Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-13/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürən üçüncü şəxs X3 və onun vəkili Vəkil2, Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Cavabdeh (X5, Dadaşov Kamran Fəxrəddin oğlu və X4 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “payların naturada ayrılması” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “payların naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, paylı mülkiyyət hüququ ilə 1/2 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh və 1/4 hissədə mərhum Ağabacı Pirverdi qızının adına açıq qalmış olan ünvan 1 ünvanda yerləşən evin həyətyanı sahəsinin DƏDRX tərəfindən verilmiş çıxarışa uyğun, 1/2 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh və 1/4 hissədə mərhum Ağabacı Pirverdi qızının adına açıq qalmış hissəyə uyğun, naturada payların ayrılmasına və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınılmaz Əmlak Dövlət Reystri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 ərizə ilə müraciət edərək, iş üzrə maraqlı tərəflər X5, Dadaşova Vüsaləni işə cəlb edilməsini təmin edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, nənəsi Ağabacı Pirverdi qızının vəfatından sonra vərəsəlik hüququna əsasən, ünvan 2 ünvanda yerləşən ev xüsusi və paylı mülkiyyət hüququ ilə 1/2 hissədə İddiaçı, 1/4 hissədə Cavabdeh, 1/4 hissədə mərhum Ağabacı Pirverdi qızının adına açıq qalmışdır. Həmin evə dair DƏDRX tərəfindən Çıxarış verilmişdir. Lakin sonradan cavabdehlə sözügedən mülkiyyətə dair hüquqlarının həyata keçirilməsində bir sıra problemlər yaranmışdır. Yaşanan anlaşılmazlıqlar mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdur. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia təmin edildi, Bakı şəhəri, ünvan 1 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 3 nömrəsi ilə qeydə alınmış, sahəsi 16.6 kv.m olan yaşayış otağı bütövlükdə, texniki pasport sənədində 1 nömrəsi ilə qeydə alınmış, sahəsi 26.5 kv.m olan yaşayış otağının isə 11.2 kv.m hissəsi arakəsmə ilə ayrılmaqla və 2-ci mərtəbədə texniki pasport sənədində 2, 3 və 4 nömrə ilə qeydə alınmış sahələr İddiaçı istifadəsinə verilməklə faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünməsi haqqında qərar qəbul olundu. Lakin DƏDRX tərəfindən verilmiş çıxarışda göstərilən 0.34530 ha. torpaq sahəsi, iddia ərizəsində ayrıca qeyd edilmədiyindən məhkəmə torpağa dair hüquqi münasibət göstərməmişdir. Belə ki, DƏDRX tərəfindən verilmiş çıxarışda göstərilən mübahisəli əmlakın evə dair, yəni yaşayış hissəsinə dair olan mübahisəyə dair məhkəmə müsbət münasibət göstərərək, Bakı şəhəri, ünvan 1 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 3 nömrəsi ilə qeydə alınmış, sahəsi 16.6 kv.m olan yaşayış otağı bütövlükdə, texniki pasport sənədində 1 nömrəsi ilə qeydə alınmış, sahəsi 26.5 kv.m olan yaşayış otağının isə 11.2 kv.m hissəsi arakəsmə ilə ayrılmaqla və 2-ci mərtəbədə texniki pasport sənədində 2, 3 və 4 nömrə ilə qeydə alınmış sahələrin İddiaçı istifadəsinə verilməklə faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünməsi haqqında qərar qəbul etsə də, DƏDRX tərəfindən verilmiş çıxarış əsasında həmin qərarın qəbul edildiyi mübahisəli əmlakın, çıxarışda göstərilən 0.34530 ha. torpaq sahəsinə dair münasibətdə sadəcə həyətyanı torpaq sahəsi faktiki olaraq mişar daşından inşa edilmiş hasar ilə bölünməsi və həmin bölgü variantı paylara uyğun şəkildə olması qeyd edilmişdir. Belə olan halda torpaq sahəsinə dair mübahisə hələdə açıq qalır. Bu isə tərəflər arasında xoşagəlməz söz-söhbət yaratmağa davam edir. Beləki, çıxarışda göstərilən 0.34530 ha. torpaq sahəsi, məhkəmə qətnaməsində, bölgü variantı paylara uyğun şəkildə olması kimi qeyd olunsa da, faktiki olaraq torpaq sahəsinin çox böyük hissəsi hal-hazırda da Cavabdeh faktiki istifadəsindədir, bu isə 2(010)-762/2021 saylı, xx.xx.2021-ci il tarixli Məhkəmə qərarının icrasına ciddi maneələr yaradır. Daha dəqiq İddiaçı qanuni əmlakına giriş çıxış üçün ciddi narahatlıqlar yaradır, həyətyanı sahədən istifadəni ciddi şəkildə məhdudlaşdırıb. Bu isə mübahisəli əmlakın məhkəmə tərəfindən naturada bölünməsinə ciddi ehtiyac yaradır.
Tərəflərin izahatları.
4. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirmişdir ki, DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən fərdi yaşayış evinin və torpaq sahəsinin ½ hissəsi ona məxsusdur. Ona məxsus olan fərdi yaşayış evi və torpaq sahəsi hasarla ayrılmışdır. Lakin əvvəllər torpaq sahəsi nənəsi tərəfindən bölündüyündən atasına məxsus torpaq sahəsinin az hissəsi düşmüşdür. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı 2 saylı CM-nə gələrək ondan etibarnamə almış və bundan sonra ona qarşı yaşayış evi və torpaq sahəsi iddiasındadır. İddiaçı onu aldadaraq etibarından sui istifadə etmişdir.
6. Üçüncü şəxs X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həyətin videoçəkilişindən də göründüyü kimi, torpaq sahəsi iddiaçının istəyinə uyğun bölünərsə ona həmin torpaq sahəsindən çox pay düşmüş olacaqdır. Evlərin giriş qapıları ayrıdır və hasar bölgüyə əsasən düzgün çəkilmişdir.
7. Üçüncü şəxs X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, əvvəllər evə dair tərəflər arasında mübahisə yarandığından həmin ev üç qardaş arasında bölünmüş, hər kəsin payı müəyyən olunmuşdur. Lakin, onlara bununla bağlı rəsmi sənəd verilməmişdir. Hasar bölgüyə əsasən düzgün çəkilmişdir.
8. Üçüncü şəxs Dadaşov Kamran Fəxrəddin oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
İş materialları.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqlarının X9 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən edilir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0,034530 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020ci il tarixdən İddiaçı adına 1/2 hissədə qeydiyyata alınmışdır. Cavabdeh adına 1/4 hissədə qeydiyyata alınmış və Ağabacı Pirverdi qızının adına 1/4 hissədə açıq qalır.
10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 762/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddia təmin edilmiş, Bakı şəhəri, ünvan 1 saylı fərdi yaşayış evinin 1-ci mərtəbəsində yerləşən, texniki pasport sənədində 3 nömrəsi ilə qeydə alınmış, sahəsi 16.6 kv.m olan yaşayış otağı bütövlükdə, texniki pasport sənədində 1 nömrəsi ilə qeydə alınmış, sahəsi 26.5 kv.m olan yaşayış otağının isə 11.2 kv.m hissəsi arakəsmə ilə ayrılmaqla və 2-ci mərtəbədə texniki pasport sənədində 2, 3 və 4 nömrə ilə qeydə alınmış sahələr İddiaçı istifadəsinə verilməklə faktiki mövcud vəziyyətə uyğun olaraq naturada bölünməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri - 50 (əlli) manat İddiaçı tutularaq dövlət xeyrinə ödənilməsi qət olunmuşdur.
11. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7332 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, 2-ci döngədə yerləşən 0,034530 ha torpaq sahəsinin İddiaçı məxsus 1/2 hissədə mövcud olan payının naturada bölünməsi texniki cəhətdən mümkündür.
12. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-61/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-762/2021 saylı iş üzrə 21 dekabr 2021-ci il tarixli və e-2(010)-783/2023 saylı iş üzrə 16 iyun 2023-cü il tarixli qətnamələri dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətləri üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunması, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat isə X2 alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4331/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-61/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı Dadaşov Kamran Fəxrəddin oğlunun kassasiya şikayəti qeyrimümkün hesab edilmiş və şikayət ona qaytarılması üçün mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
14. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-783/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçılar X3, Dadaşov Kamran Fəxrəddin oğlunun, X1 cavabdehlər İddiaçı, Bakı şəhəri 10 saylı Notariat Ofisinə, X7 və Cavabdeh, X10, X11, X6, X12, X8 qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, miras paylarının yenidən müəyyən edilməsi və s” tələbinə dair iddia ərizəsi təmin olunmaması qət edilmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-928/2025 saylı, xx.xx.2025ci il tarixli qərarının surətindən müəyyən olunur ki, ikinci iş üzrə iddiaçı Dadaşov Kamran Fəxrəddin oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apeliyasiya Məhkəməsi Mülki kollegiyasının 12 sentyabr 2024-cü il tarixli, 2(103)-61/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İşin faktiki halları.
16. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0,034530 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2020-ci il tarixdən İddiaçı adına 1/2 hissədə, Cavabdeh adına 1/4 hissədə qeydiyyata alınmış və Ağabacı Pirverdi qızının adına 1/4 hissədə açıq qalır.
17. Hazırda tərəflər arasında olan mübahisə paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi ilə bağlıdır. Məhkəmə tərəfindən mübahisənin həlli məqsədilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 10/7332 saylı rəydə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, 2-ci döngədə yerləşən 0,034530 ha torpaq sahəsinin İddiaçı məxsus 1/2 hissədə mövcud olan payının naturada bölünməsi texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq.
18. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.4. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
21. İşin faktiki hallarından göründüyü kimi iddia tələbinin predmetini torpaq sahəsi üzərində payların naturada ayrılması təşkil edir.
22. Məhkəmə tərəfindən tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi üzrə payların ayrılmasının mümkünlüyü ilə əlaqədar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/7332 saylı rəyindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, 2-ci döngədə yerləşən 0,034530 ha torpaq sahəsinin İddiaçı məxsus 1/2 hissədə mövcud olan payının naturada bölünməsi texniki cəhətdən mümkündür.
23. Göründüyü kimi ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqat ünvan 4 ünvanında yerləşən torpaq sahəsi üzrə aparılmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların X9 daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Suraxan rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, döngə 2-də yerləşən 33 nömrəli fərdi yaşayış evinin və torpaq sahəsinin 1/2 hissəsi İddiaçı, 1/4 hissəsi Cavabdeh, 1/4 hissəsinin Ağabacı Pirverdi qızının mülkiyyətindədir. Mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsində fərdi yaşayış evlərinin inşa edildiyi müəyyən olunmuşdur. Həmçinin baxış zamanı fərdi yaşayış evinin həyətyanı sahəsinin mişar daşından inşa edilmiş hasar ilə bölündüyü, faktiki olaraq hər birinin ayrı-ayrılıqda giriş-çıxış qapılarının açıldığı müəyyən olunmuşdur. Torpağın ümumi sahəsinin Çıxarışa əsasən 0.034530 ha olduğunu nəzərə alaraq həmin torpaq sahəsinin 1/2 hissəsi aşağıdakı kimi müəyyən olunur: Həyətyanı torpaq sahəsi: Ümumi sahə üzrə 1/2 hissə- 0.017265 ha (0.034530 ha x 1/2). Məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarında göstərilənlərə görə, mübahisəli torpaq sahəsinin tərəflər arasında bölgüsü yalnız təcrid sahələr şəklində aparılmalıdır ki, bu bölgü zamanı, tərəflərin hər birinin sərəncamında sərhəd hasarı ilə təcrid olunmuş torpaq sahələri və bu sahələrə ayrı-ayrılıqda giriş-çıxış yolu olmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Ç.Nəsirov küçəsi, 2-ci döngədə yerləşən 0.034530 ha torpaq sahəsinin İddiaçı məxsus 1/2 hissədə mövcud olan payının real olaraq naturada bölünməsi texniki cəhətdən mümkündür. Bölgü variantı rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir.
24. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 5 ünvanda yerləşən 0.034530 ha torpaq sahəsinin İddiaçı məxsus 1/2 hissəsi (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılmalıdır.
Məhkəmə xərcləri.
25. İş materiallarından görünür ki, iddia ərizəsi üzrə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmişdir.
26. Eyni zamanda, iş üzrə verilmiş ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tərəfindən aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ekspertiza xərci iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
27. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 4 ünvanda yerləşən 0.034530 ha torpaq sahəsinin İddiaçı məxsus olan ½ hissəsi (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılmalıdır.
28. İş üzrə ödənilmiş ekspertiza xərci-50 manat iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. ünvan 3 ünvanda yerləşən 0.034530 ha torpaq sahəsinin İddiaçı məxsus olan ½ hissəsi (ekspertiza rəyi nəzərə alınmaqla) naturada ayrılsın. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri – 50 (əlli) manat İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova