Məhkəmə qərarları › İş №2(010)-1189/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-1189/2021

19.01.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-1189/2021 19.01.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əhədova (Dadaşova) Əzimə Mayıl qızına və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYY ƏN ETDİ: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əhədova (Dadaşova) Əzimə Mayıl qızına və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, R-8 indeksli Respublika əhəmiyyətli Muğanlı –İsmayıllı avtomobil yolunun 9-cu kilometrində (Bakı – İsmayıllı şose yolu) Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsi tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Əhədova (Dadaşova) Əzimə Mayıl qızının mülkiyyətinə verilmiş xx.xx.2017-ci il taixli seriya RX 162889 nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-139/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş hallara istinad edərək Ağsu rayon X2 qərarı ilə cavabdehlərə paylı mülkiyyət hüququna torpaq sahəsinin ayrılması qərarını mübahisələndirir. Bu halı nəzərə alaraq qeyd olunmalıdır ki, hazırki işə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2014-cü il tarixli qərarından irəli gəlir. Həmin qərarda göstərilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Sözügedən qərardakı hüquqi mövqelərə görə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların mübahisələndirilməsinə dair işlərə o halda mülki məhkəmə icraatı qaydasında baxıla bilər ki, reyestrdə aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi əqdin (məsələn, alqı-satqı müqaviləsi, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmış olsun. Hazırkı işin mübahisələndirilməyən halı isə ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına aparılmış qeydiyyat və bununla bağlı verilmiş çıxarış hər hansı mülki hüquqi akt əsasında deyil, Ağsu rayon X2 qərarı əsasında aparılmışdır. Bu hal isə yuxarıda qeyd olunduğu kimi mülki hüququn deyil, publik hüququn nizamasalma predmetinə aid məsələdir. Ona görə də, həmin özəlləşdirmənin qanunsuzluğunu və onun nəticəsində verilmiş çıxarışı yalnız inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək olar. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0 və 2.0.1.-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2. və 2.2.2-ci maddələrinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə - hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır və işə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə verilməli və ya göndərilməlidir. Eyni zamanda iddiaçıya müvafiq tələblə Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Əhədova (Dadaşova) Əzimə Mayıl qızınavə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsinin iddiann yolverilməzliyinə görə qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “X1 Xidməti” MMC Şəki İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar