Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1117/2022 01.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı Əlı̇ yeva Şöhrət Qulu qızının və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh Rəşı̇ d oğlunun və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Əlı̇ yeva Şöhrət Qulu qızının Cavabdeh Rəşı̇ d oğluna qarşı sahiblik və istifadə hüququnun pozulması ilə bağlı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Əlı̇ yeva Şöhrət Qulu qızı Cavabdeh Rəşı̇ d oğluna qarşı sahiblik və istifadə hüququnun pozulması ilə bağlı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsində yerləşən 23 nömrəli evə sahiblik və istifadə hüququnun X11 tərəfindən pozulmasının aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uşaqları - X3 və X2 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, ev 23-də pasport qeydiyyatındadırlar və orada yaşayırlar. O, Tarxanova Lumiyədən 2011-ci il tarixində 1 sot torpaq almış və orada ev tikib ailəsi və uşaqları ilə birlikdə yaşayır. 02.02.2008-ci il tarixində həyat yoldaşı X4 ilə münasibətləri pozulmuş və nikahları ləğv edilmişdir. Nikahları ləğv edildikdən sonra qonşu X11 onlara təzyiq göstərməyə başlamışdır. Zorla köhnə daşlardan hördüyü, 20 ilə yaxın yaşadığı evin hasarını sökmüş və ona bildirmişdir ki, evini söküb onu küçəyə atacaq, torpağını götürəcək. Hal-hazırda o və övladları qorxu içində yaşayır, tez-tez onlara hücum edir, tərbiyəsiz küçə söyüşlərilə onu və uşaqlarını təhqir edir, hüquqlarını pozur Cavabdeh Rəşı̇ d oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı Əlı̇ yeva Şöhrət Qulu qızının Cavabdeh Rəşı̇ d oğluna qarşı sahiblik və istifadə hüququnun pozulması ilə bağlı maneənin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən irəli sürülən tələblərin əsaslı olduğunu göstərən heç bir sübut məhkəməyə tədim edilməmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh Rəşı̇ d oğlu iddia tələbini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəmə təqdim etdiyi etiraz ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyib, işin hallarını və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - 18.10.2010-cu il tarixli Suraxanı Bələdiyyəsinin inventarlaşdırmaya dair hesabat cədvəlindən görünür ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 5-ci mədən küçəsində yerləşən 37 A nömrəli evin inventar dəyəri 22593 manat müəyyən edilmişdir. Obyektin mülkiyyətçisi kimi X5 qeyd edilmişdir. - 15.12.2011-ci il tarixli Suraxanı Bələdiyyəsinin inventarlaşdırmaya dair hesabat cədvəlindən görünür ki, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mağaza küçəsində yerləşən 23 nömrəli evin inventar dəyəri 32039 manatdır. Obyektin mülkiyyətçisi kimi İddiaçı göstərilmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən müvafiq kommunal ödənişlər həyata keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, Cavabdeh Rəşı̇ d oğlunun bacısıdır və qeyd olunan torpaq sahəsi ilə bağlı iddiaçının sənədi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, Cavabdeh Rəşı̇ d oğlunun yeznəsidir və qeyd olunan torpaq sahəsi tərəflərdən heç birinə aid deyildir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, Əlı̇ yeva Şöhrət Qulu qızının qonşusudur və qeyd olunan torpaq sahəsi məhz Əlı̇ yeva Şöhrət Qulu qızına məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, Əlı̇ yeva Şöhrət Qulu qızının qonşusudur və həmin fərdi yaşayış evinin tikildiyi torpaq sahəsini Tarxanova Lumiyədən satın almışdır. Məhkəmə şahid ifadələrinə tənqidi yanaşır və hesab edir ki, sübut əhəmiyyəti baxımından onların verdikləri ifadələr əhəmiyyətli deyildir. Məhkəmə belə nəticəyə gələrkən, şahidlərin verdikləri ifadələrin iddia tələbi üzrə nəticəyə gəlinməsində hər hansı bir rol oynamadığını əsas götürür. Məhkəmə hesab edir ki, iddiaçının sözügedən əmlakla bağlı sahiblik və istifadə hüququna cavabdeh tərəfindən maneələrin yaradılıb-yaradılmaması məsələsini araşdırmadan öncə, iddiaçının hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olubolmaması müəyyən edilməlidir. Çünki, iddiaçı bu tələblə məhdud əşya hüquqlarının qorunmasını xahiş edir. Mülki Məcəllənin 146.1.-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Hazırkı işdə tərəflərin izahatlarından müəyyən edilir ki, mübahisə predmeti olan əmlakla bağlı nə iddiaçının, nə də ki cavabdehin hüquqmüəyyənedici sənədləri var. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnun olması müəyyən edilmir. Çünki, mübahisəli əmlaka dair iddiaçının məhdud əşya hüququnu yarada bilən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Əlı̇ yeva Şöhrət Qulu qızının Cavabdeh Rəşı̇ d oğluna qarşı iddiaçıya məxsus Bakı şəhəri, Suraxanı rayonu, X.Ələkbərov küçəsi, ev 23-ə sahiblik və istifadə hüququnun Cavabdeh Rəşı̇ d oğlu tərəfindən pozulmasının aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-1117/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1117/2022
01.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver