Məhkəmə qərarları › İş №2(010)-112/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-112/2025

12.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-112/2025 12.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, 3-cü şəxs "xxxx" BOKT QSC-nin etibarnamə üzrə nümayəndəsi X* iştirakı ilə, İddiaçı cavabdehlər Respublika xammal və Əmtəə birjasının Cavabdeh2nə və Suraxanı Rayon İcra Şöbəsinə qarşı “əmlakı qiymətləndirmə nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Respublika Xammal və Əmtəə birjasının Cavabdeh2nə və Suraxanı Rayon İcra Şöbəsinə qarşı “əmlakı qiymətləndirmə nəticələrinin ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Gənclik küçəsində 0.07248 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli , *2 otaqlı, 90 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikası Respublika Xammal və Əmtəə birjasının "xxxx" MMC tərəfindən 450000 manat əmlakın qiymətləndirilməsi barədə 06 saylı 30.0*.2024-cü il tarixli hesabatının ləğv edilməsi və evinin real likvid dəyərinin Azərbaycan Respublikası Ekspertiza Mərkəzinin qiymətləndiricilərinin dəvət edilməsi ilə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdehlər Respublika xammal və Əmtəə birjasının Cavabdeh2 və Suraxanı Rayon İcra Şöbəsinin nümayəndələrinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" BOKT QSC-nin etibarnamə üzrə nümayəndəsi X2 işin baxılmamış saxlanılmasına razı olduqlarını bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0. və 259.0.6-cı maddələrinin tələbinə görə, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. İş materiallarına əlavə edilmiş *4*0*84596 nömrəli xx.xx.2024-cü il tarixli mədaxil qəbzinə əsasən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırmaq üçün İddiaçı tərəfindən *00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin **4.* və **4.*.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir (m. **4.2). Beləliklə, təsvir olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Respublika xammal və Əmtəə birjasının Cavabdeh2nə və Suraxanı Rayon İcra Şöbəsinə qarşı “əmlakı qiymətləndirmə nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, əlavə olunmuş sənədlərlə və ödənilmiş dövlət rüsumu ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Respublika xammal və Əmtəə birjasının Cavabdeh2nə və Suraxanı Rayon İcra Şöbəsinə qarşı “əmlakı qiymətləndirmə nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Ödəniş sistemində *4*0*84596 nömrəli xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsində iddia qaldırılması üçün ödənilmiş *00 manat dövlət rüsumu tam olaraq bu ödənişi həyata keçirən İddiaçı büdcədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar