Məhkəmə qərarları › İş №2(010)-127/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-127/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-127/2021 09.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil və pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onun avtomobillərinin və ya onların dəyərinin, Mercedes E270 markalı, **-MF-*** dövlət nömrə nişanlı avtomobilə görə 18.000 manat, PORSCHE CAYENNE markalı, **-LV-*** dövlət nömrə nişanlı minik avtomobilinə görə 22.000 manat pul vəsaitinin, həmçinin ona vurulmuş maddi zərərin əvəzi olaraq 1.000 manat və mənəvi zərərin əvəzi olaraq 500 manat vəsaitin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə SMS- Xəbərdarlıq göndərilməsinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmçinin, iş materiallarından görünür ki, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək PORSCHE CAYENNE markalı, **-LV-*** dövlət nömrə nişanlı və Mercedes E270 markalı, **-MF-*** dövlət nömrə nişanlı avtomobillərin üzərinə həbsin qoyulması və onların özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Republikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli 3 nömrəli qərarında göstərilmişdir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil və pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2221/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə görülmüş iddianı təmin etmə tədbirləri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobil və pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2221/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci -ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar