Məhkəmə qərarları › İş №2(010)-1289/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-1289/2022

13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-1289/2022 13.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi Həsənzadə Leyla Fərhad qızının katibliyi İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1818.00 manat məbləğində dəymiş maddi zərər və ödənilmiş 48 manat məbləğində dövlət rüsumu olmaqla 1866 manat məbəğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus olan “Chevrolet Cruze” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında oğlu X8 idarə edir və o, 31.12.2021-ci il tarixdə saat 16.30 radələrində həmin avtomobili idarə edərkən Bakı şəhəri, Xəzər rayonu, Binə Sovxoz yolunda Cavabdeh idatə etdiyi “VAZ 2101” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə avtomobil zədələnmişdir. Bakı şəhəri Xəzər rayonu DYPŞ tərəfindən araşdırma aparılmış və nəticədə cavabdeh həmin yol nəqliyyat hadisəsində təqsirli bilinərək inzibati qaydada cərimə edilmişdir.Bildirilir ki, “İDEAL MOTORS” avtomobil sersiv mərkəzi tərəfindən ona məxsus “Chevrolet Cruze” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1818 manat məbləğində müəyyən edilmişdir. Lakin cavabdeh qeyd olunan pul məbləğini ona ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X8 iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazıma qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - AD № 847839 saylı “X1 Şəhadətnaməsindən” görünür ki, Chevrolet Cruze” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. - 05.09.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən X6 “Chevrolet Cruze” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. - AA № 076126 saylı “X1 Şəhadətnaməsindən” görünür ki, “VAZ 2101” markalı, **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. - 03.05.2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, X3 etibarnamə üzrə nümayəndəsi X7 tərəfindən Cavabdeh “VAZ 2101” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. - 04.01.2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərardan görünür ki, Cavabdeh AR İXM-nin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 50 manat məbləğində cərimə edilmişdir. - 06.01.2022-ci il tarixli tərtib olunmuş aktdan görünür ki, Chevrolet Cruze” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası üçün tələb olunan pul vəsaiti 1818 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasəm, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mükli hüquqi məsuliyyət daşıyır. Qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının dəymiş ziyanın əvəzi kimi 1818 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1818 (min səkkiz yüz on səkkiz) manat məbləğində pul və 48 manat məbləğində dövlət rüsumu olmalqa cəmi 1866 (min səkkiz yüz altmış altı) manat tutularaq iddiaçı X4 xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar