Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-133/2020 24.01.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, 5 saylı "Asan Xidmət" Mərkəzində notarius X5 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, 5 saylı "Asan Xidmət" Mərkəzində notarius X5 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 7300 manat pul vəsaiti və ona vurulmuş 10000 manat mənəvi zərər və məhkəmənin hesabına ödənilən 30 manat dövlət rüsumu, cəmi 17330 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılarkən İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, 5 saylı "Asan Xidmət" Mərkəzində notarius X1 müştərək qaydada 8500 manat pul vəsaitinin və vurulmuş mənəvi zərərə görə 10000 manat və məhkəmənin hesabına ödənilən 30.40 manat dövlət rüsumu, cəmi 18530,40 manat pul vəsaitinin onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxx 2017-ci il tarixində Bakı şəhərində yerləşən maşın bazarından Cavabdeh2 “Mercedes-Benz” markalı, buraxılış ili 1997-ci il, qara rəngli avtomobil almışdır. Həmin günü sözügdən avtomobil alğı-satqı yolu ilə rəsmiləşdirilmişdir. Bir neçə müddətdən sonra avtomobili satmaq qərarına gəlmiş və xx xxx 2017-ci il tarixində Əsgərov Əlikömək Qismət oğluna bu avtomobili satmışdır. Həmin avtomobil satıldıqdan bir il sonra məlum olmuşdur ki, iş üzrə üçüncü şəxslərdən X19 məhkəməyə müraciət etmiş və sözügedən avtomobillə bağlı bütün alğı-satqı əməliyyatlarını məhkəmə qaydasında etibarsız hesab etdirmişdir. Bu səbəbdən də, Əsgərli Orxan Əlikömək oğlu ona və X14 qarşı 7300 manat pul tələbi il məhkəməyə müraciət etmiş və iddia yalnız ona münasibətdə təmin edilmişdir. Çünki Orxan və atası avtomobili ondan almışlar. “Mercedes Benz” markalı avtomobilin Cavabdeh2 alınma dəyəri 8500 manat olmuşdur, bu barədə məlumatlar Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qərarında öz əksini tapmışdır. Yəni, reallıqda o, bu maşını İmaməlidən 8500 manata almışdır. Ona görə də, hazırkı iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verib cavabdehlərin onu aldatdığını, pulunu mənimsədiklərini, bununla da həm maddi cəhətdən, həm də sağlamlığına ziyan vurduqlarını bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumt verilməsinə baxmayaraq cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlər və üçüncü şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı tərəfin izahatını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materialları təşkil edən: - İş materiallarında olan Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(005)-683/2018 № li qətnaməsinin surətindən görünür ki, iddiaçılar X12 və X6 cavabdehlər Cavabdeh3, Cavabdeh4, Əsgərov Əlikömək Qismət oğluna, Əsgərli Orxan Əlikömək oğluna, X20İuna X9, X13, X7 X8, Cavabdeh1 və İddiaçı qa “avtomobillərin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilərək, “Mersedes Benz180” markalı **-LB- *** (köhnə: **-TG-***) dövlət nömrə nişanlı və “Mercedes Benz 280” markalı **-XT-*** (köhr **-VF-***) dövlət qeydiyyat nömrəli avtomobillərin alğı-satqısı barəsində bağlanmış xx xxx 2017-ci il tarixli, xx xxx 2017-ci il tarixli, xx xxxxxxxx 2017-ci i! tarixli alğı-satqı müqavilələrinin etibarsız həsab edilməsi, iddiaçılar X14 və X4 məxsus “Mersedes Benz 180” markalı **-LB-*** (köhnə: **-TG-***) dövlət nömrə nişanlı və “Mersedes Benz 280” markalı Eİ-XT-096 (köhnə: **-VF-***) dövlət qeydiyyat nömrəli avtomobillərin cavabdehlər Əsgərli Orxan Əlikömək oğlundan və X17iundan alınaraq iddiaçılar X15 X4 geri qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)-6610/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçılar X12 və X2 cavabdehlər Cavabdeh3, X3, Esgərov Əlikömək Qismət oğluna, Əsgərli Orxan Əlikömək oğluna, X10, X9, X13, X7, X8, Cavabdeh1 və İddiaçı qarşı müqavilələrin etibarsız hesab edilməsi və avtomobilərin geri qaytarılması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qəbul etdiyi 2(005)-683/2018 nömrəli iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Əsgərov Əlikömək Qismət oğlu və Əsgərli Orxan Əlikömək oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 mart tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)- 487/2019 saylı qətnaməsi ilə iddiaçı Əsgərli Orxan Əlikömək oğlunun cavabdehlər İddiaçı və X14 qarşı dəymiş maddi zərərin və vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh İddiaçı 7300 manat məbləğində pul vəsaitinin iddiaçı Əsgərli Orxan Əlikömək oğlunun xeyrinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2- (103)-3730/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6785/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işə əlavə edilmiş məhkəmə aktlarından görünür ki, mübahisə predmeti olan avtomobil hazırkı işdə iddiaçı olan İddiaçı Cavabdeh2 tərəfindən satılmış, ondan əvvəl isə avtomobil müxtəlif şəxslərin sahibliyində olmuşdur. Sonuncu dəfə İddiaçı həmin avtomobili Ə.Q.Əsgərova satmış, bundan sonra isə yuxarıda qeyd edilən məhkəmə aktları ilə avtomobil barədə bağlanan əqdlər etibarsız hesab edilmiş, avtomobil ilkin mülkiyyətçisinə qaytarılmış, bunun nəticəsi olaraq Ə.Q.Əsgərovun İddiaçı qarşı olan pul tələbi təmin edilmiş və avtomobilin satış qiyməti sonuncudan tutulmuşdur. Hazırkı iddia ilə İddiaçı hesab edir ki, cavabdehlər ona maddi və mənəvi ziyan vurmuşlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə qismən-7300 manat həddində əsaslıdır. Belə ki, işdə olan məhkəmə aktları ilə müəyyən edilir ki, Əsgərli Orxan Əlikömək oğluna məxsus 7300 manat məbləğində pul hər hansı hüquqi əsas olmadan İddiaçı saxlanılmış, ona özünün mülkiyyətində olmayan əmlak satmaqla əsassız varlanmışdır. İşdən görünür ki, İddiaçı mübahisəli avtomobili Cavabdeh2 almışdır. Deməli, Cavabdeh2 öz mülkiyyətində olmayan əmlakı İddiaçı satmaqla qanuni əsas olmadan gəlir əldə etmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İddiaçı tərəfindən tələb edilən 8500 manat məbləğlə bağlı məhkəmə qeyd edir ki, avtomobilin iddiaçı tərəfindən Cavabdeh2 8500 manata satılmasını sübut edəcək dəlillər məhkəməyə təqdim edilməmiş, iddiaçı bu məbləği yalnız şifahi izahatla bildirmişdir. İşə əlavə edilən məhkəmə aktlarından müəyyən edilir ki, İddiaçı mübahisəli avtomobilə görə 7300 manat məbləğində pul tutulmuşdur. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh2 da İddiaçı münasibətdə əsassız varlanması 7300 manat həddində olmuşdur. Bundan başqa, qeyd edilən məbləğin digər cavabdehlərdən də müşərək qaydada tutulması ilə bağlı məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslı deyildir. Çünki, avtomobil bilavasitə Cavabdeh2 alınmış və pul məbləği də, ona ödənilmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı məhkəmə bildirir ki, tələb bu hissədə əsassızdır. Belə ki, iddiaçı tərəf cavabdehlərin ona 10000 manat həddində mənəvi ziyan vurduqlarını iddia etsə də, bu halı tutarlı dəlillərlə əsaslandırmamış, hər hansı sübut təqdim etməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli 07 saylı Qərarında göstərilmişdir: ««İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və X24 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir…Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X11 Haqqında Konvensiya»nın müddəaları və X24 Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır.». Məhkəmə qeyd edir ki, hazırkı işdə cavabdehlərin mülki məsuliyyətinin yaranması əsası yəni, iddiaçının sağlamlığına zərər yetirməsi faktı hər hansı bir dəlillə sübut edilmir. Ona görə də, iddia təmin edilə bilməz. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 7300 (yeddi min üç yüz) manat məbləğində maddi ziyan və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-133/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-133/2020
24.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver