Məhkəmə qərarları › İş №2(010)-1271/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1271/2023

24.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1271/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, Birinci iddia üzrə İddiaçı1 və onun nümayəndəsi (vəkili) Vəkil, İkinci iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiаçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair və iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı2 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Birinci iddia.

1. İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 2-ci döngə, birmərtəbəli, 2 saylı evin 5-ci mənzilindən istifadə hüquququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki: “İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 2-ci döngə, 2 saylı evin 5-ci mənzilinin icarədarıdır. Mənzildə biz iddiaçılardan əlavə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyatdadırlar. Cavabdeh1 icarədarın oğlu X13 ilə 1992-ci ildə rəsmi nikaha girərək bizim yaşadığımız mənzilə gəlin köçüb 2 (iki) ay bizimlə yaşadıqdan sonra yaşadığımız evin həyətində hər cür şəraiti olan ayrıca mənzil tikməklə 1993-cü ildən ora köçərək ailə üzvləri ilə birlikdə hal-hazıra kimi həmin mənzildə yaşayır. Cavabdeh1 ilə X13 arasında olan nikah 2007-ci ildə ləğv edilmiş və onun sabiq həyat yoldaşı Azər Məhərrəmov xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda cavabdehlə bizim ailənin hər hansı bir qohumluq münasibəti qalmamış, həmçinin 1993-cü ildən hal-hazıra kimi o və onun ailə üzvləri bizdən ayrı təsərrüfat aparmaqla özlərinin tikdiyi hər cür kommunal şəraitli ayrıca mənzildə yaşamalarına baxmayaraq onun və iki uşağının mənzildən istifadə və bəzi kommunal xərclərini də biz ödəyirik, lakin işıq, su və qaz pulları onun öz şəxsi hesabına yığılır və onun tərəfindən ödənilir. Cavabdehlərin ayrı mənzildə yaşamaları eyni həyətdə kommunal xidmətlərə görə iki abunə kodunun olması ilə sübuta yetirilir. Belə ki, “Azəriqaz” İB-nin 22 dekabr 2022-ci il tarixli məlumatından görünür ki, nümayəndələri tərəfindən ünvan 1 ünvanında yerləşən tikiliyə baxış keçirilmişdir və məlum olmuşdur ki, həmin ünvanda iki sayğacdan istifadə olunur. Sayğaclar X3 Sistemində **********00052 və **********00051 nömrəli hesablar üzrə qeydiyyatdadır. xx.xx.2010-cu tarixdə həmin ünvan üzrə İddiaçı2 məxsus **********00051 nömrəli istehlakçı hesabı açılaraq X3 Sistemində qeydiyyata alınmışdır. xx.xx.2020-ci tarixdə ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən ********* nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2013-cü il tarixdə həmin ünvan üzrə X8 məxsus **********00052 nömrəli istehlakçı hesabı açılaraq X3 Sistemində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə ******* nömrəli Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən **********4 nömrəli sayğac quraşdırılmışdır. "xxxx" ASC-nin Suraxanı rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, “Azərsu" ASC-nin Abonent bazasında qeyd olunan ünvana xx.xx.2012-ci il tarixində bağlanmış İddiaçı2 və Cavabdeh1 adlarına 2 ədəd müvafiq olaraq 20674628 və 20711838 saylı müqavilələr mövcuddur. Suraxanı Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2022ci il tarixli arayışından görünür ki, Əmircan qəsəbəsi, Balandin küçəsi, 2-ci döngə, ev 2, mənzil 5 ünvanında istifadə olunan elektrik enerjisi haqqının ödənilməsi üçün “Azərişıq" ASC-nin kompüter bazasında iki abunə kodu açılmış və iki sayğac quraşdırılmışdır. Abunə kodu **********0020005 Sayğac nömrəsi A510746657, abunə kodu **********2005 A sayğac nömrəsi 3330355. Göründüyü kimi bu faktlar da bir daha təsdiq edir ki, həqiqətən də cavabdeh və onun ailə üzvləri bizdən ayrı başqa mənzildə yaşayırlar. Bu səbəbdən cavabdeh və onun uşaqları bizim yaşadığımız, yuxarıda göstərilən ünvanda olan birmərtəbəli, 2 saylı evin, sahəsi 39 m2 olan 5-ci mənzilində olan istifadə hüquqları olmadığından məhkəməyə müraciət etmişik. Cavabdehlərin həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və biz məcbur olub uzun müddətdir ki, onun üçün kirayə və bəzi kommunal haqları ödəyirik. Cavabdehlər qeydiyyatdan çıxmaq istəmədikləri üçün məhkəməyə müraciət etməli olmuşuq”. İddia tələbinin dəqiqləşdirilməsi.

3. İddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 2-ci Balandin küçəsi, ev 2, 5 saylı mənzildə yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İkinci iddia.

4. İddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı2 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 2-ci döngə, birmərtəbəli, 2 saylı evin 5-ci mənzilinə yaşayış hüquqlarının tanınması və ünvana köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

5. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən Cavabdeh1 1993-cü il tarixdə X13 ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuş və onun yaşadığı ünvana (ünvan 2əlin köçmüşəm. X13 ilə birgə nikahdan iki övladım dünyaya gəlmişdir: xx.xx.1993cü il təvəllüdlü Cavabdeh2, xx.xx.2001-ci il təvəllüdlü Cavabdeh3. Həmin ünvana qeydiyyata alınmış və birlikdə yaşayırdıq. Evdə darısqallıq olduğu üçün, həyat yoldaşım X13 evə bitişik, ayrıca girişi olan əlavə bir otaq tikmişdir. Həmin əlavə bir otaqdan digər otaqlar kimi istifadə etməyə başladıq. Zamanla, həmin bitişik otağa yeni əlavə tikililər etmişdik. Həyat yoldaşım X13 2002-ci il tarixdə işləmək üçün Belarusiya Respublikasına getmişdir. Həyat yoldaşım Belarusiyadan geri qayıtmadığı üçün mən X7 xx.xx.2007-ci il tarixdə rəsmi qaydada boşanmışdım. 2008-ci ilin yanvar ayında İddiaçı1 baldızım, İddiaçı2 qaynanam, İddiaçı3 digər baldızımın qızı mənimlə yola getməmiş, gəlin köçdüyüm evdən məni və iki azyaşlı övladımı qovmuşdur. Mən də məcburiyyət qarşısında qalaraq, özbaşına tikilidə özüm üçün kommunal şərait yaradıb, övladlarımla birlikdə yaşamağa başladım. Bu barədə keçmiş həyat yoldaşımla telefonla əlaqə saxladım. O, mənə bildirdi ki, geri qayıdanda, bu məsələni özü həll edəcəkdir. Baldızım İddiaçı1 xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, məni və qardaşını (keçmiş həyat yoldaşımı) azyaşlı uşaqlarımla birlikdə yaşayış sahəsindən istifadə hüququmuzun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu barədə də mən yenidən keçmiş həyat yoldaşım olmuş X10 məlumat vermişdim. Keçmiş həyat yoldaşım 2008-ci ilin yay ayında ölkəyə geri qayıtmışdır. O, bacısı İddiaçı1 ilə barəmizdə qaldırdığı iddia ərizəsi üzrə danışdığı üçün, Sevinc məhkəməyə verdiyi iddia ərizəsi ilə bağlı məhkəmə prosesində iştirak etmədiyi üçün məhkəmə işi baxılmamış saxlamışdır. xx.xx.2008-ci il tarixdə keçmiş həyat yoldaşım X13 rəhmətə getmişdir. Yaşadığımız özbaşına tikilidə nəmişlik olduğu üçün, uşaqlar və özüm tez-tez xəstələndiyimizdən dəfələrlə gəlin köçdüyüm evə köçməyə cəhd göstərsəm də, baldızım İddiaçı1 bizimlə dalaşaraq, köçməmizə maneəçilik törətmişdir. 2008-ci ilin oktyabr ayının 14-də İddiaçı1, İddiaçı2 və İddiaçı3 yenidən iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, mənim və iki azyaşlı uşağımın Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Balandin küçəsi, 2-ci döngə, birmərtəbəli 2 saylı evin 5-ci mənzilinin 39 m2 olan sahəsinə istifadə hüquqlarımıza xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yenidən İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə iddia ərizəsinin geri qaytarılması barədə xx.xx.2010-cu il tarixdə ərizə ilə müraciət etdiklərinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-116/2010 saylı, xx.xx.2010-cu il tarixli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması və iddia ərizəsinin sənədlərlə birlikdə iddiaçılara qaytarılması qərara alınmışdır. Gəlin köçdüyüm ünvanda hal-hazırda İddiaçı2 (keçmiş qayınanam) tək yaşayır. İddiaçı1 (baldızım) isə bir neçə il bundan öncə rəhmətə gedən bacısının evində, onun qızı İddiaçı3 ilə birlikdə yaşayırlar. İddiaçı2 (keçmiş qayınanam) ahıl yaşındadır. Gələcəkdə həmin evin tək vərəsəsi kimi olmaq istədiyinə görə qızı İddiaçı1 (baldızım) yenidən bizi məhkəməyə verərək, bizim hüquqlarımızı pozmaq niyyətindədir.

İddia tələblərinin birləşdirilməsi.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)- 2210/2023 nömrəli qərardadı ilə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı2 qarşı “mənzildən istifadə hüququnun tanınması və ünvana köçürülmə” tələbinə dair 2(010)-2210/2023 saylı mülki işin iddiаçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair 2(010)-1271/2023 saylı mülki işə birləşdirilməsi qərara alınmışdır.

Tərəflərin izahatları.

7. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçı (eyni zamanda digər İddiaçı2 nümayəndəsi) İddiaçı1 birinci iddianı müdafiə edib, ikinci iddianı qəbul etməyərək bildirdi ki, o, mübahisəli mənzilin order üzrə qanuni sahibi olan İddiaçı2 doğma qızı, digər İddiaçı3 isə nəvəsidir. O özü, həmçinin Fidan həmin mənzildə doğulub-böyümüşlər. O, ailə həyatı qurub mənzildən köçsə də, yenidən həmin mənzilə qayıtmışdır və hazırda da orada yaşayaraq yaşlı anasına qulluq edir. Digər İddiaçı3 isə onun bacısı qızıdır. Fidan 1989-cu ildə həmin mənzildə doğulmuş, orada yaşamışdır. 2021-ci il tarixdə anası rəhmətə getdiyi üçün o, müvəqqəti olaraq atasının evinə köçmüşdür. Cavabdeh1 isə onun mərhum qardaşının arvadı olmuşdur. O, mübahisəli mənzilə 1993-cü ildə gəlin köçüb bir müddət orada yaşasa da, 2000-ci ilin əvvəllərində onun atasının və qardaşının maddi dəstəyi ilə ayrıca ev tikilmiş və cavabdehlər 2000-ci ilin əvvəllərindən başlayaraq, 2007-ci ildə isə tam olaraq mübahisəli mənzilin həyətində onlar üçün tikilmiş evə köçmüşlər. Həmin ev iki mərtəbəli və lazımi şəraitlə təmin olunmuş evdir. Cavabdehlərin mübahisəli mənzilə ehtiyacı yoxdur. Odur ki, məhkəmədən birinci iddianın təmin, ikinci iddianın rədd edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında birinci İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil birinci iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən birinci iddianın təmin, ikinci iddianın isə rədd edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında ikinci iddia üzrə iddiaçı Cavabdeh1 birinci iddianı qəbul etməyib, ikinci iddianı müdafiə edərək qeyd etdi ki, mübahisəli mənzilə 1992-ci ildə gəlin köçmüşdür. Digər iddiaçılar olan oğlu və qızı da həmin mənzildə doğulmuş, orada böyümüş və yaşamış, son vaxtlara qədər uşaqları həmin mənzildən istifadə etmişlər. Lakin sonradan baldızı İddiaçı1 onu və uşaqlarını mənzilə buraxmamışdır. Onun keçmiş qayınanası olan İddiaçı2 xəstə olmasına baxmayaraq iddiaçı onun uşaqlarına öz nənəsinə baxmağa belə imkan vermir. Özlərinin yaşadığı evə gəldikdə isə həmin ev 1993-cü illərdə bilyard otağı olmuşdur. Qayınanası onu yola vermədiyinə görə həmin otaqda yaşamağa başlamışlar. Sonradan mərhum ərinin və qayınatasının maddi dəstəyi ilə həmin evə artırmalar edilmiş və əlavə olaraq iki yataq otağı (biri çox balaca olmaqla), mətbəx, hamam və sanuzel otağı inşa edilmişdir. Oğlu evlənib ailəsi ilə birlikdə evin çox balaca olan mansardasında yerləşmişdir. Kommunal xidmətləri də qayınanası ayırmışdır ki, hər kəs özü istifadə etdiyi kommunal xidmətlərə görə ödənişlər etsin. Onların yaşadığı ev çox darısqal olmaqla yaşamağa yararsızdır. Həmçinin ev qanunsuz tikili olduğundan həmin evə yaşayış yeri üzrə qeydiyyata alınmaları da qeyri-mümkündür. Bundan əlavə, qanunsuz tikilinin dövlət tərəfindən hər an sökülmə təhlükəsi var. Əgər evləri sökülərsə, onlar küçədə qala bilərlər. Əlavə olaraq qeyd etdi ki, İddiaçı3 1989-cu il tarixdə həmin mənzildə doğulmuş, orada böyümüş, 2021-ci il tarixə kimi orada yaşamış, anasının vəfatından sonra isə oradan köçmüşdür. Bu vəziyyətdə onun hazırkı iddianı qaldırmağa hüququ yoxdur. Onun və uşaqlarının isə mübahisəli mənzilə hüquqları var. Bu səbəbdən həmin mənzilə köçürülüb orada yaşamaq istəyirlər. Odur ki, məhkəmədən birinci iddianın rədd, ikinci iddianın təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında ikinci iddia üzrə iddiaçı Cavabdeh3 birinci iddianı qəbul etməyib, ikinci iddianı müdafiə edərək qeyd etdi ki, o, İddiaçı2 nəvəsi olmaqla, 2001-ci ildə mübahisəli mənzildə doğulmuş, orada böyüyüb boya-başa çatmışdır. İddiaçıların iddia etdiyindən fərqli olaraq heç də həmin mənzillə əlaqəni kəsməmişdir. Belə ki, sonradan həyətdə inşa edilmiş evdə yaşamağa başlamasına baxmayaraq, yenə də nənəsinin evinə həmişə gedib-gəlmiş, orada nənəsinə qulluq etmiş, ona yemək hazırlamış, özü də orada yeyib-içmiş və hazırda yaşadıqları evə ancaq yatmaq üçün getmişdir. O, son vaxtlara qədər xəstə nənəsinə baxmış, lakin bibisi Sevinc buna imkan verməmiş, onu evə buraxmamışdır. İddiaçı3 isə onun bibisi qızıdır və o da mübahisəli mənzildə doğulubböyümüş, lakin anası vəfat edəndən sonra mənzili tərk edib başqa evdə yaşamağa başlamışdır. Hazırda iddiaçılar onu həmin mənzildə yaşamağa qoymur. Halbuki onun da mübahisəli mənzil üzərində hüquqları var. Odur ki, məhkəmədən birinci iddianın rədd, ikinci iddianın təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasında ikinci iddia üzrə iddiaçı Cavabdeh2 birinci iddianı qəbul etməyib, ikinci iddianı müdafiə edərək qeyd etdi ki, o, İddiaçı2 nəvəsi olmaqla, 1993-cü il tarixdə mübahisəli mənzildə doğulmuş, orada böyüyüb boya-başa çatmışdır. İddiaçıların iddia etdiyindən fərqli olaraq o da bacısı kimi heç də həmin mənzillə əlaqəni kəsməmişdir. Belə ki, son vaxtlara qədər həmin mənzildə qalan xəstə nənəsinə baxmış, lakin sonradan bibisi Sevinc buna imkan verməmiş, onu mənzilə buraxmamışdır. İddiaçı3 isə onun bibisi qızıdır və o da mübahisəli mənzildə doğulub-böyümüş, lakin anası vəfat edəndən sonra mənzili tərk edib başqa evdə yaşamağa başlamışdır. Hazırda iddiaçılar onu həmin mənzildə yaşamağa qoymur. Halbuki onun da oğul nəvəsi olmaqla vərəsə kimi mübahisəli mənzilə hüquqları var. Odur ki, məhkəmədən iddianın təmin edilməsinin xahiş etdi.

İş materialları.

12. Bakı şəhəri İcraiyyə Komitəsinin Zəhmətkeş X11 Sahələrinin Uçotu və Bölgüsü İdarəsi tərəfindən xx.xx.1968-ci il tarixdə verilmiş, 012601 nömrəli orderin surətindən görünür ki, Bakı şəhəri, Dzerjinski küçəsi, ev 6, 3 nömrəli, 2 otaqlı, 39 m2 sahəsi olan mənzil yaşaması üçün icarədar X2 verilmişdir. Dörd nəfər ailə üzvü: İddiaçı1A – arvadı; Məhərrəmova R.Q – anası; Məhərrəmov A.M – oğlu və Məhərrəmova M.M – qızı.

13. Bakı şəhəri Suraxanı rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixdə verilmiş, AZ-İ 131027 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 1056 nömrə ilə qeyd edilmişdir.

14. Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 139 saylı mənzil-mommunal istismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 241 nömrəli arayışdan görünür ki, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Əmirxan qəsəbəsi, 2-ci Balandin küçəsi, 2 saylı evin 5 saylı mənzilində xx.xx.1997-ci il tarixdən qeydiyyatdadır və yaşayır.

15. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 2-ci Balandin küçəsi, ev 2, mənzil 5 ünvanında qeydiyyatdadır.

16. "xxxx" Açıq Səhmdar Cəmiyyəti Suraxanı rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC-nin abonent bazasında qeyd olunan ünvana xx.xx.2012-ci il tarixində bağlanmış İddiaçı2 və Cavabdeh1 adlarına iki ədəd, müvafiq olaraq 20674628 və 20711838 saylı müqavilələr mövcuddur.

17. Suraxanı rayonu Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, ünvan 4 ünvanında istifadə olunan elektrik enerjisi haqqının ödənilməsi üçün "xxxx" ASC-nin kompüter bazasında iki abunə kodu açılmış və iki sayğac quraşdırılmışdır.

18. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ünvan 5 ünvanında iki sayğacdan istifadə olunur. xx.xx.2010cu il tarixdə İddiaçı2 məxsus **********00051 nömrəli istehlakçı hesabı açılaraq X3 Sistemində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən ********* nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2013-cü il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsi, 2-ci Balandin küçəsi, ev 2, mənzil 5 ünvanı üzrə X8 məxsus **********00052 nömrəli istehlakçı hesabı açılaraq X3 Sistemində qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akta əsasən ********* nömrəli sayğac quraşdırılmışdır.

İşin faktiki halları.

19. Bakı şəhəri İcraiyyə Komitəsinin Zəhmətkeş Deputatlar Soveti tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli orderlə Bakı şəhəri, Dzerjinski küçəsi, ev 6, mənzil 3 (hazırda Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 2-ci Balandin küçəsi, ev 2, mənzil 5) ünvanında yerləşən mənzil icarədar X2 verilmişdir. Orderdə icarədardan başqa onun dörd ailə üzvünün adı qeyd edilmişdir: arvadı İddiaçı1A; anası Məhərrəmova R.Q; oğlu Məhərrəmov A.M və qızı M.Cavabdeh2.

20. Mənzilin icarədarı X5 hazırkı iş üzrə tərəflər İddiaçı2 əri, İddiaçı1 atası, Cavabdeh1 qayınatası, İddiaçı3, Cavabdeh2 və Cavabdeh3 isə babası olmuşdur.

21. İddiaçı1 1969-cu ildə, İddiaçı3 1989-cu ildə, Cavabdeh2 1993-cü ildə, Cavabdeh3 isə 2001-ci ildə həmin mənzildə doğulmuşdur.

22. İddiaçı2 icarədar Möhbalı Məhərrəmovla 1963-cü ildə nikaha daxil olmuş, mənzilin verilməsinə dair 1968-ci il tarixli orderdə adı icarədarın ailə üzvü (arvadı) kimi qeyd edilmiş, həmin mənzildə yaşamışdır.

23. Cavabdeh1 isə icarədar X9 Məhərrəmovla 1993-cü ildə nikaha daxil olmuş, həmin mənzilə gəlin köçmüşdür.

24. Mənzilin icarədarı Möhbalı Məhərrəmov xx.xx.2004-cü il tarixdə vəfat etmişdir.

25. Cavabdeh1 və Azər Məhərrəmov arasındakı nikah 2007-ci ildə pozulmuşdur. Azər Məhərrəmov 2008-ci ildə vəfat etmişdir.

26. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 2-ci Balandin küçəsi, ev 2, mənzil 5 ünvanında mübahisəli mənzildən əlavə, başqa bir fərdi yaşayış evi tikilmişdir. Həmin ev özbaşına tikili olmaqla heç kimin mülkiyyətində deyil.

27. İddiaçı2, İddiaçı1, İddiaçı3, Cavabdeh1 və Cavabdeh3 mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 2-ci Balandin küçəsi, ev 2, mənzil 5 ünvanında, Cavabdeh2 isə başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır.

Tətbiq edilən hüquq.

28. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə qüvvədə düşmüşdür).

Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

29. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.1999-cu il tarixli qərarı.

Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Maddə 262. Servituta xitam verilməsi. 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.

31. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarı.

MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin dairəsinə düşmür. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. MM-in 228.5-ci maddəsi onu da nəzərdə tutur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə, MM-in 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarı.

Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin "Servituta xitam verilməsi" adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

33. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli Qərarı.

2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

35. İşin hallarından göründüyü kimi, birinci iddia tələbi cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, ikinci iddia tələbi isə birinci iddia üzrə cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının tanınması və mənzilə köçürülmələri ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, hər iki mübahisənin mahiyyəti üzrə həll edilə bilməsi üçün ilk növbədə birinci iddia üzrə cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun olub-olmaması məsələsinə münasibət bildirilməlidir. Çünki yalnız həmin istifadə hüququ müəyyən edildiyi təqdirdə bu hüququn itirilməsindən (birinci iddia), yaxud tanınması və bu əsasla mənzilə köçürülmədən (ikinci iddia) söhbət gedə bilər.

36. Məhkəmə, ilk növbədə birinci iddia üzrə Cavabdeh1 mübahisəli mənzildən istifadə hüququnu araşdıraraq müəyyən etmişdir ki, Cavabdeh1 1993-cü ildə mübahisəli mənzilə gəlin köçmüş, onun nikaha girdiyi X13 mübahisəli mənzilin icarədarı X1 oğlu olmuşdur. İşin bu halını hər iki tərəf mübahisələndirmədən qəbul edir.

37. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə qüvvədə düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən “icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxs” kimi mənzildən istifadə hüququ əldə etmişdir.

38. Digər Cavabdeh2 gəldikdə məhkəmə qeyd edir ki, bu cavabdeh 1993-cü ildə həmin mənzildə doğulmuşdur. Bu zaman o, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvünün (oğlunun) həddi-büluğa çatmamış uşağı kimi yuxarıda istinad edilmiş və artıq qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir.

39. Cavabdeh3 vəziyyəti isə bir qədər fərqlidir. Belə ki, o, 2001-ci ildə doğulmuşdur. Belə olan halda onun mənzildən istifadə hüququ artıq qüvvədən düşmüş Mənzil Məcəlləsi əsasında deyil, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci əsasında müəyyən edilə bilər.

40. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 33) istinad edilmiş qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

41. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh3 həmin mənzildə ümumiyyətlə yaşayıbyaşamaması məsələsi tərəflər arasında mübahisəlidir. Belə ki, birinci iddia üzrə iddiaçıların mövqeyinə görə cavabdehlər 2000-ci ilin əvvəlindən (Birinci iddia ərizəsində 1993-cü ildən olduğu yazılsa da, iddiaçı məhkəmə iclasında cavabdehlərin 2000-ci ilin əvvəlindən başqa evə köçməyə başladıqlarını, 2007-ci ildən isə tam köçdüklərini bildirmişdir), cavabdehlərin dediyinə görə isə 2008-ci ilin yanvar ayından mübahisəli mənzildən çıxmışlar. İddiaçıların mövqeyinə görə 2001-ci ildə doğulmuş Cavabdeh3 heç vaxt həmin mənzildə yaşamamışdır.

42. Məhkəmə hesab edir ki, iş materialları əsasında cavabdehlərin mənzildən dəqiq şəkildə hansı tarixdən çıxdığını müəyyən etmək mümkün deyil. Bununla belə mübahisəli mənzilin yerləşdiyi ünvanda su təchizatı ilə bağlı biri İddiaçı2, digəri Cavabdeh1 adına olmaqla 2012-ci il tarixdə iki ayrı müqavilənin bağlanmış olmasını, İddiaçı2 2010-cu ildə, Cavabdeh1 isə 2013-cü ildə eyni ünvanda təbii qaz istehlakçısı kimi hesab açılmasını və X3 sistemində qeydiyyata alınmalarını, cavabdehlərdən Cavabdeh1 məhz 2006-cı ildə həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmış olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh3 doğulduğu 2001-ci ildə cavabdehlər həmin mənzildə yaşamışlar. Həmçinin məhkəmə iclasında izahat verən birinci iddia üzrə İddiaçı1 da cavabdehlərin mübahisəli mənzildən tam köçünün 2007-ci ildə baş tutduğunu qəbul etmişdir.

43. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh3 Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə uyğun olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvünün mənzilə köçürdüyü yetkinlik yaşına çatmayan uşaq kimi mənzildən istifadə hüququ əldə etmişdir.

44. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, birinci iddia üzrə cavabdehlərdən ikisi Azərbaycan SSR Mənzil Məcəlləsi, biri isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mənzildən istifadə hüququ əldə etmişdir.

45. İstifadə hüququnun mövcudluğu ilə bağlı məsələni həll etdikdən sonra məhkəmə bu hüququn itirilib-itirilməməsi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Ona görə ki, tərəflər arasındakı əsas mübahisəli məsələ elə bununla bağlıdır.

46. Belə ki, birinci iddia üzrə iddiaçıların mövqeyinə görə cavabdehlər həmin həyətdə tikilmiş fərdi yaşayış evinə könüllü olaraq köçdükləri üçün mübahisəli mənzili könüllü şəkildə tərk etmişlər və həmin vaxtdan onların mənzilə ehtiyacları qalmamışdır. Cavabdehlər isə iddia edirlər ki, iddiaçılar onları mənzildən çıxartmış, buna baxmayaraq onların mənzillə əlaqələri kəsilməmiş, müəyyən əşyaları mənzildə qalmış, həmçinin mübahisəli mənzildə yaşayan xəstə nənələrinin yanına tez-tez gedib-gəlmiş, ona qulluq etmişlər. Bunun davamı olaraq cavabdehlər mübahisəli mənzilə ehtiyaclarının qaldığını iddia etmiş, bunu da əsasən yaşadıqları fərdi yaşayış evinin yaşayış üçün yararsız olması, kifayət qədər geniş olmaması, həmçinin ev özbaşına tikili olduğundan yaşayış yeri üzrə qeydiyyata alınmalarının mümkün olmaması, eləcə də özbaşına tikililərin hər an sökülmə təhlükəsinin olması ilə əsaslandırmışlar.

47. Məhkəmə isə hesab edir ki, cavabdehlər mənzildən könüllü olaraq başqa yaşayış yerində yaşamaq üçün çıxmışlar və hazırda həmin mənzilə ehtiyacları yoxdur.

48. Belə ki, məhkəmə tərəfindən mübahisəli mənzilin, eləcə də onunla bir həyətdə inşa edilmiş fərdi yaşayış evinin yerləşdiyi ünvanda yerində müayinə keçirilmişdir. Bu zaman müşahidə edilmişdir ki, cavabdehlərin yaşadığı fərdi yaşayış evi kifayət qədər geniş sahəni əhatə edən, iki mərtəbəli tikilidir. Məhkəmə tərəfindən, həmçinin mübahisəli mənzilə tərəflərin iştirakı ilə baxış keçirilmiş, orada cavabdehlərə aid hansısa əşya, yaxud cavabdehlərin bu mənzillə yaşayış yeri kimi əlaqələrinin mövcud olduğunu göstərən hər hansı dəlil aşkar edilməmişdir.

49. Digər tərəfdən, məhkəmə qeyd edir ki, tərəflər qohumdur və bir həyətdə yaşayırlar. Cavabdehlərin də mübahisələndirmədən qəbul etdiyi kimi mübahisəli mənzildə onların xəstə nənələri (İddiaçı2) qalır. Bu vəziyyətdə cavabdehlərin nənələrinə tez-tez baş çəkmələri, ona qulluq etmələri, qayğısına qalmaları cavabdehlərin həmin mənzillə yox, həmin mənzildə yaşayan nənələri ilə əlaqələrinin kəsilmədiyinin göstəricisi ola bilər.

50. Bundan əlavə, cavabdehlər iddia edirlər ki, onlar mübahisəli mənzildən “çıxarıldıqları” vaxtdan mənzilə qayıtmağa çalışmış, lakin iddiaçılar buna mane olmuşlar. Buna baxmayaraq cavabdehlər əsaslandıra bilməmişlər ki, nəyə görə 15 il ərzində (mənzildən çıxma tarixi cavabdehlərin iddia etdiyi kimi 2008-ci il qəbul edilsə) bir dəfə olsun zorla çıxarıldıqları mənzilə köçürülmək üçün məhkəməyə müraciət etməmiş, bunun yerinə özlərinin təsvir etdiyi kimi darısqal, yaşayış üçün şəraiti olmayan, rütubətdən tez-tez xəstələndikləri evdə yaşamağa üstünlük vermişlər. Cavabdehlərin əksinə, iddiaçılar isə onların mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsi ilə daha əvvəl də məhkəməyə müraciət etmiş, lakin sonradan ərizələrini geri götürmüşlər. Lakin cavabdehlər mübahisəli mənzilə köçürülməklə bağlı iddia qaldırmaq üçün nədənsə 15 il gözləmiş, yalnız iddiaçılar onların mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair hazırkı iddianı qaldırdıqda, məcburi çıxarıldıqlarını və 15 ildir ki, yaşayış yeri kimi ehtiyaclarının olduğunu iddia etdikləri mənzilə köçürülməyi tələb etmişlər.

51. Məhkəmə iclasında izahatı dinlənilən birinci iddia üzrə cavabdehlər uzun müddətdir ki, mübahisəsiz şəkildə başqa yaşayış yerində yaşamalarına baxmayaraq mübahisəli mənzildən istifadə hüquqlarını qorumaq istəklərini mənzildən qeydiyyatdan çıxmamaq və mənzilə pay iddialarının olması ilə, xüsusən Cavabdeh2 oğul nəvəsi kimi mənzildən miras pay əldə etməli olması ilə əsaslandırmışlar.

52. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci iddia üzrə cavabdehlər yaşayış yerlərini dəyişdikləri üçün mübahisəli mənzildən daimi çıxmışlar və mübahisəli mənzilə yaşayış yeri kimi heç bir ehtiyacları yoxdur. Onların sadəcə olaraq mənzil üzərində miras pay əldə etmək gözləntiləri var və bu səbəbdən istifadə hüquqlarını saxlamaq istəyirlər. Halbuki bu gözləntinin cavabdehlərin mənzildən istifadə hüququna aidiyyəti yoxdur.

53. Bu vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehlərin hər üçünün mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

54. Belə ki, məhkəmənin yuxarıda (§ 35-43) əsaslandırılmış mövqeyindən görünür ki, cavabdehlərdən ikisi – Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüququnu artıq qüvvədən düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsi, biri – Cavabdeh3 isə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi əsasında əldə etmişdir. Belə olan halda onların istifadə hüquqları da müvafiq Məcəllələrə uyğun olaraq itirilmiş hesab edilməlidir.

55. İlk növbədə, qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən əldə edilmiş istifadə hüquqlarının itirilməsi məsələsinə münasibət bildirən məhkəmə qeyd edir ki, həmin Məcəllənin müvafiq normalarından (§ 28), eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından (§ 29) görünür ki, yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığı müəyyən edilmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmək isə icarə müqaviləsinin pozulması, beləliklə, yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirilmişdir. Lakin bu zaman həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin məhkəmə araşdırması nəticəsində müəyyən edilməsidir.

56. Məhkəmə artıq yuxarıda (§ 45-51) cavabdehlərin mübahisəli mənzili başqa yaşayış yerində (mübahisəli mənzillə bir həyətdə tikilmiş fərdi yaşayış evində) yaşamaq üçün tərk etdikləri, uzun müddətdir həmin evdə daimi yaşadıqları, mübahisəli mənzillə yaşayış yeri kimi heç bir bağlarının qalmadığı nəticəsinə gəlmişdir. Belə olan halda həmin Məcəlləyə əsasən mənzildən istifadə hüququ əldə etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir.

57. Digər Cavabdeh3 münasibətdə məhkəmə qeyd edir ki, bu cavabdeh mübahisəli mənzildən istifadə hüququnu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əldə etmişdir. Yuxarıda (§ 32) istinad edilmiş Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

58. Belə olan halda məhkəmə hesab edir ki, birinci iddia üzrə Cavabdeh3 da mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Bununla da məhkəmə birinci iddia üzrə hər üç cavabdehin mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi nəticəsinə gəlmişdir.

59. Bu hissədə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, birinci iddia üzrə hər üç iddiaçının bu iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Belə ki, onlardan biri yaşayış sahəsinin mərhum icarədarının adı orderdə qeyd edilmiş arvadı, digəri isə order verildikdən bir il sonra doğulduğu üçün adı orderdə qeyd edilməsə də, mərhum icarədarın həmin mənzildə doğulmuş qızıdır. Digər İddiaçı3 da öz növbəsində icarədarın adı orderdə qeyd edilmiş mərhum qızının həmin mənzildə doğulmuş və orada yaşayan qızıdır. Birinci iddia üzrə cavabdehlər onun mübahisəli mənzildə 2021-ci ildən etibarən yaşamadığını iddia etsələr də (hərçənd bu iddia sübut edilməmişdir), nəzərə alınmalıdır ki, həmin iddiaçının mənzildən istifadə hüququ məhkəmə qətnaməsi ilə itirilmiş hesab edilmədiyindən hələ də qüvvədədir. Belə ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir (Azərbaycan SSR Mənzil Məcəlləsi, maddə 60).

60. Beləliklə, birinci iddia üzrə hər üç iddiaçı mənzildən istifadə hüququnu artıq qüvvədən düşmüş Mənzil Məcəlləsinə əsasən əldə etmişdir və bu hüquqları məhkəmə qətnaməsi ilə itirilmiş hesab edilmədiyindən hazırda qüvvədədir. Belə olan halda onlar yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara, eləcə də qanunla müəyyən edildiyindən artıq müddətə başqa yerə getmiş şəxslərin (hazırkı işdə birinci iddia üzrə cavabdehlərin) yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmuşlar.

61. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ikinci iddiaya ayrıca münasibət bildirməyə artıq zərurət qalmamışdır. Belə ki, artıq məhkəmə ikinci iddia üzrə iddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməli olduğu nəticəsinə gəldiyindən onların mənzilə köçürülmələri istisna edilir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ikinci iddia üzrə iddiaçıların mübahisəli mənzil üzərində onsuz da istifadə hüquqları olmuş, bu hüququn mövcudluğunu birinci iddia üzrə iddiaçılar da inkar etməmiş, sadəcə olaraq bu hüququn itirilmiş hesab edilməsini xahiş etmişlər. Bu vəziyyətdə ikinci iddia tələbinin istifadə hüququnun tanınması ilə bağlı hissəsi istənilən halda əsassız olmuşdur. Beləliklə, ikinci iddia təmin edilməməlidir.

Məhkəmə xərcləri.

62. Birinci iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, İddiaçı1 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

63. İkinci iddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

64. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, təmin edilmiş birinci iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq rüsumu ödəmiş iddiaçıya ödənilməli, təmin edilməmiş ikinci iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu isə rüsumu ödəmiş iddiaçıya aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

65. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 2-ci Balandin küçəsi, ev 2, mənzil 5 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməli, ikinci iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh1 aid edilməlidir.

66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 238-253, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiаçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 2-ci Balandin küçəsi, ev 2, mənzil 5 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 ödənilsin. İddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı2 qarşı “mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dаir iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçı Cavabdeh1 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar