Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-132/2025 21.07.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi, İddiaçı Rəşı̇ d qızının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Məmmədov Məsı̇ m Əflatun oğlunun iştirakı ilə İddiaçı Rəşı̇ d qızının cavabdeh Məmmədov Məsı̇ m Əflatun oğluna qarşı "avtomobilin açıq hərracda satılması" tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Rəşı̇ d qızı cavabdeh Məmmədov Məsı̇ m Əflatun oğluna qarşı "avtomobilin açıq hərracda satılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Toyota Rav-4” markalı avtomobilin açıq hərracdan satılması və satış pulunun mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Rəşı̇ d qızının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbindən imtina etdiyini bildirmişdir. Cavabdeh Məmmədov Məsı̇ m Əflatun oğlu iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının iddiadan imtinasını nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nın 261.0.4-cü maddəsinin tələbinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Rəşı̇ d qızının cavabdeh Məmmədov Məsı̇ m Əflatun oğluna qarşı "avtomobilin açıq hərracda satılması" tələbinə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı Rəşı̇ d qızına geri qaytarılsın. Qərardaddan, onun surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-132/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-132/2025
21.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver