Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1131/2021 04.06.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, onun nümayəndəsi Nümayəndə və nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 24000 manat məbləğində pulun,10000 manat mənəvi ziyanın və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı idia tələbini müdafiə edərək izahatında göstərdi ki, mülkiyyətində olan 2011-ci il istehsalı, BAN:JTMDU09J0B4032296, “TOYOTA LAND- CRUİSER MİNİK" markalı **-NR-*** dövlət qeydiyyat nişanı avtomaşınını satmaq məqsədilə 12 yanvar 2020-ci il tarixdə “Turbo.az” saytında elan yerləşdirmişdir. Bundan sonra Cavabdeh1 onunla əlaqə saxlayaraq qeyd olunan avtomaşını özünə məcxsus olan "MERCEDES BENZ E220 CDİ MİNİK" markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə dəyişdirilməsini, əlavə olaraq iddiaçıya 27000 manat məbləğində ödəniş etməyi təklif etmişdir. O, bu təkliflə razılaşaraq öz mülkiyyətində olan “TOYOTA LAND- CRUİSER MİNİK" markalı **-NR-*** dövlət qeydiyyat nişanı avtomaşınını Cavabdeh1 verərək əvəzində "MERCEDES BENZ E220 CDİ MİNİK" markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomaşını və 27000 manat pul almışdır. Beləliklə də, onlar öz aralarında ona məxsus olmuş “Toyota” markalı avtomaşını 51000 manata, Cavabdeh1 mülkiyyətində olmuş “Mercedes Benz” markalı avtomaşını isə 2400 manata dəyərləndirmişlər. Həmin müqavilənin bağlanmasından 4 ay keçəndən sonra onu Yasamal rayon DYP-nin əməkdaşları saxlamışlar və "MERCEDES BENZ E220 CDİ MİNİK" markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərində həbs olduğunu bildirərək həmin avtomobili cərimə meydançasına aparmışlar. Bundan sonra cavabdeh X6 onunla əlaqə saxlayaraq qeyd olunan avtomaşının ona məxsus olduğunu bildirmişdir. O, həmin avtomobili hansı qaydada və kimdən əldə etdiyini bildirsə də, cavabdeh avtomobilin ona məxsus olduğunu və son nəticədə həmin əqdə görə pul əldə etmədiyini bildirmişdir. Bundan sonra həmin avtomaşının tanımadığı bir şəxs tərəfindən cərimə meydançasından götürüldüyünü bilib mülkiyyətindən qanunsuz məhrum olunması ilə bağlı hüququ mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Lakin Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin təhqiqatçısı Azad Rəşidov tərəfindən cinayət işinin rədd olunması barədə qərar qəbul etmişdir. Həmin araşdırma zamanı ona məlum olmuşdur ki, "MERCEDES BENZ E220 CDİ MİNİK" markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınına dair Cavabdeh1 verilmiş etibarnamə cavabdeh X6 tərəfindən ləğv edilmişdir. Belə olan halda isə hər iki cavabdeh birlikdə 24000 manat əsassız varlanmışlar və buna görə də ona vurmuş olduğları zərəri birlikdə ödəməlidilər. Cavabdehlərin bu cür hərəkətləri nəticəsində iddiaçının qanuni əsaslarla əldə etmiş olduğu əmlakdan məhrum olması onun tərəfindən psixi sarsıntılar və iztirablar keçirməsinə səbəb olmuşdur. Bu halların mövcüdluğu ona 10000 manat miqdarında mənəvi zərərin də əvəzini tələb etmək hüququnu verir. Bunlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında iddia tələbləri ilə razılaşmayaraq bildirdi ki, "MERCEDES BENZ E220 CDİ MİNİK" markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınını X5 pulla almış və Rəşad Hüseynzadəni ümumiyyətlə tanımamışdır. Lakin həmin avtomaşını idarə etməsi ona çətinlik yaratdığına görə iddiaçıya məxsus olan “TOYOTA LAND-CRUİSER MİNİK" markalı **-NR-*** dövlət qeydiyyat nişanı avtomaşını ilə dəyişərək əlavə olaraq sonuncuya 27000 manat pul ödəmişdir. Bir müddət sonra yaxın qohumunun müalicəsi ilə əlaqədar iddiaçıdan əldə etdiyi “TOYOTA LAND- CRUİSER MİNİK" markalı **-NR-*** dövlət qeydiyyat nişanı avtomaşınını satmışdır. O, özünə məxsus avtomaşını satmış, eləcə də Rəşad Hüseynzadəni ümumiyyətlə tanımamışdır. Belə olan halda sonuncunun qarşısında hər hansısa öhdəlik daşımamışdır və əldə olunmuş pulu ona qaytarmağa borcu olmamışdır. Eyni ilə iddiaçı qarşısında hər hansı öhdəliyi mövcüd deyildir, çünki sonuncu ilə razılaşma şırtlərinə tam əməl etmişdir. Cavabdeh1 nümayəndəsi qismində izahat verən Nümayəndə göstərdi ki, atası iddiaçı ilə avtomobilləri dəyişdirdiyi zaman heç bir başqa niyyəti olmamış və vicdanlı alıcı kimi sonuncunun qarşısında hər hansı öhdəliyi yaranmamışdır. Bu isə onu təsdiq edir ki, iddiaçının onlara qarşı tələbləri əsassızdılar. Cavabdeh1 nümayəndəsi qismində izahat verən onun vəkili Vəkil2 təmsil etdiyi şəxsin bildirdiklərini qeyd edərək əlavə olaraq göstərdi ki, işin materialları ilə tam təsdiq olunmuşdur ki, iddiaçıya cavabdeh Rəşad Hüseynzadə tərəfindən 14 iyul 2021-ci il tarixdə baş etibarnamə verilmiş, iddiaçı isə, öz növbəsində, həmin etibarnamə əsasında oğlu X8 24 iyul 2020-ci il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində etibarnamə vermişdir. Bu isə ona dəlalət edən haldır ki, cavabdeh Rəşad Hüseynzadənin "MERCEDES BENZ E220 CDİ MİNİK" markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının iddiaçıya satılmasından xəbəri olmuşdur. Cavabdeh1 isə X6 ilə heç bir vaxt rastlaşmamış və onu tanımamış və beləliklə də onlar arasında həmin avtomaşının alqı-satqısı ilə bağlı hər hansı razılaşmalar və digər münasibətlər olmamışdır. Digər mübahisəli məqam ondan ibarətdir ki, iddiaçının əlindən qeyd olunan avtomobil 2020-ci ilin avqust ayında alınmışdırsa, nə üçün iddiaçı həmin avtomobil üzərinə dərhal həbs qoydurmamışdır. Eyni zamanda avtomobilin 12 aprel 2021-ci il tarixdə Hidayət adlı şəxsə satəlması onu göstərir ki, iddiaçı ilə Rəşad Hüseynzadə əlbir olaraq mübahisəli avtomobili satmışlar. Belə olan halda Cavabdeh1 münasibtdə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X2 nümayəndəsi qismində izahat verən onun vəkili Vəkil3 iddia tələbləri ilə razılaşmayaraq göstərdi ki, "MERCEDES BENZ E220 CDİ MİNİK" markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla bağlı X6 tərəfindən X7 etibarnamə verilmiş, lakin həmin avtomaşına görə sonuncu tərəfindən pul ödənilmədiyinə görə həmin etibarnaməni ləğv etmişdir. Bundan sonra X6 mülkiyyətçisi olduğu mübahisəli avtomobili özünə qaytarmış və başqa şəxsə satmışdır. O (cavabdeh R.Hüseynzadə) nə Cavabdeh1, nə də İddiaçı avtomobilini satmamış və onlardan pul almamışdır. Belə olan halda ona münasibətdə iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin məlumatından və mötəbərliyi proses iştirakçıları tərəfindən mübahisələndirilməyən etibarnamələrin surətindən, eləcə də tərəflərin etirafları ilə işin mübahisəsiz halları ondan ibarətdir ki, “TOYOTA LAND-CRUİSER MİNİK" markalı **-NR- *** dövlət qeydiyyat nişanı avtomaşını İddiaçı mülkiyyətində, "MERCEDES BENZ E220 CDİ MİNİK" markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomaşın isə cavabdeh X2 mülkiyyətində olmuşlar. Cavabdeh X6 tərəfindən verilmiş etibarnamə əsasında onu təmsil etmiş Cavabdeh1 İddiaçı qeyd olunan “Mersedes Benz E220” markalı avtomaşınına dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq onun üzərində sərəncam vermək, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, bu tapşırıqların yerinə yetirməsilə əlaqədar adından ərizə vermək və digər hərəkətlərin edilməsinə dair 13 fevral 2020-ci il tarixdə etibarnamə və əlavə olaraq 27000 manat pul verilmişdir. Bunun müqabilində İddiaçı özünə məxsus olduğu “TOYOTA LAND-CRUİSER MİNİK" markalı **- NR-*** dövlət qeydiyyat nişanı avtomaşınını həmin cavabdehin (Cavabdeh1) sahibliyinə verilməklə, sonradan sonuncunun adına qeydiyyata alınmış və özgəninkilləşdirilmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı və Cavabdeh1 avtomobilləri dəyişdirərkən razılıq əldə etmişlər ki, “TOYOTA LAND-CRUİSER MİNİK" markalı **-NR-*** avtomobilinin dəyəri 51000 manat təşkil edir. Bu hal hər iki proses iştirakçısı tərəfindən etiraf edildiyindən Mülki Prosessual Məcəlləsinin 106.3 maddəsinə əsasən iddiaçı həmin faktın sübut etmə vəzifəsindən azaddır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2 maddəsainə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 181.4-cü maddəsinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Qeyd olunan hüquq normaları kontekstində iş materiallarına nəzər saldıqda müəyyən olunur ki, "MERCEDES BENZ E220 CDİ MİNİK" markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətində olmuş və sonuncu tərəfindən verilmiş etbarnamə ilə o, özünə məxsus olan həmin avtomaşını sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Mübahisə obyekti olan avtomobilin özgəninkiləşdirilməsinə dair tərəflər arasında (təmsil olunan - X6 – alıcı İddiaçı) alğı-satqı və ya başqa müqavilə bağlanılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Qeyd edilən Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd olunanlardan müəyyən olunduğu kimi İddiaçı özünə mülkiyyət hüququ ilə məxsus olduğu “X11” markalı avtomobili Cavabdeh1 vermiş, bunun əvəzində isə əldə olunmuş razılıq əsasında X2 adından verilən etibarnamə ilə hərəkət edən və bununla da qanunvericiliyin yuxarıda qeyd olunan normaları baxımından sonuncunu təmsil edən şəxs hesab edilən bu cavabdehdən “Mercedes Benz E220” markalı avtomobilini sahibliyi və istifadəsinə götürmüşdür, lakin cavabdeh X6 tərəfindən qeyd olunan avtomobilə dair verilmiş etibarnamə ləğv edildikdən sonra avtomaşın idiaçının sahibliyindən alınaraq mülkiyyətciyə qaytarılmışdır. Bir halda ki, Cavabdeh1 özünün sahibliyində olsa belə, yuxarıda qeyd olunan qanunvericilik aktı normalarının tələbinə görə mülkiyyət hüququ ilə ona məxsus olmayan “Mercedes Benz E220” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilini iddiaçıya mülkiyyət hüququ ilə məxsus olmuş “X11” avtomobili ilə dəyişməklə təmsil olunan X2 mənafeyinə hərəkət etməli idi, lakin son nəticədə bunu etməmişdir. X6 adından vermiş olduğu etibarnamələri ləğv edib ona məxsus olan avtomaşını özünə qaytarılması isə Cavabdeh1 əsassız varlanmasına səbəb olmuşdur. Bu nəticəyə gələrkən məhkəmə nəzərə alır ki, Cavabdeh1 iddiaçı ilə avtomobilləri dəyişdiyi zaman razılığa gəlmişlər ki, “Mercedes Benz E220” və “X11” avtomobilləri eyni dəyərdə deyildilər. “X11” avtomobilini 51 000 manata qiymətləndirilməsi ilə hər ikisi razı olandan sonra Cavabdeh1 tərəfindən İddiaçı 27000 manat verildiyinə görə, sonuncunun əsassız varlanmış olduğu məbləğ 24000 manat təşkil edir. (51000-27000=24000 manat). Bu baxımdan Cavabdeh1 cavabdeh X4 tanımaması və vicdanlı alıcı kimi “Mercedes Benz E220” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilini başqa bir şəxsdən əldə etdiyini və beləliklə də, həmin avtomaşına dair əqdlərin özünə məxsus əmlak barəsində verdiyi sərəncam kimi qiymətləndirildiyinə dair dəlillərini məhkəmə əsassız hesab edir və qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Bu isə bir daha onu təsdiq edir ki, qeyd olunan avtomobil Cavabdeh1 mülkiyyəti hesab oluna bilməz. Cavabdeh1 bu dəlili ilə də məhkəmə razılaşmır ki, X6 tərəfindən 14 iyul 2020-ci il tarixdə İddiaçı etibarnamə verilməsi ona dəlalət edir ki, onun (Cavabdeh1) məsulıiyyəti istisna edilməlidir. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, son nəticədə X6 tərəfindən həmin etibarnamə ləgv edilmiş və avtomobil mülkiyyətçiyə qaytarılmışdır. Bu isə İddiaçı vurulmuş zərəri aradan qaldırıldığına dəlalət etmir. Bununla belə, məhkəmə bu gənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdeh X3 qarşı tələb irəli sürülmüş olsa da, müəyyən olunmuşdur ki, Cavabdeh1 tanımamış, sonuncuya məxsus olan “Mercedes Benz E220” markalı ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilini isə özünün mənafəyinə istifadə etmişdir. Belə olan halda cavabdeh X2 iddiaçı qarşısında hər hansı məsuliyyətini müəyyən edən sübutlar təqdim olunmadığına görə məhkəmə həmin cavabdehə qarşı iddia tələbini əsassız hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh İddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı xeyrinə 24000 (iyirmi dörd min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-1131/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1131/2021
04.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver