Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-120/2024 11.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDRX tərəfindən verilmiş ********* saylı, xx.xx.2015-ci il tarixli çıxarış əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, keçid 1849, bina 4, 60 saylı mənzil onun mülkiyyətindədir. Cavabdeh onun qardaşıdır. Onun iradəsi əleyhinə ona məxsus mənzilə girmişdir və mənzildən çıxmır. Mənzilə tanımadığı insanları gətirir. Cavabdeh azadlığın məhdudlaşdırılması növündə cəza çəkir. Qonşular daim şikayət edir. O özü hamiləyədir, lakin öz mənzilinə köçüb rahat yaşaya bilmir. Cavabdehin onun icazəsi olmadan ona məxsus mənzilə girməsi onun mülkiyyət hüququnu pozur.
İddia tələbinin dəyişdirilməsi.
3. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatı.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının onu çıxarmaq istədiyi mənzil onun atasından miras qalmışdır. O, hazırda ailəsi ilə birlikdə həmin mənzildə yaşayır və xəstə uşağı da var. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
6. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən yerləşən, ümumi sahəsi 53.1 m2 olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir və mənzil üzərində tam mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır.
7. Bakı şəhəri 10 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş X3 vərəsələri Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi, ev 141, mənzil 19-da qeydiyyatda olan 1. oğlu - Cavabdeh; 2. qızı - İddiaçıdır və onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Əİ tərəfindən reyestr nömrəsi: **********75-05101-093003, qeydiyyat nömrəsi: ********* olan xx.xx.2006-cı il tarixdə verilmiş seriya MH ******* saylı çıxarışa və real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2015-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən mərhum X4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, keçid 1849, bina 4-də yerləşən, ümumi sahəsi 53.1 m2, o cümlədən yaşayış sahəsi 28.5 m2, olan iki otaqlı, 60 nömrəli mənzildən ibarətdir.
8. Cavabdeh və İddiaçı arasında Bakı şəhəri 10 saylı notariat kontorunda bağlanmış xx.xx.2015-ci il tarixli vərəsəlik payının bağışlanma müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən vərəsəlik yolu ilə ona çatan payı bacısı - İddiaçı bağışlamışdır.
İşin faktiki halları.
9. İddiaçı və Cavabdeh bacı-qardaşdır.
10. ünvan 3 ünvanında yerləşən yerləşən mənzil tərəflərə xx.xx.2014-cü ildə vəfat etmiş ataları X2 miras qalmış, xx.xx.2015-ci il tarixdə hər iki tərəfin həmin mirasdan bərabər hissələrdə irs almasına dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir.
11. Qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verildiyi gün tərəflər arasında vərəsəlik payının bağışlanma müqaviləsi bağlanmış, Cavabdeh mənzildən vərəsəlik yolu ilə ona çatan payı bacısı İddiaçı bağışlamışdır. xx.xx.2015-ci il tarixdə sonuncunun mənzil üzərində tam payla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.
Məhkəmənin mövqeyi.
17. İş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Bu mənzil iddiaçının mülkiyyətinə mərhum atasından miras kimi keçmiş, iddiaçının iş üzrə cavabdeh olan qardaşı Cavabdeh mənzil üzərində öz miras payını bacısına bağışladığından iddiaçının mənzil üzərində tam payla mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
18. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı, öz mülkiyyətində olan mənzildən Cavabdeh çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, hər bir mülkiyyətçi öz mülkiyyətində olan əmlakdan sərbəst istifadə etmək, əmlaka sahiblik etmək hüququna malikdir. Qanunla müəyyən edilmiş əsaslar olmadan bu hüququnun məhdudlaşdırılması yolverilməzdir. Hazırkı iş üzrə iddiaçının razılığı olmadan cavabdehin onun mənzilindən istifadə etməsi, iddiaçının mənzil üzərində mülkiyyət hüququnu əsassız olaraq məhdudlaşdırdığından iddia təmin edilməli, cavabdeh həmin mənzildən çıxarılmalıdır.
Məhkəmə xərcləri.
19. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılmalı, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
21. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddiа təmin edilsin. Cavabdeh İddiaçı məxsus ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva