdələşmədən az əvvəl mühərrikin də yağını dəyişmişdir. Ona görə də maşında hal-hazırda yaranan problem onun təqsiri ucbatından yaranmışdır. Məhkəmə tərəflərin və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyib və hazırkı iş üzrə toplanmış digər sübutlara qiymət verərək hesab edir ki, aşağıda qeyd olunanlara əsasən iddia təmin olunmamalıdır. İş materiallarında olan AC № 527132, 26.11.2015-ci il tarixli “Nəqliyyat vasitəsinin Qeydiyyat Şəhadətnaməsi”ndən görünür ki, əsasən, **-OF-*** dövlət nömrə nişanlı, NİSSAN PRİMERÄ minik markalı avtomobili İddiaçı məxsusdur. İş materiallarında olan ƏN-Vİİ 710185 nömrəli, 29.04.2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı **-OF-*** dövlət nömrə nişanlı, NİSSAN PRİMERÄ minik markalı avtomobillə bağlı X1 hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. İş materiallarında olan ƏN-V 577972 nömrəli, 28.07.2021-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən **-OF-*** dövlət nömrə nişanlı, NİSSAN PRİMERÄ minik markalı avtomobillə bağlı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. İş materiallarında olan 01.09.2021-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, **-OF-*** dövlət nömrə nişanlı, NİSSAN PRİMERÄ minik markalı avtomobilin təmirinə görə işçiyə zəhmət haqqı- 800 manat, ehtiyat hissələrinə 2305 manat, ümumi məbləğ isə 3105 manat pul tələb olunur. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, **- OF-*** dövlət nömrə nişanlı, NİSSAN PRİMERÄ minik markalı avtomobili İddiaçı məxsusdur və onun tərəfindən verilmiş etibarnamə əsasında X4 həmin avtomobili Cavabdeh idarə etmək üçün vermişdir. Tərəflərin izahatına görə, məqsəd avtomobilin pul tam ödənildikdən sonra onun cavabdehin adına keçirilməsi olub. Cavabdeh avtomobildə yaranmış nasazlıqlara əlaqədar olaraq hər ay həmin avtomobilə görə ödəməli olduğu pul məbləğinin ödənilməsindən imtina edərək həmin avtomobili geri qaytarmışdır. İddiaçı tərəf və üçüncü şəxs hesab edirlər ki, nasazlıq məhz avtomobilə cavabdehin laqeyid yanaşması və lazımi texniki xidmət göstərməməsi səbəbindən baş verib. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərini müvafiq sübutlarla əsaslandırmadığından təmin edilməməlidir. İddiaçı tələbini ona əsaslandırır ki, cavabdeh avtomobilə texniki xidmət göstərmədiyinə görə avtomobilin mühərriki xarab olmuşdur. Lakin, tərəflər öz izahatlarında, eləcə də, iddia tələbini dəstəkləyən üçüncü şəxs izahatında bildirir ki, o avtomobilə mütəmadi texniki xidmət göstərmiş, hətta cavabdehə verilməmişdən qabaq mühərrikin yağını da dəyişmişdir. Digər tərəfdən də, avtomobil cavanbdehə təhvil verilərkən hər hansı təhvil-təslim aktı tərtib edilməmişdir. Məhkəmədə belə bir qənaət formalaşır ki, avtomobilə cari texniki xidmətlər göstərilsə də, onun mühərrikini sıradan çıxara biləcək hansısa texniki qüsuru olmuşdur və avtomobil bu qüsurla cavabdehə təhvil verilmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hazırkı işə alqı-satqı müqaviləsindən irəli gələn müddəaları tətbiq etmir, çünki avtomobillə bağlı hər hansı alqı-satqı müqaviləsi tərtib edilməmişdir. Məhkəmə iddia tələbini Mülki Məcəllənin 21-ci maddəsinin tələbi baxımından yoxlayaraq hesab edir ki, tələb avtomobilin mühərrikinin məhz cavabdehin təqsirli hərəkəti nəticəsində sıradan çıxdığı öz təsdiqini tapmadığına görə əsassızdı və təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır” Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh Mahı̇ r oğluna qarşı "NİSSAN PRİMERA" minik markalı, **-OF-*** dövlət nömrə nişanlı avtomobilin təmiri üçün 3105 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 66.05 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar